327
Milli Qəhrəman
Milli Qəhrəmanlar
55
illiyi
Niyazi Aslanov
1960-1992
DEKABR
Niyazi Şərəfxan oğlu Aslanov 1960-
cı il dekabr ayının 25-də Goranboy ra-
yonunun Tap Qaraqoyunlu kəndində
anadan olmuşdur.
Burada orta məktəbi bitirdikdən son-
ra, 1979-1981-ci illərdə Rusiyanın Altay
vilayətində hərbi xidmətdə olmuşdur.
Ağdam Kənd Təsərrüfatı Texnikumunda
təhsil almış, oxuduğu müddətdə əmək
fəaliyyəti ilə də məşğul olmuşdur.
1989-cu ildə Goranboy rayonunda
yaradılan özünümüdafiə dəstəsinə qo-
şulmuşdur. Yoldaşları ilə birlikdə sıradan
çıxmış iki tankı təmir etmiş, bu tanklarla
nəinki Tap Qaraqoyunlu kəndini, hətta
qonşu kəndləri da layiqincə müdafiə
etmişdilər.
Niyazi Aslanoov Şəfəq, Gürzalı-
lar, Todan, Sarısu, Tərtər və Ağdam
şəhərinin müdafiəsində fəal iştirak et-
mişdir. 1992-ci il mayın 4-də Tap Qa-
raqoyunlu kəndi yaxınlığında gedən
döyüşlərdə Niyazi komandiri İsfəndiyar
Əsədovu xilas edərkən qəhrəmancasına
həlak olmuş, doğulub boya-başa çat-
dığı Tap Qaraqoyunlu kəndində dəfn
edilmişdir.
Ailəli idi, iki oğlu var.
Azərbaycan Respublikası Prezidenti-
nin 5 fevral 1993-cü il tarixli 457 saylı
Fərmanı ilə Aslanov Niyazi Şərəfxan
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Tap Qaraqoyunlu kəndindəki orta
məktəbə və Naftalan şəhərindəki
küçələrdən birinə qəhrəmanın adı veril-
miş, Goranboy şəhərində büstü qoyul-
muşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində şəxsi
igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 fevral 1993-cü il //Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı.- 1993.- №3.- S.11.- (Ölümündən sonra).
Aslanov Niyazi Şərəfxan oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. H.Həmidova.-
Bakı, 2008.- S.31.
Əsgərov, V. Aslanov Niyazi Şərəfxan oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.24.
Seyidzadə, M. Aslanov Niyazi Şərəfxan oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.27.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
25
328
Milli Qəhrəmanlar
50
illiyi
Eldar Həsənov
1965-1994
DEKABR
Eldar İsfəndiyar oğlu Həsənov
1965-ci il dekabr ayının 26-da
Cəlilabad rayonunun Lallar kəndində
anadan olmuşdur.
1983-cü ildə Xanəgah kənd orta
məktəbini bitirmişdir.
1984-cü ildə ordu sıralarına çağı-
rılmışdır. 1986-cı ildə hərbi xidmətini
başa vurub doğma kəndinə qayıtmış-
dır.
1990-cı ildə E.Həsənov xüsusi
təyinatlı polis dəstəsinə üzv yazılmış-
dır.
1991-ci ildə Polis Akademiyası-
na daxil olmuşdur. 1994-cü ilin yan-
var ayında E.Həsənovun ikinci cəbhə
həyatı başlamışdır. Cəbhədə göstərdiyi
şücaətlərə görə təşvişə düşən ermənilər,
onun başına 50 min ABŞ dolları qoy-
muşdular.
Həsənov Eldar İsfəndiyar oğlu
1994-cü il mayın 12-də Horadiz
qəsəbəsi uğrunda gedən döyüşlərin
birində qəhrəmancasına həlak olmuş-
dur.
Subay idi.
Azərbaycan Respublikası Prezi-
dentinin 15 yanvar 1995-ci il tarixli
262 saylı Fərmanı ilə Həsənov El-
dar İsfəndiyar oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Anadan olduğu Lallar kəndində
torpağa tapşırılmışdır. Cəlilabad Ra-
yon Polis şöbəsinin həyətində büstü
qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Həsənov Eldar İsfəndiyar oğlu – Daxili İşlər Nazirliyi, starşina – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorun-
masında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə q əhrəmanlıqla vuruşaraq göstərdiyi
şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunu şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə]: Azərbaycan
Respublikası Prezidentinin Fərmanı, 15 yanvar 1995-ci il //Azərbaycan.- 1995.- 17 yanvar.- S.1.- (Ölümündən sonra).
Əsgərov, V. Həsənov Eldar İsfəndiyar oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.84.
Həsənov Eldar İsfəndiyar oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. H.Həmidova.-
Bakı, 2008.- S.83.
Seyidzadə, M. Həsənov Eldar İsfəndiyar oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.84.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
26
Milli Qəhrəman
329
Tarixçi, türkoloq
Tarix
125
illiyi
Əhməd Zəki Validi Toğan
1890-1970
DEKABR
Əhməd Zəki Validi Toğan 1890-cı il
dekabr ayının 10-da Başqırdıstanın Sterli-
tamak mahalının Küzən kəndində doğul-
muşdur. İbtidai və orta təhsilini əvvəlcə
Küzəndə, sonra dayısı Həbib Nəccarın
Ütəkdəki mədrəsəsində, 1912-ci ildə Ka-
zan Universitetinin tarix və ədəbiyyat
fakültəsində ali təhsil almış, ancaq ali
təhsilini sona çatdıra bilməmişdir. O, uni-
versitet təhsilini uzun müddətdən sonra,
1931-1935-ci illərdə Vyanada tamamla-
mışdır. Kazanda təhsil aldığı müddətdə
elmi tədqiqatlara başlamış, “Türk və
tatar tarixi”nin ilk cildini 1912-ci ildə
Kazanda nəşr etdirmişdir. Bu əsər onun
Kazan Universiteti Tarix və Arxeologiya
Cəmiyyətinə üzv qəbul edilməsinə səbəb
olmuşdur.
1914-cü ildə o, Rusiya EA tərəfindən
Fərqanə və Buxara bölgələrinə elmi
ezamiyyətlərə göndərilmişdir. “Qeyri-rus
məktəblərində rus dili müəllimi” kur-
sundan imtahan verərək Ufa şəhərindəki
Osmaniyyə mədrəsəsində türk dili
müəllimliyinə başlamış, həmçinin burada
siyasi fəaliyyətlə məşğul olmuşdur. Du-
maya deputat seçilmiş, 1917-ci il noyabrın
29-da qurulan Milli Başqırd hökumətinin
daxili işlər naziri olmuşdur. 1918-ci il
yanvarın 18-də Orenburq bolşeviklər
tərəfindən işğal edildikdən sonra həbs
olunmuş, başqırdlar və qazaxlar üstünlü-
yü ələ aldıqdan sonra həbsxanadan azad
olunmuş, 1918-ci il iyunun 7-də Milli
Başqırd hökumətini yenidən bərpa etmiş-
dir.
Lakin artıq sovet qırmızı terrorunun
uzaqda olmadığını görən Toğan bir neçə
yaxın silahdaşı ilə 1920-ci il iyunun 29-
da gizlicə Türküstana keçmiş, üç ilə qədər
bolşeviklərə qarşı gizli mübarizə apar-
sa da, Rusiya qoşunları ilə mübarizənin
mümkün olmadığını görərək 1923-cü ildə
İrana keçmiş, Əfqanıstan yolu ilə Hindista-
na getmişdir. Bir müddət sonra Türkiyəyə
yola düşsə də, vizası olmadığı üçün ölkəyə
buraxılmamış, Avropaya gedərək Paris və
Berlində yaşamışdır.
1925-ci ilin əvvəllərində Türkiyənin
maarif naziri tərəfindən ora dəvət edilərək
Ankaraya getmiş, 1927-ci ildən İstan-
bul Universitetində müəllimlik etməyə
başlamışdır. 1932-ci ildə
İstanbul
Universitetində tutduğu vəzifədən iste-
fa vermiş, ali təhsilini tamamlamaq üçün
Vyanaya getmişdir. 1935-ci ildə doktorluq
dissertasiyasını müdafiə etmiş, Bonn və
Gettingen universitetlərində müəllimlik
etmişdir.
II Dünya müharibəsi zamanı Z.Validi
1944-cü il mayın 15-də “turançılıq təbliğatı
ilə Türkiyədə SSRİ əleyhinə hərəkatda
olması” ittihamı ilə həbs edilərək 10 il
müddətinə azadlıqdan məhrum edilmiş,
1945-ci ilin oktyabrında azad olunmuş-
dur.
O, Azərbaycanın tarixi etnoqrafiyasını
öyrənən ilk xarici şərqşünas alim olmuş-
dur. Onun nəşr etdirdiyi “Azərbaycanın ta-
rixi coğrafiyası” məqaləsi və “Ümumtürk
tarixinə giriş” əsərində Azərbaycan tarixi-
nin qədim və orta əsrlər dövrünə geniş yer
ayrılıb. “Azərbaycan” adlı məqaləsi “İs-
lam ensiklopediyası”nda çap olunmuşdur.
“Xatirələr”, “Tarixdə üsul”, “Ümum-
türk tarixinə giriş” və “Türkün müqəddəratı
üzərinə” əsərlərinin müəllifidir.
Z.V.Toğan 1970-ci il iyulun 26-da
İstanbulda vəfat etmiş, Qaracaəhməd
qəbiristanlığında dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Azərbaycanın tarixi coğ-
rafiyası /Ə.Z.Validi.-Bakı:
Təhsil, 2009.- 112 s.
Azərbaycan /Ə.Z.Validi;
tərt.: M.Ənsərli,
T.H.Nəcəfli; red.
Ş.Mustafayev.- Bakı: Ocaq,
2007.- 88 s.
Əhməd Zəki Validi Toğanın
anadan olmasının 120
illiyinə həsr olunmuş
Beynəlxalq elmi konfransın
materialları: Bakı, 28-30
aprel 2010 /Azərb. Respub.
Mədəniyyət və Turizm
Nazirliyi, M.F.Axundov ad.
Azərbaycan Milli Kitabxa-
nası; TÜRKSOY Uluslara-
rası Türk Kültürü Teşkilatı;
AMEA, akad. Z.M.Bünyadov
ad. Şərqşünaslıq İn-tu; red.
və burax. məs. K.Tahirov;
tərt. Ə.Cəfərova.- Bakı,
2010.- 93 s.
Baxşəliyeva, G. Türk
tarixinin yorulmaz
tədqiqatçısı /G.Baxşəliyeva
//Azərbaycan.- 2010.- 13
may.- S.7.
Fərəcov, S. Bir başqırd
kəndindən İstanbuladək
/S.Fərəcov //Mədəniyyət.-
2013.- 15 mart.- S.4.
İ n t e r n e t d ə
www.anl.az
10
Dostları ilə paylaş: |