Teqvim-2015. pdf


Tarixdə bu gün Dövlət Müstəqilliyi Günü



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə131/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   127   128   129   130   131   132   133   134   ...   173

289
Tarixdə bu gün
Dövlət Müstəqilliyi Günü
1994
OKTY
ABR
Azərbaycan bir əsrdə iki dəfə 
müstəqillik əldə etmək, özünün su-
veren dövlətini yaratmaq imkanı qa-
zanmışdı. Təəssüf ki, birinci imkan 
xarici müdaxilə, daxili çəkişmələr 
və beynəlxalq təminatın olmaması 
səbəblərindən itirilmişdi. 
1918-ci ildə qurulmuş Azərbaycan 
Xalq Cümhuriyyəti cəmi 23 ay yaşa-
mışdı. İkinci tarixi imkan bir də 70 
il sonra yetişmiş, Sovet imperiyası-
nın dağılması Azərbaycan xalqına 
öz milli müstəqilliyini bərpa etmək 
imkanı vermişdi. 
1991-ci il oktyabr ayının 18-də 
Azərbaycan Respublikası Ali So-
vetinin sessiyasında “Azərbaycanın 
dövlət müstəqilliyi haqqında Kons-
titusiya Aktı” qəbul olunmuşdur. 
Bu mühüm tarixi sənədlə xalqımız 
uzun illərdən bəri həsrətində olduğu 
azadlığına qovuşmuş, bununla da, 
Azərbaycanın tarixində yeni dövrün 
başlanğıcı qoyulmuşdu.
Azərbaycan Respublikasın-
da 1991-ci il dekabr ayının 29-da 
ümumxalq səsverməsi keçirilmiş, 
Azərbaycan xalqı yekdilliklə res-
publikanın dövlət müstəqilliyinə 
tərəfdar çıxmışdı.
Müstəqilliyi   elan edilmiş  Azər-
baycan  Respublikası çox mürəkkəb 
tarixi şəraitdə fəaliyyət göstərməyə 
başlamışdı. Onun müstəqilliyini 
dünya dövlətləri tanımışdır. 
Azərbaycan Respublikasını ilk ola-
raq 1991-ci il noyabr ayının 9-da 
Türkiyə Cümhuriyyəti, sonra Rumı-
niya (11 dekabr 1991), Pakistan (13 
dekabr 1991), İsveçrə (23 dekabr 
1991), İran (25 dekabr 1991), ABŞ 
(23 yanvar 1992), Rusiya (10 aprel 
1992) və b. dövlətlər tanımışdılar.
Azərbaycanın BMT-yə üzv 
qəbul olunması ilə (2 mart 1992) 
onun beynəlxalq aləmdə de-fakto 
tanınmasına başlanmışdı. Lakin 
müstəqilliyini qazandıqdan iki il 
sonra xalqımız yenidən onu itirmək 
təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən 
Ermənistan silahlı qüvvələrinin 
təcavüzü nəticəsində geniş miqyas 
almış Birinci Qarabağ müharibəsi, 
digər tərəfdən dövlət rəhbərliyində 
olan səbatsız, səriştəsiz adamla-
rın yeritdikləri səhv siyasət və 
daxildə gedən siyasi çəkişmələr, 
separatçılıq hərəkatı müstəqilliyin 
beşiyindəcə boğulması  təhlükəsini 
reallaşdırmışdı. Lakin böyük siyasi 
təcrübəyə malik olan ümummilli li-
der, cənab Heydər Əliyevin ölkədə 
hakimiyyətə qayıdışı ilə bu təhlükə 
sovuşmuşdu.
1994-cü ilin 15 oktyabr tarixindən 
etibarən Azərbaycan Respublika-
sı Prezidentinin Fərmanı ilə 18 
Oktyabr tarixi Dövlət Müstəqilliyi 
Günü kimi qeyd edilir.
Ə d ə b i y y a t
Maqsudov, A. Müstəqil 
Azərbaycan Heydər 
Əliyevin şah əsəridir: 18 
oktyabr Dövlət Müstəqilliyi 
Günüdür /A.Maqsudov        
//Respublika.- 2014.- 18 
oktyabr.- S.10.
Səmədzadə, Z. Müstəqillik 
dəyəri olmayan 
ümumxalq sərvətidir        
/Z.Səmədzadə; müsahibəni 
apardı M.Hüseynova           
//İqtisadiyyat.- 2014.- 17-
23 oktyabr.- S.3.
Şabanov, R. Müasir 
Azərbaycanın müstəqilliyi 
Heydər Əliyevin adı ilə 
bağlıdır: 18 oktyabr Dövlət 
Müstəqilliyi Günüdür 
/R.Şabanov //Respublika.- 
2014.- 16 oktyabr.- S.5.
Şahmarov, Ə. Müstəqillik 
milli sərvətimizdir: 18 
oktyabr Dövlət Müstəqilliyi 
Günüdür /Ə.Şahmarov        
//Respublika.- 2014.- 18 
oktyabr.- S.9.
İ n t e r n e t d ə
www.anl.az
www.az.trend.az 
www.az.wikipedia.org
www.portal.edu.az
18


290
Tarixdə bu gün
Birləşmiş Millətlər Təşkilatı Günü
1945
OKTY
ABR
Birləşmiş Millətlər Təşkilatı-BMT (ing. United 
Nations Organization, UNO) 1945-ci il oktyabr 
ayının 24-də yaradılmışdır. Hal-hazırda 192 ölkə 
təşkilatın üzvüdür. Müstəqil dövlətlərdən yalnız 
Vatikan BMT-nin üzvü deyil.
Qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi 
beynəlxalq sülhü və  təhlükəsizliyi qorumaq və 
möhkəmlətmək, dövlətlər arasında  əməkdaşlığı 
inkişaf etdirməkdir.
Birləşmiş Millətlər Təşkilatı  İkinci Dünya 
müharibəsindən sonra, beynəlxalq sülhün və 
təhlükəsizliyin qorunub saxlanılması, millətlər 
arasında dostluq əlaqələrinin inkişafı  və sosial 
tərəqiyyə yardım, insan həyatının və hüquqlarının 
müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə 
yaradılmışdır. BMT-nin Nizamnaməsi 1945-ci il 
iyul ayının 26-da San-Fransisko konfransında 50 
dövlətin nümayəndəsi tərəfindən imzalanmış  və 
1945-ci il oktyabr ayının 24-də qüvvəyə minmiş-
dir. 
Azərbaycan Respublikası 1992-ci ildən BMT-
nin üzvüdür.
Üzv ölkələr öz aralarında BMT-nin 
Nizamnaməsinin - onların dünya birliyinin üzvləri 
kimi hüquq və  vəzifələrini müəyyənləşdirən 
beynəlxalq müqavilənin prinsipləri ilə 
əlaqələnirlər.
Birləşmiş Millətlər Təşkilatı “ailəsi” aşağıdakı 
qurumlardan ibarətdir:
Altı  əsas orqandan ibarət olan BMT-nin özü: 
Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və 
Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə 
və Katiblik. Niderlandın Haaqa şəhərində yerləşən 
Beynəlxalq Məhkəmədən başqa, digər qurum-
lar Nyu-Yorkda, BMT-nin Mərkəzi idarələrində 
yerləşirlər.
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı 
(UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), 
BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin 
Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi 
inkişaf, humanitar yardım və insan hüquqlarının 
müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən 
ixtisaslaşmış təşkilatları mövcuddur.
Məqsədləri:
-münаqişələrin sülh yоlu ilə tənzimlənməsi və 
kоllеktiv tədbirlər qəbul еtməklə bеynəlхаlq sül-
hün və təhlükəsizliyin qоrunub sахlаnmаsı;
-хаlqın özünüdərkеtmək və 
bərаbərlik 
prinsipinə hörmət еtmək əsаsındа ölkələr аrаsındа 
dоstluq münаsibətlərinin inkişаf еtdirilməsi;
- bеynəlхаlq humаnitаr, mədəni, sоsiаl, iqtisаdi 
хаrаktеrli prоblеmlərin həllində  bеynəlхаlq 
əməkdаşlığı  həyаtа  kеçirmək, insаnlаrа  hеç bir 
fərq qоymаdаn аzаdlıq, insаn hüquqlаrınа hörmət 
və оnun gеnişləndirilməsi;
- müхtəlif ölkələrin rаzılаşmаsı üzrə; bu 
məqsədlərə çаtmаğа yönəldilmiş mərkəzi оrqаnın 
funksiyаlаrının yеrinə yеtirilməsi.
Prinsipləri:
-оnun bütün üzvlərinin bərаbərliyi;
- nizаmnаmə üzrə  qəbul  еdilən öhdəçiliyi 
vicdаnlа yеrinə yеtirmək;
- bеynəlхаlq münаsibətlərin sülh vаsitəsi ilə 
həll еdilməsi;
- bеynəlхаlq münаsibətlərdə bir ölkənin digər 
ölkəyə güc tətbiq еtməsindən imtinа еtmək;
-bu prinsipləri qəbul еtməklə bütün hərəkətlərdə 
BMT-nin bütün üzvlərinə köməklik göstərmək;
- bеynəlхаlq sülhü və  təhlükəsizliyi təmin 
еtmək (BMT-nin üzvü оlmаyаn dövlət BMT-nin 
prinsiplərinə uyğun оlаrаq lаzım gələrsə hər şеyi 
təmin еtməlidir);
- dövlətlərin dахili işlərinə qаrışmаmаq;
- insаnlаrın əsаs hüquq və аzаdlıqlаrınа hörmət 
еtmək;
-  хаlqlаrın özünüidаrə  еtməsi və  bərаbər hü-
quqlu оlmаsı;
- əməkdаşlıq və tərksilаh.
24
70 
illiyi


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə