Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   46   47   48   49   50   51   52   53   54

 
123 
ölkədə,  yad  adətlər  ağuşunda  yaşamış  bir  qız  milli  rəqsi  elə  ifa  edirdi  ki, 
onu  bura  elə  bil  ki,  oynamağa  yox,  bu  milli  hisslərin,  milli  təbiətin 
nəhayətsizliyini,  böyüklüyünü  nümayiş  etdirməyə,  təbliğ  etməyə  dəvət 
etmişdilər.  Bəlkə  də  Nuridə,  milli  rus  rəqsini  xüsusi  ilhamla  ifa  etməklə 
kübarları  təəccübləndirən  Nataşa  Rostovanı  da  bu  müsabiqədə  geridə 
qoymuşdu. Toy sahibləri Nuridənin rəqsinə xüsusən sevinirdilər, çünki bu 
qız onların şadlığına təravət, bir coşqunluq gətirmişdi. Başqaları kimlərisə 
təqlid  edərək,  rəqs  əvəzinə  kobud  qaydada  tullanıb,  düşdükləri,  bəzən 
hətta  əcayib  səs  çıxardıqları  halda,  bu  qız  qu  quşu  göldə  məğrur-məğrur 
üzən  kimi  meydançada  süzürdü,  onun  əllərinin  hərəkəti  də  çoxlarınınkı 
kimi  yuxarı-aşağı  qalxıb,  sadəcə  qanad  vurmaqdan  ibarət  deyildi,  elə  bil 
ki,  onlar  dil  açmışdı,  nəsə  sirrli  olan  bir  şey  danışırdı  və  bu  sehrli  dil 
hamının  ağlını  əlindən  almışdı.    Rəqsdə  onun  bədən  quruluşunun 
mütənasibliyi,  gözəlliyi  xüsusən  nəzərə  çarpırdı,    bu  güzgüdə  onun  adi 
həyatda  görünməyən,  sezilməyən  çox  məziyyətləri  dolğun  şəkildə  əks 
olunurdu.  Təkcə  həmin  rəqs  kifayət  idi  ki,  onun  köməyi  ilə  bu  qız  yaşlı 
adamların,  öz  sevgi  qalıqlarını  necə  yoluna  qoymağı  bilməyən  qocaların 
da  diqqətini  özünə  cəlb  etsin.  Zaldakı  bütün  kişilər-təkcə  cavanlar  yox, 
qocalar  da  bu  kəpənəyi  əlləri  ilə  yoxlamaq,  onun  real  varlığına  inanmaq, 
pəri olmadığına əmin olmaq üçün, çox şey verərdilər ki, mənim yerimdə 
olsunlar, bir anlığa da olsa onunla birbaşa ünsiyyətə girmək xoşbəxtliyinə 
çatsınlar.  Yəqin  ki,  mənə  həm  gülür,  həm  də  yazıqları  gəlirdi, 
düşünürdülər ki, bu cür gözəl kraliçaya belə miskin svita yaraşmır. Amma 
hamının  məftun  gözlərlə  baxdığını  deyəndə,  yalnız  mən  öz  cinsimizi 
nəzərdə  tuturam,  qadınların  çoxu  isə  paxıllıqla,  qısqanclıqla  Nuridəyə 
tamaşa  edir,  onu  özünü  satmaq  üçün  medyan  axtaran,  reklam  etdirən, 
yüngül  əxlaqlı  qız  timsalında  görürdülər.  Bədbəxt  cins,  niyə  onlar 
başqasının  gözəlliyinə  qarşı  belə  qəddardılar,  onlardan  olsaydı,  qadınlar 
çirkin  növ  olardı,  heç  olmazsa,  heyvanlarda  və  quşlarda  erkəklər 
dişilərdən daha iri, daha gövdəli, daha gözəl və cazibədar olduğu kimi. Bu 
məsələdə  kişilərə  uduzsaydılar,  onda  yəqin  ki,  onlardakı  qısqanclıq  bir 
qədər  azalardı,  bütün  fikir-zikir  sadəcə  olaraq  yalnız  kişiləri  ovlamaq 
üzərində  cəmlənərdi,  başqaları  ilə,  daha  gözəl  saydıqları  ilə  rəqabət, 
yarışma bir qədər unudulardı. 
Mən  Nuridənin  rəqsinə  mane  olmamaq,  bu  möcüzənin  yaratdığı 
təəccübün  və  məftunluğun  üzərinə  kölgə  salmamaq  üçün  kənara 
çəkilmişdim.  Nəhayət,  durnaların  nigah  rəqsini  andıran  bu  sehrli  tamaşa 


 
124 
başa çatanda, zalı alqış səsləri bürüdü, toydakıların çoxu şamanın sehrinə 
düşmüş  adamlar  kimi,  elə  bil  ki,  hipnozdan  ayılıb  əl  çalmağa  başladı. 
Musiqiçilər  də,  orkestrdəki  spripkaçılardan  fərqli  olaraq,  alətlərini 
oturduqları  stulların,  üstünə  qoyub,  eyni  çılğınlıqla  əl  çalırdılar.  Alqışlar 
səngiyəndə,  müğənni-tamada  mikrofonu  əlinə  alıb,  silahı  saydıqı  bayağı 
cümlələri bu arada işlətməyin faydasız olduğunu başa düşdüyündən, nəsə 
orijinal  bir  söz  demək  istədi.  Lakin  bu  da  alınmadığından  qırıq-qırıq 
sözlərlə,  özünün  dediyi  kimi  «gözəl  rəqqasə  xanımı»  tərifləmyə  başladı. 
Lakin  bu  tərif  həmin  ecazkar  hadisənin  yaratdığı  təsirə  uyğun  gəlmirdi, 
naşı  qəzəlxanların  gözəllik  haqqında  yazdıqları  bəsit,  mənasız  beytlərə 
bənzəyirdi. Belə qiymətli daş-qaşa ucuz sağanaq yaramırdı, onun yaratdığı 
sevinc,  təəccüb  və  heyrət  hissini  bir  qədər  öldürürdü.  Özünün  də 
qüsurunu, yəqin ki, başa düşüb, hamını mat qoyan  rəqqasənin şərəfinə – 
bu da onun öz sözləri idi, «Sən gəlməz oldun» mahnısını oxumağa başladı. 
Mən  Əminə  ilə  azacıq  söhbət  etdikdən  sonra  öz  stolumuza 
yaxınlaşdıqda,  bizim  məclisin  xeyli  seyrəldiyini  gördüm.  Qalanlar  bir 
ağızdan  rəqs  edən  qızı  tərifləməyə,  onun  kim  olduğunu,  məni  haradan 
tanıdığını  soruşmağa  başladılar.  Kənd  adamları  məşhur  adamla  tanış 
olmağa,  əlini  sıxmağa  can  atırlar  ki,  özlərinin  də  elə-belə  adam 
olmadıqlarını  göstərə  bilsinlər.  Ona  görə  də  onların  söhbətlərində  yeri 
düşdü-düşmədi  mütləq  hansısa  bir  şair,  müğənni,  ya  alim  nəql  etdikləri 
hekayətin  qəhrəmanlarına  çevrilirdi.  Mənim  bir  məktəb  yoldaşım 
səkkizinci  sinifdə  oxuyanda  tələbə  qardaşının  yanına  Bakıya  getmişdi. 
Orada təsadüfən Musiqili Komediya Teatrında tamaşaya baxan Süleyman 
Rüstəmi  görmüşdü,  institutda  tələbələrin  şair  Zeynal  Xəlillə  görüşünə 
qardaşı  onu  da  aparıbmış.  Sonralar  qulağımız  getmişdi,  ədəbiyyatdan, 
poeziyadan söhbət düşən kimi yuyulmamış qaşıq tək guya şəxsən tanıdığı 
bu  adamları  ortalığa  atırdı.  Bir  zonanın  adamları  istedadlı  camaat 
olduqlarını göstərmək üçün söhbəti muğamatın üstünə gətirməyi xoşlayan 
kimi,  digər  bölgədən  olanlar  öz  həmyerlilərini  tərif  etmək  fürsətini  heç 
vaxt  əldən  qaçırmaq  istəmirlər.  Yaxşı  qələm  sahibi,  hətta  Moskvada 
əsərləri böyük tirajla çap olunan bir yazıçı Şekspirdən, ya Hotedən söhbət 
düşəndə onların tərkinə Səməd Vurğunu, ya da Hüseyn Arifi mindirməmiş 
əl  çəkmirdi  və  əlavə  edirdi  ki,  əgər  dünyada  ədalət  olsaydı,  o  ingilis  və 
alman  bizim  elin  dahilərinin  səmənd  atının  tərkində  gəzməli  idilər,  bu 
şərəf üçün əvvəlcə onlardan mərhəmət diləməliydilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə