Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə162/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   158   159   160   161   162   163   164   165   ...   173

358
Teatr.Kino 
135 
illiyi
2015
Əhməd Haşım oğlu Məlikov 
(Qəmərlinski) 1880-ci ildə Bakı 
şəhərində anadan olmuşdur.  İçə-
rişəhərdə boya-başa çatan Əhməd 
Sultanməcid Qənizadənin məktəbində 
təhsil almışdır.
Səhnəyə ilk dəfə 1906-cı ildə Bala-
xanıda həvəskar aktyorların hazırladı-
ğı “Adı var, özü yox” (N.B.Vəzirov) 
tamaşasında çıxıb. Sonralar “Nicat” 
Cəmiyyətinin nəzdindəki teatr truppası-
nın aktyoru olmuşdur.
Səhnədə tanınmış aktyorlar Sidqi Ru-
hullanın, Hüseyn Ərəblinskinin oyununu 
gördükdən sonra Əhməd Qəmərlinski 
dərk etmişdir ki, o, yalnız aktyor ola 
bilər. Çünki onun fitri istedadı və sənətə 
olan tükənməz məhəbbəti var idi.
1908-ci ildən etibarən  Əhməd 
Qəmərlinski azərbaycanlı aktyorlarla 
birlikdə Azərbaycanın bir sıra kənd və 
rayonlarını  gəzmiş,  ən ucqar guşələrdə 
aktyor dostları ilə birlikdə  çıxışlar et-
miş, Azərbaycan, eyni zamanda dün-
ya dramaturgiyasının  ən tanınmış 
əsərlərində müxtəlif obrazlar yaratmış-
dır. Onun teatr məktəbi bax, beləcə ya-
ranıb.  Məsələn, Nadir şah faciəsində 
Ədhəm xan, “Otello” tamaşasında se-
nator Brabansion obrazlarını yaradıb. 
Əhməd Qəmərlinskini bir aktyor kimi 
şöhrətləndirən onun Ə. Haqverdiye-
vin “Pəri-cadu” tamaşasındakı  şeytan 
obrazı olmuşdur. Bu tamaşadan sonra 
aktyorların, o cümlədən tamaşaçıların 
Əhməd Qəmərlinskiyə olan münasibəti 
dəyişmişdir. Onun özünə  məxsus ifa 
tərzi, nitq mədəniyyəti diqqəti cəlb et-
mişdir. “Qəmərlinski” ləqəbini ona 
Hüseyn  Ərəblinski vermişdir. Qəmərli 
kəndindən qastroldan qayıdarkən dostu-
na Qəmərlinski təxəllüsünü təklif etmiş 
və  Əhməd həyatının sonunadək bu so-
yadı daşımışdır.
O, həmçinin yazıçılıqla da məşğul ol-
muş, tarixi və müasir mövzuda yazdığı 
12 əsərinin demək olar ki, hamısı 1910-
1920-ci illərdə H. Ərəblinski, S. Ruhulla 
və başqa görkəmli sənətkarlar tərəfindən 
tamaşaya qoyulmuşdur. Bunlardan “Ca-
vanlar”, “Tufan Kərbəla”, “Rüstəm və 
Söhrab”, “Məkri-zənən”, 1920-1945-
ci illərdə yazılmış “Eşq-məhəbbət”, 
“Məktəb vodevili”, “Ziyarət nəticəsi”, 
“Maymaq” və s. kiçik həcmli pyeslərdə 
Ə. Qəmərlinski ictimai həyatda baş verən 
mühüm problemlərə toxunmuşdur. Onun 
köhnəliyi, fanatizmi ifşa edən acı satira-
sı qaraguruhçu adamları  qəzəbləndirir 
və onlar müəllifə qarşı kəskin hücumlar 
edirdilər.  Əhməd Qəmərlinskinin yaz-
dığı kiçik həcmli  əsərlər bu gün də öz 
əhəmiyyətini itirməyib.
Ə.Qəmərlinski Azərbaycanda yeni 
yaranmaqda olan kino sahəsinə də ma-
raq göstərmiş, “Almaz”, “Səbuhi” və 
“İsmət” filmlərində bir sıra epizodik rol-
lara çəkilmişdir.
1940-cı ildə “Əməkdar incəsənət xa-
dimi” fəxri adına layiq görülmüşdür.
Əhməd Qəmərlinski 1952-ci il mar-
tayının 9-da, Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Qəmərlinski                     
//Azərbaycan Sovet  
Ensiklopediyası: on 
cilddə.-Bakı, 1979.- 
C.III.- S.136.
Qəmərlinski Əhməd 
Haşım oğlu Məlikov 
//Azərbaycan Xalq 
Cümhuriyyəti Ensiklo-
pediyası: 2 cilddə.-Bakı, 
2005.- C.II.- S.148.
Rəhimli, İ. Azərbaycan 
Dövlət Akademik Milli 
Dram Teatrı Teatrın 
1873-2012-ci illər 
arasındakı yaradıcılıq 
yolunun salnaməsi: 3 
cilddə /İlham Rəhimli; 
Azərb. Resp. Mədəniyyət 
və Turizm Nazirliyi; 
[red. A.Quliyeva].-Bakı: 
Təhsil, 2013.- C.I.- 574s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.mct.gov.az
Aktyor
Əhməd Qəmərlinski    
1880-1952


359
1220
illiyi
Babək   
795/798-838       
2015
Babək Xürrəmi (Babək  əl-Xürrəmi) 
təqribən 795-ci ildə, (başqa məlumata görə 
798) Ərdəbil şəhəri (Cənubi Azərbaycan) 
yaxınlığındakı Bilalabad kəndində do-
ğulmuşdur. Bəzi tarixi mənbələrə görə, 
əsl adı Həsən olmuş, xürrəmilərə qoşul-
duqdan sonra isə atəşpərəstlik təlimində 
ən hörmətli adlardan olan “Babək” adını 
götürmüşdür.
Cəsarəti, vətənpərvərliyi ilə xürrəmi-
lərin başçısı Cavidan ibn Səhli cəlb etmiş 
Babək onun köməkçisi olmuş, Cavidan 
həlak olduqdan sonra xürrəmilərin baş-
çısı seçilmişdir. Xürrəmilərin mərkəzi 
Ərdəbildən 145 km şimal-qərbdə 
Bəzzeyn dağında qurulmuş  Bəzz  şəhər-
qalası olmuşdur.
Tanınmış  ərəb sərkərdələri Babəkə 
qarşı müharibələrdə ağır məğlubiyyətlərə 
düçar olmuş,  ərəb ordusunun 6 məşhur 
sərkərdəsi Babək tərəfindən məhv edil-
mişdir.
Babək ərəb ordusunun Azərbaycandan 
çıxarılmasına nail olmaq məqsədilə 834 
- 836-cı illərdə Bizans imperatoru Fefilə 
xiləfətə qarşı hərbi siyasi ittifaq bağlamaq 
təklifi göndərir. Babəkin  ərəblərə qarşı 
Bizans  İmperiyası ilə  əvvəllər də  hərbi 
siyasi müqavilələr bağlaması məlumdur. 
837-ci ildə imperator ərəblərə qarşı qo-
şun göndərsə  də, bu Azərbaycanda 
mübarizənin gedişatına əhəmiyyətli təsir 
göstərməmişdir. Xürrəmilərin getdikcə 
güclənməsindən qorxuya düşən xəlifə 
Mütəsim Bizans İmperisyası ilə sülh 
bağlamaq məcburiyyəti qarşısında qa-
lır və xilafətin bütün hərbi qüvvələrini 
xürrəmilərə qarşı yönəldir. Xürrəmilərin 
şiddətli müqavimətinə baxmayaraq, 837-
ci ilin yayında ərəblər Bəzzə tam yaxınla-
şır və onu mühasirəyə alırlar. Xürrəmilər 
inadla vuruşur, lakin qüvvələr nisbəti 
bərabər olmadığı üçün 837-ci il avqustun 
27-də Bəzz qalası süquta uğradılır. Babək 
xırda dəstə ilə Arrana doğru hərəkət 
etməyə başlayır. Lakin əvvəllər onun 
müttəfiqi olmuş, artıq  ərəblərin tərəfinə 
keçmiş alban knyazı, erməni  əsilli Səhl 
ibn Sumbat tərəfindən xəyanətkarcasına 
tutulub  ərəblərə verilən Babək və onun 
qardaşı  Əbdallah xilafətin mərkəzi 
şəhəri və iqamətgahı sayılan Samirəyə 
aparılır. 838-ci il martın 14-də xəlifə əl-
Mötəsimin iştirakı ilə Babək və onun 
qardaşı  əzabla edam olunurlar. Xəlifə 
Mütəsim Babəki xüsusi işgəncə ilə edam 
etdirir. Buna baxmayaraq, Babəkin başçı-
lığı altında Azərbaycan xalqının ərəb is-
tilasına qarşı apardığı azadlıq mücadiləsi 
xilafəti zəiflədir və onun parçalanmasını 
sürətləndirir.
Xürrəmilərin Babəkin başçılığı ilə 
apardıqları xalq-azadlıq müharibəsi 
Azərbaycan tarixinin ən 
şanlı 
səhifələrindəndir.  İrimiqyaslı  və qanlı 
müharibədə o zaman dünyanın  ən güc-
lü dövlətlərindən olan Ərəb xilafətinə 
20 il müqavimət göstərmiş xürrəmilər 
təxmini hesablamalara görə düşmənin 
200 mindən artıq döyüşçüsünü və on-
larca sərkərdəsini məhv etmişdir. 
Müharibə  məğlubiyyətlə  nəticələnsə  də, 
Azərbaycanın azad edilməsi üçün zəmin 
yaranmışdır. Müharibə zəncirvari reaksi-
ya əsasında digər regionlarda da üsyanlar 
doğurmuş və son nəticədə Ərəb xilafətinin 
parçalanmasına səbəb olmuşdur.
Babəkin adı isə Azərbaycan xalqının 
istiqlaliyyət uğrunda mübarizə  rəmzinə 
çevrilmişdir.
Ə d ə b i y y a t
Bayramlı, C. Babək və 
Hürrəmilik (yalanlar və 
gerçəklər) /C.Bayramlı; 
elmi red. V.Zifəroğlu.- 
Bakı: Kitab aləmi
2011.- 451 s.
Babək, Babək əl-
xürrəmi (795/798)        
//Azərbaycan Milli 
Eiklopediyası.-Bakı, 
2010.- C.2.- S.589-590. 
Əhmədov, S. Babək 
 
//Əhmədov S. 
Azərbaycan tarixindən 
yüz şəxsiyyət.- Bakı, 
2006.- S.18-20.
İ n t e r n e t d ə
www.anl.az
www.azeri.tarix.az
www.az.wikipedia.org
 
Sərkərdə
Siyasət.Hüquq.Hərbi iş


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə