287
Tarixdə bu gün
Beynəlxalq Ahıllar Günü
1992
OKTY
ABR
BMT-nin inkişaf proqramında son
illər ərzində ahıllar problemi geniş yer
tutmuşdur. 2002-ci ilin aprel ayında İs-
paniyanın paytaxtı Madrid şəhərində
BMT-nin ahıllar üzrə II Ümumdünya
məclisinin keçirilməsi də buna misaldır.
Bu Ümumdünya tədbirində belə bir fikir
səslənmişdi ki, yaşlılar da cəmiyyətin
bərabərhüquqlu vətəndaşlarıdır, on-
lara ehtiram göstərmək yüksək insani
keyfiyyətdir.
Adı-sanı, nəcib əməlləri ilə tanı-
nan, bəlkə də heç tanınmayan, lakin
ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə
yeni nəsillərə nümunə olan ahıllar,
həqiqətən hörmətə layiqdirlər.
İnsanın qocalıq dövründə heç nəyə
qadir olmadığını söyləmək səhv olardı.
Lap qədim zamanlardan ağsaqqal, ahıl
insanlar ən hörmətli, müdrik adam-
lar hesab olunmuşlar. Onlara cavanlar
da, böyüklər də hörmətlə yanaşmış,
fikirləri ilə hesablaşmışlar. Qocaların
sərvəti onların həyat təcrübəsidir. Onla-
ra qulaq asıb, dediklərinə əməl etməklə
bu sərvətə sahib olmaq mümkündür.
BMT-nin Baş Məclisi 1992-ci ildə
Ahılların müdafiəsi ilə bağlı Qətnamə
qəbul etmişdir. Həmin Qətnamənin
prinsiplərinə uyğun olaraq hər il okt-
yabr ayının 1-i Beynəlxalq Ahıllar
Günü kimi qəbul edilmiş, həmçinin
1999-cu il Beynəlxalq Ahıllar ili elan
olunmuşdur.
Bu məsələyə respublikamızda da
ciddi diqqət yetirilir.
1993-cü ildən başlayaraq hər il
oktyabr ayının 1-i respublikamızda
“Beynəlxalq Ahıllar Günü” kimi qeyd
olunur. Həmin günün keçirilməsində
məqsəd ahıl vətəndaşların sosi-
al problemləri ilə tanış olmaq, eh-
tiyaclarını müəyyənləşdirərək im-
kanlı müəssisələr, təşkilatlar və
qeyri-hökumət təşkilatları ilə birlikdə
əməli tədbirlər görməkdən ibarətdir.
2001-ci il iyun ayının 22-də “Ahılla-
ra sosial xidmət haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edil-
mişdir. Qanuna əsasən ölkədə 70 ya-
şına çatmış Azərbaycan Respublikası
vətəndaşları, habelə Azərbaycan Res-
publikasında daimi yaşayan əcnəbi
və vətəndaşlığı olmayan şəxslər ahıl
sayılır. Beynəlxalq Ahıllar Günü
ərəfəsində bütün dünyada olduğu kimi,
respublikamızın şəhər və rayonlarında
İcra hakimiyyətləri, əmək kollektivləri,
ictimai təşkilatlar və qeyri-hökumət
təşkilatları rayon ərazisində yaşa-
yan ahıl vətəndaşların ehtiyaclarını
öyrənərək onlar üçün bayram süfrələri,
ərzaq bağlamaları təşkil edir, müxtəlif
xeyriyyə, şəfqət və mədəni-kütləvi
tədbirlər həyata keçirirlər. Həmin
tədbirlərdə respublika üzrə 10 minlərlə
ahıl və əlil vətəndaş bayram süfrələrinə
dəvət olunur, onlara ərzaq paylanır,
maddi yardım göstərilir.
Ə d ə b i y y a t
Qaraca, B. Müqəddəs
borc: 1 oktyabr Beynəlxalq
Ahıllar Günüdür /B.Qaraca
//Azərbaycan.- 2011.- 1
oktyabr.- S.6.
Qocayev, Ə. 1 oktyabr-
Beynəlxalq ahıllar günü
//Qocayev Ə. Bayramlar və
tarixi günlər.- Bakı, 2006.-
S.53.
Şərəfli, B. Tariximizin yad-
daş daşıyıcıları: 1 oktyabr
Beynəlxalq Ahıllar Günüdür
/B.Şərəfli //Azərbaycan.-
2010.- 1 oktyabr.- S.8.
İ n t e r n e t d ə
www.anl.az
www.azadliq.org
1
288
Tarixdə bu gün
Xocavənd rayonunun işğalı günü
1992
OKTY
ABR
Ərazisi: 1458 km²
Əhalisi: 41725 nəfər
İşğal tarixi: 02.10.1992
Xocavənd rayonunun erməni
qəsbkarları tərəfindən işğalından
23 il ötür.
Azərbaycan Respublikasının
26 noyabr 1991-ci il tarixli Qa-
nununa əsasən Dağlıq Qarabağ
Muxtar Vilayəti ləğv edilmiş,
Martuni şəhəri Xocavənd şəhəri,
Martuni rayonu Xocavənd ra-
yonu adlandırılmışdır. Hadrut
rayonu isə ləğv edilərək ərazisi
Xocavənd rayonunun tərkibinə
verilmişdir.
Ərazisi alçaq dağlıq və
düzənlikdən ibarət olan Xocavənd
rayonunun ümumi sahəsi 1458
km², əhalisi 41725 (o cümlədən
azərbaycanlılar-10.648) nəfər
olmuşdur. Rayonda 1 şəhər
(Xocavənd şəhəri-rayon məkəzi),
2 iri qəsəbə (Qırmızı Bazar və
Hadrut), 81 kənd vardı.
Olduqca
əlverişli coğra-
fi mövqeyə və şəraitə ma-
lik Xocavənd rayonu Ağdam,
Ağcabədi, Füzuli, Cəbrayıl, Qu-
badlı, Laçın, Şuşa, Xocalı rayon-
ları ilə həmsərhəddir.
Qədim yaşayış məskənlərindən
sayılan Xocavəndin ərazisi təbii
sərvətlərlə - tikinti materialları
və faydalı qazıntılarla, meşə zo-
laqları və şirin su ehtiyatları ilə
zəngindir. Dəniz səviyyəsindən
900 metr hündürlükdə yerləşən,
uzunluğu 190 metr olan Azıx ma-
ğarası Xocavəndin Füzuli rayo-
nuna yaxın, Azıx kəndinin 1 kilo-
metr cənub-şərqində yerləşir.
1988-ci ilin fevralından baş-
layan Qarabağ müharibəsində
Xocavənd rayonu 145 şəhid ver-
miş, 3600 uşaq zərər çəkmişdir.
2 oktyabr 1992-ci il tarixində
Xocavənd rayonu Ermənistan Si-
lahlı Qüvvələri tərəfindən işğal
olunmuşdur.
İşğal nəticəsində Xocavənddə
71 arxeoloji-memarlıq abidəsi, 41
klub, 40 kitabxana, 12 ziyarətgah,
10 məktəbəqədər müəssisə, 21
səkkizillik məktəb məhv edilmiş-
dir. İşğal altında olan Xocavəndin
ərazisi bütövlükdə ekoloji ter-
rora məruz qalmış, Azıx mağa-
rasını ermənilər silah anbarına
çevirmişlər.
Rayonun ərazisində yerləşən
və ümumi sahəsi 25,5 min hek-
tar olan meşədəki palıd ağacla-
rı qırılaraq daşınmış, Xonaşen
çayının kənarlarında bitən təbii
meşə isə tamamilə məhv edil-
mişdir. Xocavəndin Yelli Gədik
sahəsində Füzuliyə gedən yolun
sağ və sol tərəflərində avtomobil
yollarının mühafizəsi məqsədilə
əkilən ağaclar da kəsilmişdir.
Ə d ə b i y y a t
Tapdıqoğlu, N. Xocavənd
ensiklopediyası
/N.Tapdıqoğlu.- Bakı:
[Zərdabi LTD], 2009.-
543 s.
Cavidan. Xocavəndin
Ermənistan silahlı
birləşmələri tərəfindən
işğalından 21 il ötür
/Cavidan //Palitra.- 2013.-
3 oktyabr.- S.10.
Xocavənd rayonu //Qara-
bağ. Yaddaş.- Bakı, 2010.-
S.179-186.
Xocavənd rayonunun
işğalının 21-ci ildönümü ilə
əlaqədar anma mərasimi
keçirildi //Azərbaycan.-
2013.- 3 oktyabr.- S.7.
Muradlı, E. Xocavənddən
Şuşaya yol var...
/E.Muradlı //Üç nöqtə.-
2012.- 6 mart.- S.8-9.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.xocavend-ih.gov.az
2
Dostları ilə paylaş: |