293
Milli ədəbiyyat
Şair Cəfərov Vahid Əziz oğlunun (Vahid Əziz) (23.11.1945) anadan
olmasının 70 illiyi
Şair, nasir, publisist Alimov Gəray Fəzli oğlunun (Gəray Fəzli) (14.11.1925-
26.12.1995) anadan olmasının 90 illiyi
Folklor
Şair, publisist, folklorçu İbrahimov Aydın Qurban oğlunun (Aydın
Qurbanoğlu) (08.11.1935) anadan olmasının 80 illiyi
Dünya ədəbiyyatı
Rus şairi Blok Aleksandr Aleksandroviçin (28.11.1880-07.08.1921) anadan
olmasının 135 illiyi
Amerika yazıçısı Tven Markın (30.11.1835-21.04.1910) anadan olmasının
180 illiyi
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
Əməkdar incəsənət xadimi, teatr rəssamı Fətəliyev Əyyub Səfər oğlunun
(07.11.1925-21.04.2000) anadan olmasının 90 illiyi
Musiqi.Opera.Balet
Xalq artisti, xanəndə Mirzəyev Baba Mahmud oğlunun (07.11.1940-
06.12.2006) anadan olmasının 75 illiyi
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşirov Əfsər Bayram oğlunun
(08.11.1930-2006) anadan olmasının 85 illiyi
Xalq artisti, xanəndə Rüstəmov Qədir Çərkəz oğlunun (20.11.1935-
14.12.2011) anadan olmasının 80 illiyi
Əməkdar inсəsənət xadimi, Skripkaçı, müğənni, professor Adıgözəlov Rauf
Zulfüqar oğlunun (22.11.1940-29.06.2002) anadan olmasının 75 illiyi
Əməkdar incəsənət xadimi, bəstəkar Quliyev Cavanşir Rəhim oğlunun
(22.11.1950) anadan olmasının 65 illiyi
Əməkdar artist, xanəndə Behbudov Qaraxan İmran oğlunun (25.11.1935)
anadan olmasının 80 illiyi
2015
NOYABR
295
296
294
303
302
Teatr.Kino
Xalq artisti, diktor Cabbarova Fatma Ağacabar qızının (07.11.1920) anadan
olmasının 95 illiyi
Xalq artisti Ağakişiyeva Zərnigar Fəti qızının (07.11.1945) anadan olmasının
70 illiyi
Xalq artisti İsmayılova Elmira Məhərrəm qızının (13.11.1945) anadan
olmasının 70 illiyi
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Əsgərova Gültəkin Məlik qızının
(20.11.1960-20.06.1992) anadan olmasının 55 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Kovalyov Yuri Petroviçin (29.11.1965-
03.10.1991) anadan olmasının 50 illiyi
Siyasət.Hərbi iş
Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti, iqtisad elmləri
doktoru Ağalarov Araz İskəndər oğlunun (08.11.1955) 60 illiyi
Dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Vəzirov Süleyman Azad
oğlunun (18.11.1910-07.02.1973) anadan olmasının 105 illiyi
Görkəmli siyasi və dövlət xadimi, AXC-nin banilərindən biri Xoyski Fətəli
xan İsgəndər xan oğlunun (25.11.1875-19.06.1920) anadan olmasının 140
illiyi
İqtisadiyyat
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin elm
və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Hacıyev
Şəmsəddin Hümmət oğlunun (08.11.1950) anadan olmasının 65 illiyi
Mədəniyyət. Maarif.Elm
Filologiya elmləri doktoru, professor ədəbiyyatşünas Əlibəyzadə Elməddin
Məhəmməd oğlunun (05.11.1925) anadan olmasının 90 illiyi
Filologiya elmləri doktoru, professor Verdiyeva Zemfira Nadir qızının
(19.11.1935-08.11.2010) anadan olmasının 80 illiyi
Əməkdar elm xadimi, professor Xəlilov Qulu Qasım oğlunun (20.11.1930
-18.11.1995) anadan olmasının 85 illiyi
Coğrafiya.Geologiya
AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru, professor
Feyzullayev Əkpər Əkbər oğlunun (02.11.1945) anadan olmasının 70
illiyi
298
297
299
300
301
295
Kimya.Biologiya.Tibb
AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Quliyev
Abasqulu Məmməd oğlunun (13.11.1940) anadan olmasının 75 illiyi
Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Şahtaxtinskaya
Zəhra Mustafa qızının (17.11.1895-16.09.1977) anadan olmasının 120
illiyi
Texnika.Mühəndis işi
Mexanika sahəsində alim Kəngərli Ayaz Mahmud oğlunun (11.11.1930)
anadan olmasının 85 illiyi
Tarixdə bu gün
Kənd Təssərüfatı işçilərinin peşə bayramı Günü (01.11.2008)
Tеlеviziya və Radiо İşçiləri Günü (06.11.)
Azərbaycan Bayrağı Günü (09.11.2009)
Bakıda Dövlət Bayrağı Muzeyinin açılması (09.11.2010)
Kоnstitusiya Günü (12.11.1995)
Ümumdünya Diabet Günü (14.11.1991)
YUNESKO-nun
- Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər
Təşkilatının (16.11.1945) yaranmasının 70 illiyi
Azərbaycan xalçalarının YUNESKO-nun Qeyri-maddi mədəni irs
siyahısına daxil edilmişdir (16.11.2010)
Milli Dirçəliş Günü (17.11.1992)
Qarakənd faciəsi (20.11.1991)
Bеynəlxalq Uşaq Günü (20 nоyabr)
Ümumdünya Salam Günü (21.11.1973)
Respublika Gənclər Təşkilatı Milli Şurasının yaradılması (21.11.1995)
Ədliyyə İşçilərinin Peşə Bayramı Günü (22.11.2000)
Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü (25.11.1999)
Azərbaycan SSR-nin adının dəyişdirilərək Azərbaycan Respublikası
adlandırılması və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı elan
edilməsi barədə fərman verilmişdir (29.11.1990)
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü (30.11.1988)
306
304
305
307
310
309
308
296
Milli ədəbiyyat
NOY
ABR
23
70
illiyi
Vahid Əziz
1945
Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz)
1945-ci il noyabr ayının 23-də Dərələyəz
mahalında anadan olmuşdur.
Ailəsi ilə birlikdə Azərbaycanın
Tərtər rayonuna köçmüş və 1963-cü ildə
orta məktəbi burada bitirmişdir. Əmək
fəaliyyətinə 1963-1964-cü illərdə Əli
Bayramlı (indiki Şirvan) şəhərində Şir-
vanneft trestində başlamışdır.
1971-ci ildə Azərbaycan Politexnik
İnstitutunu (indiki Azərbaycan Texniki
Universiteti) bitirmişdir. 1971-1976-
cı illərdə Xəbər mətbuat agentliyində
müxbir, 1976-1982-ci illərdə Bakı şəhər
Partiya Komitəsində Təbliğat və təşviqat
şöbəsində
təlimatçı, 1982-1989-cu
illərdə Azərbaycan KP MK-da təlimatçı,
mətbuat bölməsinin müdiri, 1989-1991-
ci illərdə Azərbaycan Dövlət Mətbuat
Komitəsində sədr müavini vəzifələrində
çalışmışdır.
1974-cü ildən Jurnalistlər Birliyinin,
1978-ci ildən Azərbaycan Yazıçılar Bir-
liyinin üzvüdür.
1991-1997-ci illərdə Azərbaycan
Yazıçılar Birliyi idarə heyətinin kati-
bi olmuşdur. Bakı şəhər İcra hakimiy-
yətinin Reklam və şəhər tərtibatı depar-
tamentində “Reklamların Azərbaycan
dilində yazılışına nəzarət bölməsi”nin
müdiri olmuşdur. 1989-cu ildən Dağ-
lıq Qarabağ üzrə respublika təşkilat
komitəsinin üzvüdür. İnqilabdan əvvəl
görkəmli rus ədiblərinin yazdıqları əsər-
lərin yenidən nəşrini bilavasitə təşkil et-
mişdir.
“Oğuz eli” adlı ədəbi-publisistik
qəzetin nəşrində xidmətləri olmuş-
dur. 1991-ci ildə Bakıda keçirilən
Beynəlxalq-biznes konqresinin təşkilat
komitəsi qərargahının rəisi olmuşdur.
“Ergün” firmasını və eyniadlı nəşriyyatı
təsis etmişdir. Burada bazar iqtisadiyyatı
ilə sıx bağlı olan sorğu, lüğət kitablarını,
müasir Avropa və Amerika iqtisadçıla-
rının əsərlərini kütləvi tirajla nəşr etdir-
mişdir.
Bədii yaradıcılığa 1967-ci ildə “Ədə-
biyyat və incəsənət” qəzetində çıxan
ilk şeirindən sonra başlamışdır. Həmin
vaxtdan dövri mətbuatda yeni şeirlərlə
müntəzəm çıxış edir. Son illər 200-dən
çox publisistik məqaləsi və müsahibəsi
dərc olunmuşdur.
Onun “Mən küləyi görürəm” (1969),
“Aylı pəncərə” (1974), “İllərin baha-
rı” (1980), “Əllərimin kölgəsi” (1986)
“Тень моих рук” (1988) və başqa ki-
tabları nəşr edilmişdir. 1997-ci ildə çap
edilmiş “Dözmək olmur” şeirlər kitabı
oxucular tərəfindən rəğbətlə qarşılan-
mışdır.
40-dan çox mahnısına musiqi
bəstələnmişdir. Sözlərinə bəstələnmiş
mahnıların diski buraxılmışdır. Bədii
tərcümə ilə də məşğul olur. Azərbaycanın
rəsmi nümayəndə heyətinin tərkibində
dəfələrlə xarici ölkələrdə olmuşdur.
Ə d ə b i y y a t
Seçilmiş əsərlər: [şeirlər,
poemalar, tərcümələr,
publisistika]: 4 cilddə
/Vahid Əziz.-Bakı:
Gənclik, 2005.
Daha zarafatdan keçdi
bizimki...: şeirlər /V.Əziz
//Təzadlar.- 2013.- 30
noyabr.- S.13.
Mənə yüz il ömür arzula-
mayın...: şeirlər /V.Əziz
//525-ci qəzet.- 2012.- 14
aprel.- S.30.
Ötüb - keçdi faciəli
yüzillik...: şeirlər /V. Əziz
//Ədalət.- 2012.- 21
aprel.- S.20.
Xəyal, S. Vahid Əziz:
(poeziyası əsasında)
/S.Xəyal; red.
İ.Kamiyab; ön söz müəl.
T.Həsənzadə.-Bakı:
MBM, 2010.- 87 s.
Hüseynzadə, R.
Sətirlərdə döyünən
ürək /R.Hüseynzadə //
Təzadlar.-2012.- 31 may.-
S.12.
İ n t e r n e t d ə
www.anl.az
www.ru.wikipedia.org
salyan-mks.az
Şair
Dostları ilə paylaş: |