291
Tarixdə bu gün
Zəngilan rayonunun
işğalı günü
1993
OKTY
ABR
Zəngilan rayonu 1993-cü il okt-
yabr ayının 29-da erməni işğalçıları
tərəfindən işğal olunmuşdur. Zəngilan
ərazisi ən qədim insanların yaşayış
məskənlərindən hesab olunur. Bölgə
ərazisində mövcud olan bir neçə ma-
ğara (Əsgülüm və Süsən dağlarında)
burada ibtidai insanların yaşayışından
xəbər verir.
Zəngilan rayonu 1930-cu ildə təşkil
olunmuşdur. Rayonun sahəsi 707
km²
,
əhalisi isə 33900 nəfərdir. Rayonda bir
şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə,
81 kənd var idi. Mərkəzi Zəngilan
şəhəridir.
XX əsrin sonu Azərbaycan xalqının
tarixinə faciələrlə dolu bir dövr kimi ya-
zılmışdı. Ölkədə mövcud ictimai-siyasi
vəziyyət, daxili çəkişmələr, bir-birinə
xəyanət edən silahlı birləşmələrin bəd
əməlləri torpaqlarımızın itirilməsi ilə
nəticələndi. Zəngilan da, digər rayon-
larımız kimi xəyanətin qurbanı olmuş,
təqvimimizdə daha bir qara günün sayı
artmışdı - 29 oktyabr 1993-cü il.
Zəngilanın işğalı artıq 1992-ci ildə
faktiki olaraq reallaşmışdı. Ermənilərin
hücumu iyunun 29-da olmuş, çox ağır
və qanlı döyüşlər iki saat çəkmişdi. Ar-
tıq iyulun 6-da düşmən rayon mərkəzini
atəşə tutmuş, bütün yayı Zəngilanın
kəndləri və rayon mərkəzi düşmən
atəşinə məruz qalmışdı. Bir müddət
fasilə verdikdən sonra oktyabrın 20-
də ermənilərin döyüş təyyarələri rayon
mərkəzini bombalamışdı. Beləliklə
də, 1992-ci ilin sonuna Zəngilanın
13 yaşayış məntəqəsi, bir çox strate-
ji yüksəklikləri düşmənin əlinə keç-
mişdi. Oktyabrın sonuna yaxın rayon
tam mühasirə vəziyyətinə düşmüşdü.
Oktyabrın 25-26-da Sığırt və Bartaz
yüksəklikləri işğal olunmuş, bununla
da Zəngilanın mühasirəsi başa çatmış-
dı.
Təxminən 34 min əhali İran
sərhədinə - Araz çayının kənarına
toplaşmışdı. Gur sulu Araz çayını isə
keçmək mümkün deyildi. Xalqımızın
xilaskarı, ulu öndərimiz H.Əliyev bu
dəfə də xalqın köməyinə gəlmişdi. O,
İran hökuməti ilə danışıqlar aparmış və
Araz çayı üzərindəki bənddə suyu bağ-
latdırmışdı. Yalnız bundan sonra əhali
çayı keçib xilas olmuşdu. Buna görə
də, zəngilanlılar Heydər Əliyeva daim
minnətdardırlar.
Zəngilanda nəyimiz qaldi?
Zəngilan boyda Vətən;
Dünyada II, Avropada I Nadir Çinar
meşələri;
Torpaq üzərində olan bütün var-
dövlət;
67 məktəb, 56 kitabxana, 34 klub,
9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri
dəmiryol stansiyası, 2 şərab zavodu,
konserv zavodu, dəmiryol deposu...
Hazırda Zəngilan rayonunun
məcburi köçkünləri Bakıda və respub-
likamızın 43 rayonunda müvəqqəti
məskunlaşmışdır. Zəngilan rayo-
nunda erməni təcavüzü nəticəsində
Milli Ordunun 33 nəfər döyüşçüsü
qəhrəmancasına həlak olmuş, 7 nəfər
polis işçisi itkin düşmüşdür. Zəngilan
200 nəfərdən çox şəhid vermiş, 12800
uşaq zərər çəkmiş, 395 uşaq yetim qal-
mışdır. 44 nəfərin aqibəti bəlli deyil,
127 nəfər isə müharibə əlilidir.
Ə d ə b i y y a t
Kərimli, A. Zəngilan
şəhidləri /A.Kərimli; red.
Q.Aslanov.-Bakı: İşıq,
1994.- 192 s.
Bayramov, V. Zəngilan
rayonunun sosial-iqtisadi
inkişafının yekunları və
qarşıda duran vəzifələr
təhlil olunmuşdur
/V.Bayramov //Xalq qəzeti.-
2011.- 9 fevral.- S.5.
Zəngilan rayonunun
erməni hərbi birləşmələri
tərəfindən işğalının 20 illiyi
ilə bağlı anma mərasimi
keçirilmişdir //Azərbaycan.-
2013.- 30 oktyabr.- S.3.
İ n t e r n e t d ə
www.anl.az
www.azerbaycanli.org
www. az.wikipedia.org
www.zengilan-ih.gov.az
www.zengilan.com
29
Ərazisi: 707
•
km²
Əhalisi: 33900 nəfər
•
İşğal tarixi: 29.10.1993
•
292
NOY
ABR
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
Azərbaycan Bayrağı Günü (09.11.2009)
•
Kоnstitusiya Günü (12.11.1995)
•
Milli Dirçəliş Günü (17.11.1992)
•
Qarakənd faciəsi (20.11.1991)
•
Ədliyyə İşçilərinin Peşə Bayramı Günü
•
(22.11.2000)
Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə
•
Günü (25.11.1999)
Üzeyir bəy Hacıbəylinin anadan olmasının 100 illik yubileyi dünyada bö-
yük təntənə ilə keçirilmişdir. UNESKO-nun görkəmli şəxsiyyətlərin ildönü-
mü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəylinin yubileyi
beynəlxalq miqyasda da qeyd edilmişdir.
2009-cu ildən başlayaraq Azərbaycanda Üzeyir Hacıbəylinin xatirəsinə
həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalda Azərbaycan
bəstəkarları və musiqiçiləri ilə birgə yaxın və uzaq ölkələrdən gəlmiş
musiqiçilər də iştirak etmişdirlər.
2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir Hacıbəylinin anadan ol-
masının 125 illik yubileyi təntənə ilə qeyd edilmişdir.
Artıq 5-ci ildir ki, Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar
Üzeyir Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalı təşkil olunur.
1 noyabr
Gün çıxır 07:09
Gün batır 17:38
30 noyabr
Gün çıxır 07:42
Gün batır 17:16
24 oktyabr-
22 noyabr
Əqrəbin Nişanı
sudur. Marsın
və Neptunun
himayəsindədir.
Günəşin Əqrəb
bürcündən keçdiyi
dövrdə doğulanlar
güclü xarakterli
olurlar.
130 il
1885-1948
Üzeyir Hacıbəyli
Dostları ilə paylaş: |