Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

 
53 
- Əhd-peyman olubmuş ki, xəyanət də edilə. 
-  Deyə  bilmərəm,  ancaq  anasının  qohumu  olan  oğlan  heç  ona 
yaraşmırdı.  Sonra  da  bədbəxtliklər  onu  addım-addım  izləyib,  aram 
vermədən üstünə atılırdı. Onun əzabını çəkdiyi faciələr daş axını xarakteri 
daşıyırdı,  birinin  zərbəsinin  ağrısı  keçib  getməmişdən,  ikincisini  daha 
ağırını  alırdı.  Təkcə  əri  ilə  deyil,  anası  ilə  də  münasibətləri  korlanmışdı. 
Atasının  xəstəliyindən  sonra  anası  hər  şeydə  onu  günahkar  sayırmış,  tez-
tez  əsəbləşirmiş.  Bunun  ardınca  anaya  xəstəliklərin  səf  düzülmüş  ordu 
kimi  hücumu  başladı,  həyatda  özünü  bədbəxt  hesab  edən  bu  qadın  öldü. 
Həmin  vaxt  Əminənin  əri  də  ağır  xəstəliyə  mübtəla  olubmuş,  vaxtında 
ixtisaslı  müalicə  almadığından  xəstəlik  artmış,  nəhayət  o  da  həyatla 
vidalaşıbmış.  
Mən dayana bilməyib, soruşdum: 
- Bu nə vaxt olub? 
Sualıma müəmma  ilə baxaraq, bildirdi ki, yarım  ilə yaxındır ki,  əri 
ölüb, 
ərinin  qohumları  ilə  münasibətləri  əvvəldən  qaydasında 
olmadığından  və  atasının  xəstəliyini  nəzərə  alaraq  Əminə  qızını  da 
götürüb  bura  köçüb.  Axı  o  şəhərlə  onu  bağlayan  heç  nə  yox  idi.  Bircə 
ərinin məzarından başqa. Ər də onun üçün əslində yad adam idi, onlar bir-
birlərini heç vaxt sevməmişdilər, heç aralarında adi insanı hörmət-izzət də 
yox  idi.  İlk  anlardan  özünü  vəhşi  kimi  aparan,  öz  gənc  arvadını  başa 
düşmək istəməyən adama Əminə nifrət etməyə başlamış, ona qarşı olan bu 
hiss  hətta  əri  öləndə  belə  onu  tərk  etməmişdi.  Ər  də  bunu  aydın  hiss 
etdiyindən, aralarındakı uçurum  dərinləşməyə başlamış və hər ikisi onun 
üzərindən körpü salmaq cəhdinini əbəs olduğu qənaətinə gəlibmiş. 
Mən bunları bilmirdim, belə qara xəbərlərə yenilik deməyə də dilim 
gəlmir. Söz tapa bilmədiyimdən soruşdum: 
- Bəs Əminə indi hardadır, nə ilə məşğuldur, bir yerdə işləyirmi? 
-  Harda  olacaq,  öz  evlərində,  atasına  qulluq  edir,  deyilənlərə  görə 
Əminə gələndən atasının vəziyyəti bir qədər yaxşılaşıb, işə çıxır, uzun illər 
ərzində ölkə florası haqqında yazdığı kitabı çap etdirmək üstündə əlləşir. 
Deyəsən kömək etməyə söz veriblər. 
Mən tutulmuşdum, heç nə deyə bilmirdim, yazıq Əminə, belə qəlbin 
sahibi  niyə  bu  qədər  çox  sayda  dərdlərə  sirdaş  olmalı  idi.  Əgər  dünyada 
ədalət  olsaydı,  hər  kəsə  öz  daxili  aləminə,  ürəyinin  genişliyinə, 
xeyirxahlığına görə qiymət verilsəydi, bu qız yəqin ki, nəciblik dünyasının 
kraliçası ola bilərdi. Yəqin, bu düşüncələrim kimlərəsə gülməli gələ bilər 


 
54 
ki, məgər nəciblik dünyası var ki, ona da kimisə kraliça etsinlər. Həm də 
mənə  etiraz  edib  deyə  bilərlər  ki,  sən  onu  ilahə  kimi  qəbul  edir,  təqdim 
edirsənsə,  axı  ilahəyə  başqa  cür  hansısa  titul,  cəmiyyətin  mükafatı, 
fərqləndirmə  ölçüsü  lazım  deyildir.  Bu  ilahilik,  əlbəttə,  toxunulmaz 
hüquqdur, heç kəs bunu onun əlindən ala bilməz, qəsb edə və ya müsadirə 
edə  bilməz.  Dərdlər  hücum  çəkəndə  hər  şeyi  dağıtsa,  məhv  etsə  də, 
ilahiliyə qəsd edə bilmir, ona xətər toxundura bilmir. 
Bu fikirlər qayığında hara, hansı istiqamətə üzdüyümü də bilmirdim 
və  birdən  ayılan  kimi  oldum,  tələbə  dostum  yenə  qoluma  girib  məni 
məclisin yanına gətirmişdi. Tamada şit-şit, cingiltili səslə dedi. 
- Yəqin, sirrlər çox böyük olduğuna görə qardaş bu yükü çəkib apara 
bilmədiyindən, elə bil beli bükülmüşdür, mən bunu düzgün saymıram. Biz 
bir-birimizin belə yük altına düşməsinə qıymamalıyıq. 
Mən bu əbləhə ağılsız bir adam kimi baxırdım, gördüm ki, bu heç də 
nadan  deyil,  arif  adamdır,  təəccüblü  qaydada  mənim  vəziyyətimi  olduğu 
kimi  qiymətləndirə  bilmişdi.  Belə  fikirlərin  təzyiqi  altında,  məclisin  necə 
başa  çatdığını  da  hiss  etmədim,  evə  çatanda  hələ  də  Əminə  barədəki 
söhbətin təsiri altında idim. 
 
Əminə ilə təzədən görüş. 
 
Bu  hadisədən  bir  neçə  ay  keçdikdən  sonra  bir  toy  məclisinə  dəvət 
olunmuşdum.  Arvadım xəstə olduğuna görə  tək getmişdim. Mənim üçün 
nəzərdə tutulan yerin ətrafında bir neçə tanışa rast gəldim, xeyli söhbət və 
sağlıqlardan  sonra  restoranın  holluna  çıxdım.  Bu  vaxt  yenə  həmin 
tələbəlik dostum olan qızla görüşdüm, gülə-gülə dedi ki, «Deyəsən məni 
izləyirsən,  hara  getsəm  orada  səni  görürəm,  elə  bil  ki,  xüsusi  tapşırıq 
yerinə  yetirirsən».  Bir  qədər  deyib-güldükdən  sonra  əvvəlki  ədası  ilə 
qoluma girib, məni bir nəfərlə tanış etmək istədiyini söylədi. Mən getmək 
istəməyəndə,  zarafatla  «kəndçiliyimi»  üzümə  vurdu  və  içəri  çəkməyə 
başladı.  İnadkarlıq  etməyin    əbəs  olduğunu  görüb,  toyun  baş  tərəfində, 
bəylə-gəlinin  əyləşdiyi  yerə  yaxın  stolun  yanına  gəlib  çıxdıq  və  mənim 
bələdçim uca səslə dedi: 
-  Əminə,  gör  kimi  gətirmişəm.  Əgər  bir-birinizi  tamam 
unutmusunuzsa,  yenidən  sizi  tanış  etmək  missiyasını  öz  üzərimə  götürə 
bilərəm. 


 
55 
Əminə  üzünü  mənə  tərəf  çevirəndə,  bir  qədər  duruxdum.  Mənim 
tanıdığım gülərüz qızdan əsər-əlamət qalmamışdı. Rəngi ağarmış, bənizinə 
bir  solğunluq  çökmüşdü,  ala  gözlərinin  şəfəqləri,  parıltısı  sönmüşdü, 
xəstəxanadan yenicə çıxmış adam təsiri  bağışlayırdı. Deyəsən, o da məni 
çətinliklə  tanımışdı. Axı son illər mənim də səhhətimdə bəzi problemlər 
yaranmışdı,  müalicə  olunsam  da,  sağlamlığım  tam  bərpa  olunmamışdı. 
Mən yaxınlaşıb salam verdim, Əminə qalxmaq istəyəndə onu qabaqladım, 
əl  verib  görüşdük.  Bir-iki  anlaşılmayan  sözlə  hal-əhval  tutduq.  Başqa 
suallarımı qabaqlamaq üçün, məni qızına təqdim etdi. 
-  Nur,  Kamran  əmi  ilə  tanış  ol.  Mən  onun  haqqında  sənə 
danışmışdım. 
İri  cüssəli,  bədən  quruluşunda  gənc  anasını  yada  salan,  ala  göz 
yeniyetmə  qız  ayağa  qalxıb,  ədəb-ərkanla  salam  verdi,  anasının  tələbəlik 
salnaməsi barədəki şirin hekayətlərindən məni tanıdığını bildirdi. Mən də 
cavab  vermək  xatirinə  dedim  ki,  əgər  anan  yanında  olmasaydı  da,  mən 
deyərdim  ki,  sən    kimin  qızısan.  Tələbələrin  valeh  olduğu  o  dövrün  ən 
gözəl  qızının  miniatür  rəsmini  yaradarkən  təbiət  böyük  məharət  nümayiş 
etdirmişdir. 
Qız söz altda qalmayıb, dedi: 
- Bu mənim üçün ən yaxşı komplimentdir, bir qədər şübhəli olsa da, 
anamın keçmiş dostunun dilindən çıxdığına görə bütünlüklə qəbul edirəm. 
Əminə mənim ayaq üstə qalmağımla razılaşmadı, bir az  sonra holla 
çıxacağını  bildirdi.  Mən  başqaları  ilə  uzun-uzadı  tanışlıq  mərasimindən 
qaçmaq üçün, «yəqin ki, görüşərik» deyib uzaqlaşdım. 
Darıxdığımdan  məclisdə  otura  bilmirdim,  musiqinin  gurultu  salan, 
adamın  qulağını  kar  edən  səsi,  müğənninin  səriştəsiz  oxuması,  tez-tez 
zəngulə  vurması  məni  hövsələdən  çıxarırdı.  Ona  görə  də  yenə  holla 
çıxdıqda,  Əminə  ilə  qızının  orada  gəzişdiyini  gördüm.  Mən  onlara 
yaxınlaşdım,  anasının  cavanlığındakı  dilavərliyi  elə  bil  ki,  indi  qızına 
keçmişdi  və  uşaq  sərbəstliyi  ilə  hər  şey  barədə  çəkinmədən  öz  rəyini 
bildirirdi.  Böyüklərə  məxsus  qaydada  bildirdi  ki,  ilk  dəfədir  ki,  Bakıda 
toyda  iştirak  edir,  anam  gəlmək  istəmirdi,  rəfiqəsi  çox  təkid  etdikdən 
sonra,  mənim  də  marağımı  nəzərə  alaraq  axır  ki,  razılaşdı.  Toy  çox  şən 
keçir, bizim şəhərdən fərqli olaraq burada sərxoş adamlar və rəqs edərkən 
kiminsə,  kişinin  ya  qadının  yıxılması  gözə  dəymir.  Bir  yaxşı  cəhət 
orasındadır  ki,  hamı  şənlənmək  istəyir,  rəqsə  qoşulur,  ancaq  səs-küy  də 
çoxdur,  yanında  danışan  adamı  eşidə  bilmirsən.  Bu  anam  üçün  olduqca  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə