Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə122/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   118   119   120   121   122   123   124   125   ...   173

271
Musiqi.Opera.Balet
80 
illiyi
Xəyyam Mirzəzadə
1935
OKTY
ABR
Xəyyam Hadı oğlu Mirzəzadə 1935-
ci il oktyabr ayının 5-də Bakıda anadan 
olmuşdur. 1957-ci ildə Ü.Hacıbəyov 
adına Azərbaycan Dövlət Konservato-
riyasını bitirmişdir. Həmin ildən orada 
çalışır. 1969-1983-cü illərdə kompo-
zisiya kafedrasının müdiri olmuşdur. 
1979-cu ildə professor elmi rütbəsini 
almışdır.
Onun  əsərləri Avstriya, İngiltərə, 
Macarıstan, Hollandiya, Almaniya, İta-
liya, Fransa və s. ölkələrdə ifa olunur. 
30-dan artıq kinofilmə və 15 dram ta-
maşasına, estrada və caz pyeslərinə, po-
pulyar mahnılara musiqi bəstələmişdir.
“Ağlar və qaralar” (2000) baleti, ka-
mera orkestri üçün “Musiqi” (1964), 
“Üç xoreoqrafik şəkil” (1969), “Simfo-
nik orkestr üçün” I Simfoniya (1957), 
II Simfoniya (Triptix, 1970), Kiçik lirik 
süita (1963), Oçerklər-63 simfonik po-
ema (1963), “Muğan çöllərində” süitası 
(1967); xor, solist və simfonik orkestr 
üçün “Çiçəklən, Vətənim” (1964, E. 
Mahmudovla birgə), Partiya haqqında 
oda (1975-sözləri: B.Vahabzadənindir); 
ağacdan nəfəs alətləri üçün “Sekstet” 
(1962); misdən nəfəs alətləri üçün 
“Kvartet” (1970), simli kvartet üçün 
I Kvartet (1956), II Kvartet (1961), 
Dörd miniatür (1958), Noraşen rəqsləri 
(1972); skripka və fortepiano üçün So-
natina (1950), Poema və sketso (1952) 
əsərlərin müəllifidir.
Gənc bəstəkarların və ifaçıların 
iştirakilə dünyanın bir sıra ölkələrində 
keçirilmiş müsabiqələrin münsiflər 
heyətinin üzvü olmuş professor 
Mirzəzadə 
bəstəkarların müxtəlif 
səviyyələrdə keçirilən müşavirə, ple-
num və qurultaylarında, elmi attestasi-
ya komissiyalarının işində  fəal iştirak 
etmişdir.
Onun yaradıcılığı milli musi-
qi sənətimizdə qabarıq  şəkildə ifadə 
olunmuş yeni intellektual-psixoloji 
mərhələnin təməlini qoymuşdur.
Bir çox filmlərə musiqi bəstələmişdir. 
1959-cu ildə  İ.Qasımovun ssenarisinə 
əsasən çəkilmiş “Bizim küçə”  filmi 
bəstəkarın musiqi bəstələdiyi ilk filmdir. 
Bundan sonra “Bu, Qum adasında ol-
muşdur”, “Yeddi oğul istərəm...”, “Ba-
kıda küləklər  əsir”, “Arxadan vurulan 
zərbə”, “Bağ mövsümü”, “Kinorejis-
sor Arif Babayev”, “Havalansın Xanın 
səsi”, “Çay daşı”, “Güllələnmə  təxirə 
salınır!...”, “Müstəqillik yollarında”, 
Arxada qalmış  gələcək”, “Ev”, “Dü-
yün” və s. təxminən 40-a yaxın  filmə 
musiqi bəstələmiş, kinoda T.Tağızadə, 
A.Babayev, M.Dadaşov,  Ə.Atakişiyev, 
Y.Qusman kimi rejissorlarla, həm də 
gənclərlə işləmişdir. 
Xəyyam Mirzəzadə 1970-ci ildə 
Azərbaycan Lenin Komsomolu Mü-
kafatı laureatı olmuş, 1972-ci ildə 
“Azərbaycanın  Əməkdar incəsənət xa-
dimi” fəxri adını almış, 1975, 1986-cı 
illərdə 2 dəfə SSRİ Dövlət Mükafatı la-
ureatı olmuş, 1987-ci ildə “Azərbaycan 
SSR Xalq artisti” fəxri adına layiq gö-
rülmüşür. 2000-ci ildə “Şöhrət”, 2010-
cu ildə “Şərəf” ordenləri ilə təltif edil-
mişdir. 
2011-ci ildə Tofiq İsmayılovun rejis-
sorluğu və ssenarisi əsasında bəstəkar 
haqqında “Maestro. Özüm və zaman 
haqqında. Bəstəkar Xəyyam Mirzəzadə” 
sənədli bioqrafik film çəkilmişdir.
Ə d ə b i y y a t
X.H.Mirzəzadənin “Şərəf” 
ordeni ilə təltif edilməsi 
haqqında: Azərbaycan 
Respublikası Prezidentinin 
Sərəncamı, 7 oktyabr 2010-
ci il //Azərbaycan .-2010.-8 
oktyabr.- S. 1.
“Axşama doğru” bas 
klarnet üçün solo sonata 
[Notlar] /X.Mirzəzadə.-
Bakı, 2003.-7 s. 
Adajio skripka və fortepiano 
üçün [Notlar] /X.Mirzəzadə; 
skripka partiyasının red. 
T.Babayeva.-Bakı, 2008.-6 s. 
Ağ və Qara [Notlar]: orqan 
üçün 12 prelüd : metodik 
tövsiyə /X. Mirzəzadə; red. 
R. Babayeva.-Bakı : [s.l.], 
2008.-50, [1] s. ;21 sm.
Fikirlər, düşüncələr, 
məqalələr: 2 hissədə 
/X.Mirzəzadə; tərt. ed. 
K.Ələsgərli; elmi red. 
Ü.İmanova.- Bakı: Nurlan, 
2011.
Gəzinti [Notlar] 
/X.Mirzəzadə.- Bakı, 2008.-
17 s. 
Serenada [Notlar] 
/X.Mirzəzadə.- Bakı, 2009.- 
3 s. 
www.az.wikipedia.org
5
Bəstəkar


272
Musiqi.Opera.Balet
65 
illiyi
Ağasəlim Abdullayev
1950
OKTY
ABR
Ağasəlim Sahib oğlu Abdullayev 
1950-ci il oktyabr ayının 15-də Bakı 
şəhərində anadan olmuşdur. 5 saylı 
musiqi məktəbində  təhsil almış, Asəf 
Zeynallı adına Orta İxtisas Musiqi Tex-
nikumunun tar (H.Məmmədovun sin-
fi) sinfində  təhsilini davam etdirmiş, 
1971-ci ildə oranı bitirmişdir. Sonra 
Azərbaycan Dövlət Konservatoriyası-
na qəbul olmuş  və  Səid Rüstəmovun 
tələbəsi kimi 1976-cı ildə  təhsilini ta-
mamlamışdır. 
Ağasəlim Abdullayev 1970-ci ildən 
Azərbaycan Dövlət Televiziya və Ra-
dio Verilişləri Komitəsinin S.Rüstəmov 
adına xalq çalğı alətləri orkestrinin so-
listi, Baba Salahovun rəhbərlik etdiyi 
xalq çalğı alətləri ansamblının konsert-
meysteri, 1982-ci ildən B.Salahov adına 
“Araz” xalq çalğı alətləri ansamblının 
rəhbəridir. 
Ağasəlim Abdullayevin rəhbərlik 
etdiyi ansambl həmişə seçilmişdir. 
Dövlət tədbirlərindən başlamış,  ən 
ucqar kəndlərdə qurulan məclislərə 
qədər, respublikamızı  səhnə-səhnə 
gəzib dolaşmışdır. Ardıcıl olaraq hərbi 
hissələrə baş  çəkmiş,  əsgərlər qarşı-
sında konsertlər vermişdir. Moskva, 
Sankt-Peterburq, Kiyev, Minsk və Tal-
lin şəhərlərində keçirilmiş musiqi festi-
vallarında, YUNESKO-nun təşəbbüsü 
ilə 1987-ci ildə  Səmərqənddə  təşkil 
edilmiş Ümumdünya muğam simpozi-
umunda “Araz” xalq çalğı alətləri an-
samblı Azərbaycan musiqisini layiqincə 
təmsil etmişdir.
2000-ci ildən Azərbaycan Milli 
Konservatoriyasının dosentidir. Reper-
tuarında “Bayatı-Şiraz”, “Rast”, “Xaric 
segah”, “Şüştər”, “Şahnaz” və s. mu-
ğamlar əsas yer tutur. 
Görkəmli xanəndələrdən Ağaxan 
Abdullayev, Arif Babayev, Şövkət 
Ələkbərova,  Əbülfət  Əliyev, Yaqub 
Məmmədov, Hacıbaba Hüseynov, Sara 
Qədimova, Rübabə Muradova, Zeynəb 
Xanlarova, Ruzə  İbişova, Səxavət 
Məmmədov, Alim Qasımov, Qəndab 
Quliyeva, Səkinə İsmayılova və başqa-
larını müşayiət etmişdir.
Ağasəlim Abdullayevin solo çı-
xışları dinləyicilər tərəfindən həmişə 
hərarətlə qarşılanır. Çünki ifası zamanı 
tarzən həmişə musiqi dilində obraz ya-
ratmağa önəm verir, hissin-düşüncənin 
təsvirinə və dərkinə çalışır, axıra qədər 
yumşaq tempdən kənara çıxmır. Simləri 
öz hökmünə tabe etdirməklə  bərabər, 
incə çalğı texnikası hesabına həm də tar 
ifaçılığının qayım-qədim  ənənələrini 
qoruyub saxlaya bilir.
Mahir tarzən səhnələrdə gözəl çı-
xışlarla yanaşı eyni zamanda, qırx il-
dir ki, fasiləsiz olaraq pedaqoji iş apa-
rır, gənclərə musiqinin, tar ifaçılığının 
sirlərini öyrədir. 
Tarzən Ağasəlim Abdullayevin mu-
siqi mədəniyyətimizin inkişafındakı 
xidmətləri dövlətimiz tərəfindən yüksək 
qiymətləndirilmiş, o, 2005-ci ildə “Azər-
baycan Respublikasının Əməkdar artis-
ti”, 2007-ci ildə isə “Xalq artisti” fəxri 
adlarına layiq görülmüşdür.
Ə d ə b i y y a t
“Bayatı-şiraz” muğamı-
nın ifaçılıq təcrübəsində 
yaranmış variantları 
/A.Abdullayev //Musiqi 
dünyası.-2011.- №2/47.- 
S.65-67. 
Abdullayev Ağasəlim 
Sahib oğlu //Azərbaycan 
milli ensiklopediyası.- 
Bakı, 2009.- C.1.- S.28.
Səmədov, A. Musiqiyə 
bərabər ömür /A.Səmədov 
//Mədəniyyət.- 2010.- 26 
fevral.- S.8.
Səmədov, A. Su kimi 
ruhlara çilənən nəğmələr: 
Ağasəlim Abdullayev-60 
/A.Səmədov //Xalq qəzeti.-
2010.- 23 oktyabr.- S.8.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
en.wikipedia.org
15
Tarzən


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə