330
Akademik
Tarix
75
illiyi
Nailə Vəlixanlı
1940
DEKABR
Nailə Məmmədəli qızı Vəlixanlı
1940-cı il dekabr ayının 25-də Bakı
şəhərində anadan olmuşdur. 1963-cü
ildə ADU-nun şərqşünaslıq fakültəsinin
ərəb şöbəsini, 1967-ci ildə EA-nın
Şərqşünaslıq İnstitutunun aspirantu-
rasını bitirmişdir. 1968-ci ildə akade-
mik Z.Bünyadovun elmi rəhbərliyi ilə
namizədlik, 1994-cü ildə doktorluq dis-
sertasiyalarını müdafiə etmişdir.
1963-1992-ci illərdə AMEA-nın
Şərqşünaslıq İnstitutunda, 1992-1998-ci
illərdə Tarix İnstitutunda baş laborant,
kiçik elmi işçi, böyük elmi işçi və apa-
rıcı elmi işçi vəzifələrində çalışmışdır.
1998-ci ildən Milli Azərbaycan Tarixi
Muzeyinin direktorudur.
2001-ci ildə AMEA-nın müxbir üzvü,
2007-ci ildə həqiqi üzvü seçilmişdir.
N.Vəlixanlının vətən tarixşünaslığı-
nın tədqiqi sahəsində xüsusi xidmətləri
vardır. Elmi əsərlərində Azərbaycanın
orta əsrlər tarixinin mənbəşünaslıq
problemləri, regionun Ərəb Xilafəti
tərkibində mövqeyi, sosial-iqtisadi
münasibətlər, siyasi-mədəni tarix və
tarixi coğrafiya məsələlərinə aydınlıq
gətirilmiş, elmdə son vaxtlaradək hakim-
lik edən erməni-gürcü ənənəsini sındır-
maqla tarixşünaslığımızda yeni mərhələ
açılmışdır. Alim Azərbaycan tarixinə
dair bir neçə sanballı monoqrafiyanın,
200-dən çox elmi məqalə və resenziya-
nın müəllifidir. N.Vəlixanlı yeddicild-
lik “Azərbaycan tarixi”nin II cildinin
məsul redaktoru və əsas müəlliflərindən
biridir. Alimin “IX-XII əsrlər ərəb
coğrafiyaşünas-səyyahları Azərbaycan
haqqında”, “İbn Xordadbeh”, “Yol-
lar və məmləkətlər haqqında kitab”
(tədqiqat, ərəb dilindən tərcümə, şərhlər,
göstəricilər və xəritələr), (rus dilində),
“Naxçıvan ərəblərdən monqollaradək
(VII-XII əsrlərədək) monoqrafiyala-
rı, “ Azərbaycanda dövlətçilik və onun
rəmzləri” kitab-albomu nəşr edilmişdir.
Onun “Azərbaycan Sovet Ensiklopedi-
yası” və “ Naxçıvan Ensiklopediyası”nda
çoxsaylı elmi məqalələri dərc edilmiş-
dir.
N.Vəlixanlı Azərbaycan Respub-
likasının Prezidenti yanında Heral-
dika Şurasının, AR Milli Məclisi
Toponomiya Komissiyasının, Res-
publika Elmi Tədqiqatların Təşkili və
Əlaqələndirilməsi Şurasının, AMEA
Terminologiya Komissiyasının nəzdində
Adlar və Soyadlar üzrə Xüsusi Komis-
siyanın, Azərbaycan Ensiklopediyasının
redaksiya heyətinin və s. üzvü, “AMEA-
nın Xəbərləri (ictimai elmlər seriyası)”
jurnalının, “Azərbaycan Tarixi Muzeyi”
toplusunun baş redaktorudur. 1991-ci
ildən Azərbaycan Universitetinin pro-
fessorudur.
N.Vəlixanlı Moskva, Ankara, Ber-
lin, Budapeşt, Stavanger və digər xarici
ölkələrdə keçirilən beynəlxalq konfrans
və simpoziumlarda Azərbaycan tarixşü-
naslığını yüksək səviyyədə təmsil et-
mişdir.
N.Vəlixanlı “Şöhrət” ordeni, “Əmək
rəşadətinə görə” medalı və bir sıra Fəxri
fərmanlarla təltif edilmişdir.
Ə d ə b i y y a t
Ərəb xilafəti və
Azərbaycan /N.Vəlixanlı;
elmi red. Z.Bünyadov;
red. M.Əsədova.- Bakı:
Azərnəşr, 1993.- 157 s.
IX-XI əsrlər ərəb
coğrafiyaşünas-səyyahları
Azərbaycan haqqında
/N.Vəlixanlı.- Bakı: Elm,
1974.- 222 s.
Azərbaycan tarixi-
nin öyrənilməsində
muzeylərin rolu: [ II Res-
publika elmi konfransının
materialları] /AMEA;
Milli Azərb Tarixi Muze-
yi; red. hey.: N.Vəlixanlı
(məsul red.).- Bakı: Ziya,
2012.-163 s.
Nailə Məmmədəli qızı
Vəlixanlı: biblioqrafiya
AMEA, Mərkəzi Elmi
Kitabxana; tərt.-müəl.
A.Əliyeva-Kəngərli; red.:
N.Seyidəliyev, İ.Səfərov.-
Bakı: Elm, 2012.- 237 s.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
25
331
Fəlsəfə.İqtisadiyyat
95
illiyi
Firudin Köçərli
1920-2005
DEKABR
Firudin Qasım oğlu Köçərli 1920-ci
il dekabr ayının 28-də Gədəbəy rayo-
nunun İsalı kəndində anadan olmuşdur.
1926-1935-ci illərdə İsalı kənd orta
məktəbində təhsil almışdır. 1936-cı ildə
Gəncə Pedaqoji Texnikumuna daxil ol-
muş, 1940-cı ildə oranı bitirərək doğma
kəndində müəllimlik fəaliyyətinə başla-
mışdır.
F.Köçərli 1945-ci ildə Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsinin
nəzdində olan fəlsəfə şöbəsinə daxil ol-
muşdur. Bu ali təhsil ocağını fərqlənmə
diplomu ilə bitirərək 1950-ci ildən
1953-cü ilə qədər M.V.Lomonosov adı-
na Moskva Dövlət Universitetinin as-
pirantı olmuş və dissertasiya müdafiə
edərək fəlsəfə elmləri namizədi alimlik
dərəcəsi almışdır.
F.Köçərli 1953-1958-ci illərdə
Azərbaycan Dövlət Universitetinin
Fəlsəfə kafedrasının dosenti vəzifəsində
çalışmışdır. O, 1958-1967-ci illərdə
Azərbaycan Elmlər Akademiyasının
fəlsəfə sektorunun rəhbəri, 1967-1985-
ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun
direktoru vəzifəsində işləmişdir.
Akademik F.Köçərlinin elmi-
tədqiqat fəaliyyəti, əsasən Azərbaycanda
fəlsəfə və ictimai fikir tarixinin, dia-
lektik və tarixi materializmin, etika
və estetika problemlərinin tədqiqinə
yönəldilmişdir. Azərbaycanın bir çox
elm və mədəniyyət xadimlərinin fəlsəfi
baxışlarına dair tədqiqatlar aparmış,
həmin tədqiqatların nəticələri onun nəşr
etdirdiyi kitab və monoqrafiyalarda öz
əksini tapmışdır.
F.Köçərli 1966-cı ildə doktorluq
dissertasiyası müdafiə edərək fəlsəfə
elmləri doktoru elmi dərəcəsini almış-
dır.
Firudin Köçərli 1966-cı ildə
Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü
seçilmişdir.
SSRİ Fəlsəfə Cəmiyyəti Azər-baycan
bölməsinin sədri olmuşdur.
O, bir sıra dövlət mükafatlarına la-
yiq görülmüşdür. Azərbaycan SSR
Həmkarlar İttifaqı RH-nin, Ümumitti-
faq “Bilik” cəmiyyətinin, Azərbaycan
SSR Ali Sovetinin RH-nin, Azərbaycan
SSR EA RH-nin Fəxri fərmanları ilə,
“Fədakar əməyə görə”, “Əmək vetera-
nı” medalları ilə təltif edilmişdir.
1989-cu ildə “Azərbaycan SSR
Əməkdar elm xadimi” fəxri adına layiq
görülmüşdür. 1991-ci ildə Azərbaycan
“Bilik” cəmiyyəti RH-nin qərarı ilə
akademik Y.Məmmədəliyev adına me-
dal və mükafat təltif edilmişdir.
Firudin Köçərli 2004-cü il iyun ayı-
nın 3-də Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Abbasqulu Ağa Barıxanov
Qüdsi /F.Köçərli.-Bakı:
Şəhriyar, 1995.-75 s.
M.F. Axundovun dün-
yagörüşü /F.Köçərli;
red. F.Süleymanoğlu;
Azərbaycan EA
H.Hüseynov ad. Fəlsəfə
və Hüquq İnstitutu.- Bakı:
Elm, 1999.- 124 s.
Firudin Qasım oğlu
Köçərli: biblioqrafiya /
Azərbaycan EA, Mərkəzi
Elmi Kitabxana; tərt.
ed. Ç.Əhmədova; red.
F.Hüseynova.- Bakı: Elm,
1997.- 65 s.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
28
Akademik
Dostları ilə paylaş: |