Teqvim-2015. pdf


Dünya ədəbiyyatı Yunus Əmrə



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə160/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   156   157   158   159   160   161   162   163   ...   173

354
Dünya ədəbiyyatı
Yunus Əmrə 
1238/40-1320/1
2015
Kitabların bildirdiyi tarix və 
məlumatlara görə Yunus Əmrə 1240(1)-
1320(1)-ci illərin arasında yaşamışdır. 
Bəzi mənbələrdə 1238-ci ildə Porsuq 
çayının Sakaryaya töküldüyü yerdə  - 
Sərfi  kəndində anadan olmuşdur. Do-
ğulduğu yerin tam aydın olmaması 
bəzi müzakirələrə  gətirib çıxardığın-
dan mənbələrin çoxu artıq Yunusun 
Əskişəhərin Mihalıççık kəndində do-
ğulması ilə bağlı  fikri qəbul etmişlər. 
Həmçinin, təhsili haqqında da heç bir 
məlumat tapılmayıb. “Əmrə” sözünün 
mənası Anadoluda müxtəlif xalq ozan-
larının, aşiğin və dərvişin adında iştirak 
edən  Əmrə/Emre sözünün (məsələn, 
Yunus  Əmrə, Tapdıq  Əmrə) türkcədə  
“Aşiq” mənasını verdiyi elmi baxımdan 
öz təsdiqini tapmışdır. 
Həyatı və şəxsiyyəti haqqında çox az 
məlumat olan Yunus Əmrənin yaradıcı-
lığı, Anadolu Səlcuq dövlətinin dağıl-
ması  və Anadolunun çeşidli bölgələrə 
kiçik-böyük Türk bəylikllərin qurul-
maya başladığı dövrləri  əhatə edir. 
Həmçinin yaşadığı dövr, Osmanlı impe-
riyasının qurulmağa başladığı dövrdür.
Yunus  Əmrə uzun müddət Hacı-
Bektaşı Vəli Dərgahında işləmişdir.
Yunusun yaşadığı illər  ərzində, 
Anadolu türkləri ilə Moğol imperiyası 
arasında sıx ittifaq və münaqişə olmuş-
dur. Həmçinin, Yunus Əmrənin yaşayış 
tarixçəsi, yalnız siyası baxışlarla deyil, 
həmçinin məzhəb və inanclarında toq-
quşduğu və müharibələrin geniş vüsət 
aldığı illərlə zəngindir.
Yunus  Əmrə yaradcılığının ilham 
qaynağı Mövlana Cəlaləddin Rumi
Hacı Bektaşi-Vəli, Əhli Evrani Vəli və 
sair şairlərdir. Yunus Əmrə bu insanlar 
sayəsində Allaha sevgini, məhəbbət və 
əxlaqi düşüncələri, digər başqa batil 
inanclara qarşı yöntəmləri öyrənmişdir. 
Bir sıra mənbələr Hacı Bektaşi-Vəlidən 
dərs aldığını söyləyirlər.
Yunus  Əmrə  şeirləri Divani Lüğət 
adlı bu divanda toplanılmışdır.  Şeirlər 
əruz ölçüsü və heca vəznində yazılıb.
Yunus  Əmrədən qalan bütün infor-
masiya və  şeirlər məhz həmin kitabda 
cəmləşib.
Hər il may ayında Türkiyənin  ən 
gözəl  şəhərlərindən olan Əskişəhərdə 
Yunus Əmrə günləri keçirilir.
Yunus  Əmrə xalq ozanı idi. Təkkə 
şeirinin öncülüdür. Təmiz türk di-
linin bayraqdarı “Vəhdəti vücud” 
fəlsəfəsinin qaranlıqlarını dələn bir filo-
sofdur. O, sufizm fəlsəfəsini sadə xalq 
dilində,  əsasən heca vəznində yazdığı 
qoşmalarda, gəraylılarda, ilahilərdə, 
eləcə  də  əruz vəznində yaratdığı  qəzəl 
və  məsnəvilərdə ifadə etmiş,  şeiri-
mizi yüksək bədii səviyyəyə qaldır-
mış, özündən sonra yaranan Türkiyə, 
Azərbaycan və Türkmən ədəbiyyatlarına 
güclü təsir göstərmişdir.
Türk  şairi Yunus Əmrə 1320/21-ci 
ildə  vəfat edib, doğulduğu Sarıköydə 
dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Əsərləri /Ə.Yunus; tərt., 
ön söz və lüğətin müəl. 
C.Bəydili.-Bakı: Şərq-
Qərb, 2009.-357 s.
Divan /Ə.Yunus; tərt., 
ön söz və lüğətin müəl. 
C.Bəydili.- Bakı: Nafta-
Press, 2004.- 285 s.
Risalətün-nüshiyyə 
/Ə.Yunus.- Bakı: Elm və 
təhsil, 2013.- 194 s.
Böyük Türk şairi Yunus 
Əmrənin həyat və yara-
dıcılığına həsr olunmuş 
“Yaşayan Yunus Əmrə” 
beynəlxalq elmi konf-
ransının materialları. 9 
dekabr 2013 /red. hey. 
İ.Həbibbəyli.- Bakı, 
2013.- 845 s.
Hümmətova, X. Yunus 
Əmrə: məqalələr 
toplusu /X.Hümmətova.- 
Bakı, 2012.- 236 s.
Özgen, K. Yunus Əmrəm 
var yarına: roman 
/K.Özgen.- Bakı, 2008.- 
123 s. 
İ n t e r n e t d ə
www.anl.az
www. adam.az
www az.wikipedia.org
tabevi.ws
775  
illiyi
Türk ozanı


355
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
190 
illiyi
Mirzə Qədim 
İrəvani
  
 
1825-1875 
2015
Mirzə  Qədim  İrəvani 1825-ci ildə 
qədim  İrəvan  şəhərində, sənətkar 
ailəsində anadan olmuşdur. 
Mirzə  Qədim  şəhərdə yeni açılan 
“Üsuli-cədid” məktəbində oxumuşdur. 
Sonra atası  təhsilini davam etdirmək 
məqsədilə onu Tiflisə göndərmiş, gim-
naziya təhsili almışdır. Təhsilini başa 
vurduqdan sonra İrəvana dönmüşdür.
O, yaradıcılığının ilk dövrlərində 
dekorativ sənət sahəsində çalışmışdır. 
Əsasən divar rəsmləri, bədii tikmələr 
üçün rəsm və trafaretlər çəkmiş, qı-
zılgül, zanbaq və digər çiçəklərdən 
mürəkkəb kompozisiyalar tərtib etmiş-
dir. Rəssam yaradıcılığının erkən çağ-
larından Avropa boyakarlığına böyük 
maraq göstərmişdir. O, həmin dövrdə 
kağız, şüşə və güzgü üzərində bir neçə 
portret çəkmişdir. Bu əsərlər arasın-
da “Süvari”, “Rəqqasə”, “Dərviş” 
portretləri xüsusilə seçilir.
O, İrəvan sərdarı Hüseynqulu xanın 
məşhur sarayının divar rəsmlərini bərpa 
etmək dəvəti almış, burada rəssam sa-
rayın otaqlarını, xüsusən güzgülü zalın 
divarlarını  bəzəyən köhnə dekorativ 
pannoları  və süjetli kompozisiyaları 
yenidən bərpa etmişdir. Eyni zaman-
da bir neçə tarixi şəxsiyyətlərin portret 
təsvirlərini çəkmişdir. Həmin  əsərlər ara-
sında tamaşaçıların və mütəxəssislərin 
diqqətini  ən çox Fətəli  şah Qacar, 
şahzadə Abbas Mirzə, sonuncu İrəvan 
xanı Hüseynqulu xanın portretləri cəlb 
etmişdir. Təəssüf ki, Azərbaycan bədii 
sənətinin yüksək səviyyəsini, həmçinin 
irəvanlı azərbaycanlılara məxsus oldu-
ğunu sübut edən Sərdar sarayı  məhv 
edilib. Təkcə iki portret (Fətəli şah və 
Abbas Mirzənin) divardan çıxarılaraq 
Tiflisə aparılıb. Hazırda bu əsərlər Gür-
cüstan Dövlət  İncəsənət Muzeyində 
saxlanılır.
Mirzə  Qədim  İrəvaninin yaradıcılı-
ğının  ən məhsuldar dövrü 1860-1870-
ci illərə  təsadüf edib. Rəssamın möv-
cud olan ən qiymətli əsərləri məhz bu 
illərdə yaranıb. Onun “Oturmuş qa-
dın”, “Vəcihulla Mirzə”, “Şah Tələt” 
(hər üçü Gürcüstan Dövlət  İncəsənət 
Muzeyində saxlanılır), “Molla”, “Gənc 
qadın”, “Fətəli  şah”, “Abbas Mirzə”, 
“Naməlum qadın” (Azərbaycan Milli 
İncəsənət Muzeyi) və s. başqa portretlər 
rəssamın bu dövrdəki yaradıcılıq uğur-
larını əks etdirir.
O, xalq sənətini dərindən bilən, 
əsərlərində bu tükənməz sərvətin gözəl 
ənənələrindən bacarıqla istifadə edən 
mahir ornamentalist rəssam olub. 
Əsərlərində - döşəməyə salınmış xalça, 
mürəkkəb naxışlı şəbəkə, adamların ge-
yimi və ev əşyasının üzərində çəkdiyi 
müxtəlif  biçimli ornament bəzəkləri 
bunu bir daha sübut edir. O, təsviri 
incəsənətdə yeni bir dövrün əsasını 
qoymuşdur. 
Mirzə  Qədim  İrəvani ömrünün və 
yaradıcılığının  ən coşqun çağlarında, 
1875-ci ildə İrəvan şəhərində vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Əfəndi, R. Mirzə Qədim 
İrəvani //Əfəndi R. 
Azərbaycan incəsənəti.- 
Bakı, 2007.- S.114-116.
Fərəcov, S. Təsviri 
incəsənətimizin 
ilk realist rəssamı               
/S.Fərəcov                      
//Mədəniyyət.- 2012.- 1 
iyun.- S.15.
Görkəmli Azərbaycan 
rəssamı Mirzə Qədim 
İrəvani: Gənc rəssamın 
yeni fərqli üslubu...         
//Azadlıq .-2012.- 11 
oktyabr.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.jurnal.meclis.gov.
az
www.iravan.info
Rəssam


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə