Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   46   47   48   49   50   51   52   53   54

 
132 
təcrübəsindən  irəli  gəlmişdi.  O,  dəlicəsinə  sevilsə  də,  sevsə  də,  çox  vaxt 
özünün  başa  düşülməməsi,  kobudcasına,  bəzən  hətta  qəddarcasına  inkar 
edilməsi ilə, hiss nihilizmi ilə üz-üzə gəlmişdi. Onun həyatsevərliyi təqdir 
olunmaq,  alqışlanmaq  əvəzinə,  ən  yaxın  adamında  belə,  barəsində  pis 
fikrin,  təhqirə  bükülmüş  münasibətin  yaranmasına  və  nəhayət, 
rəhmsizcəsinə  bədbəxtlik  girdabına  sürüklənməsinə  səbəb  olmuşdu.  Mən 
özüm də görürdüm ki, əgər o, məni sevirdisə, baxmayaraq ki, bəzən buna 
da şübhə etməyə başayırdım, onun dünyasını bütöv şəkildə anlamadığıma, 
anlaya  bilmədiyimə  görə  heç  bu  sevgidə  də  istədiyi  məmnunluğu  tapa 
bilmirdi.  Məndən  incisə  də,  ona  kobud  görünən  hərəkətlərim  xoşuna 
gəlməsə  də,  bunları  bildirmək,  hiss  etdirmək  istəmirdi.  Yeganə  istisna  
əcnəbi  şəhərdə  məni  xoşuna  gəlməyən  bir  cəhətə  görə  mərhum  ərinə 
oxşatması idi və anlayırdım ki, yəqin ki, mən bütün hədləri keçdiyimdən 
onun  narazılığı,  möhkəmliyinə  əmin  olduğum  bəndləri  də  sındırıb 
dağıtmış    və  xeyli  müddətdəki  əhvalatlar  bu  bir-iki  sözlə  öz  ifadəsini 
tapmışdı.  
Əslində  Əminə  öz  dünyasında  yaşayırdı,  iri,  əlçatmaz  bir  qəsrin 
sakini idi, ora müdaxilə edənlər düşmən kimi qələmə verilməsələr də, arzu 
olunan  hesab  olunmurdu.  Onun  məni  qəbul  etməsi,  bu  çox  özümdən  razı 
qaydada  səslənsə  də,  sevməsi  necə  baş  vermişdi,  hansı  səbəblər 
ucbatından  meydana  gəlmişdi,  bilmirdim.  Çox  götür-qoy  etdikdən  sonra 
bu  qərara  gəldim  ki,  hər  cür  pislik,  naqisliklə  qarşılaşdıqdan  sonra  mən 
ona  azacıq  da  olsa  fərqli  görünməyə  başlamışam,  böyük  işlərə,  igidliyə 
yaramasam  da,  mənim  əclaflıqdan,  qara,  əcayib  fikirlərdən,  pislik  etmək 
meylindən uzaq olduğumu dərk etdikdən, onlara əmin olduqdan sonra özü 
və  mənim  haqqımda  belə  bir  qərar  vermişdi.  Mənim  hansısa  əlahiddə 
xüsusiyyətlər  siyahısına  salınması  mümkün  olmayan  keyfiyyətlərimin 
başqalarının  alçaqlıqlarla  dolu  şkalasından  tam  fərqli  olduğunu  o.  hələ 
tələbəlik illərində sezmiş, sonrakı uğursuz təcrübələri məni onun gözündə 
bir  qədər  də  yüksəltmiş  və  mənə  qarşı  olan  mərhəmət  hisslərinə,  mən 
onları  öz  linzamda  böyüdərək  sevildiyim  kimi  qəbul  etmişdim,  yol 
açmışdı.    O,  bəlkə  də  özünü  qurban  verməklə,  məni  xilas  etmişdi,  məni 
həyata  qaytarmışdı.  Axı  rəfiqələri  demişkən,  o,  daha  uğurlu  partiyalara 
rast  gələ  bilərdi,  lakin  öz  dünyasının  qanunvericiliyinin  diqtəsi  ilə  məni 
seçmiş,  məni  yüksəltmişdi.  Bu  onun  öz  kredosunun  məhsulu  idi. 
Nağıllarda oxuduğumuz kimi, kral qızı adi bir gənc çobanı seçməklə, onu 
printsə,  şahzadəyə  çevirmişdi.  Çoban  isə  bəzən  əlinə  düşən  ən  qiymətli 


 
133 
daş-qaşı da çaydan götürüb oynatdığı, cibinə yığdığı daşlardan biri hesab 
etdiyindən, onu qiymətləndirməkdə də axıradək gözü bağlı olaraq qalırdı. 
Şahzadə qız isə məhz öz prinsiplərinə sadiq qalaraq, onun diqqətsizliyinə, 
anlamaq  qabiliyyətsizliyinə,  bəzən  cahilliyinə  də  dözür,  bu  qüsurların 
əziyyətini  özü  çəkməklə,  çoban  oğlanın  xətrinə  dəyməkdən  daim  vaz 
keçirdi.  Əminə  bir  dəfə  alman  mifologiyasından  bir  maraqlı  əhvalat 
danışmışdı.  Bir  alman  kurfyurstunun  ailəsində  qız  uşağı  doğulur.  Qız 
böyüdükcə qeyri-adi dərəcədə gözəlləşir, onun füsunkarlığı, həm də qəribə 
bir xüsusiyyəti ətraf qraflıqlara, şəhərlərə də yayılır. Bu da ondan ibarət idi 
ki,  qız  ağlayanda  gözündən  yaş  əvəzinə  daş-qaşlar  tökülürdü.  Ona  görə 
hətta  evdə  də  istəyirdilər  ki,  qız  tez-tez  ağlasın,  bu  zinyət  axını,  yağışı 
kəsməsin.  Ona  görə  qıza  hər  yerdən  elçilər  gəlməyə  başladı,  hamı  bu 
tükənməz sərvət mənbəyinə malik olmaq istəyirdi. Qız isə heç kəsə razılıq 
vermirdi,  axırda  bir  çoban  oğlanı  könlü  tutdu  və  ona  ərə  getməyə  razılıq 
verdi. Hamı bu gənc çobana qibtə və paxıllıqla baxırdı. Ata özü də qızının 
seçiminə  təəccüb  qalmışdı  və  ona  görə  də  çobanın  hansı  niyyətlə  qızına 
evlənmək  istədiyini  soruşdu.  Onsuz  da  bütün  elçilərin  və  iddiaçıların 
məqsədlərini aydın başa düşürdü və əlavə etdi ki, çoban gələcək arvadını 
necə saxlamaq fikrindədir. Çoban kurfyurstun sualının haradan doğduğuna 
məhəl qoymadan, tam səmimi qaydada dedi: 
-  Mən  bütün  ömrüm  boyu  çalışacağam  ki,  o,  bircə  dəfə  də  olsa 
ağlamasın. O, tək bircə dəfə ağlasa, mən andını pozmuş adam kimi özümü 
öldürməyə hazır olacağam.  
Çoban  oğlanın  belə  kasıblığı  müqabilində  məhəbbəti  hər  cür  var-
dövlətdən üstün tutması, onun yolunda istənilən fədakarlığa getməsi, qızın 
valideynlərinin  də  razılıqla  qəbul  etdikləri  daş-qaşdan  könüllü  surətdə 
imtina  etməsi  əsl  rıtsarlıq  nümunəsi  idi,  sibaritlərdən  fərqli  olaraq 
kasıblıqla,  ancaq  məhəbbətlə  yaşamağın  eyşi-işrət  içərisində,  həm  də 
həqiqi fərəhdən xəbəri olmayan həyatdan üstün olduğu qənaətinə ürəkdən 
inandığını  bildirirdi.  Bu  misal  tam  diametral  qaydada  əks  olmaqla 
Əminənin  özünə  aid  idi.  O,  özü  qonşuları  tərəfindən  hər  cür  həmlələrə 
məruz  qalsa  da,  məni  qorumağa  çalışırdı,  məni  zərbələrdən  mühafizə 
etmək  istəyirdi  və  ikimizə  də  atılan  daşların  demək  olar  ki,  hamısı  təkcə 
ona  dəyirdi,  onu  yaralayırdı,  onu  əlavə  çətinliklərə  salırdı.  Ancaq  o, 
çalışıb,  hər  şeyi edirdi  ki, bu  daşlardan bircəsi  də mənə  dəyməsin. Onun 
aləmində  mənə  dəyən  daş  onun  öz  dünyasını  uçurardı.  Qəribə  insan  idi, 


 
134 
onu  başa  düşmək  çətin  idi.  Bütöv,  axıracan  dərk  etmək  isə  ümumiyyətlə 
mümkün deyildi. 
Biz  qəbiristanlığa  çatanda  qaranlıqlaşırdı.  Gülləri  qəbir  üstünə 
düzdük.  Qızıl  gül  və  qərənfillərlə  ağ  xrizantema  heç  tutmurdu, 
harmoniyadan çox-çox uzaq idi, axı bizdə bu dəyərə o qədər də əhəmiyyət 
verilmir.  Nuridə  rəfiqəsi  ilə  birlikdə  əski  parçası  ilə  daşın  tozunu  silib 
təmizlədikdə, qara qranit parıldamağa başladı və parıltı içərisində görünən 
Əminənin  çöhrəsini  elə  bil  ki,  bir  müqəddəslik  haləsi  çevrələmişdi.  O, 
nəqş edilmiş portretdə çox gözəl görünürdü. Görünür, nəqqaş rəssamlığın 
sirrlərinə  yaxşı  bələd  olduğundan  onun  daxili  aləmini  də  nəzərə  almağa 
çalışmışdı,  gözlərinin,  sifətinin  cizgilərinin  ifadəsində  bunlara  nail  ola 
bilmişdi.  Təbəssümün  arxasından  sevdiyi  həyata  küskünlüyünün  izləri  də 
özünü  biruzə  verirdi.  Mən  özümü  saxlaya  bilməyib,  ağladım,  deyəsən  bu 
hərəkətim Nuridənin xoşuna gəlmədi. Molla yaxınlaşıb öz xidmətini təklif 
etsə  də,  Nuridə  ehtiyac  olmadığını  bildirdi  və  saqqallı  kişi  aralandıqda 
mənim  və  rəfiqəsinin  təəccübünə  səbəb  olan  qaydada  ingiliscə  bir  şer 
oxudu. 
 
So, we`ll go no more a roving 
So late into the night
Though the heart be still as loving 
And the moon be still as bright. 
 
Sonra bizə təcrüməsini izah etdi ki: «Biz bir daha gecə yarısına qədər 
belə uzun gəzməyəcəyik, baxmayaraq ki, ürəyimiz eləcə sevir, ay da yenə 
parlaq  işıq  saçır».  Və  əlavə  etdi  ki,  Bayronun  məşhur  məhəbbət 
balladasıdır.  Lakin  o,  anasının  artıq  yoxluğunu  nəzərə  alaraq,  bunu  ona 
həsr edilən bir rekviyem kimi oxumuşdu. 
Biz qayıdanda əvvəlcə rəfiqəsini evlərinə düşürtdük, sonra Nuridəni 
evlərinin  yanına  apardım,  məni  evə  dəvət  etsə  də,  Əminənin  yenə  yada 
salacağıma görə ağlayacağımdan qorxub getmədim. Mən hiss etdim ki, o 
da  məndən  ayrılmaq  istəmir,  yəqin  təklikdən,  tənhalıqdan  qorxduğuna 
görə, ancaq mən qərarımı dəyişmədim və o, binanın girişində gözdən itənə 
qədər  arxasınca  baxdım,  sonra  elə  həmin  maşına  əyləşib  evimə  gəldim. 
Otağımdan  tənhalıq  yağırdı,  arvadım  öləndən  bəri  bura  heç  kəs  girməsə 
də,  özümü  tək  hiss  etməmişdim.  İndi  isə  otaqdakı  tənhalıqdan  vahiməyə  
düşürdüm.  O,  bu  otağa  bir  dəfə  də  olsun  ayaq  basmasa  da,  daim  onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə