316
340
338
341
338
337
Texnika.Mühəndis işi
Texnika elmləri doktoru, professor Abbasov Vaqif Abbas oğlunun
(04.12.1945) anadan olmasının 70 illiyi
Akademik İbrahimov İsmayıl Əli oğlunun (31.12.1915) anadan olmasının
100 illiyi
Kitabxanaşünaslıq.Biblioqrafiya
Pedaqogika üzrə fəlsəfə doktoru, publisist, şair Aslan Knyaz İlyas oğlunun
(25.12.1960) anadan olmasının 55 illiyi
Tarixdə bu gün
QİÇS-ə Qarşı Mübarizə Günü (01.12.1988)
Bеynəlxalq Əlillər Günü (03.12.1992)
Azərbaycan Milli Arxiv İdarəsinin (06.12.1920) yaranmasının 95 illiyi
Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı
(06.12.2006)
Uşaqların Bеynəlxalq Tеlеviziya və Radiо Vеrilişləri Günü (12.12.)
Seyid Cəfər Pişəvərinin başçılığı ilə Güney Azərbaycanda Milli
Hökumətin (12.12.1945 ) yaradılmasının 70 illiyi
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaranmasının
(16.12.2005) 10 ili
Beynəlxalq təqvim və saat qəbul edilmişdir (25.12. 1925 )
Xankəndinin işğalı günü (28.12.1991)
28 dövlətin iştirakı ilə Dünya Bankı qurulmuşdur (27.12.1945)
Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31.12.1991)
336
339
342
317
Milli ədəbiyyat
110
illiyi
Osman Sarıvəlli
1905-1990
DEKABR
Osman Abdulla oğlu Qurbanov
(Osman Sarıvəlli) 1905-ci il dekabr
ayının 17-də Azərbaycanın Qazax ra-
yonunun II Şıxlı (Sarıvəlli) kəndində
anadan olmuşdur. Orta təhsilini Qa-
zax Müəllimlər Seminariyasında al-
dıqdan sonra 1929-1938-ci illərdə
Göyçay rayonunun Qaraməryəm və
Bığır kənd məktəblərində müəllimlik
etmiş, 1929-1932-ci illərdə ikinci
Moskva Dövlət Universitetinin filo-
logiya fakültəsində təhsilini davam
etdirmişdir. 1932-1935-ci illərdə Bakı
Pedaqoji Texnikumunda müəllim,
1939-1940-cı illərdə Bakı Teatr Tex-
nikumunda müdir, 1941-1942-ci
illərdə Təbrizdə çıxan “Vətən yo-
lunda” qəzeti redaksiyasında məsul
katib, Azərbaycan EA Nizami adına
Dil və Ədəbiyyat İnstitutunda müdir
müavini, “Ədəbiyyat” qəzetinin re-
daktoru, “Uşaqgəncnəşr”də redaktor,
Azərbaycan Sovet Yazıçılar İttifaqın-
da şeir üzrə məsləhətçi vəzifələrində
çalışmışdır.
Ədəbi fəaliyyətə 1928-ci ildə
“Gənc işçi” qəzetində çıxan “Ayaq-
sıza” şeiri ilə başlamış, 1934-cü ildə
“Dəmir sətirlərim” adlı ilk şeirlər
kitabını çap etdirmişdir. Daha sonra
“Bənövşə” (1940), “Gənclik eşqi”
(1946), “Şeirlər” (1948), “Yeni
dünyanın qapısı” (1950), “Balaca
dostlar” (1955), “Sabahı yaradan-
lar” (1970), “Hər kim yüz il yaşa-
masa” (1976), “Seçilmiş əsərləri” (II
cilddə. 1986-1987), “Kür qırağın-
da” (1987), bütövlükdə isə 26 adda
kitabı işıq üzü görmüşdür. Dövri
mətbuatda müntəzəm olaraq çıxış-
lar etmiş, əsərləri xarici ölkə xalq-
larının dillərinə tərcümə olunmuş-
dur. Özü isə Nizami Gəncəvinin,
Əfzələddin Xaqaninin, Viktor Hüqo-
nun, Nazim Hikmətin, A.S.Puşkinin,
N.A.Nekrasovun, T.Q.Şevçenkonun,
N.Tixonovun, K.Simonovun,
Y.Çarensin və başqalarının bir sıra
əsərlərini, Sofoklun “Antiqona”
faciəsini dilimizə çevirmişdir. Dünya
xalqlarının sülh, demokratiya və azad-
lıq uğrunda mübarizəsi, beynəlxalq
imperializmin ifşası Sarıvəlli poe-
ziyasının başlıca mövzuları idi. Şair
xalq yaradıcılığının təbliği, aşıqların
əsərlərinin tərtibi və tədqiqi sahəsində
də fəaliyyət göstərmişdir.
1937-ci ildən Azərbaycan Yazıçı-
lar Birliyinin üzvüdür.
1977-ci ildə ona “Azərbaycanın
Xalq şairi” fəxri adı verilmişdir. “Qır-
mızı Əmək Bayrağı”, “Xalqlar Dost-
luğu”, “Şərəf nişanı” ordenləri və
Fəxri fərmanlarla təltif edilmişdir.
Osman Sarıvəlli 1990-cı il iyul
ayının 3-də Bakıda vəfat etmiş, do-
ğulduğu kənddə dəfn edilmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri:
[şeirlər, poemalar]:
iki cilddə /O.Sarıvəlli.-
Bakı: Azərnəşr, 1986.-
C.I.- 448 s.
Seçilmiş əsərləri: iki
cilddə /O.Sarıvəlli.-
Bakı: Azərnəşr, 1987.-
C.II.- 445 s.
Bizim babalar, bizim
nəvələr: [şeirlər və
poemalar] /O.Sarıvəlli.-
Bakı: Gənclik, 1980.-
84 s.
Kür qırağında: [şeirlər
və mənzum dram]
/O.Sarıvəlli.- Bakı: Yazı-
çı, 1987.- 348 s.
Mən sabaha gedirəm
/O.Sarıvəlli.- Bakı: Yazı-
çı, 1979.- 232 s.
Hər kim yüz il yaşa-
masa /O.Sarıvəlli; red.
M.Seyidzadə.- Bakı:
Gənclik, 1976.- 190 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.azerbaycanevi.com
www.bakunights.net
17
Şair
318
DEKABR
6
Milli ədəbiyyat
80
illiyi
Yusif Səmədoğlu
1935-1998
DEKABR
Yusif Səməd oğlu Vəkilov 1935-ci
il dekabr ayının 25-də Bakı şəhərində
Xalq şairi Səməd Vurğunun ailəsində
anadan olmuşdur.
44 saylı Bakı şəhər orta məktəbini
bitirərək 1953-cü ildə Moskvada Ya-
zıçılar İttifaqı nəzdindəki M.Qorki
adına Ədəbiyyat İnstitutuna daxil
olmuş, 1957-1958-ci illərdə həmin
institutun dördüncü kursundan ADU-
nun filologiya fakültəsinin beşinci
kursuna dəyişilmişdir.
Əmək fəaliyyətinə 1958-1959-cu
illərdə “Kommunist” qəzeti redak-
siyasında tərcüməçi-redaktor kimi
başlamışdır.
1959-cu ildə “Azərbaycan” jur-
nalı redaksiyasında ədəbi işçi,
1960-1965-ci illərdə həmin redak-
siyada Nəsr şöbəsinin müdiri, 1965-
1969-cu illərdə C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
kinostudiyanın Ssenari redaksiya
heyətinin üzvü, ssenari redaksiya
heyətinin baş redaktoru, 1969-1976-
cı illərdə “Azərbaycanfilm” kinos-
tudiyasının direktor müavini, 1976-
1987-ci illərdə “Ulduz” jurnalının
baş redaktoru olmuş, 1987-ci ildən
“Azərbaycan” jurnalının baş redak-
toru vəzifəsində çalışmışdır.
1991-ci ildə Azərbaycan Yazıçılar
Birliyi katibliyi heyətinə (nəsr üzrə
katib) seçilmişdir.
Bədii yaradıcılığa 1953-cü ildə
“Azərbaycan gəncləri” qəzetində
çıxan “Qanlı çörək” adlı ilk mətbu
hekayəsi ilə başlamışdır. Nasirin
“220 nömrəli otaq” (1960), “Qalak-
tika” (1973), “Qətl günü” (1987) və
“Seçilmiş əsərləri” (2005) kitabları
çapdan çıxmışdır. Dövri mətbuatda
vaxtaşırı çıxış etmişdir. Onun “Yeddi
oğul istərəm” ssenarisi əsasında film
çəkilmişdir.
“Qətl günü” romanına görə 1987-
ci ildə SSRİ Yazıçılar İttifaqının mü-
kafatına layiq görülmüşdür.
1972-1974-cü illərdə bir sıra xarici
ölkələrdə yaradıcılıq ezamiyyətində
olmuşdur.
1958-ci ildən Azərbaycan Ya-
zıçılar Birliyinin üzvü idi. 1970-ci
ildə Azərbaycan Komsomolu mü-
kafatı laureatı olmuş, 1980-ci ildə
“Azərbaycanın Əməkdar incəsənət
xadimi” fəxri adına layiq görülmüş-
dür. 1990-cı ildə Azərbaycan Res-
publikası Ali Sovetinin deputatı se-
çilmişdir.
Yusif Səmədoğlu 1998-ci il av-
qust ayının 17-də Bakıda vəfat etmiş,
Fəxri Xiyabanda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri
/Y.Səmədoğlu.- Bakı: Şərq-
Qərb, 2005.- 320 s.
220 nömrəli
otaq: [hekayələr]
/Y.Səmədoğlu.- Bakı:
Uşaqgəncnəşr, 1960.-79 s.
Qalaktika: [hekayələr]
/Y.Səmədoğlu.- Bakı:
Gənclik, 1973.- 56 s.
Qətl günü: [roman]
/Y.Səmədoğlu.- Bakı:
Yazıçı, 1987.- 183 s.
Əhmədov, T. Azərbaycan
yazıçıları (XX-XXI
yüzillikdə): [ensiklopedik
məlumat kitabı].- Bakı,
2011.- S .1005.
Həbibbəyli, İ. Azərbaycan
ədəbiyyatında Səməd
Vurğun məktəbi
və Səmədoğlular
/İ.Həbibbəyli //Ədəbiyyat
qəzeti.- 2008.- 1 fevral.-
S.3.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.kataloq.net
25
Yazıçı
Dostları ilə paylaş: |