273
Musiqi.Opera.Balet
135
illiyi
Qurban Pirimov
1880-1965
OKTY
ABR
Qurban
Bəxşəli oğlu Pirimov
1880-cı il oktyabr ayının 30-da Ağ-
dam rayonunun Gülablı kəndində
anadan olmuşdur.
Görkəmli tarzən Sadıqcandan
dərs almış, Qarabağ muğam ifaçılı-
ğı məktəbinin ənənələrini dərindən
mənimsəyən Qurban Pirimov
sənətdə öz yolunu açmışdır.
Qurban Pirimov klassik ənənə-
lərə əsaslanaraq, muğam ifaçı-
lığını yeni dövrdə inkişaf etdir-
miş, özünəməxsus xüsusiyyətlərlə
zənginləşdirmişdir.
Buna görə də,
Qurban Pirimovun yaradıcılığı, ifa-
çılıq sənəti öz orijinallığı ilə seçilir.
Onun ifa edərək yaratdığı “Mahur-
Hindi”, “Çahargah”, “Xaric segah”,
“Şur”, “Zabul segah”, “Çoban ba-
yatı” nadir sənət nümunələri kimi
musiqi xəzinəsinə daxil edilmişdir.
1905-ci ildən başlayaraq, xanəndə
Cabbar Qaryağdıoğlu və kamançaçı
Saşa Oqanezaşvili ilə birlikdə yarat-
dığı muğam üçlüyündə 20 ilə yaxın
fəaliyyət göstərərək məhşurlaşmış,
bir sıra xaici ölkələrdə - Rusiyanın,
Zaqafqaziyanın, Orta Asiyanın və
Yaxın Şərqin müxtəlif şəhərlərində
konsertlər vermişdir.
Onun solo və ansamblda ifa et-
diyi
muğamlar qrammofon val-
larına yazılmışdır. Qurban Piri-
movun müşayəti ilə Keçəçioğlu
Məhəmməd, Məşədi Məhəmməd
Fərzəliyev,
İslam Abdullayev,
Ələsgər Abdullayev, Seyid Şuşinski
və b. xanəndələrin ifası qrammofon
vallarına yazılmışdır.
1934-cü ildə Tiflisdə Zaqafqa-
ziya incəsənəti olimpiadasının,
1939-cu ildə Ümumittifaq baxışı-
nın qalibi olmuşdur. Qurban Piri-
mov Üzeyir Hacıbəylinin yaratdı-
ğı ilk Azərbaycan operası “Leyli
və Məcnun”da (1908) solist tarzən
kimi çıxış etmişdir.
Azərbaycan tar ifaçılığı sahəsin-
dəki xidmətlərinə ona görə 1931-ci
ildə “Azərbaycan SSR Xalq artisti”
fəxri adı verilmiş, “Şərəf nişanı”
ordeni, “Qırmızı Əmək Bayrağı”
ordeni ilə təltif olunmuşdur.
Qurban Bəxşəli oğlu Pirimov
1965-ci il avqust ayının 29-da Bakı
şəhərində vəfat etmiş, I Fəxri Xiya-
banda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Abbaslı, T. Bir “Segah”i
yazı: Gahdan da bir
pərdə “Dügah”i, bir
barmaq “Çahangah”i
/T.Abbaslı //Mədəniyyət.-
2012.- 31 oktyabr.- S.12.
Pirimov Qurban
Bəxşəli oğlu //Şuşins-
ki F. Azərbaycan xalq
musiqiçiləri.- Bakı,
1985.- S.276-291.
Şir biləkli tarzən: Tanrı
heç kimə etibar etməyib
öz əlində saxlayan
Qurban Pirimov //Şərq.-
2011.- 25 may.- S.11.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.medeniyyet.az
www.mugamradio.az
30
Tarzən
274
8
Teatr.Kino
105
illiyi
Hüseyn Seyidzadə
1910-1979
OKTY
ABR
Hüseyn Əli oğlu Seyidzadə 1910-cu il
oktyabr ayının 15-də İrəvanda anadan ol-
muşdur. 1918-ci ildə Hüseynin ailəsi doğ-
ma yurdu tərk
etmək məcburiyyətində qa-
lıb, Bakıya köçmüşdür. Hüseyn 15 yaşında
ikən fabrikdə fəhləlik etmiş, 1928-ci ildə
Bakı İşçi Teatrının səhnəsində aktyor kimi
fəaliyyətə başlamış, 1929-cu ildə Leninq-
rada göndərilmişdir. Dövlət Fəhlə Gənclər
Teatrında təcrübə keçmiş, 1930-cu ildə
Bakıya, kinostudiyaya qayıtmışdır. Həmin
il o, “İlk komsomol buruğu” bədii filmində
neftçi rolunda çəkilmişdir.
1931-ci ildə Moskvaya,
Dövlət Kine-
matoqrafiya İnstitutunda təhsil almağa
göndərilmiş, S.Eyzenşteyn, M.Romm,
L.Kulicanovdan dərs almışdır.
1936-cı ildə institutu bitirib Bakıya
qayıdan gənc mütəxəssis kinostudiyada
“Bakılılar”, “Bir ailə” bədii filmlərində
rejissor
assistenti, dublyaj rejissoru
işləmişdir. 1940-cı ildə N.Bədəlovla birgə
“Ayna” bədii filmini çəkməyə başlamış,
lakin məlum olmayan səbəblərə görə
filmin çəkilişi dayandırılmışdır. Sonra
N.Bədəlovla birgə 1942-ci ildə “Ayna”nın
materialları əsasında “Sovqat” qısamet-
rajlı bədii filminə quruluş vermişdir. Bir
müddət “Lenfilm”, “Mosfilm” və M.Qorki
adına kinostudiyalarda təcrübə keçmiş, bu
studiyalarda istehsal olunan filmlərdə re-
jissor assistenti, ikinci rejissor işləmişdir.
1953-cü ildə “Doğma xalqımıza” bədii-
sənədli filminin çəkilişi rejissor Yan Fridlə
birgə H.Seyidzadəyə tapşırılmış, film
1954-ci ildə müvəffəqiyyətlə çəkilib ek-
ranlara buraxılmışdı.
1956-cı ildə Ü.Hacıbəylinin “O olma-
sın, bu olsun” operettasını ekranlaşdır-
mışdır. Bu, Azərbaycan kino tarixində ilk
rəngli bədii film idi. S.Rəhmanın ssenarisi
əsasında lentə alınan musiqili kinokomedi-
ya Asiya və Afrika ölkələrinin Beynəlxalq
Daşkənd kinofestivalında göstərilmiş, 60-
dan artıq ölkəyə, o cümlədən İran, İraq,
Yuqoslaviya,Yaponiya,
Avstriya, ABŞ,
İsveçrə və Macarıstana satılmışdı.
1959-cu ildə çəkilən “Koroğlu” qəhrə-
manlıq kino-dastanı onun ikinci filmi idi.
Lakin ssenari Moskvada əsaslı dəyişik-
liklərə məruz qaldığından ekran əsəri zəif
alınmışdı.
1965-ci ildə Qılman İlkinin ssenarisi
üzrə istehsal olunmuş “Yenilməz batal-
yon” tarixi-inqilabi filmi onun növbəti işi
olur. 1969-cu ildə İ.Şıxlının eyniadlı ro-
manı əsasında çəkilmiş “Dəli Kür” filmi
isə Azərbaycan kinosunun ən yaddaqalan
nümunələrindəndir. Bu filmdə də ssenariyə
müdaxilələr edilmiş, rejissor təzadlı kino
həyatında növbəti zərbələrdən birini al-
mışdı.
1978-ci ildə H.Seyidzadə sonuncu fil-
mini - “Qayınana” kinokomediyasını çək-
mişdi. Şirin yumor, canlı komik səhnələr
və hadisələrin dinamikliyi “Qayınana”nı
baxımlı etmişdi.
Film Aşqabad şəhərində
keçirilən XII Ümumittifaq kinofestivalın-
da nümayiş etdirilmiş, baş rolun ifaçısı
N.Zeynalova və bəstəkar T.Quliyev müka-
fata layiq görülmüşdülər.
Rejissorun mübariz sənətkar olması,
sözünü açıq deməsi çoxları tərəfindən se-
vilmirdi. Bu səbəbdən yaradıcılıq imkan-
ları geniş olsa da rejissor kimi 43 il ərzində
cəmi beş bədii film çəkmişdi.
Hüseyn Seyidzadə 1979-cu il iyun ayı-
nın 2-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Azəri, L. Mədəniyyət
tariximizdə iz qoyanlar
Məşhur Seyidzadələr
nəslinin iki görkəmli
nümayəndəsinin yubile-
yi qeyd olundu /L.Azəri
//Mədəniyyət.- 2012.- 7
noyabr.- S. 13.
Əliyeva, İ. Ağrılı
taleyi olan korifey
sənətkar /İ.Əliyeva //
Azərbaycan.- 2012.- 20
oktyabr.- S. 11.
Xəlilzadə, F. Bir
rejissorun taleyi:
Hüseyn Seyidzadə
- 100 /F.Xəlilzadə
//Azərbaycan.- 2010.-
12 oktyabr.- S. 8.
Şanlı Seyidzadələr
nəslinin iki görkəmli
nümayəndəsinin 100
illiyi qeyd edilmişdir
//Azərbaycan . - 2012.-
4 noyabr.- S. 5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.edebiyyat.info
15
Rejissor