Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

 
23 
tapşırığı  ilə  evlərinə  baş  çəkdim  ki,  deyim  yaxşıdır,  narahat  olmasınlar. 
Məni anası qarşıladı və oturmaq üçün stul təklif etdi. Vəziyyəti, Əminənin 
özünü  yaxşı  hiss  etdiyini,  təkcə  əlinə  batan  tikanlardan  əziyyət  çəkdiyini 
danışdım.  Qadın  birdən  əsəbiləşdi,  qızının  qarasına  deyinməyə  başladı, 
ortada ərini də yaddan çıxarmadı. Deyəsən, mənim də şəhərli olmadığımı 
hiss  edibmiş  kimi,  qızının  o  ilan  mələyən  xarabaya  ayağı  dəyməsinə 
qətiyyən  yol  vermək  istəmədiyini    dedi  və  sonra  bildirdi  ki,  Əminənin 
inadkarlığı və atasının onu müdafiə etməsi ananı tərkisilah edibmiş. Tikan 
məsələsindən, günorta vaxtı, payızın  sərin havasında quru  torpağın üstdə 
qızların uzanıb dincəlmələrindən xəbər tutanda lap əsəbiləşdi, bunları adi 
bir  hal  kimi  danışdığıma  görə,  mənə  də  hirsləndi  və  bir  daha  şübhəli-
şübhəli soruşdu ki, səni niyə onlara başçı qoymuşdular, yəqin ki, təcrübəli 
rəhbərləri  olsa,  onları  ağılsız  hərəkətlərdən  çəkindirər,  işləmək  üçün 
tikansız,  təmiz  tarla  seçərdi.  Cavan  qızları  uşaq-muşağa  etibar  edəndə, 
nəticəsi  də  belə  olur.  Mən  Əminənin  anasının  xoşuna  gəlməyə  nə  qədər 
can  atsam  da,  özümü  yaxşı  tərəfdən  qələmə  verməyə    cəhd  etsəm  də, 
deyəsən  işləri  daha  da  korlayırdım.  Qızların  fədakar  işindən,  gündə 
qoyulan  normanı  yerinə  yetirmələrindən  sevinclə  danışanda  qadın  lap 
hirsləndi və dedi ki, axı mənim qızımın orada nə ölümü var idi ki, ona da 
norma qoyulsun və daim başqalarına nümunə olmağa çalışdığından özünü 
hər  cür  cəfaya  salıb  belə  ağılsızlığa  da  getsin.  Sonra  kinayə  ilə  dedi  ki, 
yəqin  öhdəlik  götürübmüşsünüz  ki,  fərqlənib  ad  çıxarasınız.  Mən  də 
ağılsızlıq  edib,  fəxrlə  dedim  ki,  bəli,  beş  günün  nəticəsinə  görə  biz 
fakültələr  arasında  qalib  hesab  olunduq  və  Bakıdan  çox  yüksək  vəzifəli 
şəxs  gəlib  bizə  qırmızı  bayraq  verdi.  Elə  bunu  demişdim  ki,  ev  sahibəsi 
bildirdi  ki,  o,  dərsə  gecikir,  bu,  mənim  evi  tərk  etməyimə  işarə  idi. 
Qapıdan çıxanda bircə onu eşitdim ki, heç yaxşı olmadı, bir stəkan çay da 
içmədin. 
Məəttəl qalmışdım, Əminə kimi xoşxasiyyət qızın anası necə sərt və 
kobud  bir  insan  imiş.  İlk  təəssürat  şüuruma  həkk  olundu  və  heç  vaxt  bu 
rəy məni tərk etmədi. Onu da qeyd etməliyəm ki, ana da axıra qədər mənə 
kənddən çıxmış xudpəsənd adam kimi baxmaqda davam etdi və sonralar 
Əminə  ilə  münasibətlərimiz  nisbətən  sıx  və  doğma  xarakter  alanda  da 
rəyini dəyişdirmədi. 
Heç  bir  həftə  keçməmiş  bütün  tələbələr  pambıq  yığmaqdan 
qayıtdılar  və  biz  Əminə    ilə  universitetin  binasında  tez-tez  görüşür,  hal-
əhval  tuturduq.  Anasının  tünd  xasiyyətinə  görə  mənimlə  gəzməyə 


 
24 
çıxmaqdan  imtina  edirdi.  Evin  bütün  işlərini  o  görürdü.  Anasının  elə  bir 
evdarlıq qabiliyyəti yox idi. Atası da yeri gəldikcə qeyd edirmiş ki, Əminə 
olmasaydı,  bizim  evimizdə  səliqə-səhman  olmazdı,  çünki  müəllimə 
institutda dərs deməkdən başqa, ictimai işlərin  fəalı hesab olunduğundan, 
bir  çox  cəmiyyətlərin  və  komitələrin  üzvü  idi,  tez-tez    konfranslarda  və 
digər  tədbirlərdə  iştirak  edirdi.  Bəzilərinin  isə  hətta  təşkilatçılığını  öz 
üzərinə  götürürdü.  Əminə  paltar  yuyur,  atasının  paltarlarını  ütüləyir, 
bişmiş  bişirir,  qab-qacağı  yuyur,  evin  təmizliyinə  xüsusi  diqqət  yetirirdi. 
Atası  qonaqpərvər  insan  olduğundan  tez-tez  dostlarını  evinə,  axşam 
yeməyinə  dəvət  edirdi.  Özü  aşağıda  manqal  qoyub  kabab  bişirirmiş. 
Əminə  isə  qonaqlar  üçün  dadlı  plov  dəmləməyi  öyrənibmiş.  Belə  hay-
küylü  qonaqlıqların  səhəri  günü  Əminə  olduqca  yorğun,  yuxusuz 
görünürdü,  səbəbini  soruşduqda  az  yatdığını,  bütün  gecəni  qab-qacaq 
yuduğunu deyirdi. Ana isə yalnız süfrə arxasında əyləşir, ərindən rütbəcə 
aşağı olanlara söz atmaqdan, irad tutmaqdan da çəkinmirdi. Dadlı xörəklər 
və  şərablar  onun  tənəli  sözlərini,  şənliyin  ruhu  isə  ev  sahibəsinin  yersiz 
müdaxilələrinin  izini  asanlıqla  yuyub  aparırmış.  Mən  ümumiyyətlə,  belə 
məclislərdə, bircə dəfədən başqa ümumən onların evində də olmamışdım. 
Əminə  baş  verənlərin  hamısını  heç  bir  detalı  belə  ört-basdır  etmədən 
danışır  və  hətta  ciddi  narazılıq  hallarını  da  zarafatyana  qaydada  təsvir 
etməklə  xeyli  yumşalda  bilirdi.  Mən  hiss  edirdim  ki,  o,  atasına  xüsusilə 
bağlıdır.  Anasının  tündməcazlığından,  yersiz  sərtliyindən  xoşu  gəlmir. 
Lakin  bir  dəfə  də  olsun  anasına  cavab  qaytarmır,  onun  haqsız  iradlarına 
dözür  və  təqsirli  olmayanda  belə  məzəmməti  itaətlə  qəbul  edən  katolik 
rahibələr  kimi  ananın  şıltaqlıqlarını  sakit  qaydada  qarşılayır.  Ana  qızının 
necə həlim bir insan olduğunu anlasa da, bu təzimə düzgün qiymət vermir, 
çox vaxt bundan sui-istifadə etməkdən də qalmırdı. İctimai işlərdə onunla 
birgə  çalışanlar  isə  bu  qadının  yaxşı  xasiyyətini,  mehribanlığını  xüsusi 
qeyd  edir,  həssaslığını  göylərə  qaldırırdılar.  Hətta  tələbələr  də 
obyektivliyinə və ədalətliliyinə görə onu sevirdilər. Əslində onun xasiyyəti 
ikili  xarakter  daşıyırdı,  iş  üçün  olan  və  evdə  geyilən  paltar  kimi  bir-
birindən tam fərqli idi. İşdə o, çox təvazökar, hər bir adamın yerini bilən, 
başqalarının problemlərinə, dərdinə ürəkdən yanaşan, şad gününə səmimi 
qaydada  sevinən  bir  insan  kimi  tanınırdı.  Evdə  isə  özünü  hirsli,  qəzəbli 
aparırdı, addımbaşı ərinə və qızına yerli-yersiz iradlar tutur, bəzən səsinin 
tonunu  da  dəyişir,  az  qala  isterikaya  keçirdi.  Sonralar  mən  öyrəndim  ki, 
«histerikos»  qədim  yunan  sözüdür,  «uşaqlıq»  mənasını  verir.  İsterika 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə