332
Mədəniyyət.Maarif.Elm
65
illiyi
Kamal Abdulla
1950
DEKABR
Kamal Mehdi oğlu Abdullayev 1950-
ci il dekabr ayının 4-də Bakıda ziyalı
ailəsində doğulub. 1968-ci ildə Bakıdakı
190 saylı orta məktəbi bitirib.
1968-1973-cü
illərdə Azərbaycan
Dövlət Universitetinin filologiya
fakültəsində təhsil alıb. 1973-1976-cı
illərdə SSRİ EA Dilçilik İnstitutunun Türk
dilləri şöbəsinin əyani aspirantı olub.
1977-ci ildə namizədlik, 1984-cü ildə
doktorluq dissertasiyası müdafiə edib.
Azərbaycan Televiziyasında 1983-
cü ildən başlayaraq “Azərbaycan dili”,
“Qoşma”, “Dəfinə” kimi aylıq ədəbi-
bədii, elmi-publisistik verilişlər hazırla-
yaraq təqdim edib.
1993-cü ildən 2000-ci ilədək Xarici
Dillər İnstitutunun Ümumi və Azərbaycan
dilçiliyi kafedrasının müdiri vəzifəsini
yerinə yetirib. 1994-1995-ci illərdə
Türkiyə Uludağ Universitetinin “Türk
dili və ədəbiyyatı” bölümünün professoru
kimi çalışıb.
Türk Dil Qurumunun, Ukrayna
Beynəlxalq Kadr Akademiyasının
həqiqi
üzvü və Rusiya PEN-klubun üzvüdür.
200-dən artıq məqalə və 30-dan çox kita-
bın müəllifidir. 2007-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir
üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib.
Türk xalqlarının qədim epik
ədəbiyyatları sahəsində araşdırma-
lar müəllifidir. Müxtəlif ölkələrin
universitetlərində (Rusiya, Türkiyə, Pol-
şa, Fransa, Almaniya, ABŞ...) “Ümumi
dilçilik”, “Mətn sintaksisi”, “Kitabi-
Dədə Qorqud” dastanlarının kulturoloji
aspektlərinə həsr olunmuş mühazirələr və
xüsusi kurslar aparıb.
Elmi və publisistik məqalələri
Azərbaycanda
və ondan kənarda mütəmadi
olaraq çap olunur. Bədii yaradıcılıqla
məşğul olur – pyesləri, hekayələri, ro-
manları, esseləri və şeirləri Azərbaycanda
və xarici ölkələrdə çap olunur.
2009-cu ildə həyata keçirilməyə baş-
lamış “Kitabi-Dədə Qorqud” və “Ni-
belunqlar haqqında nəğmə” 10 illik
beynəlxalq layihənin ideya müəllifi və
təşkilatçılarından biridir.
Əsərləri rus, gürcü, ingilis, fran-
sız, alman, ispan, polyak, portuqal və
başqa dillərə tərcümə olunub, pyesləri
Azərbaycan, Gürcüstan,
Estoniya Türkiyə
teatrlarında səhnəyə qoyulub. “Gizli Dede
Korkut” kitabı Bursada (1995) və İstan-
bulda, (1995) ayrı-ayrılıqda türk dilinə
tərcümə edilib çap olunmuşdur. “Gəlin
azərbaycanca danışaq” kitabı və “Sehir-
bazlar dərəsi” romanı bir çox ölkələrdə
həmin xalqların dillərində nəşr edilib.
2000- 2014-ci illərdə Bakı Slavyan
Universitetinin rektoru vəzifəsində çalı-
şıb.
Azərbaycan Respublikası Prezidenti-
nin 2014-cü il 28 fevral tarixli Sərəncamı
ilə Kamal Abdulla Azərbaycan Respub-
likasının millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə Dövlət müşaviri
təyin edilib. Azərbaycan Respublikası-
nın Prezidenti yanında Bilik Fondunun
Himayəçilik Şurasının üzvüdür.
K.Abdulla “Əməkdar elm xadimi”
fəxri adına layiq görülüb. 2007-ci ildə
Rusiya prezidenti tərəfindən Puşkin me-
dalı ilə, 2009-cu
ildə Polşa prezidentinin
sərəncamı ilə iki ölkənin münasibətlərinin
inkişafına göstərdiyi xidmətlərə görə
“Kavaler” ordeni ilə təltif olunub.
Ə d ə b i y y a t
Dilçiliyə səyahət: [dil-
çi olmayanlar üçün
dilçilik] /K.Abdulla;
red. M.Mirzəliyeva,
Ç.Hüseynzadə.- Bakı:
Mütərcim, 2010.-196 s.
Labirint [hekayələr]
/K.Abdulla; red.
Ş.Ağakişiyeva; ön sözün
müəl. S.Sarvan.- Bakı:
Qanun, 2012.- 279 s.
Mifdən yazıya və yaxud giz-
li Dədə Qorqud /K.Abdulla;
elmi red. və ön söz müəl.
R.Bədəlov; red. Ə.Mirzallı.-
Bakı: Mütərcim, 2009.-
375 s.
Unutmağa kimsə yox...
roman /K. Abdulla.- Bakı:
Qanun, 2011.- 527s.
300 azərbaycanlı: ədəbi-
bədii-esselər /K.Abdulla;
red.: E.Başkeçid,
Ə.Mirzallı, Ş.Ağakişiyeva;
ön sözün müəl. R.Rövşən.-
Bakı: Mütərcim, 2007.-
340 s.
Bayatlı, V.Ö. Kamal
Abdulla artıq birincidir
/V.Ö.Bayatlı //525-ci qəzet.-
2012.- 5 may.- S.19.
İ n t e r n e t d ə
www.anl.az
www.muallim.edu.az
4
Akademik
333
Mədəniyyət.Maarif.Elm
85
illiyi
Teymur Əhmədov
1930
DEKABR
Teymur Əkbər
oğlu Əhmədov
1930-cu il dekabr ayının 25-də Şəmkir
şəhərində anadan olmuşdur. 1936-cı
ildə ailəlikcə valideynlərinin vaxtilə
deportasiya olunduğu İrəvana köçmüş-
dür. 1949-cu ildə Qərbi Azərbaycanın
Zəngibasar (indiki Masis) rayonunda
orta məktəbi qızıl medalla bitirmiş,
1949-1954-cü ildə təhsilini Bakı Dövlət
Universitetinin filologiya fakültəsində
davam etdirmişdir. 1959-1961-ci
illərdə isə Moskvada “Pravda” qəzeti
nəzdində olan Ümumittifaq jurnalisti-
ka və fotoreportaj üzrə qiyabi lektori-
yanın jurnalistika şöbəsini bitirmişdir.
1961-1964-cü illərdə Azərbaycan
SSR EA-nın Nizami adına Dil
və Ədəbiyyat İnstitutunda aspi-
rantura təhsili almış, “Nəriman
Nərimanovun dramaturgiyası” möv-
zusunda namizədlik (1966), “Nəriman
Nərimanovun yaradıcılıq yolu” mövzu-
sunda doktorluq işi müdafiə etmişdir.
1965-1968-ci illərdə “Azərbaycan”
jurnalı redaksiyasında şöbə müdiri,
1968-ci
ildə Azərbaycan SSR EA Ni-
zami adına Dil və Ədəbiyyat İnsti-
tutunda baş elmi işçi, 1968-1990-cı
illərdə Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsində müdir müavini, 1988-ci
ildən aparıcı elmi işçi, 1996-cı ildən
bu günədək AMEA Nizami adına
Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsinin müdiridir.
1990-1991-ci illərdə “Vətən həsrəti”,
1992-1993-cü illərdə “Hikmət”,
“Yeni fikir” qəzetlərinin baş redaktoru
işləmişdir. 1995-ci ildən “Respublika”
qəzetinin, 2005-ci ildən “Füyuzat” jur-
nalının baş redaktorudur.
T.Əhmədov 2004-cü ildə AMEA
Humanitar və ictimai elmlər bölməsinin
ədəbiyyatşünaslıq üzrə problem şurası-
nın elmi katibi, Milli-mədəni İrsi Araş-
dırmalar Fondunun təsisçilərindən biri,
2005-ci ildə Rusiya Təbiət Elmləri Aka-
demiyasının həqiqi üzvü seçilmişdir.
Professorun 20
kitab və kitabça-
sı, 500-dən artıq elmi və publisistik
məqaləsi dərc edilmişdir.
T.Əhmədovun rəhbərliyi və oppo-
nentliyi ilə 20 nəfər namizədlik və dok-
torluq dissertasiyası müdafiə etmişdir.
Professor T.Əhmədov ilk gənclik
illərindən bədii yaradıcılıqla da məşğul
olmuş, “Ülkər” adlı hekayələr və
oçerklər kitabı 1961-ci ildə İrəvanda
çap olunmuşdur. “Dostluq nəğməkarı”,
“Nəriman Nərimanovun dramaturgi-
yası”, “Nəriman Nərimanov”, “Vedi-
basarın qanlı-qadalı günləri”, “Erməni
xəyanəti və ya Andranik Ozanyanın
qanlı əməlləri (1918-1920-ci illər)”,
“Mirzə İbrahimov”, “Nizami adına
Ədəbiyyat İnstitutu”, “Ədəbi qeydlər”,
“Nəriman Nərimanovun yaradıcılıq
yolu” və s. kitabları nəşr edilmişdir.
Filologiya elmləri doktoru, profes-
sor Teymur Əhmədovun
səmərəli elmi
fəaliyyəti yüksək qiymətləndirilmiş,
1982-ci ildə Azərbaycan Ali Sove-
ti Rəyasət heyətinin Fəxri fərmanına,
1996-cı ildə “İlin nüfuzlu ziyalısı” adı-
na, 2001-ci ildə “Veteran” və iki dəfə
“Tərəqqi” medallarına, Akademik Yu-
sif Məmmədəliyev adına mükafata və
medala, “Qızıl Qələm”, “Ustad” ali jur-
nalistika mükafatlarına və bir sıra fəxri
fərmanlara layiq görülmüşdür.
Ə d ə b i y y a t
Azərbaycan yazıçıla-
rı (XX-XXI yüzillikdə):
ensiklopedik məlumat
kitabı /T.Əhmədov; red.
N.Qurbanova; rəy. Anar.-
Bakı: Nurlar, 2011.- 1056 s.
Nəriman Nərimanovun dra-
maturgiyası /T.Əhmədov;
red. M. İbrahimov.- Bakı:
Nurlar, 2005.- 384 s.
Nəriman Nərimanovun
yaradıcılıq yolu /Teymur
Əhmədov; red.akad. Mirzə
İbrahimov. rəyçilər.:
akad. M.C.Cəfərov,
akad.M.Q.Köçərli.- Bakı:
Nurlar, 2005.- 366s.
Kərimova, H. İki əsrin
salnaməçisi /H.Kərimova;
rəyçi. O.Salamzadə red.
Ş.Əliyeva .- Bakı: Nurlar,
2001.- 207 s.
Qadir, Q. Teymur Əhmədov:
[Ədəbi portret - 75]
/Qalib Qadir.- Bakı: Nur-
lar, 2005.-109 s.
Teymur Əkbər oğlu
Əhmədov: biblioqrafik
məlumat toplusu AMEA,
Nizami ad. Ədəbiyyat İn-tu,
Mərkəzi Elmi Kitabxana;
tərt.-müəl. İ.Səfərov; red.
N.Rüstəmli.- Bakı: Nurlar,
2007.- 222 s.
İ n t e r n e t d ə
www.anl.az
www.muallim.edu.az
25
Ədəbiyyatşünas