Teqvim-2015. pdf


Bu bölmədə 2015-ci ildə qeyd olunacaq,  lakin



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə156/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   152   153   154   155   156   157   158   159   ...   173

344
Bu bölmədə 2015-ci ildə qeyd olunacaq,  lakin 
• 
tarixi dəqiq bilinməyən yubileylər haqqında 
məlumat əldə edəcəksiniz.
Ə
LA
V
Ə
L
Ə
R
Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət və milli bəstəkarlıq 
məktəbinin özülünü qoymuşdur. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili kome-
diya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar ilk 
azərbacanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini 
araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyli 
həm də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-
dramaturqdur. Üzeyir Hacıbəyli görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda böyük 
musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı 
kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində ən böyük simalardan biri kimi yaşayır 
və yaşayacaq.
 Onun xidmətləri yüksək qiymətləndirilmiş, “Azərbaycanın Əməkdar incəsənət xadimi” 
(1935), “SSRİ Xalq artisti” (1938) fəxri adlarına layiq görülmüş, Stalin Mükafatı laureatı 
(1941) olmuş, “Lenin Ordeni” və “Qırmızı Əmək Bayrağı” ordeni və bir sıra medallarla təltif 
edilmişdir.
 Azərbaycan EA-nın akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifa-
qının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-
1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olmuşdur.
130 il
1885-1948
Üzeyir Hacıbəyli


345
Milli ədəbiyyat
Ədəbiyyatşünas Yəhya ibn Əli Xətib Təbrizi (1030-03.01.1109) anadan 
olmasının 985 illiyi 
Şairə Dünbüli Heyran xanım Kərim xan qızının (1790-1860) anadan olmasının 
225 illiyi 
Şairə Qiyasbəyova Rəncur  Şahnigar xanım Kazımağa qızının (1850-1899) 
anadan olmasının 165 illiyi
Şair Qafarzadə  Əbdülxalıq Səfərəli oğlunun (Əbdülxaliq Cənnəti) (1855- 
06.06.1931) anadan olmasının 160 illiyi
İlk qadın dramaturq Axundzadə Səkinə xanım Mirzə Heybət qızının (1865-
1927) anadan olmasının 150 illiyi
Şairə  İmanova Ağcaqız Kərbəlayı Dadaş  qızının (1880-1974) anadan 
olmasının 135 illiyi 
Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı  Əsədullayeva Ümmülbanu 
(bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə  qızı (Banin) (1905-1992) anadan 
olmasının 110 illiyi
Görkəmli mühacir yazıçı  Məhəmməd  Əsəd bəy (Lev Nussimbaum (Əsəd 
bəy)) (1905-1942) anadan olmasının 110 illiyi
Əməkdar incəsənət xadimi, şair, dramaturq Abbasov Əyyub Cəbrayıl oğlunun 
(1905-18.11.1957) anadan olmasının 110 illiyi
Şair, publisist Əliyev Dünyamalı Kərəm oğlunun (Dünyamalı Kərəm) (1920) 
anadan olmasının 95 illiyi
Şair, tərcüməçi, ədəbiyyatşünas Hüseyni Əbülfəz Aslan oğlunun (1925-1987) 
anadan olmasının 90 illiyi
Folklor
Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim Ağa Ağabacının (1780/1781- 
1832) anadan olmasının 235 illiyi 
Aşıq Hüseynov Teymur Səfər oğlunun (Aşıq Teymur) (1895-1980) anadan 
olmasının 120 illiyi 
Aşıq Hüseynov Nəcəf Alı oğlunun (Aşıq Nəcəf) (1905-1941) anadan olmasnın 
110 illiyi
Əməkdar mədəniyyət işçisi, şair, aşıq Rüstəmov Əhməd Ədil  bəy oğlunun 
(Aşıq Əhməd) (1920-12.08.2008) anadan olmasının 95 illiyi   
Əməkdar mədəniyyət işçisi, “Aşıq Pəri” məclisinin yaradıcısı  və  rəhbəri 
Narınc Xatun-Cəfərova Narınc Əvəz qızının (1930-2007) anadan olmasının 
80 illiyi 
2015
Əlavələr
351
350
349
352


346
354
353
Dünya ədəbiyyatı
Qədim yunan dramaturqu  Aristofanın (e.ə təqribən 445-e.ə. təqribən 385) 
anadan olmasının 2460 illiyi
Qədim yunan dramaturqu Esxil Aysxilosun (e.ə.təqribən 525-456) anadan 
olmasının 2540 illiyi
İngilis yazıçısı və publisisti Defo Danielin (təqribən 1660-26.04.1731) 
anadan olmasının 355 illiyi
Türk xalq ozanı, təkkə şeirinin yaradıcılarından biri, “Vəhdəti vücud” 
fəlsəfəsinin ardıcılı, türkdilli ədəbiyyatın ilk mütəsəvvüflərdən biri, zaman 
etibarilə Oğuz dillərinin ilk böyük şairi Yunus Əmrənin (1238/1240(1)-
1320(1))  anadan olmasının 775 illiyi
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq 
məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi Əcəmi Əbubəkr 
oğlu Naxçıvaninin (1120-?) anadan olmasının 895 illiyi 
Görkəmli rəssam, portret və ornament ustası Mirzə Qədim İrəvaninin (1825 
-1875) anadan olmasının 190 illiyi
Xalq rəssamı Əliyev Baba Balababa oğlunun (1915-1990) anadan olmasının 
100 illiyi 
Xalq rəssamı 
Mehdiyev Ağa Cəfər oğlunun (1920-2003) 
anadan olmasının 
95 illiyi 
Musiqi.Opera.Balet
Musiqi xadimi, bəstəkar, tarzən Əmirov Məşədi Cəmil Kərbəlayı Əmiraslan 
oğlunun (1875-1928) anadan olmasının 140 illiyi
Teatr.Kino
Teatr xadimi, pedaqoq, aktyor Zeynalov Cahangir Məşədi Rza oğlunun 
(1865-1918) anadan olmasının 150 illiyi
Əməkdar incəsənət xadimi, aktyor Əhməd Haşım oğlu Məlikovun (Əhməd 
Qəmərlinski) (1880-09.03.1952) anadan olmasının 135 illiyi
Əməkdar  artist Tağızadə Süleyman İsmayıl oğlunun (1905-13.09.1960) 
anadan olmasının 110 illiyi
Siyasət.Hərbi iş
Azərbaycan sərkərdəsi və siyasi xadimi Babək  əl Xürrəminin (təqribən 
795/798-14.03.838) anadan olmasının 1220 illiyi
Qaraqoyunlu dövlətinin əsasını qoymuş görkəmli dövlət xadimi və sərkərdəsi 
Cəmaləddin Qara Yusif Baraninin (1355-1420) anadan olmasının 660 illiyi
Qarabağın sonuncu hakimi, general-mayor Mehdiqulu xan İbrahimxəlil xan 
Cavanşirin oğlunun (1775-1845) anadan olmasının 240 illiyi 
İctimai-siyasi xadim, jurnalist, həkim, müəllim Ağayev Həsən bəy Məşədi 
355
358
356
357


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə