Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   46   47   48   49   50   51   52   53   54

 
130 
yəqin ki, bu hərəkətimizi də təqdir etməzdi. Ona həyatın məşəqqətlərindən 
baş  çıxarmaq  üçün  bir  təbii  aktyorluq  istedadı  var  idi  və  prima-balerina 
səhnədə  öz  plastikası  ilə  həm  də  kordobaletdə  olanlara  necə  rəqs  etmək 
dərsini  keçdiyi  tək,  həyat  adlanan  eybəcər,  amansız  səhnədə  bizim  kimi 
istedadsız aktyorlara necə ustalıqla ifadə olunmağı öyrədirdi. Ona görə də 
həyatdan  getmiş  bu  aktrisanı  dəfn  edərkən  layiq  olduğu  alqışlarla  yola 
salmadığımıza  görə  yəqin  ki,  bizdən  incimişdir,  gəlin  heç  olmazsa  indi 
səhvimizi  düzəldək.  Bunu  deyib,  əl  çalmağa  başladı.  Hamı  ona  qoşuldu, 
qəbiristanlığı  səs  götürdü,  yaxındakı  qəbirlərin  üstündə  cümə  axşamı 
olduğundan  Quran  oxudanlar  buna  təəccüb  qalmışdılar,  çünki  alqışlarla 
mollanın monoton səsi heç cür bir-birinə uyuşmurdu. Ona görə də molla 
bizim yanımızda başını bulayaraq narazılığını bildirsə də, dəstənin əsasən 
qadınlardan  ibarət  olduğunu  nəzərə  alıb  başqa  söz  demədi,  çünki  bizi 
acılasa alacağı məbləğin azalacağından qorxurdu. Dini ayinlər onlar üçün 
nə qədər böyük əhəmiyyət kəsb etsə də, əsas məsələ pul qazanmaqdır. Ona 
görə  də,  yaxşı  pul  verildiyinə,  Vasif  əminin  sürücüsü  də  nəyisə  əlavə 
etdiyinə  görə,  molla  bizi  çox  razı  yola  saldı,  utanmasa  sevindiyindən  əl 
açıb oynayardı da, baxmayaraq ki, iki-üç dəqiqə əvvəl adi əl çalınması ona 
küfr kimi görünmüşdü. 
Elədiyi  bu  söhbət  Nuridənin  əhval-ruhiyyəsini  dəyişmişdi,  indi  hər 
şeyi  xüsusi  şövqlə  tələffüz  edirdi.  Bəzən  gülürdü  də.  Mən  öz  borcumu 
yerinə yetirmək üçün gələn cümə axşamı Əminəyə baş çəkəcəyimi dedim, 
çaşmışdım,  yoxsa  nədənsə  qəbir  üstə  getmək  yox,  elə  bil  ki,  onunla 
görüşməyə gedəcəyimi demişdim. Bu səhvimdənmi, hansısa başqa səbəbə 
görəmi Nuridə tutuldu, bir az sonra özünə gəlib dedi ki, etiraz etmirsənsə, 
bir yerdə gedərik. 
Vədələşdiyimiz  kimi,  axşam  tərəfi  taksidə  onların  evinin  yanına 
gəlib  çatanda,  bir  tələbə  rəfiqəsi  ilə  məni  gözlədiyini  gördüm.  Maşından 
düşüb  onunla  görüşdüm,  rəfiqəsi  ilə  də  tanış  oldum.  Qapını    açıb,  onları 
arxa  oturacağa  əyləşdirdim.  Əllərindəki  gül  dəstələrini  qucaqlarında 
saxlamışdılar,  mən  yaponları  təqlid  etməyimə,  yoxsa  nəyə  görəsə  iri  ağ 
xrizantema  dəstəsi  almışdım.  Əminə  bir  etnoqraf  marağı  ilə  yaponların 
adət-ənənələrini  çox  diqqətlə  öyrənirdi,  qərblilərdən  fərqli  olaraq  bizim 
adətlərə  çox  yaxın  olduğu  qənaətinə  gəldiyindən  onlara  pərəstiş  etməyə 
başlamışdı.  O,  Yaponiyada  olmağı  çox  arzulayırdı.  Yapon  bağlarının 
bizim  bağ  barədəki  təsəvvürlərimizə  əks  olduğuna  görəmi,  yoxsa  nəyə 
görəsə onların vurğunu idi, onları görmək xatirinə hər əziyyətə qatlaşmağa 


 
131 
hazır  idi.  Mən  gülsüz,  çiçəksiz  bağı  qəbul  etmədiyimi,  rəng  qammasının 
belə  kasad  olduğu,  kasıb  adamın  evində  əşyalar  barmaqla  sayıldığı  kimi, 
lap  bu  ciddilik  nümunəsi  olsa  belə,  şamın  qaramtıl  yaşıllığından,  sarımtıl 
qumdan, parlaq sudan, boz, mamırla örtülmüş daşlardan ibarət olan miskin 
bir  mənzərəni  necə  bağ  adlandırdıqlarını  başa  düşmədiyimi  deyirdim. 
Mənim ifadələrimi vulqarlıq nümunəsi kimi qəbul edərək, məni gözəlliyin 
sirrini, 
sehrini 
duymamaqda 
günahlandırırdı. 
Etirazımdan 
öz 
dünyabaxışının  dürüstlüyünü  daha  artıq  canfəşanlıqla  sübut  etmək  üçün 
istifadə edirdi. Və mənə çox şeyi anlamasam da, yapon bağları barədə bir 
mütəxəssis  mühazirəsi  oxumuşdu.  Axırda  isə  elə  bil  ki,  yapon  bağlarına, 
sinto  dininin  ən  qatı  sitayiş  edən  adamı  kimi  az  qala  himn  oxumağa 
başlayırdı.  Bu  bağın  gözəlliyi  əsasən  nəfis  çalarlar,  bəzən  isə  hətta 
xəttlərin  simvolik  harmoniyası,  hissələrin  ciddi  qaydada  hesablanmış 
mütənasibliyi-ağac  dəstəsi,  şamın  əyilmiş  budaqları,  qəribə  görünən 
daşlar,  gölməçənin  parlaq  səthi  hesabına  əldə  edilir,  deyirdi.  Bu  bağda, 
yaponların həm təbiətə, həm gözəlliyə sitayişi, qəribə görünsə də həm də 
bu gözəlliyi qoruyub saxlamaq üçün hər cür əziyyətlərə qatlaşmağa hazır 
olduqları  əks  olunur.  Belə  bağlar  aramsız  olaraq  qulluq  göstərilməsini 
tələb edir. Çünki yerində olmayan hesab edilən kol, öz yerindən tərpənmiş 
daş-bütün  bunların  hamısı  xəttlərin  bu  şərti  harmoniyasını  poza  bilir. 
Sonra o, Kiotodakı Ryönci adlanan məşhur daş bağından, onun sirrindən, 
sehrindən  danışmağa  başladı.  Mən  anlayırdım  ki,  Əminədə  harmoniyaya 
yaranan  təbii  ehtiyac  onun  həyat  fəlsəfəsini  bizimkindən  fərqli  etmişdir, 
bu  daxili  yanğısını  söndürmək  üçün  harmoniyanın  ideal  qaydada  əldə 
edilməsinin  yeganə  vasitəsi  olan  musiqiyə  böyük  maraq  göstərirdi  və 
qızının  yaxşı  pianoçu  kimi  yetişməsi  üçün  ona  çox  istedadlı  müəllim  də 
tutmuşdu. O, klassik musiqini çox sevirdi. Motsartın, Şopenin vurğunu idi. 
Verdinin «Aida» operasına dəfələrlə qulaq asmaqdan yorulmurdu.  
Rəngkarlıqda  İntibah  rəssamlarının  pərəstişkarı  olsa  da, 
impressionist    rəssamlara  marağı  sonralar  musiqidə  də  bu  üslubun 
davamçılarına  keçmiş,  Ravelin  «Bolero»sunu  həyatda  sevinmək, 
şadlanmaq  çağırışı  kimi  qəbul  etdiyindən,  bu  oynaq  musiqiyə  qulaq 
asanda  əhval-ruhiyyəsi  yaxşılaşır,  major  sədalar  onu  canlandırır,  sevincli 
dəqiqələr yaşamağa sövq edirdi. Bir sözlə, Əminə dünyası çox geniş idi. 
Buradakı relyefdə hər şey – dağlar da, qayalar da, dərələr də, uçurumlar da 
var idi. Yapon bağlarında olduğu kimi düzənlik sahəsi  çox xırda, dar idi. 
Çünki o, kontrastlar aləmini dərk etməyə çalışırdı, bəlkə də bu onun həyat 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə