Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə123/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   119   120   121   122   123   124   125   126   ...   173

273
Musiqi.Opera.Balet
135 
illiyi
Qurban Pirimov  
1880-1965
OKTY
ABR
Qurban Bəxşəli oğlu Pirimov 
1880-cı il oktyabr ayının 30-da Ağ-
dam rayonunun Gülablı  kəndində 
anadan olmuşdur.
Görkəmli tarzən Sadıqcandan 
dərs almış, Qarabağ muğam ifaçılı-
ğı məktəbinin ənənələrini dərindən 
mənimsəyən Qurban Pirimov 
sənətdə öz yolunu açmışdır.
Qurban Pirimov klassik ənənə-
lərə  əsaslanaraq, muğam ifaçı-
lığını yeni dövrdə inkişaf etdir-
miş, özünəməxsus xüsusiyyətlərlə 
zənginləşdirmişdir.  Buna görə  də
Qurban Pirimovun yaradıcılığı, ifa-
çılıq sənəti öz orijinallığı ilə seçilir. 
Onun ifa edərək yaratdığı “Mahur-
Hindi”, “Çahargah”, “Xaric segah”, 
“Şur”, “Zabul segah”, “Çoban ba-
yatı” nadir sənət nümunələri kimi 
musiqi xəzinəsinə daxil edilmişdir.
1905-ci ildən başlayaraq, xanəndə 
Cabbar Qaryağdıoğlu və kamançaçı 
Saşa Oqanezaşvili ilə birlikdə yarat-
dığı muğam üçlüyündə 20 ilə yaxın 
fəaliyyət göstərərək məhşurlaşmış, 
bir sıra xaici ölkələrdə - Rusiyanın, 
Zaqafqaziyanın, Orta Asiyanın və 
Yaxın Şərqin müxtəlif şəhərlərində 
konsertlər vermişdir.
Onun solo və ansamblda ifa et-
diyi muğamlar qrammofon val-
larına yazılmışdır. Qurban Piri-
movun müşayəti ilə Keçəçioğlu 
Məhəmməd, Məşədi Məhəmməd 
Fərzəliyev, 
İslam Abdullayev, 
Ələsgər Abdullayev, Seyid Şuşinski 
və b. xanəndələrin ifası qrammofon 
vallarına yazılmışdır.
1934-cü ildə Tiflisdə Zaqafqa-
ziya incəsənəti olimpiadasının, 
1939-cu ildə Ümumittifaq baxışı-
nın qalibi olmuşdur. Qurban Piri-
mov Üzeyir Hacıbəylinin yaratdı-
ğı ilk Azərbaycan operası “Leyli 
və Məcnun”da (1908) solist tarzən 
kimi çıxış etmişdir.
Azərbaycan tar ifaçılığı  sahəsin-
dəki xidmətlərinə ona görə 1931-ci 
ildə “Azərbaycan SSR Xalq artisti” 
fəxri adı verilmiş, “Şərəf nişanı” 
ordeni, “Qırmızı  Əmək Bayrağı” 
ordeni ilə təltif olunmuşdur.
Qurban Bəxşəli oğlu Pirimov 
1965-ci il avqust ayının 29-da Bakı 
şəhərində vəfat etmiş, I Fəxri Xiya-
banda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Abbaslı, T. Bir “Segah”i 
yazı: Gahdan da bir 
pərdə “Dügah”i, bir 
barmaq “Çahangah”i     
/T.Abbaslı //Mədəniyyət.- 
2012.- 31 oktyabr.- S.12.
Pirimov Qurban 
Bəxşəli oğlu //Şuşins-
ki F. Azərbaycan xalq 
musiqiçiləri.- Bakı, 
1985.- S.276-291.
Şir biləkli tarzən: Tanrı 
heç kimə etibar etməyib 
öz əlində saxlayan 
Qurban Pirimov //Şərq.-
2011.- 25 may.- S.11.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.medeniyyet.az
www.mugamradio.az
30
Tarzən


274
8
Teatr.Kino
105 
illiyi
Hüseyn Seyidzadə
1910-1979
 
OKTY
ABR
Hüseyn Əli oğlu Seyidzadə 1910-cu il 
oktyabr ayının 15-də İrəvanda anadan ol-
muşdur. 1918-ci ildə Hüseynin ailəsi doğ-
ma yurdu tərk etmək məcburiyyətində qa-
lıb, Bakıya köçmüşdür. Hüseyn 15 yaşında 
ikən fabrikdə  fəhləlik etmiş, 1928-ci ildə 
Bakı İşçi Teatrının səhnəsində aktyor kimi 
fəaliyyətə başlamış, 1929-cu ildə Leninq-
rada göndərilmişdir. Dövlət Fəhlə Gənclər 
Teatrında təcrübə keçmiş, 1930-cu ildə 
Bakıya, kinostudiyaya qayıtmışdır. Həmin 
il o, “İlk komsomol buruğu” bədii filmində 
neftçi rolunda çəkilmişdir.
1931-ci ildə Moskvaya, Dövlət Kine-
matoqrafiya  İnstitutunda təhsil almağa 
göndərilmiş, S.Eyzenşteyn, M.Romm, 
L.Kulicanovdan dərs almışdır.
1936-cı ildə institutu bitirib Bakıya 
qayıdan gənc mütəxəssis kinostudiyada 
“Bakılılar”, “Bir ailə” bədii  filmlərində 
rejissor assistenti, dublyaj rejissoru 
işləmişdir. 1940-cı ildə N.Bədəlovla birgə 
“Ayna” bədii  filmini çəkməyə başlamış, 
lakin məlum olmayan səbəblərə görə 
filmin çəkilişi dayandırılmışdır. Sonra 
N.Bədəlovla birgə 1942-ci ildə “Ayna”nın 
materialları  əsasında “Sovqat” qısamet-
rajlı  bədii  filminə quruluş vermişdir. Bir 
müddət “Lenfilm”, “Mosfilm” və M.Qorki 
adına kinostudiyalarda təcrübə keçmiş, bu 
studiyalarda istehsal olunan filmlərdə re-
jissor assistenti, ikinci rejissor işləmişdir.
1953-cü ildə “Doğma xalqımıza” bədii-
sənədli filminin çəkilişi rejissor Yan Fridlə 
birgə H.Seyidzadəyə tapşırılmış,  film 
1954-ci ildə müvəffəqiyyətlə  çəkilib ek-
ranlara buraxılmışdı. 
1956-cı ildə Ü.Hacıbəylinin “O olma-
sın, bu olsun” operettasını ekranlaşdır-
mışdır. Bu, Azərbaycan kino tarixində ilk 
rəngli bədii film idi. S.Rəhmanın ssenarisi 
əsasında lentə alınan musiqili kinokomedi-
ya Asiya və Afrika ölkələrinin Beynəlxalq 
Daşkənd kinofestivalında göstərilmiş, 60-
dan artıq ölkəyə, o cümlədən  İran,  İraq, 
Yuqoslaviya,Yaponiya, Avstriya, ABŞ, 
İsveçrə və Macarıstana satılmışdı.
1959-cu ildə çəkilən “Koroğlu” qəhrə-
manlıq kino-dastanı onun ikinci filmi idi. 
Lakin ssenari Moskvada əsaslı  dəyişik-
liklərə məruz qaldığından ekran əsəri zəif 
alınmışdı.
1965-ci ildə  Qılman  İlkinin ssenarisi 
üzrə istehsal olunmuş “Yenilməz batal-
yon” tarixi-inqilabi filmi onun növbəti işi 
olur. 1969-cu ildə  İ.Şıxlının eyniadlı ro-
manı  əsasında çəkilmiş “Dəli Kür” filmi 
isə Azərbaycan kinosunun ən yaddaqalan 
nümunələrindəndir. Bu filmdə də ssenariyə 
müdaxilələr edilmiş, rejissor təzadlı kino 
həyatında növbəti zərbələrdən birini al-
mışdı.
1978-ci ildə H.Seyidzadə sonuncu fil-
mini - “Qayınana” kinokomediyasını çək-
mişdi.  Şirin yumor, canlı komik səhnələr 
və hadisələrin dinamikliyi “Qayınana”nı 
baxımlı etmişdi. Film Aşqabad  şəhərində 
keçirilən XII Ümumittifaq kinofestivalın-
da nümayiş etdirilmiş, baş rolun ifaçısı 
N.Zeynalova və bəstəkar T.Quliyev müka-
fata layiq görülmüşdülər.
Rejissorun mübariz sənətkar olması, 
sözünü açıq deməsi çoxları tərəfindən se-
vilmirdi. Bu səbəbdən yaradıcılıq imkan-
ları geniş olsa da rejissor kimi 43 il ərzində 
cəmi beş bədii film  çəkmişdi. 
Hüseyn Seyidzadə 1979-cu il iyun ayı-
nın 2-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Azəri, L. Mədəniyyət 
tariximizdə iz qoyanlar 
Məşhur Seyidzadələr 
nəslinin iki görkəmli 
nümayəndəsinin yubile-
yi qeyd olundu /L.Azəri         
//Mədəniyyət.- 2012.- 7 
noyabr.- S. 13.
Əliyeva, İ. Ağrılı 
taleyi olan korifey 
sənətkar /İ.Əliyeva //
Azərbaycan.- 2012.- 20 
oktyabr.- S. 11.
Xəlilzadə, F. Bir 
rejissorun taleyi: 
Hüseyn Seyidzadə 
- 100 /F.Xəlilzadə                    
//Azərbaycan.- 2010.- 
12 oktyabr.- S. 8.
Şanlı Seyidzadələr 
nəslinin iki görkəmli 
nümayəndəsinin 100 
illiyi qeyd edilmişdir                   
//Azərbaycan . - 2012.- 
4 noyabr.- S. 5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.edebiyyat.info
15
Rejissor


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə