Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   46   47   48   49   50   51   52   53   54

 
125 
Mən  məclisdəkilərin  mənasız  danışıqlarına,  şit  təriflərinə  son 
qoymaq  üçün  dedim  ki,  milli  hiss  yəqin  ki  qanla  keçir.  Onun  daşıyıcısı 
uzun  müddət  başqa  mühitdə  yaşayıb,  tərbiyə  olunsa  da,  bircə  təkana 
bənddir,  öz  gizli  saxlanan  mahiyyətini  bir  andaca  açıb  biruzə  verir.  Mən 
bir vaxtlar dostluq etdiyim bir yunanın danışdığı əhvalatı onlara söylədim. 
Yunanıstanda  İkinci  Dünya  müharibəsi  başa  çatmamışdan,  1944-cü  ilin 
dekabrında  başlayan  vətəndaş  müharibəsinin  alovu  beş  il  ərzində  ölkəni 
bürüyəndə  sosializm  quruluşuna  meyl  edənlər  məğlub  olduqda,  onların 
ailələri sonrakı təqiblərdən yaxa qurtarmaq üçün Sovet İttifaqına qaçmış, 
orada  sığınacaq  tapmışdılar.  Onassis  adlı  dostumun  valideynləri 
Özbəkistanda məskunlaşmış, atası orada vəfat etmiş, 1970-ci illərdə anası 
və  gənc  ailəsi  ilə  o,  doğma  vətəninə  qayıtmış,  Kerkira  (ingilislər  buna 
Korfu deyirlər) adasında yaşamağa başlamış, Adriatik dənizində balıqçılıq  
etməklə,  ailəsini  dolandırırmış,  ancaq  ehtiyacdan  yaxasını  qurtara 
bilmirmiş.  Birdən  ailəyə  ağır  zərbə  dəyir,  Onassis  xəstələnir,  mürəkkəb 
cərrahiyyə əməliyyatına məruz qalır, bir neçə gün hətta ölümlə mübarizə 
aparmalı  olur.  Xəstəxanadan  çıxması  ailəsi  və  qohumları  üçün  böyük 
bayram  olduğundan,  onlar  şənlik  düzəldirlər,  həyətdə  stol  açırlar  və 
musiqiçi dəvət edirlər. Birdən məşhur «sirtaki» havası çalınanda onun altı 
yaşlı  oğlu  gözləri  yaşla  dolu  ortaya  atılır,  elə  rəqs  etməyə  başlayır  ki, 
hamı, xüsusən yerli adamlar onun istedadına məəttəl qalırlar. Çəkdiyi ağır 
kədər  və  qəfil  üstünü  alan  sevinc  bu  uşaqda  milli  hissin  birdən  belə 
coşmasına,  rəqs  vasitəsilə  ifadəsinə  yol  açımışdı.  Çünki  insani  hisslər 
yalnız  milli  tərtibatda  öz  əksini  daha  yaxşı  tapır.  Başqa  vasitələrdən 
istifadə etdikdə bir qədər süni, bayağı görünür. Bax bu qız da belədir, uzun 
müddət başqa ölkədə yaşamışdır, başqa mühitdə böyümüşdür, lakin milli 
hiss,  milli  vasitələrdə  özünüifadə  uzun  müddət  qan  yaddaşında 
yaşadığından,  bulağın  gözü  deşiləndə  fəvvarə  vuran  su  kimi  aşkarlanma 
anı  gələndə  bu  qaydada,  böyük  coşqunluqla,  həsəd  aparılası  bir 
qabiliyyətlə özünü biruzə vermişdir. 
Mən  söhbətin  uzanacağını,  kənd  adamlarının  maraq  iştahının 
artacağını  duyub,  onlarla  xudahafizləşib,  toyu  tərk  etdim,  tez  gedəcəyimi 
Əminəyə də, Nuridəyə də demişdim, hətta onlardan icazə də almışdım. 
Evə  gəlib  çatanda,  toydakı  gur  musiqi  qulaqlarımı  doldurduğundan 
özümü pis hiss edirdim, yatmaq da istəmirdim. Fikirləşdim ki, həyat mənə 
hər cür sürpriz verməkdə çox əliaçıqdır, bu gün də Nuridənin dünyasının 
görünməyən  tərəfləri  ilə  tanış  oldum.  Əminənin  sifəti  gözlərimin  önünə 


 
126 
gələndə  halım  pisləşdi,  birdən  bu  qara  fikirlərin  təsiri  altında  onu 
itirəcəyimdən qorxmağa başladım. 
Bu  hadisədən  iki  ay  sonra  telefonda  Nuridənin  səsini  eşitdikdə 
heyrətləndim, çünki o, heç vaxt mənə zəng etməmişdi.  Bir aya yaxın idi 
ki, Əminə ilə nə görüşür, nə də danışırdım. Görüşmək barədəki xahişimə 
çox  hüznlü  səslə  cavab  vermişdi  ki,  özünü  yaxşı  hiss  etmir,  işə  də  gedə 
bilmir.  Ona  görə  də  bu  zəngi  təşvişlə  qarşıladım  və  səhv  etməmişdim. 
Anasının  neyrocərrahiyyə  xəstəxanasında  yatdığını  bildirdi.  Mən  işdən 
sonra  tələsik  xəstəxanaya  yollandım,  xəstənin  yanına  girməyə  icazə 
verməsələr  də,  çox  təvəqqe  etdikdən  sonra  buna  nail  oldum.  Deyəsən, 
Əminə mənim gəlməyimi gözləmirmiş, onu bu vəziyyətdə görməyimi də 
istəmirmiş. Xəstəlik onu yaman dəyişdirmişdi, belə gözəl yazın, gələcəkdə 
özünə  müvafiq  payızını  görəcəyimə  ümid  etdiyim  halda,  birdən-birə  bu 
yazdan  heç  bir  nişanə  qalmamışdı.  Onun  bədəni  yarpaqları  tökülmüş  və 
dik  çıxan  budaqları  görünən  ağaca  bənzyirdi.  Sifəti  balacalaşmış,  gözləri 
qıyılmışdı. Əvvəlki o parlaq gözlər nəinki nurunu itirmişdi, hətta ifadəsini 
dəyişmişdi.  Bir  az  diqqət  verdikdə  hiss  etdim  ki,  pis  görür,  xeyli 
baxdıqdan  sonra  bəzi  şeyləri  seçə  bilir.  Əlində  buz  soyuqluğu  var  idi. 
Aramsız  olaraq  baş  ağrılarından  şikayət  edirmiş.  O,  çox  sakit,  güclə 
eşidiləcək  bir  səslə  mənim  halımı,  işimi  soruşdu  və  gözləmədiyim  halda 
xahiş  etdi  ki,  hərdən  bir  Nuridəyə  zəng  elə,  çətinlik  çəkəndə  imkanın 
daxilində  kömək  elə,  cavan  qızdır,  təcrübəsizdir,  elə  bir  yaxın  adamımız 
da  yoxdur  ki,  onlara  müraciət  etsin.  Rəfiqələrindən  razılıq  etdi  ki,  ondan 
hal-əhval  tuturlar,  Nuridəyə  az-çox  qayğı  göstərirlər.  Onun  bu  sözləri 
mənə  heç  xoş  gəlmədi,  o,  həyatdan  əli  üzülən,  ümidini  heç  nəyə 
bağlamayan  adam  kimi  danışırdı.  Yanında  çox  oturmağımla  razılaşmadı. 
Getməyimi xahiş etdi ki, bir az dincəlmək istəyir. 
Sonra  onun  müalicəsi  ilə  məşğul  olan  cərrahın  yanına  gəldim  ki, 
xəstəliyin nə qədər ciddi olub-olmadığını öyrənim. Ona xəstənin çox yaxın 
qohumu  olduğumu  bildirdikdən  sonra  etibar  edirmiş  kimi  dedi  ki, 
beynində  şiş  var,  vaxtında  əhəmiyyət  verməyib,  üstünə  düşməyib, 
Avstriyaya getsə, orada xüsusi hazırlanan çox bahalı dərmanlarla müalicə 
olunardı,  şişin  böyüməsinin  qarşısı  alına  bilərdi.  Lakin  artıq  gecdir,  şiş 
xeyli  böyüyüb,  ona  görə  də  görməsi  də  çox  zəifləyib,  ümumi  vəziyyəti 
pisləşib,  əllərinin  qanla  təchizatı  pozulduğundan,  soyuqluğundan  əziyyət 
çəkir.  Cərrahi  müdaxilə  də  artıq  gecdir,  bir  sözlə  xəstəliyin  mənfi 
dinamikasını dayandırmaq bizim imkanımız xaricindədir. Onun idarə rəisi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə