Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

 
32 
ifadə qaydalarını itirməyə məcbur olur, bu çox davam etdikdə isə iradəsiz 
adamlarda lallaşma prosesi gedir. 
Mən  yenicə  özümə  gəlməyə  başlayırdım,  ancaq  bu  sözlər  məni 
yenidən  incitdi,  bəlkə  buna  işarə  edir  ki,  mən  olmasam,  sən  çoxdan  lal 
idin.  Deyəsən,  bu  da  anasının  yolu  ilə  gedir,  son  vaxtlar  atmacalı,  tikanlı 
söz vurmaqdan həzz alır. 
-  Mən  səmimi  olmaq  istəyəndə,  ömrüm  boyu  alışdığım  kənd  dilinə 
keçirəm,  radio  dilində  danışmağı  tutuquşuluq  hesab  edirəm.  Axı 
səmimiyyəti də çox vaxt qəbul etmirlər.  
-  Bunu  düzgün  dedin.  Bu  yəqin  ki,  təkcə  mənə  aid  olan  qüsur 
deyildir.  Dostun  məsləhətindən,  səmimi  ifadələrindən  inciyənlər  də  var. 
Mən də istəyirəm ki, o inciklik birdəfəlik unudulsun, onun yerini gələcək 
haqqındakı düşüncələr tutsun. 
Yenə özümü ələ almağa çalışıb cavab verdim: 
- Nə inciklik? Səni doğma bilən adamdan da inciyərsənmi? - Mən bir 
az fikirləşib, - Sizdən inciməmişəm, - dedim. 
- Yaxşı, at bu rəsmiyyəti kənara, sənə heç yaraşmır. Doğmalıq dildə 
olmur,  hisslərdə özünü daha yaxşı biruzə verir. Bəlkə də bəzən ifadələrim 
yerinə düşməyib, xoşuna gəlməyib, hisslərimə isə iradın olmamalıdır. 
- Yox vallah, nə iradım ola bilər. Mən sizdən öyrənməliyəm. 
-  Yaxşı,  nə  vaxtdan  "siz"  müraciətinə  keçmisən?  Deyəsən, 
uzaqlaşmaq üçün  bəhanə axtarırsan? Görünür, başqa ciddi fikirlərin var, 
üfüqdə yəqin daha uğurlu perspektiv şəfəqləri görünür. 
- Nə planım ola bilər, universiteti bitirən kimi rayona qayıdıb, orada 
işləyəcəyəm ki, valideynlərimə bir köməyim dəysin. 
- Bu məsələnin proza tərəfidir. Bəs poetik cəhəti? 
- Nə poetik cəhət, mən poeziyadan uzaq adamam. 
-  Özünü  elə  göstərirsən  ki,  mənimlə  guya  ilk  dəfə  söhbət  edirsən, 
yaxud  da  hər  ikimiz  başqa-başqa  dillərdə  danışdığımızdan  bir-birimizi 
anlamırıq. 
- Mən eyhamları çətin başa düşürəmsə, buna görə məni qınama. 
Onun  sözünə  əməl  edib  cəm  ifadəsindən  əl  çəkdim.  Gözümü 
döyməyimi görüb ürəkdən güldü. 
- Bəs sənin yolunu gözləyən yoxdur, ona nə cavab verəcəksən? 
- Heç kəs yolumu gözləmir, mənim ürəyimdən keçən biri varsa, o da 
mənim istəyimə gülər. Ona görə də hisslərimi Qırat kimi qaranlıq tövlədə 
saxlamağa üstünlük verirəm. 


 
33 
-  Birincisi,  başqaları  haqqında  heç  vaxt  qətiyyətli  söz  demə,  çünki 
səhv  edə  bilərsən.  Bir  də  axı  kimin  hansı  hisslərlə  yaşadığından 
bixəbərsən. 
- Düzdür, mən sənin kimi ürəkləri oxuya bilmirəm. 
-  Gəl  bir  anlığa,  mənim  boğazdan  yuxarı  tərifimi  saxlayaq  sonraya. 
Eyhamlardan acığın gəldiyinə görə, birbaşa suala keçirəm və cavabının da 
ona müvafiq və səmimi olacağına şübhə etmək istəməzdim. Valideynlərin 
sənin  evlənməyinə  necə  baxır,  sən  özün  də  bu  barədə  fikirləşmisənmi? 
Birdən bir qız tərəfdən təklif gəldi, sən buna hazırsanmı? 
-  Bu  da  mənim  vəziyyətimə  bir  istehzadır,  yəqin.  Yox,  hələ 
evlənmək fikrim yoxdur. Çünki maddi çətinliklərimiz ailə qurmaq barədə 
düşünməyə  belə  imkan  vermir.  Bir  neçə  il  işləyəndən  sonra  yəqin  ki, 
evlənmək barədə düşünəcəyəm. Ona qədər isə mənim istədiyim qız yəqin 
özünə  ailə  quracaq,  övladları  olacaqdır.  Mən  ona  yalnız  xoşbəxtlik 
arzulayardım, çünki ondan inciməyə haqqım da yoxdur, heç ona ürəyimi 
də  açmamışam.  Axı  qarşımdakı  divarın  necə  uca,  möhkəm  və  keçilməz 
olduğunu  anlayıram  və  o  qızı  da  öz  bədbəxt  günlərimin  sirdaşı  etmək 
istəməzdim. 
- Bəlkə o qız fədakarlıq meydanı axtarır, hər cür əziyyətlərə hazırdır? 
-  Ola  bilər  və  belə  qızlar  var.  Özü  də  onlar  ən  yüksək  tərifə 
layiqdirlər. Fədakarlığın da bir həddi olur. Ondan sonra bədbəxtlik donunu 
geyinib,  insanların  ruhunu  əzir,  onların  dünyasını  viran  qoyur.  Buna  bais 
olanlar isə özlərini daha bədbəxt hesab edirlər. Çünki öz vəziyyətinə bələd 
olduqları  halda,  əzablarına  başqasını  da  müştərək  edib,  dərd 
boyunduruğunu  ən  çox  xoşbəxt  etmək  istədiyi,  məmnun  görmək  istədiyi 
adamın  boynuna  salırlar.  Bu  məsuliyyətə  hər  adam  girişə  bilməz,  girişsə 
də eləsi hörmətə yox, bir az sonra nifrətə sahib olacaqdır. 
-  Düz  danışmırsan.  Elə  bilirsən  ki,  indinin  özünün  Mariya 
Volkonskayaları,  Yekaterina  Trubetskayaları  yoxdur.  Onlar  məhəbbətləri 
naminə  hansı  məhrumiyyətlərə,  əziyyətlərə  qatlaşmaqla  razılaşdılar, 
ərlərinin arxasınca Zabaykalyeyə yollandılar. 
-  Lakin  onların  katorqa  həyatı  daim  bədbəxtliklər  rənginə  büründü, 
onlar  miskin,  sevincsiz  həyat  yaşamağa  məhkum  oldular.  Mən  sevdiyim 
adama  belə  həyatı  yaşamağı  qıymazdım,  qabaqcadan  onu  da  bu  yoldan 
çəkindirmək üçün hər şeyi edərdim. 
-  Eqoizmin  həmişə  sənə    mane  olacaqdır.  Həyatın  ehtimal  olunan 
çətinliklərini  şişirdib,  mütləqləşdirib  onlardan  qorxmaq  lazım  deyildir. 


 
34 
Bəzən qorxu bizi cəsarətli addımdan yayındırır, rahat yolu seçməyə vadar 
edir, bu rahat yol isə çox vaxt könülün, qəlbin  əsirliyi, öz məqsədlərindən 
uzaqlaşması hesabına başa gəlir. 
-  Mən  eqoist  deyiləm,  realistəm.  Sabahkı  günün  çətinliyini  bu  gün 
görə  bilirəm.  Bir  qədər  Makiavellini  oxumuşam.  Həyatda  baş  çıxarmaq, 
tale  gəmisini  sualtı  qayalara  vurub  qərq  etdirməmək  üçün  hər  şeyə  ayıq 
gözlə  baxmağa  çalışıram.  Mən  su  çarxını  fırladan  at  deyiləm  ki,  başım 
hərlənməmək  üçün  gözümün  üstünə  pərdə  çəksinlər.  Öz  vəziyyətimi 
məndən yaxşı heç kəs bilmir. Ona görə də hələ evlənmək barədə qətiyyən 
fikirləşmirəm.  Ürəyimdəki  o  gözəl  qıza  sevgimi  açmaq  istəmirəm  ki, 
birdən  rədd  cavabı  alsam,  yaxud  etirafım  gülüşlə  qarşılansa  özümü 
ömürlük bədbəxt hesab edərəm. Bu qığılcımı daim köksümdə saxlayacaq, 
onun sönməsinə imkan verməyəcəyəm. Bu hiss həmişə mənim üçün təsəlli 
olacaqdır.  Bəlkə  də  bu  kiçik  fidan  bir  azdan  sonra  solacaq,  yoxluğa 
çevriləcəkdir.  Mən  buna  uzun  müddət  matəm  saxlayacaq,  puç  olmuş 
arzumun  xatirəsi  daim  məni  düşündürəcək,  imkanı,  fürsəti  əldən 
verdiyimə görə daim özümü qınayacağam. 
Bu  söhbətdən  sonra  aramızda  bir  soyuqluq  yarandı.  Az-az  görüşür, 
ordan-burdan  qısa  söhbət  edib  ayrılırdıq.  Əslində  mən  onu  gizli-gizli, 
oğrun-oğrun sevirdim, heç vaxt hisslərimi açıb ona bildirməmişdim. Onun 
da münasibətinin qarşılıqlı olacağına o qədər də ümid etmirdim. Bilmirəm, 
o  evlənmə  söhbətini  niyə  ortalığa  atmışdı,  qız  tərəfdən  təklif  gəlməsi 
variantı  ağlabatan  olmadığından,  mənim  ailə  qurmağıma  növbəti  bir 
istehza ilə baxmaq cəhdi olduğunu güman edirdim. 
Ağlıma  da  gətirə  bilməzdim  ki,  özünü  nəzərdə  tutur.  Belə  bir  gözəl 
qız  məni  bəyənərdimi,  mənimlə  ailə  qurmağa  razılıq  verərdimi?  Bəs 
valideynləri necə? Elə anasının məni özünə kürəkən kimi görməsinə ümid 
etmək ağılsızlıq olardı. Yeganə qızlarını xoşbəxt görmək üçün onlar yəqin 
ki,  ona  uyğun  da  cütlük  axtarıb  tapmağa  cəhd  edərdilər.  Professorun  qızı 
kasıb  kəndlinin  özünü  dolandırmağı  bacarmayan  oğluna  necə  ərə  gedə 
bilərdi? Kənc ailə harada yaşayacaqdı? Təzə gəlin rayonda yaşamağa razı 
olardımı? Axı o, şəhərdə dünyaya göz açmış, bu mühitdə böyüyüb boya-
başa çatmışdı. Mənimsə şəhərdə qalmaq ehtimalım sıfıra yaxın idi. Çünki 
əyalət  adamına  şəhərdə  işləməyə  təyinat  vermirdilər.  Bir  sözlə,  elə 
problemlər qalası düşünüb yaradırdım ki, onu fəth etməyə mənim gücüm, 
fərasətim  çatmazdı.  Belə  yanaşma  əslində  məni  günaha  batırdı,  «günah» 
isə  latınca  «pedis»  adlanırdı,  ilk  mənası  «xəstə  ayaq»  demək  idi,  başqa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə