Teqvim-2015. pdf


Şair Milli ədəbiyyat   95



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə144/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   140   141   142   143   144   145   146   147   ...   173

319
Şair
Milli ədəbiyyat  
95
illiyi
Zeynal Cabbarzadə 
1920-1977 
DEKABR
Zeynal  Əliabbas oğlu Cabbarov 
1920-ci il dekabr ayının 31-də Bakı 
şəhərində, dənizçi ailəsində anadan 
olmuşdur. 
Orta məktəbi bitirdikdən son-
ra 1934-1937-ci illərdə  fəhlə 
fakültəsində  təhsil almış, 1937-
1941-ci illərdə APİ-nin  ədəbiyyat 
fakültəsində  təhsilini davam etdir-
mişdir. Eyni zamanda 1938-1939-
cu illərdə “Balıq cəbhəsi” və “Kras-
nı kurinets” (“Qırmızı kürçaylı”) 
qəzeti redaksiyalarında fəaliyyət 
göstərmişdir. 
1940-cı ilin yanvar-iyun ay-
larında 
Şamaxı rayonunun 
Mədrəsə  kənd orta məktəbində 
dil-ədəbiyyat müəllimi işləmişdir. 
İkinci Dünya müharibəsi başlanan 
vaxt  səfərbərliyə alınmış, piyada 
məktəbində kursant olmuş, kiçik 
leytenant rütbəsi ilə 416-cı atıcı divi-
ziyasında hərbi xidmətini davam et-
dirmişdir. Naurisk rayonunda hərbi 
əməliyyatda ağır zədələndiyinə 
görə eşitmə və görmə qabiliyyətini 
itirmişdir. 
1943-cü ildə hərbi xəstəxanadan 
ehtiyat baş leytenantı kimi tərxis 
olunmuşdur.
Z.Cabbarzadə yaradıcılığa ki-
çik yaşlarından başlamışdır. Onun 
“Puşkin” adlı ilk mətbu şeiri 1937-
ci ildə dərc edilmişdir. İkinci Dünya 
müharibəsi və sonrakı illərdə coş-
qun yaradıcılıqla məşğul olmuşdur. 
1943-cü ilin aprelindən 1948-ci 
ilin oktyabr ayınadək Azərbaycan 
Yazıçılar  İttifaqında “Natəvan”  
adına klubun müdiri, “Ədəbiyyat 
qəzeti”ndə ədəbi işçi və məsul katib 
vəzifələrində çalışmışdır. 
“Pioner” jurnalında məsul 
katib, 1950-ci ildən ömrünün 
sonunadək məsul redaktor ol-
muşdur. Bu müddətdə  dəfələrlə 
Azərbaycan LKGİ MK-nın rəhbər 
orqanlarına seçilmişdir. Onun 
ilk “Xanımana”(1946) kitabında 
cəbhə  şeirləri toplanmışdır.  Şai-
rin sonrakı illərdə bir-birinin ar-
dınca “Əfzələddin və  şah” (1947), 
“Şerlər” (1950), “Çinar” (1952), 
“Bahar gəlir” (1954), “Dnepr 
sahillərində” (1956), “Arzular” 
(1958) , “Yaylaqda” (1960), “Sizin 
səsiniz” (1963),  “Məni bağışlayın” 
(1965), “Uca dağ başında” (1980), 
“Atasının oğlu” (1986) və digər ki-
tabları çapdan çıxmışdır. 
Z.Cabbarzadə xidmətlərinə görə 
bir sıra medal və  fəxri fərmanlarla 
təltif edilmişdir.
Şair 1943-cü ildən Azərbaycan 
Yazıçılar Birliyinin üzvü olmuşdur. 
1970-ci ildə “Əməkdar mədəniyyət 
işçisi” fəxri adına layiq görülmüş-
dür. 
Zeynal Cabbarzadə 1977-ci il 
yanvar ayının 20-də Bakıda vəfat 
etmişdir.
Ə d ə b i y y a t
Atasının oğlu: [şeirlər 
və poemalar]: kiçik-
yaşlı məktəblilər üçün 
/Z.Cabbarzadə.- Bakı: 
Gənclik, 1986.- 72 s.
Bizim dünya: [şeirlər və 
poemalar] /Z.Cabbarzadə.- 
Bakı: Yazıçı, 1985.- 160 s. 
Elə bil ki, dünəndi... 
/Z.Cabbarzadə.- Bakı: 
Gənclik, 1989.- 139 s.
Şeirlər /Z.Cabbarzadə.- 
Bakı: Uşaqgəncnəşr, 1951.- 
20 s.
Uca dağlar başında: 
[şeirlər və poemalar] 
/Z.Cabbarzadə.- Bakı: 
Gənclik, 1980.- 222 s. 
Əhmədov, T. Azərbaycan ya-
zıçıları (XX-XXI yüzillikdə).-  
Bakı, 2011.- S.1022.
İ n t e r n e t d ə
www.anl.az
www.kirimdernegi.org
31


320
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
9
110
 illiyi
Reyhan Topçubaşova
1905-1970    
DEKABR
Reyhan İbrahim qızı Topçubaşova  
1905-ci il dekabr ayının 15-də Qu-
bada anadan olmuşdur.  İlk təhsilini 
Hacı Zeynalabdin Tağıyevin Bakıda 
açdığı Qızlar məktəbində almışdır. 
1923-cü ildə konservatoriyanın 
fortepiano sinfinə  qəbul olunma-
sına baxmayaraq, ailə  həyatı qur-
ması  və övladının dünyaya gəlməsi 
ilə  əlaqədar təhsilini başa vura 
 
bilməmişdi. 1931-1935-ci illərdə 
görkəmli rəssam Əzim Əzimzadənin 
rəhbərlik etdiyi Azərbaycan Dövlət 
Rəssamlıq Texnikumunda oxumuş-
dur. 
Əsərləri 1936-cı ildən respubli-
ka sərgilərində nümayiş olunmağa 
başlamışdır. Boyakarlığın portret 
(“M.Ə.Sabir”, “Q.Almaszadə” və 
s.), məişət (“Köhnə bazar”, “Toy”, 
“Küçə” və s.) və mənzərə (“Qız qa-
lası”, “Dəniz”, “Mərdəkanın görünü-
şü”, “Gecə vaxtı dənizin mənzərəsi” 
və s.) janrlarında gözəl əsərlər yarat-
mış, eləcə də süjetli kompozisiyalar 
və natürmortlar çəkmişdir. 
Mənzərə  rəsmlərində Abşeron 
təbiətinin təsviri əsas yer tutur. Rey-
han xanımın çəkdiyi  əsərlərin hər 
birində müəllimi Əzim Əzimzadənin 
realist üslubu duyulurdu. Onun ya-
radıcılığı çoxşaxəli olmuş, bir çox 
janrlarda əsərlər yaratmışdır.  
Balerina Qəmər Almaszadənin 
İncəsənət Muzeyinin daimi ekspo-
zisiyasında nümayiş olunan port-
reti də Reyhan xanımın yaradıcı-
lığının çoxşaxəli olmasının bariz 
nümunəsidir. Yaşadığı dövrün, za-
manın  bir çox hadisələrini gerçəkliyi 
ilə əsərlərində təsvir edərək əbədiləş-
dirməyə nail olmuşdur.
Tanınmış 
rəssamın “Köhnə 
Bakı küçəsi”, “Şahdağ”, “Dəniz” 
(Mərdəkandan görünüş), “Qa-
yıq”, N.Gəncəvinin “Xəmsə”sinə, 
M.Ə.Sabirə həsr edilmiş əsərləri ona 
böyük uğur gətirmişdir. Rəssamın 
əsərləri hazırda İncəsənət Muzeyində 
mühafizə olunur. 
Reyhan xanımın təsviri incəsənət 
sahəsində  uğurlu işlərindən biri 
də  əsərlərində ustalıqla təsvir et-
diyi milli geyim eskizləri  əsasında 
mahnı və rəqs ansamblları üçün ge-
yim eskizləri işləməsidir. Hazırda 
rəssamın evində 50-yə yaxın geyim 
eskizi saxlanılır. 
1941-1945-ci illərdə Azərbaycan 
Rəssamlar  İttifaqı  İdarə Heyətinin 
sədr müavini  olmuşdur. 
R.Topçubaşova 1943-cü ildə  
“Əməkdar incəsənət xadimi”  fəxri 
adına layiq görülmüşdür. O, bu fəxri 
adı alan ilk  azərbaycanlı qadındır. 
Reyhan xanım Topçubaşova uzun 
sürən ağır xəstəlikdən sonra 1970-ci 
il mart ayının 5-də, Bakıda vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Günay. Əməkdar 
incəsənət xadimi adını 
almış ilk azərbaycanlı 
qadın /Günay //Paritet.- 
2008.- 8-12 may.- S.16.
Reyhan Topçubaşova 
(1905-1970) İzzət Seyi-
dova (1910-1973) /layih. 
rəhb. Ç.Fərzəliyev.- Bakı, 
2013.- S.8-42.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.books.google.com
www.kitabxana.net
15
Rəssam


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə