Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   21   22   23   24   25   26   27   28   ...   54

 
61 
çevriləcək,  bu  şansdan  da  sağlam  düşüncə  tərzi  ilə  istifadə  etməsək, 
bütünlüklə  məhv  olacaq,  bizi  heç  xatırlayan  da  olmayacaqdır. 
Qəbirlərimizə  gedən  cığırı  çox  tezliklə  ot  basacaqdır.  Üox,  nəyəsə  görə, 
hansısa  səbəbisə  əsas  götürərək,  hansısa  bəhanəni  şişirdərək  indi  bir-
birimizdən  qaçmamalıyıq,  saxta  məğrurluğumuzu  kənara  atmalıyıq. 
Özümüzü  güclü  göstərmək  kimi  sərsəm  pozadan  əl  çəkməliyik.  Biz 
olduqca  zəif  məxluqlara  çevrilmişik,  bunu  hamı  görür  və  heç  gizlətməyə 
də  ehtiyac  yoxdur.  Ən  başlıcası,  həyatın  bizə  təlqin  etdiyi  bu  zəifliyi 
özümüz  də  etiraf  etməli  və  onun  məngənəsindən  qurtulmaq  üçün  var 
gücümüzlə  və  birgə  hərəkət  etməliyik.  Bu  fikirlərin  təsiri  altında  mən 
Əminə  ilə  yaxın  ünsiyyətdə  olmağı  qərara  aldım,  bunu  ona  çatdırmaq 
istəyəndə Əminə həmişə olduğu kimi məni qabaqlayaraq dedi: 
-  Kamran,  səni  tez-tez  görmək  mümkün  olmasa  da,  çünki  iş 
adamısan,  sənə  mane  olmaq  yaxşı  hərəkət  olmazdı,  zəngləşmək,  bir-
birimizdən xəbər tutmaq pis olmazdı. Mən tez-tez zəng edib, səni yormaq 
fikrindən  də  uzağam.  Yalnız  darıxanda  bir-iki  kəlmə  kəsmək  üçün  zəng 
etmək istərdim. Əgər bu sənin üçün heç bir çətinlik yaratmayacaqsa. 
Mən  özümü  itirdim.  O  saat  qələm  çıxardıb,  iş  və  ev  telefonlarımın 
nömrəsini yazıb verdim. Əminə razılıq etdi, ev nömrəsini görüb dedi: 
-  Narahat  olma,  mən  evə  zəng  eləməyəcəyəm  ki,  arvadınla  sənin 
aranda  söz-söhbət  yaransın.  Mərhum  ərim  məni  zənglərə  də  qısqanardı, 
hətta rəfiqələrim Bakıdan zəng edəndə onların danışığını eşitməyə çalışırdı 
ki, bəlkə mənə gizli bir söz deyirlər, hansısa parolu çatdırırlar. Bədbəxt elə 
bilirdi  ki,  bütün  kişilər  məndən  ötrü  ölür,  mənim  hisslərimə  sahib  olmaq 
üçün  onlardan  hər  biri  ailəsini  dağıtmağa,  arvadını  boşamağa,  uşaqlarını 
dərbədiyar  etməyə  hazırdır.  O,  yazıq  hardan  biləydi  ki,  vaxtilə  cavan  bir 
oğlan  görünməmiş  bir  rəhmsizlik,  cahillik  edərək,  mənim  etirafımı  qulaq 
ardına  vurub,  açıq  şəkildə  dilimə  gətirdiyim  təklifi  rədd  etmişdi.  Özü  də 
gülünc  bir  bəhanə  ilə  o,  maddi  çətinlik  içərisindədir,  mənim  də  belə 
çətinliyə  düşməyimə  qətiyyən  razı  ola  bilməz.  Bu  avam  adam  hardan 
biləydi ki, məni öz xırda, təhlükəsiz hesab etdiyim qayığından qovmaqla, 
bədbəxtliklər  dənizində  boğulmağa  atır,  illər  keçdikdən  sonra  olub 
keçənlər üçün mənə başsağlığı verməklə öz günahını yumağa çalışır. 
Mən  qulaqlarıma  inana  bilmirdim  ki,  görən  Əminə  məni  ələ    salır, 
uzun  illər  ərzində  onu  yada  salmadığımın  hayıfını  alır,  yoxsa  həqiqəti 
danışır. Axı o vaxt özünün dediyi kimi açıq təklif alınmamışdı, hansısa bir 
qızın  təşəbbüs  göstərməsi  ehtimalından  danışmışdı.  Mən  də  öz 


 
62 
qayğılarımın  yükü  altında  bu  notları  tuta  bilməmişdim,  ağılsız  sözlərlə, 
dəllalıq  söhbətini  andıran  ifadələrlə  öz  mövqeyimdə  qalmağımla 
öyünmüşdüm  ki,  mən  heç  evlənmək  barədə  fikirləşmirəm  də.  Katolik 
dünyasının  eybəcərliklərinə  qarşı  mübarizə  aparan  və  kafir  elan  edilərək 
altı  əsr  əvvəl  öz  vətənindən  uzaqlarda  tonqalda  yandırılan  Yan  Husun 
məşhur  sözləri  yadıma  düşür  :  «O  Sancta  Simplicitas»  «Ey  müqəddəs 
sadəlövhlük» Yan Hus üzərində durduğu odun təpəsinə od vurularkən, beli 
bükülmüş  qoca  bir  qadının  böyük  əziyyətlə  tonqala  atmaq  üçün  çöp 
gətirdiyini görüb, onun ağılsızlığına, öz hərəkətini anlamadığına acıyaraq 
bu  sözləri  demişdi.  Mən  həmin  qoca  qadına  bənzəyirdim.  Bircə  fərq 
orasında idi ki, qadının əmin olduğu kimi kafiri yandıracaq tonqalı deyil, 
ilahi  saydığım  Əminənin  taleyini  oda  tutacaq  amansız  tonqalı 
alovlandırmaq üçün nə lazımsa hər şeyi etmişdim.  
Mən  Somerset  Moemin  hekayəsindəki  alman  əsgəri  ilə  intim 
yaxınlıqdan doğduğu körpə uşağını suda öz əlləri ilə boğub öldürən gənc 
qız kimi, iki gəncin taleyini «uf» demədən, məhv etmişdim. Həmin fransız 
qızı şəhvət mürgüləməsinin bəhrəsi olan, düşməndən, onun Vətənini işğal 
edən alman əsgərindən uşağı doğması kimi biabırçı hərəkətini dərk etməyə 
başladıqda,  anaya  xas  olmayan  bir  cinayətə  əl  atmış,  öz  doğma  övladını, 
günahsız körpəni yalnız onun damarlarında qəsbkarın qanı axdığına görə 
qətlə  yetirmişdi.  Qatil  olmaqda  mən  ondan  geri  qalmırdım,  iki  gəncin 
hisslərinin pöhrə verməsinin qarşısını almış, pünhan saxlanan məhəbbətin 
çiçəklənməsinə  yol  verməmək  üçün,  onların  daşıyıcıları  olan  qönçələri 
qoparıb  atmaq  kimi,  hər  ikimizin  taleyinin  məsuliyyəti  qarşısında 
cinayətdən  də  betər  olan  büdrəməyə  yol  vermişdim.  Bu  ağılsız 
büdrəmədən  təkcə  mən  yıxılıb  əziliməmişdim,  həm  də  bu  məhəbbət 
ilahəsi,  xeyirxahlıq  mücəssəməsi  özünün  uca  pyedastalından  yerə 
yıxılmış, hansısa bir qanmazın təhqiramiz yatağının məskununa çevrilmiş, 
taleyi,  bütün  həyatı  amansızlıq  təpiyinin  tapdağı  altına  atılmışdır. 
Əminənin dediklərində tam olmasa da, azacıq bir həqiqət varsa, mən ona 
qarşı  da  xəyanət  etmişdim,  öz  hisslərimə  xəyanətim  isə  mənə  çoxdan 
aydın idi. Əminə ona xas olan bir həssaslıqla özümü mühakimə etdiyimi 
anlayıb, gənclikdə daim susadığım, can atdığım bir navazişlə dedi: 
-  İndi  özümüzü  nə  qədər  qınasaq  da,  cəzalandırsaq  da  artıq  gecdir. 
Mən  elə  zərbələr  almışam  ki,  yəqin  ona  dağlar  da  tab  gətirməzdi.  Nə 
etmək  olar,  vaxtında  üsyan  etməyə,  öz  istəyimə  çatmağa  cəsarətim  yox 
idisə, indi nəiysə qamçılamağın nə faydası. Güllə yarasından sonra çubuq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə