Teqvim-2015. pdf


Mədəniyyət.Maaarif.Elm 225



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə164/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   160   161   162   163   164   165   166   167   ...   173

362
Mədəniyyət.Maaarif.Elm
225
illiyi
Mirzə Cəfər Topçubaşov   
1790-1869
2015
Mirzə  Cəfər  Əlimərdan bəy 
oğlu Topçubaşov 1790-cı ildə (bəzi 
mənbələrdə 1784) Gəncə  şəhərində 
anadan olmuşdur. Sonralar ailəsi ilə  
Tiflis şəhərinə köçmüşlər. Mirzə Cəfər 
Topçubaşov mədrəsə  təhsili almış, 
rus,  ərəb, fars, türk, erməni və gürcü 
dillərini bilmişdir.
O, 1812-ci ildə Rusiya Xarici işlər 
nazirliyində işə düzəlmişdi.
M.Topçubaşov 1817-ci ildə  İran 
elçiləri arasında Peterburqa gedərkən, 
burada ona Xarici İşlər Nazirliyinin 
departamentində  tərcüməçi vəzifəsi 
təklif olunmuş, beləliklə, o, rus impe-
riyasının paytaxtında qalmışdır. 
1819-cu ildə Mirzə  Cəfər Sankt-
Peterburq Baş Pedaqoji İnstitutunda 
ərəb, fars, və türk dillərindən dərs de-
mişdir.
1823-cü ildə o, Peterburq Universi-
tetinin fars filologiyası üzrə  professoru 
olmuş, 1835-1849-cu illərdə Fars dili 
və  fiziologiyası kafedrasına rəhbərlik 
etmişdir. 1849-1867-ci illərdə Rusiya 
Xarici  İşlər Nazirliyi Asiya departa-
mentinin Şərq Dilləri İnstitutunun pro-
fessoru olmuşdur.
1852-1857-ci illərdə M.C.Topçu-
başov Rusiya Arxeologiya və numiz-
matika cəmiyyətinin müəssislərindən 
və onun Şərq  şöbəsinin ilk rəhbəri 
olmuşdur. Onun təşəbbüsü ilə  həmin 
şöbə  “İzvestiya” (Xəbərlər) adlı jur-
nal nəşr edərək burada Şərq arxeolo-
giyası, habelə Azərbaycan haqqında 
məqalələr nəşr edirdi.
O, “Kitabi-Dədə Qorqud”u və 
50-dən artıq  şairin  əsərlərini rus 
dilinə  tərcümə etmişdir. Jurnal-
dakı 
məqalələrin 
əksəriyyətini 
M.C.Topçubaşov özü yazırdı. Onun 
rəhbərliyi altında bir sıra rus şərqşünası 
və diplomatı hazırlanmışdır.
Rusiyada  şərqşünaslıq elmi və 
təhsilinin təşəkkülündə Topçubaşovun 
rolu böyükdür. Topçubaşov fars dilinin 
qrammatikasına dair bir sıra əsərlərin 
müəllifidir. O, 50 ilə yaxın rəsmi sənəd 
və ədəbiyyatı fars dilindən tərcümə et-
mişdir. Topçubaşov İmperator kitabxa-
nasında saxlanılan Şərq əlyazmalarının 
müxtəsər izahlı biblioqrafiyasını hazır-
lamışdır.
A.S.Qriboyedov ondan fars, 
A.Mitskeviç isə türk dilini öyrənmişdir. 
O, Mitskeviçlə dost olmuş  və onun 
“Krım sonetləri” adlı əsərini fars dilinə 
tərcümə etmişdir.
M.Topçubaşovun elmi fəaliyyətini 
V.Belinski, İ.Kraçkovski, O.Senkovski 
kimi rus elm və mədəniyyət xadimləri 
yüksək qiymətləndirmişlər.
1869-cu ildə Topçubaşovun  şəxsi 
təşəbbüsü və  vəsaiti hesabına hüquq-
şünaslıq sahəsində  dəyərli  əsərlər 
yazan tələbələr üçün Senatın qərarı 
və imperatorun imzası ilə 100 rubl 
verməklə “Topçubaşov mükafatı” təsis 
olunmuşdu.
O, London Kral Asiya Cəmiyyətinin 
həqiqi üzvü olmuşdur.
Şərqşünas alim I dərəcəli Stanislav, 
II və III dərəcəli Anna, İranın “Şiri-
Xurşid” ordenləri ilə mükafatlandırıl-
mışdır.
Mirzə  Cəfər  Əlimərdan bəy oğlu 
Topçubaşov 1869-cu il fevral ayının 
4-də Peterburqda vəfat etmişdir.
Şərqşünas alim
Ə d ə b i y y a t
Rzayev, A. Mirzə Cəfər 
Topçubaşov /A.Rzayev; 
red. M.Axundov.- Bakı: 
Yazıçı, 1993.- 96 s. 
Azərbaycan dias-
porunun görkəmli 
nümayəndələrindən 
Mirzə Cəfər Topçubaşov 
//Olaylar.- 2013.- 10 
iyul.- S.15.
Topçubaşov Mirzə Cəfər 
Əlimərdanbəy oğlu  //
Azərbaycan Sovet Ensik-
lopediyası: on cilddə.- 
Bakı, 1986.- C.X.-S.316-
317.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.azadliq.info
www.ebooks.preslib.az
www.diaspora.gov.az
www.tarix.info


363
Mədəniyyət.Maarif.Elm
160 
illiyi
Murtuza Muxtarov 
1855-1920     
2015
Murtuza Muxtar oğlu Muxtarov 1855-
ci ildə Bakının Əmircan kəndində anadan 
olmuşdur. 1870-ci ildən Balaxanı, Zabrat 
kəndləri ətrafındakı mədənlərdən birində 
fəhləlik etmişdir. Burada adi fəhlə kimi 
işə başlamış, sonra usta təyin edilmişdir. 
İxtiraçılıq qabiliyyəti, qazma dəzgahının 
təkmilləşdirilməsi, dözümü və  qətiyyəti 
sayəsində sahibkara çevrilmiş, şəxsi qaz-
ma kontoru açmışdır.
M.Muxtarov “diplomsuz neft mühən-
disi” kimi şöhrət tapmış,  Azərbaycan neft 
sənayesi tarixinə özünün ixtirası ilə daxil 
olmuşdur. 1895-ci ildə dünyada ilk dəfə 
metal  ştanqlarla zərbə qazma dəzgahını 
quraşdırmış və bunun üçün dövlət paten-
ti almışdır. O, bu ixtirasına “Bakı qazma 
sistemi” adı vermişdir. Həmin dəzgahın 
əvvəlkilərdən üstünlüyü çox idi. 
Əsasını 1891-ci ildə qoyduğu “Mux-
tarov M” şirkəti neft sənayesi üçün tex-
niki avadanlıq buraxmış və neft quyuları 
qazmaqla məşğul olmuşdu.
Elektrik qatarı ilə Bakıdan Buzovnaya 
gedərkən Sabunçudan sonra birinci daya-
nacaq onun adı ilə “Muxtarovka” adlanır. 
Bu dayanacağın  ətrafındakı bütün neft 
quyuları vaxtilə ona məxsus olmuşdur.
XIX  əsrin axırlarında M.Muxtarov 
 
tərəfindən işə salının Bibiheybətdəki 
qazma avadanlığı zavodunun istehsal et-
diyi dəzgah və avadanlıqlar Rusiyaya və 
xarici  ölkələrə də satılırdı.
M.Muxtarov geniş xeyriyyəçilik 
fəaliyyəti göstərmiş, ictimai binaların, 
məktəblərin inşasına heç zaman vəsaitini 
əsirgəməmişdir. O, “Nəşri maarif” və 
“Nicat“ cəmiyyətlərinin fəaliyyətlərində 
fəal iştirak etmiş, idarə heyətlərinin üzvü 
olmuşdur.
Bakıda və ətraf kəndlərdə, Rusiya və 
Avropanın bir sıra  şəhərlərindəki çoxlu 
binalar onun adı ilə bağlıdır.
Həyat yoldaşı Liza xanımla Avropa 
səyahətində olarkən Venetsiyadakı bina-
ların memarlığı Muxtarovu valeh etmiş, 
bir il ərzində Bakıda (1911-1912) onlara 
oxşar mülk tikdirmişdi. Hal-hazırda onun 
adını daşıyan küçədəki “Səadət sarayı” 
kimi fəaliyyət göstərən Avropa memarlıq 
üslubundakı bina memar İ.K.Ploşkonun 
layihəsi əsasında tikilmişdir.
1910-cu ildə Əmircan kəndində tikdir-
diyi məscid binası indiyədək öz memar-
lıq quruluşu və əzəməti ilə göz oxşayır.
1913-cü ildə Abşeronun qumsal dəniz 
sahilində mayaq qülləsi, Mərdəkanın 
Pirhəsən adlanan yerində Axund Mirzə 
Abu Turabın qəbri üstündə günbəz, 
Vladiqafqaz  şəhərində  məscid, Kislo-
vodskda, İtaliyanın Florensiya şəhərində 
mövcüd olan gözəl, yaraşıqlı binalar 
M.Muxtarovun vəsaiti hesabına tikilmiş-
dir. 
1908-ci il iyunun 3-dən fəaliyyətə 
başlayan “Tərəqqi” qəzeti Muxtarovun 
pulu ilə çap edilmişdir.
Təbiətcə çox məğrur olan bu şəxsin 
həyatı faciə ilə bitmişdir. Bakıda Aprel 
inqilabının ilk günləri idi. Bu günlərdən 
birində Muxtarov Vrangel (indiki Əhməd 
Cavad) və Persidski (indiki Muxtarov) 
küçələrinin tinindəki mənzilinə iki silahlı 
hərbçi gəlir. Muxtarov qapını açıb, onları 
gördükdə atəş açıb, onlardan birisini öl-
dürür, ikinci gülləni də öz alnına çaxır.
Ə d ə b i y y a t
Məmmədov, T. Murtuza 
Muxtarovun bağı: 
Mərdəkan Dendrarisi 
/T.Məmmədov.- Bakı, 
2000.- 124 s.
Mirzəyev, G.M. 
Azərbaycan neft 
sənayesinin milyon-
çuları /M.Mirzəyev,  
M.Mirzalıyev                
//Neft haqqında nə bi-
lirsiniz?.- Bakı, 2005.- 
S.122-123.
Джанахмедов, А. 
Нефтяной магнат 
Муртуза Мухтаров 
/А.Джанахмедов.-
Баку: Чашыоглу, 
2000.- 66 с.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.adam.az
www.azadliq.info
www.preslib.az
Xeyriyyəçi, mesenat


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə