Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

 
35 
sözlə yolu qət etməyə qadir olmayan ayaq. Mən bu yolu qət etməyə hazır 
deyildim. 
Yaxşı deyək ki, lap hansısa bir işi tapdım, bəs harada yaşayacağam. 
Qızın  evində  qalmaq  müşkül  məsələdir,  nə  valideynləri  razı  olar,  nə  də 
ləyaqətimi  alçaldıb,  «gəlin  köçməyimə»  razı  ola  bilərdim.  Sonralar 
öyrəndim  ki,  Yaponiyada  belə  bir  adət  vardır  ki,  qızın  nəslində  kişi  cinsi 
xətti  tükənəndə,  ölüb  sıradan  çıxanda  və  ailənin  adının  bütünlükdə 
silinməsi  ehtimalı  yarananda,  ər  arvadın  evinə  götürülür,  bir  növ  ora 
«gəlin  gəlir».  Belə  ər  öz  ailəsilə  əlaqəsini  üzür,  arvadının  familiyasını 
qəbul  edir,  bundan  sonra  o,  yox,  arvadı  bütün  buradan  irəli  gələn 
hüquqlarda  və  məişətdəki  mövqeyilə  ailənin  başçısı  hesab  olunur.  Bizdə 
belə qayda yoxdur və arvad evinə girən kişilərə olduqca pis baxırlar. Ona 
görə də Əminə ilə bizim ittifaqımız mümkün olan iş deyildi, hətta mənim 
ürəyimdən  çox  keçsə  də,  bu  ximera  olaraq  qalacaqdı.  Görünür, 
cəsarətsizliyim  ona da öz  təsirini göstərmişdi, ona görə də bir  fərd kimi, 
mənə maraq azalmışdı. Bəlkə də günaha batırdım, onun niyyəti barədə öz 
düşündüklərimi  danışır,  öz  arzumu  onun  adına  çıxmaq  üçün  reallıqdan 
uzaq  olan  müxtəlif  variantlar  fikirləşib  tapırdım.  Axı  biz  bir-birimizə 
ürəyimizi  də  açmamışdıq,  hər  şey  örtülü  qalırdı.  Mən  ondan  rədd  cavabı 
almaq  ehtimalına  görə,  hisslərimi  gizlədir,  bu  pünhan  çiçəyi  şaxta  vurub 
soldurmuş  vəziyyətdə  görmək  istəmirdim.  Əminə  isə  şən,  mehriban, 
səmimi  bir  qız  idi,  tələbələrin  hamısı  mənim  kimi  onun  münasibətindən 
sui-istifadə  edib,  guya  bu  qızın  ayrılıqda  onların  hər  birinə  vurulduğunu 
düşünə bilərdi. Axı hamı gözəl qıza valeh olur, ona yaxın olmağa can atır. 
Bu  gözəllik  mülayimlik,  həssaslıq,  sadəliklə  birləşdikdə  isə  daha 
cazibədar,  həm  də  aldadıcı  olur.  Gözəl  qızın  xoş  təbəssümü,  mehriban 
tərzdə deyilmiş sözü hər bir oğlanı yoldan çıxarır, onun özü haqqda başqa 
fikrə  düşməyinə  şərait  yaradır.  Bütün  fakültənin  oğlanlarının  Əminəyə 
vurulduğunu  desəydilər,  mən  bunu  həqiqət  kimi  qəbul  edərdim.  Onun 
azacıq  gözə  çarpan  Cokonda  təbəssümü  buna  bəs  idi.  Kim  gözəlliyə 
biganə  qala  bilir,  laqeydlik  göstərməyə  cəsarət  edir?  Tər  çiçək 
çəmənlikdəki  nektar  toplayan    arıları  özünə  cəlb  edən  kimi,  qızlar 
içərisində məlahəti ilə seçilənə hamı eşq elan etməyə hazırdır, bir ümidlə 
ki, bəlkə cəhdim baş tutdu, mənim sevgimə cavab verdi. Əlbəttə, hamıdan 
söhbət gedirsə, bu onların böyük əksəriyyətinin gözəlliyə sitayişindən, əsir 
olmasından irəli gəlir. Ciddi niyyəti olanlar, ürəkdən sevənlər isə bir neçə 
nəfər  olur  və  onlardan  biri  də  mən  idim.  Mənim  də  sevgim  açılmamış 


 
36 
tumurcuq kimi idi, yarpağa çevrilə bilmədi. Çünki ürəyim nə qədər istəsə 
də,  ağlım  irəli  getməyimə  sədd  çəkirdi  və  hisslərə  qapılaraq  səhv  addım 
atmamaq  üçün  öz  vəziyyətimin  ağırlığının  bütün  cəhətlərini  yada  salırdı. 
Mən  kasıb  ailədə  böyümüşdüm,  maddi  sıxıntı  mənim  cavan  ömrümün 
bütün  illərini  müşayiət  etmişdi.  Evlənmək  isə  əlavə  maddi  çətinliklərin 
yaranmasına,  vəziyyətin  daha  da  ağırlaşmasına  şərait  yaradacaqdı.  Ona 
görə  də  geri  çəkilməliydim,  ürəyim  nə  qədər  niskilli  anlar  keçirsə  də, 
beynim,  ağlım  düzgün  hərəkət  etdiyimi  deyir,  Əminə  ilə  əslində 
vidalaşmağıma haqq qazandırırdı.  
Mən  ondan  xeyli  uzaqlaşdım,  əslində  ona  heç  real  olaraq 
yaxınlaşmamışdım  da,  yalnız  düşüncələrimdə,  xəyalımda  onun  zərif 
bədənini qollarım arasına alıb əzizləyir, qızıl gül ləçəyini andıran, bir yeri 
yığıldıqda  qönçəyə  bənzəyən  dodaqlarından  doyunca  öpür,  öpürdüm. 
Köynəyin altından baş qaldıran döşlərinə mən həsrətlə baxırdım və  onları 
Bibliyanın  «Şərqilər  şərqisi»  kitabındakı  Sulamifin  narın  yarısını  andıran 
döşləri  ilə    müqayisə  etdikdə,  üstünlüyü  Əminəyə  verirdim.  Çünki  bu 
döşlər  nə  çox  iri,  nə  də  xırda  idi,  onun  gözəl  fiqurasını  bir  inci  kimi 
tamamlayırdı,  bədəninin  mütənasibliyini  qabardırdı.  Mən  dəfələrlə 
həsrətlə bu döşləri seyr etmişdim, fikrən Əminənin köynəyini soyundurub,  
məmələrinin  ətrafındakı  açıq  qəhvəyi  haşiyədən  ehtiras  çağırışı 
səsləndirən  bu  ağımtıl  döşləri  barmaqlarımı  azacıq  toxundurmaqla 
əzizləyir  və  dəlicəsinə  onları  öpürdüm.  Bu  öpüşdən  onun  bədəni  azacıq 
titrəyirdi,  aşağıda  isə  bakirə  bətnini  gizlədən  incə  qarnındakı  göbəyi 
görünürdü.  Sonralar  bu  düşüncələrdən  uzaqlaşanda,  xülyalardan  ayılanda 
özümü qınayır, elə bil ki, bu incə, üzvi məxluqun paklığına təcavüz etmiş 
yaramaz  bir  məxluqa  divan  tuturdum.  Mən  şəhvətin,  ehtirasın  quluna 
çevrilib,  hətta  fikrimdə  də  belə  xətaya  yol  verdiyimə  görə  özümü  ittiham 
edir,  cəzalandırmaq  istəyirdim.  Bulaqdan  su  içmək,  heç  də  onun  gözünü 
zibilləmək  demək  deyil,  suyu  bulandırmaq  istəyi  heç  cür  xoş  niyyətə 
uyğun  gələ  bilməz.  Mən  bakirəlik  adlanan  sərvətin  quldurcasına  qarət 
edilməsinə, Alp dağlarının qarı kimi təmiz olan bu bədənə naməhrəm əli 
dəyməsinə  dözə  bilməzdim.  Ona  görə  də  şəhvət  duyğuları  üçün  özümü 
sərt  qaydada  məzəmmət  edir,  müqəddəs  mehraba  hörmətsizliyimə  görə 
xəcalət çəkirdim. Əminə mənim üçün sadəcə fiziki bədən sahibi olmasını 
dayandırır, çox arzu olunsa da əl çatmayan ruha, vəsf etmə hədəfinə, bir 
pəriyə  çevrilirdi.  Mən  onun  gözəlliyini,  sifətinin  cizgilərini,  gözlərinin 
parıldamağını  və  müəmmalı  ifadəsini,  dodaqlarının  təbəssümünü  yada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə