Teqvim-2015. pdf


Siyasət.Hüquq.Hərbi iş 140



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə163/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   159   160   161   162   163   164   165   166   ...   173

360
Siyasət.Hüquq.Hərbi iş
140
 illiyi
Həsən bəy Ağayev       
1875-1920             
2015
Həsən bəy Məşədi Hüseyn bəy oğlu 
Ağayev 1875-ci ildə  Gəncədə anadan 
olmuşdur. Gəncə klassik gimnaziya-
sında təhsilini başa vurduqdan sonra 
1901-ci ildə Hacı Zeynalabdin Tağıye-
vin xeyriyyəçiliyilə Moskva Universi-
tetinin tibb fakültəsində oxuyaraq oranı 
bitirmişdir. Vətənə qayıdaraq həkimlik 
etmişdir. Rusiya Sosial Demokrat Fəhlə 
Partiyasının müsəlmanlardan təşkil olu-
nan “Hümmət” qrupunun tapşırığı ilə 
Həsən bəy “Silk, sinif, firqə” kitabçasını 
Azərbaycan türkcəsinə çevirərək 1906-
cı ildə Tiflisdəki “Qeyrət” mətbəəsində 
çap etdirmişdir. Lakin kitabçanın nəşri 
hökumət dairələri tərəfindən heç də 
yaxşı qarşılanmamışdı.
Təqib və  təzyiqlərin gündən-günə 
artdığını görən Həsən bəy 1906-1907-
ci illərdə Güney Azərbaycanda yaşa-
mağa məcbur olmuşdur. H.B.Ağayevin 
İrana mühacirət etməsi və bir müddət 
orada yaşaması  Məşrutəçilərə kömək 
məqsədi daşıyıb.  1907-ci ildə Bakıda 
keçirilən Qafqaz müsəlman müəllimləri 
qurultayı mərkəzi komitəsinin sədri se-
çilmişdir. “Difai” təşkilatının üzvü ol-
muşdur.
1914-cü ilin sonlarında o, Xuda-
dat bəy Rəfibəyli ilə birlikdə Gəncədə 
ilk səhiyyə  cəmiyyətini yaratmış-
dır.  Əslində, bu ictimai təşkilatlar 
gələcəkdə yaradılacaq siyasi partiyalar 
üçün zəmin hazırlamaq məqsədi daşı-
yıb.
Gəncədə, Nəsib bəy Yusifbəylinin 
rəhbərliyi altında Azərbaycan tarixində 
ilk dəfə olaraq Avropa mədəni 
dəyərlərinə istinad məramlı bir par-
tiyanın - “Türk Ədəmi-mərkəziyyət 
firqəsi”nin  əsasını qoymuşdur (1917). 
Bu partiya Müsavatla birləşəndən son-
ra onun Mərkəzi Komitəsinin üzvü se-
çilmişdir.
1918-ci il may ayının 28-də Tiflisdə 
Azərbaycan Milli Şurasının iclasında 
Azərbaycanın  İstiqlal Bəyannaməsi 
qəbul edilərkən Həsən bəy Ağayev 
Milli  Şuranın sədri Məhəmməd  Əmin 
Rəsulzadənin müavini olmuş və bu ta-
rixi hadisədə birbaşa iştirak etmişdir. 
Azərbaycanın müstəqilliyi haqqında 
İstiqlal bəyannaməsini ilk olaraq Həsən 
bəy Ağayev imzalamışdır.
Dekabrda Parlament sədrinin müa-
vini seçilmiş, sədr Əlimərdan bəy Top-
çubaşov Bakıda olmadığına görə  2 fev-
ral 1920-ci ilədək sədr vəzifəsini icra 
etmişdir. Onun rəhbərliyi, təşəbbüsü və 
fəal iştirakı ilə parlament müstəqilliyi 
və  ərazi toxunulmazlığını qorumaq, 
milli və siyasi hüquqları müdafiə etmək, 
qonşu ölkələrlə dostluq əlaqələri yarat-
maq, bu əlaqələri möhkəmləndirmək, 
hüquqi-demokratik dövlət quruluşunu 
bərqərar etmək, ölkəni müdafiə edə 
biləcək güclü ordu yaratmaq, geniş so-
sial islahatlar həyata keçirmək haqqın-
da bir sıra qərarlar qəbul edilib.
1920-ci il aprel ayının 17-də par-
lamentin son iclası keçirilib və 
bolşeviklər Azərbaycanı  işğal edərək 
onun vətənpərvər oğullarına divan tu-
tublar. AXC-nin rəhbər işçilərinin bir 
çoxunu da Gürcüstana getməyə məcbur 
ediblər. Gürcüstana gedənlər sırasında 
Azərbaycan parlamentinə rəhbərlik et-
miş Həsən bəy Ağayev, Baş nazir Fətəli 
xan Xoyski və başqaları da vardı. 
Tiflisə mühacirət edən Həsən 
bəy Ağayevi və  Fətəli xan Xoyski-
ni Tiflisdə muzdlu erməni terrorçusu 
qətlə yetirmiş, 1920-ci il iyul ayının 
19-da onun cənazəsi Tiflisin müsəlman 
qəbiristanlığında torpağa tapşırılmış-
dır.
Ə d ə b i y y a t
Ağayev Həsən bəy 
Məşədi Hüseyn bəy 
oğlu //Azərbaycan 
Xalq Cümhuriyyəti 
Ensiklopediyası:2 cilddə.- 
Bakı, 2004.- C.I.- S.104-105.
Ağayev Həsən bəy 
Məşədi Hüseyn bəy oğlu                   
//Azərbaycan  Milli  Ensiklo-
pediyası.- Bakı, 2009.- C.I.-
S.170.
Həsən bəy Ağayev                 
//Azərbaycan Demokratik 
Respublikası: Azərbaycan 
hökuməti: (1918–1920).- 
Bakı, 1990.- 96 s.
Vətən naminə çalışmaq, 
əqidə naminə ölmək... O, 
bu həyat prinsipini seçən 
insanlardan idi //Azadlıq.-
2012.- 17 mart.- S. 14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.genceinformasiya.com
www.muallim.edu.az
www.preslib.az
İctimai-siyasi xadim


361
Fəlsəfə.İqtisadiyyat
605
 illiyi
Seyid Yəhya Cəlaləddin Bakuvi
1410-1462        
2015
Seyid Yəhya Cəlaləddin Bakuvi 1410-
cu ildə Şamaxıda anadan olmuşdur.  Tam 
adı, əs-Seyid Cəmaləddin Yəhya ibn əs-
Seyid Bəhaəddin  əş-Şirvani  əş-Şamaxi 
əl-Bakuvidir. Daha çox “Şirvani” və 
“Bakuvi” nisbəsi ilə  məşhur olmuşdur. 
Şirvani nisbəsi vətəninin  Şirvan olması 
səbəbilədir. Bakuvi deyilməsinin səbəbi 
isə həyatının ən uzun və ən səmərəli döv-
rünü Bakıda yaşamış olmasındandır. 
Yəhya  Şirvaninin doğum tarixi haq-
qındakı  məlumatların azlığı, həmçinin 
onun uşaqlığının da necə keçdiyini 
müəyyənləşdirməyi çətinləşdirir. Seyid 
nəslindən olub, soyu Hz.Peyğəmbərə 
(s.ə.s) qədər gedib çıxır. Yəhya  Şirvani 
İmam Museyi-Kazımın nəvələrindəndir. 
Xəlvətiyyə təriqətinin inkişaf etməsində 
göstərdiyi böyük xidmətə görə ona 
təriqətin “piri-sani”si (ikinci piri) ləqəbi 
verilmişdir. İkinci ləqəbi isə mənbələrdə 
II Pir Seyyidul-Taifətil-Xəlvətiyyə 
əş-Şeyx Seyid Cəlaləddin Yəhya ibn 
əs-Seyid Bəhaəddin  əş-Şirvani  əl-
Bakuvidir.
O,  Şirvanşahlar dövlətinin mərkəzi 
olan  Şamaxıda, sonra da Bakıda  Şah 
Xəlilullahın sarayında yaşamışdır. О, Ba-
kıya gəldikdən sоnra burada I Xəlilullah 
xanın da yardımı ilə  xəlvətiliyin ilk 
böyük xanəgahını açmışdı. Bakıdakı 
xanəgahın inşasında I Xəlilullah xa-
nın yardımçı  оlmasını Seyid Yəhyanın 
qəbrinin  ətrafında  Şirvanşah tərəfindən 
inşa edilən məscid, türbə və digər bina-
lardan anlamaq mümkündür. I Xəlilullah 
xan ilə aralarındakı yaxşı münasibəti 
göstərən  əlamətlərdən biri də Seyid 
Yəhyanın “əşfül-qülub” adlı əsərini Şir-
vanşaha ithaf etməsidir. Onun Bakıda 
qurduğu ilahiyyat-fəlsəfə  məktəbinin 
Bərdədə, Təbrizdə  və digər bölgələrdə 
şöbələri vardı. Azərbaycanın böyük ma-
arifçisi Abbasqulu Ağa Bakıxanov onun 
haqqında belə deyirdi: “Seyid Yəhya Ba-
kuvi VIII əsrdə (hicri) bu diyarın böyük 
din müəllimi idi. Onun adı bir çox gizli 
elmlərdə  məşhurdur.” (Sara Aşurbəyli, 
Şirvanşahlar Dövləti.- Bakı: Azərnəşr, 
1997.- S.408.) 
Yəhya  Şirvaninin doğumu kimi, 
ölümü haqqındakı  məlumatlar da 
ziddiyyətlidir. Bəzi Osmanlı müəllifləri 
onun ölüm tarixinin 1457, bəziləri də 
1463 olduğunu qeyd etmişlər. Qəbri Ba-
kıda, İçərişəhərdədir.
Seyid Yəhya Cəlaləddin Bakuvi 
orta  əsr Azərbaycan alimi, mütəfəkkiri, 
filosof-ilahiyyatçı, astroloqdur. Se-
yid Yəhya Bakuvinin Azərbaycan, 
fars və  ərəb dillərində yazdığı 18 
əsəri zəmanəmizədək gəlib çıxmış-
dır. Həmin  əsərlər Türkiyənin  İstanbul 
(“Muradiyyə” kitabxanası), Konya, Ma-
nisa şəhərlərində saxlanılır.
Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin 
təşəbbüsü ilə Seyid Yəhya  Şirvaninin 
həyat və yaradıcılığına həsr edilmiş 
“Xəzərin piri Seyid Yəhya Şirvani” adlı 
film çəkilir. 
UNESCO-nun Baş Konfransının 36-
cı sessiyasında islamda xəlvətilik sufi 
məktəbinin qurucularından sayılan Se-
yid Yəhya Bakuvinin vəfatının 550-ci 
ildönümü münasibətilə 2013-cü il Seyid 
Yəhya Şirvani ili elan edilmiş və ildönü-
münün dünya səviyyəsində qeyd edilməsi 
haqqında qərar qəbul edilmişdir.
Ə d ə b i y y a t
Şəfa əl Əsrar: sufiliyin 
sirləri adlı əsəri /S.Y.Əş-
Şirvani Əl Bakuvi;  
elmi red. Z.Quluzadə, 
A.Musayeva; azərb. 
dilinə uyğ. N.Abuzərov, 
A.Sultan, Ə.Fərhadov, 
D.Əhmədov.- Bakı: Elm, 
2010.- 407 s. 
Seyid Yəhya Şirvani 
mövzusunda seminar     
//Mədəniyyət.- 2013.-  
10 aprel.- S.12.
Zərbəliyev, C. Seyid 
Yəhya Bakuviyə həsr 
olunmuş konfrans 
Livan mətbuatında 
/C.Zərbəliyev                
//Mədəniyyət.- 2013.-    
9 oktyabr.- S.11. 
İ n t e r n e t d ə
www.anl.az
www.anl.az
www.azerislam.com
www.miras.az
www.seyidyahyashir-
vani.az
Filosof


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə