Teqvim-2015. pdf


Kimya.Biologiya.Tibb 110



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə152/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   148   149   150   151   152   153   154   155   ...   173

336
Kimya.Biologiya.Tibb
110 
illiyi
Yusuf Məmmədəliyev
1905-1961 
DEKABR
Yusuf Heydər oğlu Məmmədəliyev 
1905-ci il dekabr ayının 31-də Ordubad 
şəhərində anadan olmuşdur. 1918-ci ildə 
erməni daşnakların vəhşi hücumundan 
yaxa qurtarmaq üçün onun ailəsi Təbriz 
şəhərinə köçmüş  və orada yeddiillik 
Ruşdiyə  məktəbində  təhsilini davam 
etdirmişdir. 1920-ci ildə Ordubada qa-
yıtmış və 1923-cü ilə qədər müəllimlik 
edərək savadsızlığın ləğvində fəal işti-
rak etmiş və ilk qızlar məktəbini açmış-
dır.
 1923-cü ildə Azərbaycan Pedaqo-
ji Universitetinin hazırlıq fakültəsində 
oxumuş  və 1924-1926-cı illərdə orada 
təbiət elmləri fakültəsində ali təhsil al-
mışdır. 1924-cü ildə Azərbaycan ziyalı-
larının I qurultayında məruzə etmişdir. 
Elə  həmin il təyinatla Gəncə  şəhərinə 
göndərilmiş  və orada iki il müəllim 
işləmişdir.
1929-1931-ci illərdə Moskva 
Dövlət Universitetinin (MDU) kimya 
fakültəsində təhsil almışdır.
1933-1945-ci illərdə Azərbaycan 
Elmi Tədqiqat Neft Emalı İnstitutunda 
kiçik, sonra böyük elmi işçi vəzifələrini 
tutmuş, 1945-ci ildə isə laboratoriya 
müdiri vəzifəsinə seçilmişdir.
O, dünyada ilk dəfə olaraq neft qaz-
larından sintetik kauçukun alınması 
ideyasını irəli sürmüş  və 1933-cü ildə 
“Etil spirtinin neft qazlarından alınma-
sı” adlı ilk elmi əsərini çap etdirmiş-
dir. 1934-cü ildə kauçuk ilə  əlaqədar 
olaraq “Azərbaycanda süni kauçukun 
problemləri” ikinci məqaləsini nəşr et-
dirmiş və bununla da o, respublikamiz-
da sintetik kauçukun yaradılmasının 
mümkünlüyünü əsaslandırmışdır.   
1938-ci ildə M.V.Lomonosov 
adına MDU-nun Elmi Şurası 
Y.H.Məmmədəliyevin təbii və süni neft 
qazlarının kimyəvi emalı sahəsində 
apardığı sistemli tədqiqatları  nəzərə 
alaraq ona müdafiə etmədən “kim-
ya elmləri namizədi” alimlik dərəcəsi 
vermişdir. O, apardığı  tədqiqatları 
ümumiləşdirərək 1942-ci ildə “Aroma-
tik karbohidrogenlərin alkilləşdirilməsi 
və dealkilləşdirilməsi ilə toluolun sin-
tezi” mövzusunda doktorluq disserta-
siyasını müdafiə etmişdir. 1943-cü ildə 
“Neft-kimyası” ixtisası üzrə professor 
elmi rütbəsinə layiq görülmüşdür.
  Onun yüksək keyfiyyətli aviabenzin 
ilə  təmin edən komponent əldə etmək  
sahəsində apardığı  tədqiqatlar dövlət 
tərəfindən yüksək qiymətləndirilmiş, 
1944-cü ildə Lenin ordeni ilə, 1946-cı 
ildə isə Stalin mükafatı ilə mükafatlan-
dırılmışdır.
1945-ci ildə Azərbaycan SSR EA-
nın akademiki, 1958-ci ildə SSRİ EA-
nın müxbir üzvü seçilmişdir. 1947-ci 
ildə Azərbaycan EA-nın prezidenti se-
çilmiş, 1954-1958-ci illərdə BDU-nun 
rektoru olmuşdur. SSRİ Ali Sovetinin 
(V çağırış, 1958 -1961) və Azərbaycan 
SSR Ali Sovetinin (IV çağırış, 1955-
1959) deputatı seçilmişdir. 
Yusuf Məmmədəliyev 1961-ci il de-
kabr ayının 15-də vəfat etmiş və Fəxri 
Xiyabanda dəfn edilmişdir.    
Ə d ə b i y y a t
Azərbaycanda elmin 
inkişafı /Y.Məmmədəliyev; 
[red. Z.Məmmədov].-Bakı: 
Azərnəşr, 1960.-120 s. 
Akademik Yusuf 
Məmmədəliyev: biblioq-
rafiya /Azərbaycan Milli 
Elmlər Akademiyası, Akad. 
Y.Məmmədəliyev adına 
Neft-Kimya Prosesləri 
İnstitutu, Azərbaycan 
Milli Kitabxanası, AMEA 
Mərkəzi Elmi Kitabxana, 
Akad. Y.Məmmədəliyev 
adına Fond; tərt. 
A.Kazımov; elmi məsl. 
S.Məmmədəliyeva; red.: 
K.Tahirov, A.Əliyeva-
Kəngərli.- Bakı: Şərq-
Qərb, 2011.- 275 s. 
Fərəcullayeva, M. Akade-
mik Yusuf Məmmədəliyev 
/M.Fərəcullayeva; red. 
S.Məmmədəliyeva; foto 
R.Bağırov.- Bakı, 2005.-
96 s. 
Hacıyeva, Z. AMEA 
prezidentləri. Şanlı yolun 
mərhələləri /Z.Hacıyeva; 
baş elmi məsl. A.Əlizadə.- 
Bakı: [s.n.], 2014.- 392 s. 
İ n t e r n e t d ə
www.anl.az
www.science.az
31
Akademik


337
Texnika.Mühəndis işi
İsmayıl İbrahimov  
1915
DEKABR
İsmayıl Əli oğlu İbrahimov 1915-
ci il dekabr ayının 31-də Naxçıvan 
MR-in Ordubad şəhərində anadan 
olmuşdur. 
M.Əzizbəyov adına Azərbaycan 
Sənaye İnstitutunu bitirmişdir (indi-
ki Azərbaycan Dövlət Neft Akade-
miyası). 
1968-ci ildə AMEA-nın müx-
bir üzvü, 1980-ci ildə  həqiqi üzvü 
seçilmişdir. 1971-1978-ci illərdə  
Azərbaycan SSR Nazirlər Soveti 
sədrinin birinci müavini vəzifəsində 
işləmişdir. 
İsmayıl
 
İbrahimov 
fasiləsiz 
işləyən texnoloji proseslərin və isteh-
salatların riyazi modelləşdirilməsi və 
optimal idarə edilməsinin metodolo-
ji  əsaslarını yaratmışdır. Neft ema-
lı istehsalatının optimallaşdırılması 
məsələlərini faktiki olaraq reallaşdır-
maqdan ötrü modellərin struktur və 
funksional xüsusiyyətlərini nəzərə 
alan səmərəli hesablama üsulları 
qurmuşdur.
1946-1997-ci illərdə  peda-
qoji fəaliyyətlə  məşğul olmuş, 
Azərbaycan Dövlət Neft Akademi-
yasında baş laborant, baş müəllim, 
dosent,  kafedra müdiri, professor və 
rektor vəzifələrində çalışmışdır.
Alimin yüksəkixtisaslı kadrların 
hazırlanmasında böyük xidmətləri 
olmuşdur. 7-ci (Mexiko, 1967), 9-cu, 
(Tokio, 1975) Ümumdünya Neft 
konqreslərində, 13-cü Ümumdünya 
qaz konqresində (London, 1976), Av-
tomatik  İdarəetmə üzrə Beynəlxalq 
Federasiyanın 5-ci  (Paris, 1972), 
7-ci (Helsinki, 1978 ) konqreslərində 
məruzələrlə  çıxışlar etmişdir. SSRİ 
Ali Sovetinin (8-10-cu çağırış) depu-
tatı olmuşdur. 
İsmayıl
  İbrahimov 
SSRİ Ali və 
Orta  İxtisas Təhsili Nazirliyinin 
neft, qaz və neft-kimya ali təhsili 
üzrə elmi-metodiki şuranın sədri 
vəzifəsində çalışmışdır. 
1979-cu ildə ASE elmi redaksiya 
şurasının üzvü olmuşdur.
 Görkəmli alim “Nəzarət ölçü ci-
hazları” (1952), “Avtomatik tənzim-
ləmə  nəzəriyyəsinin  əsasları  və  
istehsal proseslərinin avtomatlaşdı-
rılması” (1972), “Elementı i siste-
mı pnevmoavtomatiki” (1965) və s. 
əsərlərin müəllifidir. 
Akademik
 
İsmayıl
  İbrahimov 
 
“Sosialist 
Əməyi Qəhrəmanı”,  
“Əməkdar elm xadimi” fəxri adları-
na layiq görülmüş, iki dəfə  Lenin, 
üç dəfə “Qırmızı  Əmək Bayrağı”, 
“Vətən qarşısında xidmətlərinə görə” 
ordenləri, bir sıra   medal və  Fəxri 
fərmanlarla təltif edilmişdir. 
1983-cü ildə bir qrup alim və 
mütəxəssislə birlikdə 
“İstehsa-
latın səmərəliliyini yüksəltmək 
üçün idarəetmə  və informasi-
ya sistemlərinin hazırlanması  və 
tətbiqi” adlı işinə görə elm və texni-
ka sahəsində SSRİ Dövlət mükafatı-
na layiq görülmüşdür. 
Ə d ə b i y y a t
Dünyanın türk-
müsəlman dövlətlərinin 
mədəni əlaqələrinin 
genişlənməsi 
/İ.İsmayılov, red. 
Y.Əhmədov; ön söz 
İ.İbrahimov.- Bakı, 
2010.-203 s. 
Azərbaycan Respub-
likasının müstəqillik 
illərində kibernetika və 
informatika sahəsində 
əldə olunmuş elmi-
texniki nailiyyətlər 
(1991-2011-ci illər)       
/elmi red. İ.İbrahimov; 
red. şurası T.Əliyev və 
b.- Bakı: Elm, 2012.-
240 s.  
İbrahimov İsmayıl 
Əli oğlu //Azərbaycan 
Sovet Ensiklopediyası  
(ASE).- Bakı, 1980.- 
C.IV.- S.360.
İ n t e r n e t d ə
www.anl.az
www.muallim.edu.az
www.edu.gov.az  
31
100
illiyi
Akademik


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə