Teqvim-2015. pdf


Sənətşünas Musiqi.Opera.Balet  80



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə146/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   142   143   144   145   146   147   148   149   ...   173

323
Sənətşünas
Musiqi.Opera.Balet 
80
illiyi
İmruz Əfəndiyeva 
  1935 
DEKABR
İmruz Məmməd Sadıx qızı  
Əfəndiyeva 1935-ci il dekabr ayının 
16-da Bakı  şəhərində, görkəmli dövlət 
xadimi, teatrşünas-alim, maarifçi və 
dramaturq Məmməd Sadıx Əfəndiyevin 
ailəsində anadan olmuşdur. İlk təhsilini 
Bakı şəhərindəki 189 saylı orta məktəbdə 
almışdır. 1951-1955-ci illərdə A.Zeynallı 
adına Bakı Musiqi Texnikumunda 
təhsilini davam etdirmişdir. 1955-ci ildə 
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət 
Konservatoriyasına daxil olmuşdur. 
1960-cı ildə konservatoriyanın tarix-
nəzəriyyə fakültəsini bitirmiş  və ora-
da işləməyə başlamışdır. 1962-ci ildə 
Azərbaycan EA-nın (indiki MEA-nın) 
Memarlıq və İncəsənət İnstitutunun as-
piranturasına  daxil olmuş, 1965-ci ildə 
oranı bitirmişdir. 1974-cü ildə ilk kitabı 
– “Новое в Азербайджанской песне” 
çapdan çıxmışdır. 1982-ci ildə Tbilisidə 
namizədlik, 2005-ci ildə isə Bakıda dok-
torluq dissertasiyasını müdafiə etmişdir. 
1983-cü ildən BMA-nın Tələbə Elmi 
Cəmiyyətinin sədri və elmi rəhbəridir. 
1985-ci ildən Bakı Musiqi Akademiya-
sının dosenti, 1993-cü ildən müsabiqə 
yolu ilə professor vəzifəsində çalışır.  
İ.Əfəndiyeva 1968-ci ildən 
Azərbaycan Bəstəkarlar  İttifaqının üz-
vüdür. O, Moskva, Peterburq, Kiyev, 
Tbilisi, Minsk, Tallin, Bakı  və digər 
şəhərlərdə keçirilən ümumittifaq ple-
numlarda, konfranslarda, beynəlxalq 
simpoziumlarda maraqlı  məruzələrlə 
çıxışlar edir, habelə elmi-nəzəri və pub-
lisistik məqalələləri həmin ölkələrin 
mətbu orqanlarında dərc edilir. O, milli 
harmoniya, Azərbaycan milli musiqisi-
nin müxtəlif janrları əsasında bəstələnmiş 
200 sekvensiyanın, “Azərbaycan mah-
nılarında yenilik”, “Telman Hacıyev”, 
“Azərbaycan sovet mahnısı”,  Rəşid 
Behbudovun 80 illiyinə  həsr edilmiş  
“Гордость Азербайджанского народа”, 
“Детская музыка в творчестве Севды 
Ибрагимовой” və “Vasif Adıgözəlov” 
monoqrafiyalarının müəllifidir. Musi-
qişünas habelə, bəstəkarlarımız haq-
qında müxtəlif səpkili oçerklər, elmi-
publisistik məqalələr yazmış, ayrı-ayrı 
sənətkarların, ifaçıların yaradıcılıq 
portretlərini yaratmışdır. Əlli ildən artıq-
dır ki, o, səmərəli pedaqoji fəaliyyətini 
uğurla  davam etdirir. Müxtəlif konfrans-
lar, müsabiqələr təşkil edərək tələbələri 
bu işə cəlb edir. 
O, BMA-nın Elmi Şuranın  İxtisas-
laşmış Müdafiə Şurasının üzvü, kafedra 
müdiri və dekan vəzifələrinin tutulması 
ilə bağlı müvafiq komissiyanın sədridir. 
İ.Əfəndiyeva 1968-ci ildən etibarən 
milli televiziya və radioda maraqlı 
verilişlərin aparıcısıdır.                                                                            
Professor 
İ.Əfəndiyevanın 
fəaliyyəti dövlət tərəfindən yüksək 
qiymətləndirilmiş, o, 2008-ci ildə 
Azərbaycan Respublikasının “Əməkdar 
incəsənət xadimi” fəxri adına layiq gö-
rülmüşdür. 2012-ci ildə yüksəkixtisaslı 
musiqiçi kadrların hazırlanması 
sahəsində uzun müddət səmərəli peda-
qoji fəaliyyətinə görə  və anadan olma-
sının 75 illiyi münasibətilə Azərbaycan 
Respublikası  Təhsil Nazirliyinin Fəxri 
Fərmanı ilə təltif edilmişdir. 
16
Ə d ə b i y y a t
Axtarış yollarının 
bəhrəsi: [məqalələr 
toplusu] /İ.Əfəndiyeva; 
tərt. L.Məmmədova-
Fərəcova; M.Əhmədova; 
red. G.Abdullazadə, 
C.Mahmudova.- Bakı: 
Zərdabi LTD, 2014.- 524 s.  
Dahi alim və peda-
qoq: Arnold Soxor-85 
/İ.Əfəndiyeva //Musiqi dün-
yası.- Bakı, 2009.- №1-2.-
S.23-26.
Musiqidə keçən ömür: 
biblioqrafiya; tərt. ed. 
S.Əsədova; burax. məs.
və ixt. red. K.Tahirov; red. 
M.Vəliyeva; M.F.Axundov 
adına Milli Kitabxana.- 
Bakı, 2013.- 216 s. 
Азербайджанская 
советская песня: 
монография 
/И.Эфендиева.- Баку: 
Язычы, 1981.- 150 с. 
Васиф Адигезалов: 
монография 
/И.Эфендиева.- Баку: 
Шур, 1999.- 323 с.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.az


324
Bəstəkar
245 
illiyi
Lüdviq Van Bethoven
1770-1827 
DEKABR
Lüdviq Van  Bethoven 16 dekabr 
1770-ci il dekabr ayının 16-da  Almani-
yada anadan olmuşdur. 
O,  dünyanın ən nəhəng simalarından 
biridir. Böyük Fransa inqilabının ideyala-
rından ilham alan bəstəkar öz yaradıcılı-
ğında, ilk növbədə insanın qəhrəmanlıq, 
mübarizlik  əzmini tərənnüm etmişdir. 
Tarixi şəraitdən, yaşadığı mühitdən sa-
vayı, Bethovenin şəxsi problemləri, 
xüsusilə sağlamlığı ilə bağlı çətinlikləri 
də onun dünyagörüşünə ciddi təsir 
göstərmişdir. 
28 yaşında ikən o, ağır xəstəliyin, 
musiqiçi üçün əsil faciə olan karlığın 
ilk  əlamətlərini hiss etmişdir. Xəstəlik 
şiddətləndikcə  çalmaq, sonra isə dirijor-
luq qabiliyyətini get-gedə itirmişdir. Ən 
dəhşətlisi isə bu idi ki, bəstəkar yarat-
dığı musiqini tamamilə eşitmirdi. Lakin 
nə  xəstəlik, nə  də  tənhalıq Bethovenin 
mətin iradəsini qıra bilməmişdir. 
Dünya  şöhrətli bəstəkar cəmi 9 
simfoniya yazmışdır.  İlk baxışdan bu, 
Haydn və Mosart irsi ilə müqayisədə 
çox deyildi. Lakin nəzərə alınmalıdır 
ki, Bethoven simfoniyanın həcmini 
və dramatikliyini artıraraq bu jan-
rı xeyli genişləndirmişdir. Bəstəkar, 
hətta Haydnın müəyyənləşdirdiyi or-
kestrin tərkibinə yeni alətlər daxil et-
miş  və beləliklə, onun daha qüvvətli 
səslənməsinə nail olmuşdur. 
Böyük  bəstəkar  ən məşhur 
əsərlərindən biri olan 3-cü Simfoni-
yasını  əvvəlcə Napoleona həsr etməyi 
nəzərdə tutubmuş.  Lakin Napoleonun 
özünü imperator elan etməsini bəstəkar 
olduqca mənfi qarşılamış,  nəzərdə tut-
duğu ithaf fikrindən daşınmış və Simfo-
niyanı “Qəhrəmanlıq” adlandırmışdır.
Bəstəkarın məşhur 5-ci Simfoni-
yasının  ən yaddaqalan musiqi parçası 
əsəri başlayan qısa, zəhmli mövzudur. 
Həmin musiqini Bethoven “tale qapını 
döyür” bədii ifadəsi ilə  şərh etmişdir.  
9-cu Simfoniyada isə  bəstəkar dövrü 
üçün cəsarətli bir yenilik tətbiq etmiş-
dir;  əsərin son hissəsində alman şairi 
Şillerin “Sevincə doğru”  şeiri  əsasında 
nəhəng  xor səhnəsi vermişdir. Bu ölməz 
musiqi indiyədək xoşbəxtliyə, səadətə, 
dostluğa qardaşlığa alovlu çağırış ola-
raq dünya xalqlarının birlik rəmzi kimi 
qavranılmaqdadır. 
 Bethoven musiqisində incə lirika, 
dərin fəlsəfi düşüncələr də mühüm yer 
tutur. “ Pastoral” adlandırdığı 6-cı Sim-
foniyasındakı “ Aylı sonata”da təsvir 
olunan gözəl təbiət mənzərələri insanın 
daxili aləmi, onun fikir və düşüncələri 
ilə həmahəng səslənir. 
 Lüdviq Van Bethoven 1827-ci ildə 
vəfat etmiş, onun dəfn mərasimində 
otuz mindən artıq insan iştirak etmiş-
dir. Dahi bəstəkarı con mənzilə yola sa-
lanların arasında Şubert də var idi. Bu, 
çox simvolik bir hadisə idi; ilk roman-
tik sonuncu klassiklə vidalaşırdı. Bun-
dan sonra Avropa klassisizmi cərəyanı 
romantizmlə əvəz olunurdu. 
Ə d ə b i y y a t
Sonatina fa major forte-
piano üçün /L.V. Betho-
ven; red.: L.İ.Royzman. 
B.Məmmədova.- Bakı: 
Azərnəşr, 1958.-7 s.
Sonata G-dır: fortepiano 
üçün /L.V. Bethoven; red. 
B.Məmmədova.- Bakı: 
Azərnəşr, 1958.- 7 s.
3-Moll [notlar]: fortepi-
ano üçün /L.V. Bethoven; 
red. B.Məmmədova.- 
Bakı: Azərb. Döv. Nəşr 
(Azmusnəşr) 1958.- 10 s. 
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.bahlulzade.az
www.medeniyyet.az
16
Musiqi.Opera.Balet 


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə