Teqvim-2015. pdf


Tarixdə bu gün Beynəlxalq Ahıllar Günü



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə130/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   126   127   128   129   130   131   132   133   ...   173

287
Tarixdə bu gün
Beynəlxalq Ahıllar Günü
1992
OKTY
ABR
BMT-nin inkişaf proqramında son 
illər ərzində ahıllar problemi geniş yer 
tutmuşdur. 2002-ci ilin aprel ayında İs-
paniyanın paytaxtı Madrid şəhərində 
BMT-nin ahıllar üzrə II Ümumdünya 
məclisinin keçirilməsi də buna misaldır. 
Bu Ümumdünya tədbirində belə bir fikir 
səslənmişdi ki, yaşlılar da cəmiyyətin 
bərabərhüquqlu vətəndaşlarıdır, on-
lara ehtiram göstərmək yüksək insani 
keyfiyyətdir.
Adı-sanı, nəcib  əməlləri ilə tanı-
nan, bəlkə  də heç tanınmayan, lakin 
ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə 
yeni nəsillərə nümunə olan ahıllar, 
həqiqətən hörmətə layiqdirlər.
İnsanın qocalıq dövründə heç nəyə 
qadir olmadığını söyləmək səhv olardı. 
Lap qədim zamanlardan ağsaqqal, ahıl 
insanlar  ən hörmətli, müdrik adam-
lar hesab olunmuşlar. Onlara cavanlar 
da, böyüklər də hörmətlə yanaşmış, 
fikirləri ilə hesablaşmışlar. Qocaların 
sərvəti onların həyat təcrübəsidir. Onla-
ra qulaq asıb, dediklərinə əməl etməklə 
bu sərvətə sahib olmaq mümkündür.
BMT-nin Baş  Məclisi 1992-ci ildə 
Ahılların müdafiəsi ilə bağlı Qətnamə 
qəbul etmişdir. Həmin Qətnamənin 
prinsiplərinə uyğun olaraq hər il okt-
yabr ayının 1-i Beynəlxalq Ahıllar 
Günü kimi qəbul edilmiş, həmçinin 
1999-cu il Beynəlxalq Ahıllar ili elan 
olunmuşdur.
Bu məsələyə respublikamızda da 
ciddi diqqət yetirilir. 
1993-cü ildən başlayaraq hər il 
oktyabr ayının 1-i respublikamızda 
“Beynəlxalq Ahıllar Günü” kimi qeyd 
olunur. Həmin günün keçirilməsində 
məqsəd ahıl vətəndaşların sosi-
al problemləri ilə tanış olmaq, eh-
tiyaclarını müəyyənləşdirərək im-
kanlı müəssisələr, təşkilatlar və 
qeyri-hökumət təşkilatları ilə birlikdə 
əməli tədbirlər görməkdən ibarətdir. 
2001-ci il iyun ayının 22-də “Ahılla-
ra sosial xidmət haqqında” Azərbaycan 
Respublikasının Qanunu qəbul edil-
mişdir. Qanuna əsasən ölkədə 70 ya-
şına çatmış Azərbaycan Respublikası 
vətəndaşları, habelə Azərbaycan Res-
publikasında daimi yaşayan  əcnəbi 
və  vətəndaşlığı olmayan şəxslər ahıl 
sayılır. Beynəlxalq Ahıllar Günü 
ərəfəsində bütün dünyada olduğu kimi, 
respublikamızın şəhər və rayonlarında 
İcra hakimiyyətləri, əmək kollektivləri, 
ictimai təşkilatlar və qeyri-hökumət 
təşkilatları rayon ərazisində yaşa-
yan ahıl vətəndaşların ehtiyaclarını 
öyrənərək onlar üçün bayram süfrələri, 
ərzaq bağlamaları təşkil edir, müxtəlif 
xeyriyyə,  şəfqət və  mədəni-kütləvi 
tədbirlər həyata keçirirlər. Həmin 
tədbirlərdə respublika üzrə 10 minlərlə 
ahıl və əlil vətəndaş bayram süfrələrinə 
dəvət olunur, onlara ərzaq paylanır, 
maddi yardım göstərilir.
Ə d ə b i y y a t
Qaraca, B. Müqəddəs 
borc: 1 oktyabr Beynəlxalq 
Ahıllar Günüdür  /B.Qaraca 
//Azərbaycan.- 2011.- 1 
oktyabr.- S.6.
Qocayev, Ə. 1 oktyabr-
Beynəlxalq ahıllar günü      
//Qocayev Ə. Bayramlar və 
tarixi günlər.- Bakı, 2006.- 
S.53.
Şərəfli, B. Tariximizin yad-
daş daşıyıcıları: 1 oktyabr 
Beynəlxalq Ahıllar Günüdür 
/B.Şərəfli //Azərbaycan.- 
2010.- 1 oktyabr.- S.8.
İ n t e r n e t d ə
www.anl.az
www.azadliq.org
1


288
Tarixdə bu gün
Xocavənd rayonunun işğalı günü
1992 
OKTY
ABR
Ərazisi:   1458 km²
Əhalisi:   41725 nəfər
İşğal tarixi: 02.10.1992
Xocavənd rayonunun erməni 
qəsbkarları  tərəfindən işğalından 
23 il ötür.
Azərbaycan Respublikasının 
26 noyabr 1991-ci il tarixli Qa-
nununa  əsasən Dağlıq Qarabağ 
Muxtar Vilayəti ləğv edilmiş, 
Martuni şəhəri Xocavənd şəhəri, 
Martuni rayonu Xocavənd ra-
yonu adlandırılmışdır. Hadrut 
rayonu isə  ləğv edilərək  ərazisi 
Xocavənd rayonunun tərkibinə 
verilmişdir.
Ərazisi alçaq dağlıq və 
düzənlikdən ibarət olan Xocavənd 
rayonunun ümumi sahəsi 1458 
km²,  əhalisi 41725 (o cümlədən 
azərbaycanlılar-10.648) nəfər 
olmuşdur. Rayonda 1 şəhər 
(Xocavənd şəhəri-rayon məkəzi), 
2 iri qəsəbə (Qırmızı Bazar və 
Hadrut), 81 kənd vardı. 
Olduqca 
əlverişli coğra-
fi mövqeyə  və  şəraitə ma-
lik Xocavənd rayonu Ağdam, 
Ağcabədi, Füzuli, Cəbrayıl, Qu-
badlı, Laçın, Şuşa, Xocalı rayon-
ları ilə həmsərhəddir. 
Qədim yaşayış məskənlərindən 
sayılan Xocavəndin  ərazisi təbii 
sərvətlərlə - tikinti materialları 
və faydalı qazıntılarla, meşə zo-
laqları  və  şirin su ehtiyatları ilə 
zəngindir. Dəniz səviyyəsindən 
900 metr hündürlükdə yerləşən, 
uzunluğu 190 metr olan Azıx ma-
ğarası Xocavəndin Füzuli rayo-
nuna yaxın, Azıx kəndinin 1 kilo-
metr cənub-şərqində yerləşir. 
1988-ci ilin fevralından baş-
layan Qarabağ müharibəsində 
Xocavənd rayonu 145 şəhid ver-
miş, 3600 uşaq zərər çəkmişdir. 
2 oktyabr 1992-ci il tarixində 
Xocavənd rayonu Ermənistan Si-
lahlı Qüvvələri tərəfindən işğal 
olunmuşdur. 
İşğal nəticəsində Xocavənddə 
71 arxeoloji-memarlıq abidəsi, 41 
klub, 40 kitabxana, 12 ziyarətgah, 
10 məktəbəqədər müəssisə, 21 
səkkizillik məktəb məhv edilmiş-
dir. İşğal altında olan Xocavəndin 
ərazisi bütövlükdə ekoloji ter-
rora məruz qalmış, Azıx mağa-
rasını ermənilər silah anbarına 
çevirmişlər. 
Rayonun  ərazisində yerləşən 
və ümumi sahəsi 25,5 min hek-
tar olan meşədəki palıd ağacla-
rı  qırılaraq daşınmış, Xonaşen 
çayının kənarlarında bitən təbii 
meşə isə tamamilə  məhv edil-
mişdir. Xocavəndin Yelli Gədik 
sahəsində Füzuliyə gedən yolun 
sağ və sol tərəflərində avtomobil 
yollarının mühafizəsi məqsədilə 
əkilən ağaclar da kəsilmişdir. 
Ə d ə b i y y a t
Tapdıqoğlu, N. Xocavənd 
ensiklopediyası 
/N.Tapdıqoğlu.- Bakı: 
[Zərdabi LTD], 2009.-    
543 s.
Cavidan. Xocavəndin 
Ermənistan silahlı 
birləşmələri tərəfindən 
işğalından 21 il ötür                    
/Cavidan //Palitra.- 2013.- 
3 oktyabr.- S.10.
Xocavənd rayonu //Qara-
bağ. Yaddaş.- Bakı, 2010.- 
S.179-186.
Xocavənd rayonunun 
işğalının 21-ci ildönümü ilə 
əlaqədar anma mərasimi 
keçirildi //Azərbaycan.- 
2013.- 3 oktyabr.- S.7.
Muradlı, E. Xocavənddən 
Şuşaya yol var...  
/E.Muradlı //Üç nöqtə.-
2012.- 6 mart.- S.8-9.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.xocavend-ih.gov.az
2


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə