301
105
illiyi
Süleyman Vəzirov
1910-1973
NOY
ABR
Süleyman Azad oğlu Vəzirov 1910-
cu il noyabr ayının 18-də Şuşada ziyalı
ailəsində anadan olmuşdur. 1918-ci ildən
Şuşa real məktəbində oxumuş, sonra
Bakı sənaye-iqtisad texnikumuna daxil
olmuşdur. Texnikumda oxumaqla bərabər
o, həm də kinomexanik köməkçisi
işləmişdir. Texnikumu bitirdikdən sonra
İliç buxtasında - mədəndə çalışmağa baş-
lamışdır.
1928-ci ildə Azərbaycan Politexnik
İnstitutunun dağ-mədən fakültəsinə daxil
olmuş, 1932-ci ildə təhsilini başa vur-
muşdur. Yüksəkixtisaslı kadr kimi Piral-
lahı, Lökbatan, Qaraçuxur kimi neft-qaz
yataqlarının işlənilməsində bir neçə il
ərzində mühəndis, böyük mühəndis, tres-
tin baş mühəndisi vəzifələrində çalışaraq
kamil mütəxəssisə çevrilmişdi.
1935-1937-ci illərdə “Molotovneft”
trestində indiki - Əmirov adına Neftqaz-
çıxarma idarəsi mədən müdirinin müavi-
ni, 1937-1940-cı illərdə “Kaqanoviçneft”
trestinin - indiki Suraxanı Neftqazçıxarma
idarəsi baş mühəndisi vəzifələrində çalış-
mışdır. 1940-cı ildə Azneftkombinata baş
mühəndis vəzifəsinə irəli çəkilmişdir.
1941-ci ildə Azərbaycan maksi-
mum - yəni 23,5 mln. ton neft hasil et-
miş və kombinatın baş mühəndisi kimi
S.Vəzirov Lenin ordeni ilə təltif olunmuş-
du. 1942-ci ildə o, “Azneftekombinat”a
rəhbər təyin edilmiş və kombinatın
ilk azərbaycanlı rəhbəri olmuşdur.
Müharibənin ağır illərində Azərbaycan
neftçiləri 1941-1945-ci illərdə 75 mln.
ton neft, 22 mln. ton benzin və digər
neft məhsulları istehsal edərək, plan
tapşırığını xeyli üstələmişdilər. Çətin
müharibə şəraitində neft sənayesinin
inkişafı sahəsində göstərdiyi xüsu-
si xidmətlərinə görə SSRİ Ali Soveti
Rəyasət Heyətinin 24 yanvar 1944-cü il
tarixli sərəncamı ilə S.A.Vəzirov “Sosi-
alist Əməyi qəhrəmanı”, “Lenin” ordeni
və Qızıl “Oraq-Çəkic” medalı ilə təltif
olunmuşdu. 1945-ci ildə “Azneft” birli-
yinin rəisi vəzifəsində çalışmışdır. 1946-
cı ildə “Ölkənin cənub və qərb rayon-
larında neft hasilatı üzrə Baş İdarənin”
rəisi vəzifəsinə təyin edilmişdir. 1949-
cu ildə “Turkmənneft” Birliyinin mü-
diri seçilmişdir. Qumdağ yatağının kəşf
edilməsinə və mənimsənilməsinə görə
SSRİ Dövlət mükafatına layiq görülmüş-
dür. Bu dövr ərzində - onun işlədiyi dörd
il yarımda “Türkmənneft” birliyinin neft
hasilatı iki dəfə artmışdı.
1954-cü ildə yaradılan Azərbaycan
SSR Neft Sənayesi Nazirliyini nə dəvət
edilmiş və Azərbaycanın birinci neft
sənayesi naziri olmuşdur.
1958-ci ildə Azərbaycan SSR Nazirlər
Sovetinin sədr müavini vəzifəsinə irəli
çəkilmiş, 1959-cu ildə isə Azərbaycan
SSR Xalq Təsərrüfatı Şurasının sədri
təyin edilmişdi.
Süleyman Vəzirov 1973-cü il fevral
ayının 7-də vəfat etmişdir.
S.Vəzirovun 100 illik yubileyinin
keçirilməsi haqqında Azərbaycan Res-
publikasının Prezidenti cənab İlham
Əliyev 2010-cu il 1 oktyabr tarixində
Sərəncam imzalamışdır.
Neft və qaz kəmərlərinin sualtı
hissəsinin çəkilişində istifadə olunan
borudüzən gəmilərdən biri “Süleyman
Vəzirov”un adını daşıyır.
Ə d ə b i y y a t
Fəcri, F. Od oğullar:
/F.Fəcri; red. Nisəxanım
Mirzə.- Bakı:Mütərcim,
2004.- 144 s.
Süleyman Vəzirovun 100
illik yubileyinin keçirilməsi
haqqında: Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı, 1 oktyabr 2010-
ci il //Azərbaycan.- 2010.- 2
oktyabr.- S. 2.
Məmmədli, İ. Neft
sənayemizin ilk naziri
/İ.Məmmədli //İki sahil.-
2010.- 14 noyabr.- S. 12.
Rəhimzadə, N. Süleyman
Vəzirovun 100 illik yubileyi
qeyd edildi /N.Rəhimzadə
//İki sahil.- 2010.- 25 no-
yabr.- S. 5.
Yusifzadə, X. Neft-qaz
sənayesi tarixinin ən parlaq
simalarından biri: Süleyman
Vəzirov-100 /X.Yusifzadə
//İki sahil.- 2010.- 24 no-
yabr.- S. 6-7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.muallim.edu.az
www.e-qanun.az
18
Siyasi xadim
Siyasət.Hərbi iş
302
Siyasət.Hərbi iş
140
illiyi
Fətəli xan Xoyski
1875-1920
NOY
ABR
Fətəli Xan İsgəndər xan oğlu Xoys-
ki 1875-ci il noyabr ayının 25-də Şəki
şəhərində anadan olmuşdur. Əslən Cənubi
Azərbaycanın Xoy şəhərindən olan Şəki
xanı Cəfərqulu xanın nəslindən olan general-
leytenant İsgəndər xan Xoyskinin oğludur.
F.Xoyski Gəncə (Yelizavetpol) klassik gim-
naziyasını, 1897-ci ildə isə Moskva Uni-
versitetinin hüquq fakültəsini bitirmişdir.
Həmin ildən Gəncə dairə məhkəməsində
işə başlayan Xoyski sonradan Kutaisi dairə
və qəza məhkəmələrində, Zuqdidi barışıq
məhkəməsində çalışmış, titulyar müşavir
rütbəsinə layiq görülmüşdür. 1904-cü ildə
kollej assessoru rütbəsi almış, Yekaterinodar
(Krasnodar) dairə məhkəməsi prokurorunun
müavini təyin olunmuş, 1907-ci ilədək ora-
da çalışmışdır. 1907-ci ildə Gəncə quberni-
yasından II Dövlət Dumasına deputat seçil-
mişdir. Duma buraxıldıqdan sonra Gəncəyə
qayıtmış, burada çalışmışdır.
1913-cü ildə Xoyski Bakıya köçərək,
şəhər dairə məhkəməsində andlı iclasçı ol-
muş, şəhərin ictimai-mədəni həyatında fəal
iştirak etmişdir. Rusiya Fevral inqilabından
(1917) sonra Bakıda yaradılmış Müsəlman
Milli Şurası müvəqqəti icraiyyə komitəsinin
üzvü seçilən F.Xoyski həmin ilin aprelində
Bakıda keçirilən Qafqaz müsəlmanları qu-
rultayının təşkilatçılarından olmuşdur.
1917-ci ildə Bakı şəhər dumasına
seçkilərdə müsəlman bloku 10 mindən çox
səs almış və bu bloku təmsil edən F.Xoyski
dumanın sədri, 1918-ci ildə Ümumrusi-
ya Müəssislər Məclisinin deputatı seçil-
mişdir. Həmin ilin aprelində elan olunan
müstəqil Zaqafqaziya Federativ Respubli-
kası hökumətində Xoyski xalq maarifi naziri
vəzifəsini tutmuşdur.
F.Xoyski 1918-ci il may ayının 28-də ya-
radılan Azərbaycan Xalq Cümhuriyyətinin
Baş naziri və daxili işlər naziri olmuşdur.
1918-ci il iyunun 16-da Milli Şura Gəncəyə
köçdü, burada mürəkkəb daxili və xarici
çətinliklərlə üzləşdi. Xoyski istefa verdi. La-
kin Milli Şura hökumətin təşkilini yenidən
ona tapşırdı. Xoyski yenidən Baş nazir
vəzifəsi ilə yanaşı ədliyyə naziri vəzifəsini
də tutur. 1918-ci il sentyabrın 15-də Bakı türk
və Azərbaycan hərbi qüvvələrindən ibarət
Qafqaz İslam Ordusu tərəfindən azad olun-
du, AXC Bakıya köçdü. Azərbaycan Parla-
mentinin ilk iclası 1918-ci il dekabrın 7-də
açıldı. Xoyski çox mürəkkəb tarixi şəraitdə
hökumətin fəaliyyəti barədə hesabat vermiş,
istefa vermiş, lakin yenidən Baş nazir və xa-
rici işlər naziri vəzifəsini tutdu. Müxalifətçi
partiyalar və fraksiyaların hökumətə qar-
şı yaratdığı dözülməz vəziyyətlə əlaqədar
1919-cu il fevralın 25-də Xoyski hökuməti
yenidən istefa verdi. İstefadan sonra o, Par-
lament üzvü kimi bir sıra siyasi, iqtisadi və
maliyyə məsələlərinin həllində yenə də fəak
iştirak etmiş, Azərbaycan və Ermənistan ara-
sında mübahisəli ərazi məsələlərini araşdır-
maq üçün yaradılan Azərbaycan nümayəndə
heyətinin sədri təyin olunmuşdu. 1919-cu
ilin dekabrında N.Yusifbəylinin təşkil etdiyi
hökumətin tərkibində xarici işlər naziri ol-
muşdur.
1920-ci il aprel ayının 27-də XI Qırmı-
zı Ordu Azərbaycanı işğal etdi və AXC-nin
varlığına son qoyulmuşdur. Tiflisə mühacirət
edən Xoyski 1920-ci il iyun ayının 19-da ora-
da muzdlu erməni terrorçusu tərəfindən qətlə
yetirilmiş, Tiflisdə Azərbaycan qəbiristanlı-
ğında dəfn edilmişdir.
Ümummilli lider Heydər
Əliyev
F.Xoyskinin Azərbaycan dövlətçiliyi tari-
xindəki fəaliyyətini yüksək qiymətləndir-
miş, 1995-ci il dekabr ayının 18-də onun 120
illik yubileyinin keçirilməsi barədə Sərəncam
imzalamışdır. Tiflisdə məzarı üzərində xatirə
abidəsi ucaldılmışdır.
Ə d ə b i y y a t
Xoyski Fətəli Xan:
Həyat və fəaliyyəti:
(Sənəd və materialla-
rı).- Bakı: Azərbaycan,
1998.- 152 s .
Əliyarlı, İ. Fətəli xan
İsgəndər xan oğlu Xoys-
ki /İ.Əliyarlı //Kaspi
2012.- 15 may.- S.12.
Xan Xoyski Fətəli
(25.11.1875-
21.06.1920)
//Azərbaycan Sovet
Ensiklopediyası: 10
cilddə.- Bakı, 1987.-
C.X.- S.47.
Xoyski Fətəli xan
İsgəndər xan oğlu
//Azərbaycan Xalq
Cümhuriyyəti Ensiklo-
pediyası.- Bakı, 2005.-
C.II.- S.23.
Şirinova, A. Fətəli
Xan Xoyski hökuməti
/A.Şirinova //Xalq
cəbhəsi.- 2013.- 26
fevral .- S.10.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
25
Siyasi xadim
Dostları ilə paylaş: |