279
Siyasət.Hüquq.Hərbi iş
Siyasi xadim
75
illiyi
Həsən Həsənov
1940
OKTY
ABR
Həsən Əziz oğlu Həsənov 1940-cı il
oktyabr ayının 20-də Tbilisi şəhərində
anadan olmuşdur. 1958-ci
ildə orada
43 saylı orta məktəbi bitirərək Bakıya
gəlmiş və Azərbaycan Politexnik İnstitu-
tuna daxil olmuşdur. 1963-cü ildə təhsilini
başa vuraraq komsomol işində çalışmış,
1966-cı ildə Tikinti Materialları və Kons-
truksiyaları Elmi-Tədqiqat İnstitutunda
aspiranturaya qəbul olmuşdur. 1967-ci
ildə Azərbaycan KP MK-ya təlimatçı
vəzifəsinə irəli çəkilmişdir.
1969-1971-ci illərdə
Moskvada
Ümumittifaq Komsomolu MK-da məsul
təşkilatçı vəzifəsində çalışmış, 1971-ci
ildə Bakıya qayıdıb Azərbaycan KP MK-
da təlimatçı, bölmə müdiri, şöbə müdiri-
nin müavini vəzifələrində işləmişdir.
1975-ci ildən Bakının Səbail rayonu
Partiya Komitəsinin, 1978-ci ildə Sum-
qayıt şəhər Partiya Komitəsinin, 1979-cu
ildə Gəncə şəhər Partiya Komitəsinin bi-
rinci katibi vəzifələrində çalışmışdır.
1981-ci ildə Bakı Ali Partiya məktəbini
bitirmişdir. Tələbəlik dövründə Komso-
mol Komitəsinin katibi olmuşdur. 1962-ci
ildə Azərbaycan tələbələrinin təmsilçisi
kimi Moskvada keçirilən XIV Ümumit-
tifaq Komsomol Qurultayına nümayəndə
seçilmiş, Azərbaycanın və SSRİ-nin bir
sıra gənclər təşkilatının üzvü olmuşdur.
1981-1983-cü illərdə Azərbaycan KP
MK-nın ideoloji məsələlər üzrə, 1983-
1988-ci illərdə tikinti
məsələləri üzrə,
1988-1990-cı illərdə iqtisadiyyat məsələ-
ləri üzrə katibi vəzifələrində çalışmışdır.
1990-1992-ci illərdə Azərbaycan Res-
publikasının Baş naziri olmuşdur.
1992-ci ildən xarici siyasət və diplo-
matiya sahəsində fəaliyyət göstərmişdir.
1992-1993-cü illərdə Azərbaycan Res-
publikasının BMT-də (Nyu-York) ilk
daimi nümayəndəsi və ilk fövqəladə və
səlahiyyətli səfiri, 1993-1998-ci illərdə
Azərbaycan Respublikasının Xarici İşlər
naziri, 2004-cü ildən Azərbaycan Respub-
likasının Macarıstan Respublikasında və
2010-cu ildən isə Polşa Respublikasında
fövqəladə və səlahiyyətli səfiri vəzifəsində
çalışır.
Macarıstan və bir neçə SSRİ ordeni,
Azərbaycan, Qazaxıstan medalları ilə təl-
tif olunmuşdur.
H.Həsənov 23
il müxtəlif parlament-
lərin nümayəndəsi olmuşdur. 1977-1995-
ci illərdə Azərbaycan Ali Sovetinin,
1979-1984-cü illərdə SSRİ Ali Soveti-
nin, 1995-2000-ci illərdə Milli Məclisin
nümayəndəsi və Milli Məclisin Beynəlxalq
əlaqələr üzrə Komissiyasının üzvü kimi
fəaliyyət göstərmişdir.
Müstəqil Azərbaycanın ilk Əsas Qanu-
nunu hazırlayan Konstitusiya komissiya-
sının üzvü olmuşdur.
H.Həsənov elmi və bədii yaradıcılıq-
la da məşğuldur. O, Azərbaycan Dövlət
Dram Teatrının səhnəsində tamaşa-
ya qoyulmuş M.F.Axundovun
həyat və
fəaliyyətinə həsr edilmiş “Brüsseldən
məktublar” pyesinin müəllifidir. “Tari-
xin hədəfi” (Tarixin fəlsəfəsi), “Nəriman
Nərimanovun milli dövətçilik baxışları və
fəaliyyəti”, “Türklüyümüz, Misir amuleti
və ieroqlifləri Azərbaycanda” adlı monoq-
rafiyaların, “Azərbaycanın Avropaya in-
teqrasiyası” əsərinin və məqalələr toplula-
rının müəllifidir.
2004-cü ildə Bakıda namizədlik, 2006-
cı ildə Tiflisdə doktorluq dissertasiyasını
müdafiəsi etmişdir.
Ə d ə b i y y a t
Brüsseldən məktublar:
Proloq, epiloq və on altı
şəkildə iki hissəli psixoloji
dram /H.Həsənov.-Bаkı:
Əbilov, Zeynalov və oğul-
ları, 2003.-76 s.
Nəriman Nərimanov- milli
təmayüllü kommunist
/H.Həsənov.-Bakı: Peda-
qogika, 2004.-80 s.
Nəriman Nərimanovun ta-
rixi missiyası /H.Həsənov;
elmi red. F. İbrahimli; ön
söz. müəl. Q.Bayramov.-
Bakı: Pedaqogika, 2005.-
88 s.
Türkiyənin Azərbaycanın
müstəqilliyini tanıması
tarixindən: Mətbuat
xəbərləri /H.Həsənov;
tərt.: N.Tanrıqulu,
F.Süleymanoğlu.- Bakı :
Pedaqogika, 2005.- 72 s.
Tikən, quran, yaradan
insan: Həmkarları
Həsən Həsənovun tikinti
sahəsindəki fəaliyyəti haq-
qında /red. İ.Akifqızı; topl.
və tərt. ed.: B.İbrahimov,
Z.Allahverdiyev.- Bakı:
Pedaqogika, 2006.- 142 s.
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
20
280
Siyasət.Hüquq.Hərbi iş
60
illiyi
Səttar Mehbalıyev
1955
OKTY
ABR
Səttar Suliddin oğlu Mehbalıyev 1955-
ci il oktyabr ayının 28-də Naxçıvan Mux-
tar Respublikası Şərur rayonunun Qıvraq
kəndində anadan olmuşdur.
1979-cu ildə D.Bünyadzadə adına
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu
(indiki ADİU) bitirmiş, 1973-cü ildə Bakı
şəhərində dəmir-beton məmulatı zavo-
dunda qəlibçi, 1976-cı ildən Bakı İsteh-
salat Tikiş Birliyində fəhlə, əmtəəşünas,
mühəndis-iqtisadçı və baş mühasibin mü-
avini vəzifələrində çalışmışdır.
1980-1993-cü illərdə Avtonəqliyyat
və Şosse Yolları İşçiləri Həmkarlar İtti-
faqı Respublika
Komitəsində müfəttiş-
təlimatçı, maliyyə şöbəsinin müdiri
işləmişdir.
Respublikamız müstəqillik qazan-
dıqdan sonra ölkənin bütün sahələrində
olduğu kimi həmkarlar ittifaqlarında da
islahatların həyata keçirilməsi zərurəti
yaranmışdır. 1992-ci ildə S.Mehbalıyevin
rəhbərliyi ilə Azərbaycan Həmkarlar İt-
tifaqları Şurasının və ümumilikdə həm-
karlar ittifaqlarında struktur islahatlarının
aparılması və yeni nizamnamənin hazır-
lanması məqsədi ilə təşkilat komissiya-
sı yaradılmış və 1993-cü ilin fevralında
Azərbaycan Həmkarlar İttifaqı Konfede-
rasiyasının (AHİK) təsis qurultayı keçiril-
mişdir. Təsis qurultayının iştirakçılarının
yekdil təklif və səsi ilə Səttar Möhbalıyev
AHİK-in sədri seçilmişdir. 1998, 2003,
2008, 2013-cü illərdə AHİK-in I-II, III və
IV qurultaylarında yenidən bu vəzifəyə se-
çilmişdir. 2006-cı ildə Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqının Məclisində İttifaqın
sədri olmuşdur.
S.Mehbalıyev AHİK-in
sədri seçil-
dikdən sonra həmkarlar ittifaqında isla-
hatların aparılmasında, onun əmlakının
qorunub saxlanılmasında, “Həmkarlar
İttifaqları haqqında” Azərbaycan Res-
publikası Qanununun qəbul edilməsində,
həmkarlar ittifaqlarının nüfuzunun
möhkəmləndirilməsində, transmilli
şirkətlərdə həmkarlar ittifaqının yaradıl-
masında müstəsna əmək sərf etmişdir.
S.Mehbalıyevin səyi nəticəsində AHİK
MDB məkanında Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasına ilkin üzv
olan təşkilatlardan biridir.
O, Azərbaycan Respublikasının ictimai-
siyasi həyatında fəal iştirak edir.
Milli Məclisin deputatı, respublika-
da aparılan islahatlarla bağlı yaradılmış
bir sıra dövlət komissiyalarının üzvüdür.
Elmi məqalələri var. Bir sıra
dərsliklərin
və tədris metodiki vəsaitlərin müəllifidir.
İqtisad elmləri doktoru, professordur.
Polşa-Azərbaycan parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri,
Azərbaycan-Fransa, Azərbaycan-Moldova
parlamentlərarası əlaqələr üzrə işçi qru-
punun üzvü, Azərbaycan Respublikası
Milli Məclisinin İqtisadi Siyasət Daimi
Komitəsinin, Beynəlxalq Həmkarlar İtti-
faqları Konfederasiyasının Sədrlər Şurası-
nın, Ümumhəmkarlar İttifaqları Konfede-
rasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
“Şöhrət” ordeni, Ümumhəmkarlar İtti-
faqları Konfederasiyasının gümüş medalı,
Rusiya Federasiyasının Rabitə İşçilərinin
Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi
Komitəsinin Rəyasət Heyətinin qızıl or-
deni, Neftqaztikinti həmkarlar ittifaqları
Beynəlxalq Federasiyasının diplomu və
mükafatı ilə təltif edilmişdir.
Ə d ə b i y y a t
Əmək bazarı və əhalinin
sosial müdafiəsi:
dərslik /S.Mehbaliyev,
R.İsgəndərov; elmi red.
H.Qaraşov; Əmək və
Sosial Münasibətlər
Akademiyası.- Bakı:
Çaşıoğlu, 2002.-544 s.
Azərbaycan cəmiyyətində
həmkarlar ittifaqları-
nın nüfuzu əhəmiyyətli
dərəcədə artır:
Azərbaycan Həmkarlar
İttifaqları Konfedera-
siyasının sədri, Milli
Məclisin deputatı Səttar
Mehbalıyevin müsahibəsi
/S. Mehbalıyev //İki sa-
hil.- 2013.- 6 iyul.- S.12.
Azərbaycan regionda
iqtisadi və siyasi baxım-
dan əsas söz sahibinə
çevrilib /S.Mehbalıyev
//Azərbaycan.-2012.- 30
sentyabr.- S.3.
Səttar Mehbalıyev
yenidən Azərbaycan
Həmkarlar İttifaqları
Konfederasiyası-
nın sədri seçilmişdir
//Azərbaycan.- 2013.- 6
fevral.- S.3.
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
28
İctimai xadim