Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

 
121 
yağan  baxışlarından  hiss  edirdim  ki,  hələ  də  hirsləri  soyumayıb,  məni 
bağışlamayıblar.  
Biz ordan-burdan söhbət edirdik, birdən divardan asılmış televizorun 
ekranından  rəqs  edən  Nuridəni,  bir  az  sonra  isə  stol  arxasında  oturanları 
göstərərkən yanındakı bir qadınla söhbət edən Əminəni gördüm. Bir qədər 
sonra siqaret çəkmək bəhanəsi ilə holla çıxdım. Az müddət orda qaldıqdan 
sonra  zala  girib  Əminəgilə  yaxınlaşdım.  Məni  rəfiqəsinə  ailəsinin  dostu 
kimi  təqdim  etdi.  Nuridə  rəqsdən  sonra  pörtmüşdü  və  mənimlə  çox  hay-
küylü qaydada görüşdü. Lakin Əminənin əhval-ruhiyyəsi də, görünüşü də 
xoşuma gəlmədi. Xeyli arıqlamışdı, alnında və dodaqlarının yanında nazik 
qırışlar özünə yol açmağa başlamışdı. Maraqlandıqda, bir qədər səhhətinin 
qaydada olmadığını, müalicə olunduğunu dedi. Bu vaxt Nuridə yaxınlaşıb, 
məni  asta  rəqsə,  rusca  o,  «medlenniy»  demişdi  dəvət  etmək  istədiyini 
bildirəndə,  mən  utana-utana  dedim  ki.  axı  mən  həmin  rəqsi  bacarmıram. 
Hətta  universitetdə  tələbə  olarkən  bir  qədər  də  pulumdan  keçib,  rəqs 
kursuna  yazılmışdım,  müəllimə  isə  bizə  daha  çox  bal  rəqslərini,  valsı 
öyrətməyə  vaxt  ayırdığından,  mən  dərslərə  davamiyyətimi  dayandırdım. 
Sonra da rəqs etmək üçün nə elə şəraitim, nə də həvəsim olmamışdı. Elə 
bil  ki.  mən  də  ikinci  ser  Uinston  Çörçill  idim.  Nuridə  əlacsız  qalıb  məni 
milli  rəqsə  dəvət  edəcəyini  dedi,  yenə  bildirdim  ki,  bu  sahədə  də 
qabiliyyətim  yalnız  pis  fikirlər  doğura  bilər,  ona  görə  də  oynamaq 
istəməzdim. Lakin Nuridə təklifində israr göstərməkdə davam etdi və mən 
öz  məclisimizə  qayıdıb,  tanıdığım,  ünsiyyətdə  olduğum  kəndlilərimlə 
söhbət  edirdim  ki,  Nuridə  mənə  yaxınlaşdı.  Xəfif  təbəssümlə 
yanımdakılara  salam  verib,  məni  rəqsə  dəvət  etdi.  Stolun  ətrafında 
oturanlar  çaş-baş  qalmışdılar,  bir  hissəsi  mənə  iftixar  hissi  ilə  baxırdı  ki, 
bəlkə  məclisdəki  ən  gözəl  qız  onların  yerlilərini  tanıyır,  hətta  özü  onu 
oynamağa  dəvət  edir.  Digərləri,  xüsusən  arvad  tərəfdən  qohumlarımın 
nəzərləri  ikrah  hissini  ifadə  edirdi,  bu  baxışlardan  oxumaq  çətin  deyildi  
ki,  gör  bu  qəddar  nadan  cavan  qızlarla  kef  eləyə-eləyə  bizim  doğma 
adamımızı  vərəmlədib  öldürdü.  Mən  çıxılmaz  vəziyyətdə  qalmışdım. 
Dəvəti qəbul etməsəm, Nuridəni incitmiş olardım və o, bunun əvəzi kimi 
Əminədə  mənim  haqqımda  formalaşan  pis  fikri  bir  qədər  də 
dərinləşdirərdi.  Mənim  tərəddüd  etdiyimi  görən,  mənə  qarşı  loyallıqları 
hiss  olunan  yerlilərimin  hərəsi  bir  tərəfdən  məni  məzəmmət  etməyə 
başladılar  ki,  qız-qadın  dəvət  edəndə  hökmən  qəbul  edilməlidir,  hətta 
misal  çəkdilər  ki,  kənddə  müharibədən  bir  qılça  ilə  qayıtmış  yaşlı  kişi 


 
122 
daim qadınların, xüsusən öz cavan arvadının təkidi ilə protez ayağını yerə 
asta  basa-basa  rəqs  etməkdən  qalmırmış.  Bir  sərxoş  rəqs  edən  vaxt 
təsadüfən  onu  itələyib  yıxdıqda,  bu  əlil  kişi  qalxıb  həmin  pəhləvan  kimi 
oğlanın  boğazından  bir  əli  ilə  yapışıb  onu  boğmağa  başlamış,  sonra  isə 
yumruqları  ilə  ağzının-burnunun  qanını  bir  yerə  qatıbmış.  O  hadisədən 
sonra  kənddə  ən  çox  özündən  deyənlər  də  ondan  qorxmağa,  çəkinməyə 
başlamışdılar.  Həmin  kişi  ölənə  qədər  heç  kəsə  can  verməmişdi,  öz 
fərasəti,  əziyyətə  qatlaşması  ilə  yerlilərinin  heyrətinə  səbəb  olmuşdu. 
Kənd  camaatının  qaramal  sürüsünün  yolu  onun  həyətinin  yandından 
keçdiyindən,  inək-camış  bağına  girib  ziyan  vururdu,  çəpərini  dağıdırdı. 
Həmin kişi tək ayağı ilə bütün çəpəri boyu feodalların qəsrlərinin ətrafında 
olan kimi dərin və enli xəndək qazdı, o təhlükədən də canını qurtardı. 
Kənd ümumiyyətlə qəhrəmansız yaşaya bilmir. Real timsalı olmasa 
da  özləri  uydurur,  sonra  da  özləri  də  buna  inanırlar.  Məni  əlilə 
oxşatdıqlarını başa düşməsəm də, qalxıb rəqs meydançasına tərəf  getdim. 
Axı məni gözləyirdilər. 
Mən  qollarımı  qaldıranda,  Nuridə  süzməyə  başladı,  hərəkətlərində, 
plastikasında  qeyri-adi  bir  zəriflik,  incəlik  var  idi,  musiqi  ilə  onun 
hərəkətlərinin,  jestlərinin  hamahəngliyinə,  harmoniyasına  məəttəl 
qalmışdım.  Elə  bil  bu  qızın  qanında  musiqi  cağlayırdı.  Hərəkətlərindəki 
ifadəlilik,  ekspressiya, gənclikdən xəbər verən  həyatsevərlik  aşıb daşırdı, 
onun  hissləri  bütün  bəndləri  qırıb  dağıdan  daşqına,  selə  bənzəyirdi.  Mən 
onun  yanında  aramla  qolunu  qaldırıb  salan  robot  kimi  görünürdüm  və 
rəqsi də bacarmadığıma, layiqincə partnyorluq, sirdaşlıq edə bilmədiyimə 
görə  özümə  acığım  tuturdu.  Bir  də  fikir  verdim  ki,  həm  rəqs  edənlərin, 
həm  də  ətrafdakıların  nəzərləri  bizə,  yox,  yalan  deyirəm,  Nuridəyə 
dikilmişdir.  Rəqs,  hərəkət  onun  gözəlliyini  daha  da  artırmışdı,  məftun 
gözlər  də  bundan  xəbər  verirdi.  Axı  kəpənək  də  kolleksiya  qutusuna 
sancaqla  taxıldıqda  onun  qanadlarının  rəngləri  elə  al-əlvan  görünmür, 
uçduqda,  pərvazlandıqda  günəşin  şəfəqləri  altında  təbiət  tərəfindən 
silahlandırıldığı  rənglər  cilvələnməyə,  bərq  vurmağa  başlayır,  sən  qövs-
quzehi  daha  gözəl  mütənasiblikdə  və  parlaqlıqda  görürsən,  rənglərin  bir-
birini sadəcə əvəz etməsi deyil, tamamlaması kimi seyr edirsən, onların bir 
cazibədarlıq yarışına girdikləri qənaətinə gəlirsən. Bu parıltı bəlkə də çox 
davam  etsə,  adamın  ağlını  da  əlindən  ala  bilər.  İndi  Nuridə  bədən 
sahibindən  daha  çox,  qanadları  ilə  müqayisədə  digər  ölçüləri  kiçik,  daha 
zərif  görünən,  pərvazlanan  kəpənəyə    bənzəyirdi  və  uzun  müddət  əcnəbi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə