Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   20   21   22   23   24   25   26   27   ...   54

 
59 
məxluqun  timsalındakı  rəhmə,  amana  yad  olan  qayaya  çırpılıb 
parçalanmasını  unuda  bilməyəcəkdir.  Bəlkə  də  dəniz  ləpələr  əmələ 
gətirəcəkdir,  lakin  onun  hisslərinin dili  səmaya çatan iri  dalğası  bir  daha 
yaranmaycaqdır,  onun  ehtirası  başqa  bir  arzuolunan  ehtirasın  yanğısı  ilə 
deyil,  tənhalıqdan,  özünə  cavab  və  qiymət  tapmadığından  sönəcəkdir, 
yoxa  çıxacaqdır.  Mən  indi-indi  onun  belə  gənc  yaşında  solduğunun 
səbəbini anlamağa başladım. 
Öz  iti  qaçışı  ilə  küləklərlə  yarışa  girmək  istəyən  cavan  atı 
çidarlamışdılar,  onu  nəinki  dördnala  qaçışdan,  hətta  normal  yeriməkdən 
məhrum  etmişdilər.  Mən  bunu  onun  gözlərindəki  kədər  tutqunluğundan, 
bənizindəki  dərdi  əks  etdirən  solğunluqdan  hiss  etdim,  birdən-birə  ona 
yazığım  gəlməyə  başladı.  Acı  bir  həqiqəti  anladım  ki,  həyat  istənilən 
adamı  sındıra  bilir,  insan  ruhu  adlanan  kövrək  şüşə  kiçik  bir  sərt  şeyə 
toxunduqda  sınır,  təkcə  öz  formasını  deyil,  mahiyyətini  də,  bütünlükdə 
təbiətini  itirə  bilir.  Bu  avazımış  sifət,  qəmginlik  yağan  gözlər  təkcə 
bədənin  deyil,  ruhun  da  necə  ağrılardan  keçdiyini  parlaq  güzgüdəki  kimi 
əks etdirirdi və bu mənzərəyə baxdıqca məni dəhşət götürürdü. Nəzərimdə 
uca,  əlçatmaz  hesab  etdiyim  bir  dağ  elə  bil  ki,  birdən-birə  kiçilmişdi,  öz 
ölçülərini,  təlqin  etdiyi  əzəmət  hissini  də  itirmişdi.  Ani  olaraq  mənim 
Əminəyə görə ürəyim ağrıdı. Öz bədbəxtliyimi də unudub, onun faciəsinə 
yanmaqla,  göz  yaşlarımı  güclə  saxladım.  Mən  ən  dəhşətli  itkilərə  məruz 
qalanda  da  ağlamıram,  ancaq  kiçik  bir  hadisə  qəlbimin  o  zərif  siminə 
toxunduqda özümə acıma hisslərimə hakim kəsilə bilmirəm. Ancaq onu da 
bilirəm  ki,  məni  mütəəssir  edən  bu  şey  birbaşa  mənim  öz  dünyama 
toxunduğundan,  ağır  zərbəsi  ilə  onun  qapısını  döydüyündən  mən  riqqətə 
gəlirəm,  bu  zəifliyimi  cilovlaya  bilmirəm.  İndi  də  gözlərimi  dolduran  bu 
yaş təkcə Əminənin taleyinə ünvanlanmamışdı, həm də öz taleyim barədə 
uzun  illər  ərzində  cavabını  tapmadığım  bir  sirrə  bələd  olmaq  nəticəsində 
yaranan səssiz hönkürtünün, harayın ifadəsi idi. 
Birdən fikirlərimdən ayrılıb. Əminəyə baxdım, deyəsən o da mənim 
halımı başa düşmüşdü və güman ki, onun da mənə yazığı gəlmiş, mənim 
könlümü  barəmdəki  qüssə  dolu  hisslərlə,  öz  həzin  baxışları  ilə  
ovsundurmağa,  oxşamağa  başlamışdı.  İki  bədbəxt  insan  ətrafındakı  hər 
şeyi,  bu  çal-çağırı  da,  toy-büsatı  da  unudub,  bir-birlərinə  sınayıcı 
nəzərlərlə  baxırdı  ki,  səhv  edib,  etmədiklərinə  əminlik  tapsınlar. 
Ətrafdakılar  da,  əgər  onların  hansı  qəmli  hisslər  altında  olduqlarını 
anlasaydılar, bu yazıq məxluqlara rəhmdilliklə baxardılar. Ürək ağrısından 


 
60 
ya  nədənsə  huşunu  itirərək  yerə  yıxılana  hamı  kömək  əlini  uzatmağa, 
həkim  tapmağa  tələsdiyi  kimi,  yəqin  ki,  onlara  yardım  əlini  uzatmağa 
çalışardılar.  Onlar  bəlkə  də  xəstənin  özünə  gəlməsinə,  ayağa  qalxmasına 
nail  olacaqdılar,  lakin  ürəkdəki,  beyindəki  fəsadı  aradan  qaldıra 
bilməyəcəkdilər,  xəstəliyin  bir  anını  unutdurmağa  müvəffəq  olsalar  da, 
onun səbəbinə, köklərinə heç bir təsir göstərə bilməyəcəkdilər. 
Bəs  onda  bu  fağır  bəndələrin  xilas  yolu  harada  axtarılmalı  idi, 
onların nicatı nədə idi? Özləri də çaş-baş qalmışdılar, tələbəlik illərinin ən 
azı  mənim  üçün  zahiri  görünən  qayğısızlıq  oyunundan  da  əsər-əlamət 
qalmamışdı.  Dərdlər  dənizində  üzən  insan  hansısa  bir  sakit  limana, 
sığınıcaq  rolunu  oynayacaq  adaya  yaxınlaşmaq  ümidindən  daha  çox, 
dənizdə qərq olacağı barədə düşünür  və belə  fikir onun  iradəsini  əlindən 
alır,  gücünü  zəiflədir.  Belə  dənizçi  hələ  qayıqda  otursa  da,  nəfəs  alan 
ölüyə çevrilir, özü öz ölümünə ağı deməyə başlayır və heç də vacib deyil 
ki,  bu  ağını  səsləndirsin.  Onsuz  da    dənizin  kimsəsizliyində  onun  səsini 
eşidən olmayacaqdır. Bircə onu anlayır ki, sahildən, qurudan indi göylərə 
daha  yaxındır.  Hamı  səhradakı  ilğımdan  danışır,  qızmar  günəşdən, 
susuzluqdan  dəli  olmaq  dərəcəsinə  çatan  adamların  gözünə  mavi  göllər, 
vahələr  görünməyə  başlayır  və  onlara  çatmağa  tələsən  azmış  yolçu, 
arzuladıqlarına  yetişməsə  də,  bu  aldanış  onun  ömür  yolunu  qısaltmaqla 
əslində  əbəs,  dözülməz  əzablardan  xilas  etmiş  olur.  Lakin  heç  kəs 
dənizdəki  tənha  insanın  dəhşətini  qələmə  almır,  onu  təsvir  etməyə 
girişmir.  Bəlkə  də  bu  düzgün  addımdır,  beləliklə  dənizdə  daim 
təhlükələrlə  üzləşən  adamların  təxəyyülünə  dəhşətlər  mənzərəsini, 
cəhənnəm  əzabları  səhnələrini  daxil  etmək  istəmirlər  ki,  onlar  vaxtından 
əvvəl  mübarizədən,  stixayaya  qarşı  müqavimət  göstərməkdən 
yayınmasınlar, daim xilas olmaq barədə fikirləşsinlər, bəlkə bir şey alındı, 
bir təsadüf onları ölümün cəngəsindən qopardı. 
Mən  Əminəni  və  özümü  qərq  olmuş  gəminin  qopmuş  dor  ağacları 
üzərində  qalmaqla  xilas  kəməri  tapdıqlarını  güman  edən  dənizçilərə 
bənzədirdim.  Görən  qarşıdakı  dəqiqələr,  saatlar,  günlər  bizi  həyata 
qaytarmağa  səy  göstərəcəklərmi  yoxsa  yeni  quduz  bir  dalğa  köpək  balığı 
iştahı ilə bizi birdəfəlik udacaqdır. Bu dağınıq fikirlərin Ariadna sapından 
tutub, düşdüyümüz bədbəxtlik və talesizlik mağarasının dolaşıq yollarında 
azmamaq,  işığa  çıxmaq  üçün  biz  bir  yerdə  olmalıydıq,  bir-birimizi 
qorumalıydıq.  Hər  birimiz  təklikdə  hərəkət  etsək,  bu  gücsüzlüymüzün 
sonuncu  təsdiqinə  və  əvvəlki  ağılsızlığımızın  yadda  qalan  əlamətinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə