Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə166/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   162   163   164   165   166   167   168   169   ...   173

ifadələrdən məharətlə istifadə olunmuşdur. “Kitabi-
Dədə Qorqud” Azərbaycan türkcəsinin tarixini 
öyrənmək baxımından zəngin mənbədir.
Müasir dövrdə “Kitabi-Dədə Qorqud” dastanının 
öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümum-
milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli 
lider Heydər  Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-
Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi 
ilə  əlaqədar Fərman imzalamışdır. Bu fərmandan 
sonra görülən bir sıra dövlət tədbirləri, yubiley ha-
zırlıqları sistemə salındı  və “Dədə Qorqud kitabı”nın 
öyrənilməsində bir canlanma yaratdı. Ulu öndər rəsmi 
sənədlərdə, yığıncaqlardakı çıxışlarında, habelə verdiyi 
müsahibələrində dönə-dönə Dədə Qorqud mövzularına 
qayıdaraq, dastanın tarixi, mədəni dəyərindən danış-
mış, onu ədəbiyyatımızın ən dəyərli abidələrindən biri 
kimi qiymətləndirmişdir. 1300 illik yubiley üzrə Dövlət 
Komissiyasının iclaslarında H.Əliyev alimlər, yaradıcı 
ziyalılar, eləcə də dövlət qurumları qarşısında məsələlər 
qaldırmış, yeni elmi, bədii, təsviri sənət əsərləri yaradıl-
masını tövsiyə etmiş, kino, televiziya, radio və mətbuat 
işçiləri üçün perspektiv tapşırıqlar vermiş, Dədə Qor-
qud dastanı ilə bağlı park kompleksinin hazırlanması-
nı gündəliyə gətirmişdi. Ulu öndər bu məsələni xüsusi 
vurğulayırdı ki, dastanın öyrənilməsi yubileylə dayan-
mayıb, fasiləsiz davam etsin. 
“Dədə Qorqud” dastanının 1300 illik tarixi-
nin o dastanın öz mətnindən çıxan məntiqi vardır. 
1300 il “Peyğəmbərimizin zamanına yaxın - “Rəsul-
əleyhissəlam dövrünə yaxın Bayat boyundan Qorqud 
Ata deyilən bir ər qopdu” cümləsindən çıxmışdı. Ulu 
öndər bu cümlənin məntiqindən çıxış edərək bu yaşı 
müəyyən etmişdi. Onun ən böyük arzusu həm də o idi 
ki, biz bu dastanın əlyazmasının dünyaya təqdimedilmə 
tarixini unutmamalıyıq və o tarixi gözləməliyik. Bu, 
1815-ci ildir. Böyük alman filoloqu Fridrix fon Dits 
ilk dəfə olaraq dünyaya “Dədə Qorqud” dastanının 
əlyazmasının bir hekayətini tərcümə edərək təqdim 
etdi. Gözəl, rəğbət dolu, məhəbbət dolu bir “Ön söz”lə 
təqdim etdi. Bu dastanı qədim, dünyaya yaxşı tanış olan 
yunan mifləri ilə müqayisə etdi. 1815-ci il və 2015-ci 
il. 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un dünya elm 
aləminə tanıdılmasının 200 illiyi tamam olur. 200 il 
kifayət qədər yuvarlaq rəqəmdir ki, bu yenə  də dün-
yanın mədəni mərkəzlərindən biri olan Azərbaycanın 
filoloji, mədəni bir bayramına çeviriləcək.  İndi bü-
tün qorqudşünaslar,  filoloqlar xarici ölkələrdən də bu 
rəqəmin  ətrafına yığışıb “Dədə Qorqud”u və dünya 
mədəniyyətinin bir çox nümunələrini tədqiq etməyə, 
qeyd etməyə hazırlaşırlar. 
2000-ci ildə Bakıda dastanın 1300 illik yubileyi 
təntənəli şəkildə keçirilmişdir. Bütün türkdilli ölkələrin 
dövlət başçılarının, UNESCO-nun baş direktorunun iş-
tirakı ilə böyük təntənəli mərasim keçirilmişdir. “Dədə 
Qorqud” ensiklopediyası nəşr olunmuşdur. Ümummilli 
lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmana 
əsasən Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və 
“Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksi-
nin yaradılması  qərara alınmışdır. Bu tarixi abidənin 
qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin 
nəticəsidir ki, Prezident İlham  Əliyev 2004-cü ildə 
Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında 
iştirak etmişdir. Dövlətimizin başçısının 2007-ci ildə im-
zaladığı “Azərbaycandakı monumental heykəltəraşlıq 
abidələri, xatirə-memorial və memarlıq kompleksləri 
haqqında” Sərəncama əsasən, Dədə Qorqud heykəli və 
“Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksi-
nin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi 
haqqında tapşırıq verilmişdir. Geniş tikinti və abad-
lıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 
hektar ərazidə Dədə Qorqud parkı salınmışdır. Parkın 
mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılmış-
dır.
Ötən dövr ərzində abidənin tədqiqi istiqamətində 
çoxsaylı elmi araşdırmalar aparılmış, eposu təşkil edən 
boyların süjet və motivləri  əsasında  ədəbi  əsərlər ya-
zılmış, təsviri sənət nümunələri meydana gətirilmişdir. 
Hələ 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, 
Azərbaycanda tanınmış  sənət xadimlərinin iştirakı 
ilə “Dədə Qorqud” boylarına həsr olunan ikiseriya-
lı  bədii  film çəkilmişdir. Ondan sonra, müstəqillik 
dövründə - 1993-2003-cü illərdə artıq bu dastanı dünya 
ictimaiyyətinə çatdırmaq üçün çox böyük işlər görül-
müşdür. “Dədə Qorqud” dastanlarının azərbaycançılıq 
məfkurəsi baxımından müstəsna  əhəmiyyətini, gənc 
nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında 
əvəzsiz rolunu nəzərə alaraq Azərbaycan Respublika-
sı Prezidenti 28 dekabr 2013-cü ildə “Dədə Qorqud” 
dastanları əsasında çoxseriyalı bədii televiziya filminin 
çəkilməsi haqqında Sərəncamı vermişdir. 
Bütün bunlar bir daha onu göstərir ki, Dədə Qorqud 
Azərbaycan xalqının qəlbində daim yaşayırdı, yaşayır 
və yaşayacaqdır. “Kitabi-Dədə Qorqud” dastanı, eyni 
zamanda, bütün Türk dünyasını daha da sıx birləşdirir. 


367
Tarixdə bu gün
595 
illiyi
Şirvanşahlar sarayı   
1420-1460
2015
İçərişəhərdə orta əsr memarlığı-
nın  şah  əsərlərindən biri olan Şirvan 
hakimlərinin iqamətgahı - “Şirvanşahlar 
Saray Ansamblı” bu günə qədər öz tarixi-
memarlıq üstünlüyünü saxlamaqdadır. 
Şamaxıda baş verən zəlzələdən sonra 
paytaxt Bakıya köçürüldükdə, şəhərin ən 
yüksək nöqtəsində  Şirvanşahlar Sarayı 
ucaldılır. Sarayın ansamblı 9 tikilidən: 
Saray binasından, Divanxanadan, Dərviş 
türbəsindən,  Şərq darvazasından (por-
tal), saray məscidindən, Key-Qubad 
məscidindən, saray türbəsindən, hamam 
və ovdandan ibarətdir.
Kompleks binalarının biri digərindən 
5,6 metr hündürlükdə yerləşən 3 həyətdən 
ibarətdir. Sarayın yerləşdiyi  ərazi 
mürəkkəb relyefli olduğu üçün, saray 
vahid memarlıq planına malik deyildir. 
Lakin ən müxtəlif nöqtələrdən baxarkən 
onların saray ansamblının tərkib hissələri 
olduğu aydın görünür.
Kompleksin bütün tikintiləri  əhəng 
daşı olan yerli bədamdam daşından inşa 
olunmuşdur. Kompleksin bütün tikililəri 
arasında ən çox dağılmaya məruz qalan 
saray binası olmuşdur.
1500-cü ildə Şirvanşahlarla Səfəvilər 
arasındakı döyüş zamanı  Fərrux Yassar 
öldürüldükdən sonra saray talan olun-
muşdur.  Şirvanşahlardan sonra sarayda 
kimlərin yaşadığı məlum deyil.
1723-cü ildə I Pyotr qoşunlarının 
Bakıya top atəşi açması zamanı sa-
ray məscidinin  şimal-şərq fasadı ziyan 
çəkmişdir.
Saray binası - Saray ikimərtəbəli 
düzgün olmayan düzbucaqlı formaya 
malik bir binadır. Sarayı yaxşı  işıqlan-
dırmaq üçün binanın cənubi-şərq bu-
cağı girintili-çıxıntılı hazırlanmışdır. 
İlk vaxtlar sarayda 52 otaq varmış, on-
lardan 27-si I, 25-ci isə II mərtəbədə 
yerləşirmiş. Otaqlar simmetrik şəkildədir. 
II mərtəbədə tağ tavanla örtülmüş  Şa-
hın özü və ailəsinin otaqları yerləşir. II 
mərtəbənin pəncərələri Bakı buxtası-
nın gözəl mənzərəsinə açılır. Onları daş 
şəbəkələr daha da gözəlləşdirir. Girişdə 
XV əsr Azərbaycan memarlığının bütün 
elementlərini özündə cəmləşdirən və heç 
bir bəzək elementi olmayan əzəmətli 
portal diqqəti cəlb edir. Girişin sağ və sol 
tərəfində dərin divar oyuğu vardır.
Divanxana kompleksi yuxarı həyətdə 
yerləşir və onun şimal tərəfi ilə bir tini 
yaşayış binasına bitişmişdir. Divanxa-
na 8 guşəli rotondadan ibarət olub, 12 
tərəfli günbəzlə tamamlanır. O, 8 guşəli 
zaldan açıq eyvanla birləşir. Tağların 
xarici hissəsində azadlıq rəmzi olan 
göyərçin  şəkilli daş  və 2 ədəd su axarı 
üçün daş növ vardır. Belə bir ehtimalı da 
təkzib etmək olmaz ki, Şirvanşah Fərrux 
Yasər Divanxana kompleksini özü üçün 
məqbərə olaraq tikdirmişdir. Lakin tikin-
ti işləri başa çatmamış, yarımçıq qalmış-
dır. Divanxana gözəlliyinə və incəliyinə 
görə nəinki Azərbaycanın, həm də Yaxın 
Şərqin uyğun memarlıq abidələrənin şah 
əsəri sayılır.
Dərviş türbəsi - Xalq arasında “Dərviş 
Ə d ə b i y y a t
Mirzəliyev, C. “Bakı 
üzüyü”nün qaşında 
gövhər, dünyanın 
incisi - İçərişəhər 
/C.Mirzəliyev; elmi 
red. C.Qiyasi.-Bаkı: 
Azərbaycan,2005.-    
128 s. 
Cabbarov, M. “Şirvan-
şahlar sarayına gələnlər 
şah sarayının ab-
havasını hiss edəcək” 
/M.Cabbarov //Palitra.- 
2012.- 24 fevral.- S.15.
İsayeva, R. Şirvanşah-
lar sarayı - Bakının 
möhtəşəm memarlıq 
nümunəsi /R.İsayeva     
//Mədəniyyət.- 2012.- 18 
aprel.- S.15.
Rzayeva, R. Şirvan-
şahlar Sarayı - dünya 
əhəmiyyətli memarlıq 
incisi /R.Rzayeva //Yeni 
Azərbaycan.- 2010.- 12 
iyun.- S.11.
Тагиев, И. Дворец 
Ширваншахов или 
Ханака С.Я.Бакуви 
/И.Тагиев.- Баку: Çaşı-
oğlu, 2003.- 96 с.  
İ n t e r n e t d ə
www.anl.az
az.wikipedia.org
www.icherisheher.gov.az
www.avciya.az


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə