299
Milli Qəhrəmanlar
55
illiyi
Gültəkin Əsgərova
1960-1992
NOY
ABR
Gültəkin Məlik qızı Əsgərova
1960-ci il noyabr ayının 20-də Bakı
şəhərində anadan olmuşdur.
1978-ci ildə Nərimanov rayo-
nundakı 200 saylı orta məktəbi əla
qiymətlərlə başa vurmuşdur.
1989-ci ildə Azərbaycan Dövlət
Tibb İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 8№-li təcili
yardım stansiyasında başlamış, 1991-
ci ildən Uroloji kliniki xəstəxanada
işləmişdir.
Gültəkin Əsgərova 1992-ci ilin ap-
rel ayından konüllü cəbhəyə yollan-
mış, Turşsu, Şuşa xəstəxanalarında,
Ağdamın Mahrızlı kəndindəki hos-
pitalda hərbi həkim kimi fəaliyyət
göstərmişdir.
20 iyun 1992-ci ildə Aranzəmin-
Naxçıvanik istiqamətində gedən ağır
döyüşdə öz xidməti borcunu yerinə
yetirərkən qəhrəmancasına həlak ol-
muşdur.
Azərbaycan Respublikası Pre-
zidentinin 20 noyabr 1993-cü il ta-
rixli 31 saylı Fərmanı ilə Əsgərova
Gültəkin Məlik qızı ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyaba-
nında dəfn edilmişdir. Oxuduğu 200
saylı orta məktəbə onun adı verilmiş,
büstü qoyulmuşdur. Xəzərdə üzən
gəmilərdən biri qəhrəmanın adını da-
şıyır, gəmidə muzeyi yaradılmışdır.
Bakıda Nərimanov rayonundakı
xəstəxananın önündə büstü qoyulmuş-
dur. Yaşadığı Mustafa Kamal Atatürk
prospekti 2a ünvanındakı binaya xatirə
lövhəsi vurulmuşdur.
Elm və Təhsil Mərkəzi Təfəkkür
Universitetinin Tibbi biologiya kafed-
rası milli qəhrəmanın adını daşıyır, ka-
fedrada xatirə lövhəsi vurulmuşdur.
Ə d ə b i y y a t
Gültəkin Məlik qızı Əsgərovaya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Tibb xidməti baş leytenantı - Azərbaycan
Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, yaralı əsgərlərin həyatının xilas edilməsində göstərdiyi şəxsi
igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 20 noyabr 1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin
Məlumatı.- 1993.- № 3.- S.9.- (Ölümündən sonra).
Xanməmmədli, Ə. Gültəkin /Ə.Xanməmmədli.- Bakı: Nicat, 1997.- 47 s.
Əsgərov, V. Əsgərova Gültəkin Məlik qızı //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.99.
Əsgərova Gültəkin Məlik qızı (1960-1992) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed.
H.Həmidova.-Bakı, 2008.- S.70.
Seyidzadə, M. Əsgərova Gültəkin Məlik qızı /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.70.
İ n t e r n e t d ə
www.adam.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.qazax-ih.gov.az
20
Milli Qəhrəman
300
NOY
ABR
2
Milli Qəhrəmanlar
50
illiyi
Yuri Kovalyov
1965-1991
NOY
ABR
Yuri Petroviç Kovalyov 1965-ci il
noyabr ayının 29-da Göyçay rayonunda
anadan olmuşdur.
1972-ci ildə ailəsi ilə birgə Rusiya-
nın Krasnodar vilayətinə köçmüş, 5
ildən sonra Bakıya qayıtmışdır.
1981-ci ildə Bakı şəhərinin Nizami
rayonundakı 229 saylı tam orta məktəbə
daxil olmuşdur.
1983-1985-ci illərdə Sovet Ordusu
sıralarında xidmət etmişdir.
Dənizçi olmaq arzusu ilə 1987-ci ildə
Qırmızı Bayraqlı Dəniz Donanmasının
109 saylı miçmanlar və praporşiklər
məktəbinə daxil olmuşdur.
1990-cı ildə DİN xüsusi təyinatlı
polis bölməsinə qəbul olunmuş, bir
çox döyüş bölgələrində iştirak etmiş və
qəhrəmanlığı ilə fərqlənmişdir.
1991-ci il oktyabr ayının 3-də
digər Omonçu dostları - Sergey Barı-
nin, Andrey Kudenin, Aleksandr Ab-
ramovla birlikdə Ağdam ərazisində
Xocavənddən növbəti tapşırıqdan qayı-
danda içində olduqları “UAZ” markalı
avtomobili ermənilər fasiləsiz olaraq
atəşə tutmuş, Yuri həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin sərəncamı ilə Azərbaycan Res-
publikasının suverenliyi və ərazi bütöv-
lüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində
göstərdiyi şəxsi igidlik və şücaətə
görə Yuri Kovalyova 5 iyun 1992-ci il
tarixində “Azərbaycan Respublikasının
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Kovalyov Yuri Petroviç - XTMD milis starşinası – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc
əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı,
6 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- №13.- S.24.- (Ölümündən sonra).
Əsgərov, V. Kovalyov Yuri Petroviç //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.- S.154.
Kovalyov Yuri Petroviç (1965-1991) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed.
H.Həmidova.-Bakı, 2008.- S. 114-115.
Seyidzadə, M. Kovalyov Yuri Petroviç /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.117.
İ n t e r n e t d ə
www.adam.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.qazax-ih.gov.az
www.milliqahraman.az
29
Milli Qəhrəman
Dostları ilə paylaş: |