Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

 
21 
da, bu səfərə ekzotikanı seyr etmək kimi baxmışdılar, tozlu kənd həyatını, 
yük  maşınının  kuzovunda  gəzməyi  birinci  dəfə  idi  görürdülər.  Lakin  bu 
ekzotikanın digər sərt sifətilə tanış olanda dəhşətə gəlirdilər, buraya gəlib 
çıxdıqlarına peşiman olmuşdular. Qoca müəllim də birinci gün onlarla sərt 
davranmış,  nahar  fasiləsi  zamanı  azacıq  istirahət  eləmələrinə  imkan 
verməmişdi. O, öz səhvini anlamırdı, axı bizdən fərqli olaraq həmin qızlar 
daim qayğı ilə əhatə olunmuşdular, rahat həyata alışmışdılar. Ona görə də 
hamıya eyni qaydada yanaşmaq, eyni tələblər qoymaq ağılsızlıq idi və bu 
həmin etirazla qarşılaşa bilərdi və qarşılaşmışdı da. 
Çox  götür-qoy  etdikdən  sonra,  qərara  alındı  ki,  fakültə  komsomol 
təşkilatının başçısı kimi mən həmin müəllimlə qruplarımızı dəyişməliyəm. 
Qızların qaldığı binaya yollandım, qapını döymək istəyərkən, asılan elanı 
oxudum,  rus  dilində  yazılmışdı:  «Əgər  siz  tərbiyəli  adamsınızsa,  qapını 
döyməyin,  içəridə  istirahət  edirlər».  Qapıda  gəzən  bir  qızdan 
narazılıqlarının  səbəbini  soruşduqda,  o,  könülsüz  bəzi  şeylər  danışdı. 
Səsimizə Əminə dəhlizə çıxdı və ağızucu mənə salam verdi. Mən bilirdim 
ki,  əgər  Əminə  istəsə,  bütün  narazılığı  yatıracaq,  işləri  yoluna  qoya 
biləcəkdir.  Bəlkə  də  ömrümdə  ilk  dəfə  belə  müşkül  məsələ  ilə 
qarşılaşırdım. Bir az söhbətdən sonra o, içəri keçib "qızlar qalxın, tarlaya 
gedirik"  komandasını  verdi.  Heç  yarım  saat  keçməmiş  onlar  yuyunub, 
xırda  qəlyanaltı  edib,  maşına  oturmaq  üçün  meydana  gəldilər.  Qrupların 
çoxu 
hələ  getməmişdi.  Müəllimlər  qızların  intizamla  maşına 
dırmaşdıqlarını  görüb,  məəttəl  qalmışdılar.  Mən  heç  bir  izahat  verməyib 
sürücünün yanına kabinəyə keçdim və tarlaya yollandıq. 
O  vaxtdan  Əminə  ilə  bizim  dostluğumuz  başladı,  bu  dostluğun 
altında  isə  bizim  məhəbbətimiz  torf  yanğını  kimi  yavaş-yavaş  yanmağa 
başlayıb,  sönmək  bilmədi.  Bəlkə  də  bəziləri  bunu  hiss  etmirdilər,  güman 
edirdilər  ki,  tələbə  yoldaşlar  arasında  olan  münasibətdir,  bir  az  hərarəti 
artıqdır.  Əminə  qızlara  necə  təsir  göstərmişdisə,  onların  hamısı  məni 
sayırdı, hətta nazımla oynamağa başlayırdılar. Əminəni kəşf etdim, onun 
çoxlarının  seyr  edə  bilmədiyi,  anlamadığı  xüsusiyyətlərinə,  incə  qəlbinə, 
zərif  hisslərinə  vuruldum.  Onun  daxili    aləminə  bələd  olduqca  qadın 
təbiəti qarşısında baş əyməyə başladım, belə bir qənaətə gəldim ki, onlar 
daha  alicənab,  daha  fədakar,  daha  mərhəmətlidirlər.  Qadın  ürəyinə  yol 
tapandan  sonra  onun  sədaqəti  sərhəd  tanımır,  bu  hisslər  daşqını  qarşısına 
çıxan  bütün  xırda  məmnunluq  təpəciklərini  yuyub  aparır,  onun 
nümunəsinin  təsiri  altında  sən  də  bütün  saxta  hissləri,  can  həzzlərini  də 


 
22 
kənara atıb, bu xoşbəxtlik diyarına, Eldarodaya sahib olduğuna görə qürur 
hissləri  keçirirsən.  Ruhən  qüvvətli  olanlar,  könlü  yüksək  hisslərlə 
ilhamlanıb  pərvazlananlar  başqalarına  da  ləyaqət  dərsi  keçir  və  özün  də 
hiss  etmədən  hər  addımını  məhz  onun  necə  qiymət  verməsi,  baxışları  ilə 
ölçür,  bu  münasibəti  etalon  kimi  qəbul  edirsən.  Geniş  ürək  sahibi  olan 
qadın sənə xeyirxahlıq, insanpərvərlik, xeyiri sevmək və qiymətləndirmək 
ziyafəti  təşkil  edir  və  bu  süfrənin  arxasında  bircə  dəfə  oturduqdan  sonra 
dünyadakı  ən  ləzzətli,  ən  dadlı  nemətlər  barədə  anlayışa  malik  olmaqla 
zahiri,  bəlkə  də  çürük  olan  parıltıdan  qaçıb,  həqiqi  işıq  və  hərarət  saçan, 
hər  tərəfə  zəriflik,  incəlik,  ləyaqət  şəfəqləri  səpələyən  bir  şamdan,  ya 
günəşdən  nur  almaq  imkanına  malik  olduğuna  görə  həqiqətən  xoşbəxt 
olduğunu anlamağa başlayırsan. 
Əminə  mənim  üçün  necə  də  əziz  idi,  o  mənim  ürəyimdən  keçən 
sağlam,  saf  fikirlərin  hamısını  bəzən  dilimə  gətirmədən  də  başa  düşürdü. 
Bir  dəfə  mən  onun  bu  xüsusiyyətinin  sirrini  soruşduqda,  mənim 
sadəlöhvlüyümə  güldü  və  dedi  ki,  burada  heç  bir  sirr  və  ya  möcüzə 
yoxdur.  Belə  hiss  etmə  qabiliyyətli  insanın  təbiətindən  irəli  gəlir,  bunu 
hansısa  əlamətə  görə,  ya  nəyinsə  hesabına  qazanmaq  mümkün  deyildir. 
Sonra  da  əlavə  etdi  ki,  qədim  romalıların  belə  bir  zərb-məsəli  var  idi  - 
"dilə  gətirilən  söz  yalandır".  Ona  görə  də  hisslərinin  mənası  dilindəki 
yalana qarışıb öz saflığını itirməsin deyə, bəzən səni qabaqlayıram, bəlkə 
düz eləmirəm, bu səni utandırırsa, çalışaram ki, bu xüsusiyyətimi qabarıq 
şəkildə  nəzərə  çarpdırmayım.  Mən  üzr  istəməli  oldum.  Əvəzində  isə  o, 
fikrini tamamlamaq üçün rus şairi Fyodor İvanoviç Tyutçevin "Silentium" 
-  "Susma"  ("Sükut")  şerindən  bir  parça    oxuyub  dedi  ki,  dillə  ifadə 
olunmayan hisslər daha güclü və daha təmiz olur, şair həmin zərb-məsəli 
də şeri üçün epiqraf kimi istifadə etmişdir. 
Qrupdakı  qızlar  mənə  ən  yaxın  adamları  kimi  baxırdılar.  Hər  gün 
hansınınsa  valideynləri  şəhərdən  maşınla  gəlib,  birbaşa  tarlada  öz 
övladları  ilə  görüşürdülər.  Onlar  həm  də  çoxlu  ərzaq,  bahalı  konfetlər  və 
peçenye  gətirirdilər.  Qızlar  ətrafdakı  şumluqdan  köhnə  pambıq  çöpü 
kötüyünü  yığıb,  ocağın  üstündə  dədə-baba  qaydasında  xörək  bişirir,  qara 
hisli  çaydanda  çay  qaynadırdılar.  Mənim  naharıma  isə  xüsusi  qayğı 
göstərilirdi. 
Nəhayət on gün başa çatanda müəllimlərin bir qrupu şəhərə getdi və 
əvəzləmə  gələn  kimi  mən  də  qızların  yanında  müəllim  kimi  statusumu 
qoruyub  saxlamaq  naminə  şəhərə  qayıtdım.    Səhərisi  gün  Əminənin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə