309
Tarixdə bu gün
Qarakənd faciəsi
1991
NOY
ABR
Qarakənd faciəsi və ya 20 noyabr faciəsi -
1991-ci il 20 noyabrda Xocavənd rayonunun
Qarakənd kəndinin yaxınlığında, Ağdam rayo-
nunun Mərzili kəndi ərazisində hərbi vertolyotun
erməni quldurları tərəfindən vurulduğu gündür.
Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan
Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də
saat 14:42 radələrində vurulmuşdu. Faciə haqqın-
da ilkin məlumat Prezident Aparatına saat 19:55-
də çatmış, lakin nə qədər maraqlı olsa da bu faciə
haqqında xəbər Xankəndindən erməni dilində ya-
yımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər
bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin
gün bu məlumatı saat 16:15-də Tehran radiosu,
17:00-da Moskva radiosu açıqlamışdı.
1991-ci il noyabr ayının 20-də Xocavənd ra-
yonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72
hərbi helikopterinin erməni silahlıları tərəfindən
atəşə tutulması nəticəsində heyət və sərnişinlər
– Azərbaycanın
görkəmli dövlət və hökumət
nümayəndələri, Rusiya və Qazaxıstandan olan
müşahidəçilər – dövlət katibi Tofiq Kazım oğlu
İsmayılov, Baş prokuror İsmət İsmayıl oğlu Qa-
yıbov, dövlət müşaviri Məhəmməd Nəbi oğlu
Əsədov, Baş nazirin müavini Zülfi Saleh oğlu Ha-
cıyev, deputatlar Vaqif Cəfər oğlu Cəfərov və Vəli
Hüseyn oğlu Məmmədov, Prezidentin İcra Apara-
tının şöbə müdiri Osman Hüseyn oğlu Mirzəyev,
nazir müavini Qurban Hüseyn oğlu Namazəliyev,
DQMV prokuroru İqor Aleksandroviç Plavski,
DQMB Daxili İşlər İdarəsinin
rəisi Vladimir Vla-
dimiroviç Kovalyov, Dağlıq Qarabağ üzrə milli
təhlükəsizlik şöbəsinin rəisi Sergey Semyonoviç
İvanov, fövqəladə vəziyyət rayonunun komendan-
tı Nikolay Vladimiroviç Jinkin, Qazaxıstan daxili
işlər nazirinin müavini Sanlal Dasumoviç Serikov,
milis general-mayoru Mixail Dmitriyeviç Luka-
şov, polkovnik-leytenant Oleq Nikoloyeviç Ko-
çerev, dövlət katibinin köməkçisi Rafiq
Məmməd
oğlu Məmmədov, telejurnalist Alı Mustafa oğlu
Mustafayev, AzTV-nin işıqçısı Arif İsmayıl oğlu
Hüseynzadə, videooperator Fəxrəddin İbrahim
oğlu Şahbazov, vertolyot heyətinin komandiri Vya-
çeslav Vladimiroviç Kotov, heyət üzvləri Gennadi
Vladimiroviç Domov, Dmitri Borisoviç Yaroven-
ko həlak olmuşlar.
Əvvəlcə rəsmi olaraq helikopterin dumana
düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə
də, bir neçə gündən sonra onun vurulması faktı
təsdiqlənmişdi.
Üstündən iyirmi dörd il keçməsinə baxmaya-
raq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara
bu günə qədər aydınlıq gətirilməmişdir. Məsələn,
nə üçün bu qədər
dövlət rəsmisi eyni zamanda
bir helikopterdə toplanmışdır? Nə üçün döyüş
zonasında mühafizə üçün onu hərbi helikopter
müşayiət etməmişdir? Uçuşun dəqiq marşrutu-
nu ermənilər haradan bilmişdir? Yeri gəlmişkən,
həmin məlumata yalnız Qarabağda sovet silahlı
qüvvələrinin komandanlığı malik olmuşdu. He-
likopterin vurulduğu raketin mənbəyi də məlum
deyil. Qarabağda o zaman ən çox istifadə edilən
silah təyyarəvuran zenit raketləri və eyninövlü
“Alazan” raketləri idi. İstilik raketlərindən istifadə
edilmirdi. Aviaqəzalarda
bütövlüyünü saxlayan və
zədəsiz qalan qara qutudakı lentin “yanması” da
qaranlıq məsələ olaraq qalmışdır.
Bu terror aktı ilə erməni separatçıları özlərinin
terrorçu mahiyyətini bir daha sübut etmişdilər.
Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qar-
nizon Prokurorluğu tərəfindən cinayət işi açılmış,
istintaqın aparılması Respublika Prokurorluğuna
verilmişdir. Hazırda isə cinayət işi üzrə istintaq
dayandırılmış və buna səbəb terror aktının baş ver-
diyi ərazinin Ermənistan silahlı qüvvələrinin işğalı
altında olmasıdır.
20
310
Tarixdə bu gün
Ədliyyə İşçilərinin Peşə Bayramı Günü
2000
NOY
ABR
Azərbaycanda ədliyyə sistemi-
nin xalqımızın müstəqillik uğrunda
mübarizəsini, onun şanlı keçmişini
əks etdirən zəngin tarixi vardır.
Müstəqil dövlətimizin ədliyyə
tarixinin ən şərəfli anları 1918-ci
ildə Azərbaycan Demokratik Res-
publikasının yaranması ilə başla-
nır. Belə ki, Ədliyyə Nazirliyinin
təsis edilməsinə xüsusi əhəmiyyət
verilərək 1918-ci il may ayının
28-də - Azərbaycan
Demokratik
Respublikasının elan edildiyi gün
Ədliyyə Nazirliyi də yaradılmışdır.
Ədliyyə Nazirliyinin yenidən
yaradılması görkəmli dövlət xadi-
mi, ümummilli lider, cənab Heydər
Əliyevin Azərbaycana rəhbərlik et-
diyi dövrə təsadüf edir. Belə ki, 27
oktyabr 1970-ci ildə Azərbaycan
SSR Ali Sovetinin qərarı ilə Ədliyyə
Nazirliyi təsis edilmişdi və bununla
da Azərbaycan ədliyyə tarixində
yeni mərhələ başlanmışdır. Ədliyyə
Nazirliyi
sabit fəaliyyət göstərərək
məhkəmə orqanlarına təşkilati
rəhbərliyi həyata keçirmiş, əhaliyə
hüquqi yardımı yaxşılaşdırmış, no-
tariat fəaliyyətinin və məhkəmə
ekspertizalarının aparılmasını
təmin etmiş, ümumiyyətlə, ədliyyə
işi təkmilləşdirilərək onun gələcək
inkişafı üçün zəmin yaranmışdır.
Azərbaycan yenidən dövlət
müstəqilliyi əldə etdikdən və cənab
Heydər Əliyev ölkə rəhbərliyinə
gəldikdən sonra ədliyyə orqanlarının
işinin
müasir tələblər səviyyəsinə
qaldırılması üçün əsaslı tədbirlər
həyata keçirildi, Ədliyyə Nazirliyi-
nin cəmiyyətdə rolu və əhəmiyyəti
artdı, səlahiyyət dairəsi genişləndi.
Ədliyyə
işçilərində
və
hakimlərdə mənəvi stimul yaradıl-
ması məqsədilə onların peşə bay-
ramı gününün müəyyən edilməsinə
təşəbbüs göstərilərək 22 noyabr
- 1918-ci ildə Azərbaycan Demok-
ratik Respublikası Ədliyyə Nazirli-
yinin Əsasnaməsinin təsdiq edildi-
yi günün Ədliyyə İşçilərinin Peşə
Bayramı Günü kimi təsis edilməsi
üçün dövlət başçısına
müraciət edil-
miş və cənab Heydər Əliyevin 11
noyabr 2000-ci il tarixli Sərəncamı
ilə 22 noyabr Ədliyyə İşçilərinin
Peşə Bayramı Günü kimi müəyyən
edilmişdir.
Ə d ə b i y y a t
Həsənov, K. Ədliyyə sis-
temi daim təkmilləşir: 22
noyabr Ədliyyə İşçilərinin
Peşə Bayramı Günüdür
/K.Həsənov //Respublika.-
2013.- 19 noyabr.- S.10.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.xalqqazeti.com
22
7