Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   2   3   4   5   6   7   8   9   ...   54

 
12 
tələbələri  yağışdan,  soyuqdan  xilas  edən  və  mazut  iyi  verən,  indiki  qara 
zibil  torbalarının  materialı  olan  polietilendən  tikilmiş  plaşlar  bu  paltodan 
xeyli baha idi. Bibliyadakı səhrada ac dolaşan Misirdən qaçmış yəhudilərə 
allah səma mannası göndərən kimi, elə bil sehrli bir qüvvə bunu bizə ənam 
kimi bəxş etmişdi. Köməkləşib, pulu düzəldib verdik. Küçəyə çıxanda nə 
sümüyə qədər keçən külək, nə şaxtalı hava, nə də aram vermədən yağan 
qar vecimizə deyildi. Qohumum elə şəstlə yeriyirdi ki, elə bil dünyanın ən 
məşhur  modelyerlərinin  tikdiyi  əynindəki  paltarı  bütün  şəhərə  göstərmək 
istəyir  ki,  daha  mənə  yuxarıdan  aşağı  baxmayın,  görürsünüz  necə  təzə 
libasım var. Bu palto məni daha sərt soyuqlardan da qoruyacaqdır. Bir ay 
o,  bu  ucuz  paltonu  sevinclə  geyinib  gəzdi,  otaqlarındakı  paltar  şkafında 
onun  paltosundan  başqa  bu  qəbildən  olan  heç  nə  yox  idi.  Dostları  da 
sevinirdi  ki,  axır  ki,  biz  də  palto  nə  olduğunu  bildik.  Ancaq  təzə  palto 
sahibinin xoşbəxtliyi də uzun sürmədi. Bir ay sonra onu sovet ordusunda 
xidmətə  apardılar  və  Sibirə  göndərdilər.  Məktubunda  mənə  yazmışdı  ki, 
əlin  yüngül  imiş,  paltonu  yol  üstündəki  Sibir  şəhərlərinin  birində  satdım 
və özümə yaxşı cib xərcliyi düzəltdim. 
Bəli,  tələbəliyimizin  xoş,  işıqlı  günləri  az  olmuşdu,  ona  görə  də 
sevgi,  məhəbbət  yada  düşmürdü.  Ehtiyac,  onun  yaratdığı  əzici  hisslər 
adamı  elə  çuğlayırdı  ki,  nəcib  hisslərin  oyanmasına  elə  bir  imkan  da 
qalmırdı.  Gözəl  qız  isə  universitetin  dəhlizində,  küçələrdəki  vitrində  öz 
fiqurasından  həzz  alan  digər  cavan  qadınlar  kimi,  həmişə  şən  əhval-
ruhiyyədə dolaşanda,  bəzən  xeyrixahlıq  əlaməti kimi  mənə  də  xoş  salam 
verirdi, bundan qürur duyurdum. 
Bizim yaxınlaşmağımız, bir-birimizi azacıq da olsa anlamağımız isə 
universitetdən,  hətta  şəhərdən  də  kənarda  baş  verdi.  Tələbələri  pambıq 
yığmağa aparmışdılar, köhnə vaqonlarda dekanın oturduğu kupedə mən də 
var  idim.  Kənd  həyatına  tamam  nabələd  olan  bu  adam  ilk  dəfə  idi  ki, 
Abşerondan  uzaqda  yerləşən  bir  torpağa  qədəm  basacaqdı.  O  vaxtilə 
Berlin universitetini bitirmişdi, digər əsas Avropa dillərini də yaxşı bilirdi 
və SSRİ məkanında ən istedadlı siyasi iqtisadçılardan biri hesab olunurdu. 
Marksın «Kapital»ının Azərbaycan dilindəki nəşrinin redaktoru olmuşdu. 
Mənə  qəribə  gəlirdi  ki,  bu  doğma  dilini  pis,  ancaq  məişət  səviyyəsində 
bilən bir insan belə fundamental əsərin redaktorluğu kimi ağır işi necə öz 
üzərinə  götürmüşdü.  Professor  köhnə  sınıq-salxaq  kupedə  bizi  Baltika 
şprotuna  qonaq  etdi,  bir  neçə  bankanı  bir  andaca  yoxa  çıxardıq,  çox 
ləzzətli  idi,  deyəsən  mən  birinci  dəfə  xırda  balığın,  əslində  isə  ona 


 
13 
vurulmuş  zeytun  yağının  belə  dadlı  olduğunu  görürdüm.  Nəhayət,  bir 
stansiyada  bizi  qatardan  düşürüb,  Kür  çayının  qırağındakı  gözdən-
könüldən  uzaq  olan  kəndə  apardılar.  Axşam  dekan  kolxoz  sədrinin 
kabinetində müşavirə keçirdi, vaxtilə Volqoqrad traktor zavodunda işləmiş 
iri  gövdəli  sədr  bəlkə  də  ömründə  birinci  dəfə  idi  ki,  belə  çox  sayda  ali 
məktəb müəllimi görürdü. O vaxtlar elm adamlarına, professorlara böyük 
ehtiram  var  idi.  Ona  görə  də  sədr  dekanın  sözlərinə  bir  uşaq  marağı  ilə 
qulaq  asırdı,  onun  qaldırdığı  bütün  məsələləri  həll  edəcəyinə  söz  verirdi. 
Azərbaycanlıdan  çox  irlanda  oxşayan  professor  isə  adi  məişət 
məsələlərindən baş çıxarmırdı, bəziləri isə ona qəribə gəlirdi, əslində yad 
idi. Bir dəfə yataqxanada bir tələbə, otaq yoldaşının pulunu oğurlamışdı və 
işin  üstü  açılmışdı.  Yataqxana  komendantı  olan  qoca  dağlı  kişi  bunu 
danışanda,  dekan  tələbənin  oğurluq  etməsinə  inanmırdı,  bunu  böhtan 
adlandırırdı.  Əgər  şəhər  qaydalarından  pis  baş  çıxarırdısa,  kəndi  o,  özü 
üçün Amazonka selvasındakı hinduların məskəni kimi qəbul edirdi. Onun 
bu  qəribəliyini  çoxları  başa  düşmürdü,  xüsusən  həmin  vəzifəni  ələ 
keçirmək  istəyən  bir  alim  dəridən-qabıqdan  çıxırdı  ki,  onu  hörmətdən 
salsın, biabır etsin ki, vəzifədən uzaqlaşdıra bilsin. 
Fakültədə  partiya  təşkilatı  katibi  işləyən  bu  adam  görkəminə  görə 
kənd mühasiblərinə bənzəyirdi, başındakı qıvrım teli uca boylu kişini daha 
hündür  göstərirdi.  Professor  isə  ağbənizli  idi,  mavi  gözləri  vardı,  iri,  bir 
qədər  də  əyri  burnu  daim  qızarmış  kimi  görünurdü  və  bu  onun  kübar 
görünüşünə  bir  qədər  xələl  gətirirdi.  İntriqabaz  dosent  də  öz  fənnini  pis 
bilmirdi,  rus  kitablarından  çırpışdırdığı,  bəzən  hərfi  qaydada  tərcümə 
etdirdiyi  mətnləri  olduğu  kimi  mühazirələrində  qarşısına  qoyduğu 
dəftərdən  oxuyurdu.  Arabir  haşiyə  çıxanda  özünün  müharibə  iştirakçısı 
olduğunu,  vuruşub  Berlinə  qədər  getdiyini  deyirdi.  Sözarası  dekanı 
nəzərdə  tutaraq  işarə  edirdi  ki,  kimlərsə  o  şəhərdə  vaxtilə  milyoner 
atalarının  hesabına  təhsil  almış,  kef  çəkmiş,  bəlkə  almanlarla  da  yaxın 
dostluq  etmişdi.  Axı  professorun  atası  həqiqətən  milyonçu  olmuşdu, 
şəhərdəki bütün gəmi tərsanələri ona məxsus imiş. Sonra da əlavə edirdi 
ki,  onlar  heç  vaxt  Sovet  hökumətinə  sədaqətli  ola  bilməzlər,  çünki  başqa 
mühitdə böyümüş, tam fərqli qaydada tərbiyə olunmuşlar. 
Yenə söhbəti öz üzərinə gətirib deyirdi ki, mən hələ uşaq ikən atama 
qoşulub,  qolçomaqlara  qarşı  mübarizə  aparmışdım.  Hətta  qolçomaq 
uşaqlarının məktəbdən qovulması barədə məsələ qaldırmışdım. Buna görə 
rayon  rəhbərliyi  atamı  və  məni  tərifləmişdi.  Yerli  qəzet  mənim  şəklimi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə