297
75
illiyi
Baba Mahmudoğlu
1940-2006
NOY
ABR
Baba Mahmud oğlu Mirzəyev (Baba
Mahmudoğlu) 1940-cı il noyabr ayı-
nın 7-də Qazax rayonunun Muğanlı
kəndində doğulmuşdur. 1956-cı ildə
orta məktəbi qızıl
medalla bitirərək
Neft Akademiyasına daxil olmuş-
dur. Tələbə olarkən Seyid Şuşinskinin
dərslərində iştirak etmişdir. Eyni za-
manda, S.Abdullayev, Ə.Məmmədov,
N.Əliyev, N.Məmmədova, Z.Xanlarova
ilə birgə A.Zeynallı adına Musiqi
Məktəbində muğamları öyrənmişdir.
Sonra S.Rüstəmovun rəhbərliyi ilə
fəaliyyət göstərən orkestrlə televiziyaya
çıxmışdır. Daha sonra Ə.Bakıxanovun,
B.Salahovun ansamblı ilə ekranda gö-
rünməyə başlamışdır. Ə.Dadaşovun an-
samblında isə bir qədər sonra oxumaq
hüququ almışdır.
1962-ci ildə Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrın-
da stajor
kimi fəaliyyətə başlayan
B.Mahmudoğlu sonralar bu teatrın mu-
ğam bölməsinin solisti olmuşdur. “Leyli
və Məcnun”da Məcnun, “Aşıq Qərib”də
Aşıq Qərib, “Əsli və Kərəm”də Kərəm,
“Koroğlu”da təlxək, “Şah İsmayıl”da
Şah İsmayıl, “Xanəndənin taleyi”də
Mir Seyid obrazlarını yaratmışdır.
Sənətkar 2005-ci ilin payızında uzun
illər çalışdığı teatrdan təqaüdə çıxmış-
dır.
B.Mahmudoğlu “Dastan” folklor
ansamblını yaratmış, ansamblla birgə
çoxlu xarici səfərlərdə çıxış etmiş və
Azərbaycan musiqisinin gözəlliyini
digər xalqların nümayəndələrinə ən
gözəl şəkildə çatdırmışdır. Həmin an-
sambl hal-hazırda sənətkarın adını da-
şıyır. Onun lentə alınmış neçə-neçə
musiqi nümunələri qorunub saxlanılır.
B.Mahmudoğlu öz yaradıcılığında aşıq
musiqisindən geniş istifadə edirdi. Bu
sırada onun oxuduğu “Misri Koroğlu”,
“Koroğlu qaytarması” və s. havaların
adını çəkə bilərik. Baba Mahmudoğlu-
nun yaradıcılığının önəmli bir cəhəti də
onun qədim folklorumuza münasibəti
idi. O, daim axtarışda idi.
Qədim xalq
mahnılarını arayıb axtarar və onla-
rı bərpa edərək öz təfsirində oxuyar-
dı. “Bala gəlin”, “Yeri dam üstə, yeri”,
“Oyna yar”, “Zərnişan” və s. mahnılar
məhz bu qəbildəndir
Onun ifasında “Qarabağ şikəstəsi”,
“Bala gəlin”, “Oğuz eli”, “Segah”,
“Azaflı dübeyti”, “Qəhrəmani”, “Ahu
kimi”, “Həştərxana gedən gəmi”, “Mirzə
Hüseyn segahı”, “Qara gözlər” xalq
mahnıları və muğamlar səslənmişdir.
Baba Mahmudoğlunun həyat və ya-
radıcılığına həsr olunmuş “Xanəndənin
taleyi”, “Sönməyən ulduzlar” verilişi
lentə alınmışdır.
Səhhəti ilə əlaqədar olaraq bir müddət
Şamaxı rayonunun
Çuxuryurd kəndində
yaşamış, daha sonra Bakıya qayıtmışdı.
1992-ci ildə “Xalq artisti” fəxri adına
layiq görülmüşdü. Prezident təqaüdçüsü
idi.
Baba Mahmudoğlu 2006-cı il dekabr
ayının 6-da vəfat etmişdir.
Ə d ə b i y y a t
Rəhmanlı, Ə. Səhnəmizin
Məcnunu Baba Mahmu-
doğlu /Ə.Rəhmanlı; naşir
və red. Ə.Sayılov.- Bakı:
Araz, 2012.- 559 s.
İsmayıl. Səhnəyə Məcnun
gəldi, Məcnun getdi: Opera
solisti Baba Mahmudoğ-
lunun 70 yaşı onsuz qeyd
olundu /İsmayıl //Ayna.-
2011.- 29 yanvar.- S.20.
Rəhmanlı, Ə. O, kim idi?:
Baba Mahmudoğlunun 70
illik yubileyi ərəfəsində
düşüncələrim /Ə.Rəhmanlı
//Azadlıq.- 2010.- 7 no-
yabr.- S.15.
Təhmirazqızı, S. Mən
dünyada olmayanda:
Baba Mahmudoğ-
lu - 70 /S.Təhmirazqızı
//Mədəniyyət.- 2010.- 5
noyabr.- S.7.
Təranə. Baba Mahmudoğ-
lunun 70 illik yubileyinə
həsr olunmuş xatirə gecəsi
/Təranə //Mədəniyyət.-
2011.- 26 yanvar.- S.2.
İ n t e r n e t d ə
www.anl.az
www.conservatory.az
www.mugam.musigi-dunya.
7
Xanəndə
Musiqi.Opera.Balet
298
Teatr.Kino
Zərnigar Ağakişiyeva
1945
NOY
ABR
Zərnigar Fəti qızı Ağakişiyeva
1945-ci il noyabr ayının 7-də Quba
rayonunun Rustov kəndində doğul-
muşdur. Uşaq yaşlarından ailəsi rayon
mərkəzinə köçmüş və o, burada 3 saylı
rus məktəbinin səkkizinci sinfini bi-
tirmişdir. İki il fasilə verəndən sonra
1963-cü ildə Bakıya gəlmiş və Koope-
rativ Texnikumun Sənaye malları üzrə
əmtəəşünas fakültəsinə daxil olmuşdur.
1966-cı ildə oranı bitirərək
Moskva-
ya getmiş və Kooperativ Texnikumun
nəzdində birillik ticarət reklamı üzrə
xüsusi kursu qurtarmışdır.
Bir il Bakıda bu ixtisas üzrə işləmiş
və 1968-ci ildə M.Əliyev adına
Azərbaycan Dövlət İncəsənət İnstitu-
tunun musiqili komediya aktyorluğu
fakültəsinə daxil olmuşdur.
İnstitutun Tədris teatrında C.Cabbar-
lının “Aydın” faciəsində Susanna rolu-
nu məharətlə oynadığına görə ikinci
semestrdə onu rektorun əmri ilə dram
və kino aktyorluğu fakültəsinin gündüz
şöbəsinə keçirmişlər. Eyni zamanda
Tədris teartına
aktrisa götürülmüş və
burada Züleyxa (“Yusif və Züleyxa”,
N.Hikmət), Zənci qadın (“Bir iş gör,
Met”, Ə.Nesin) rollarını oynamışdır.
İnstitut təhsilini tamamladıqdan
sonra bir müddət Tədris teartında aktri-
sa kimi çalışan Z.Ağakişiyeva rejissor
Ə.Quliyevin dəvətilə Akademik Milli
Dram Teatrında ilk tamaşası 19 may
1973-cü ildə göstərilən A.Ostrovskinin
“Müdriklər” dramında Mamayeva rolu-
nu oynamışdır. Həmin il dekabr ayının
23-də isə yenə Əşrəf Quliyevin qurulu-
şunda Nazim Hikmətin “Şöhrət və ya
unudulan adam” dramında Qadın ob-
razını ifa etmişdir. Qazandığı uğurlara
görə Zərnigar Ağakişiyeva 2 sentyabr
1974-cü ildə Akademik Milli Dram
Teatrının aktyor heyətinə aktrisa kimi
qəbul olunmuşdur.
O, 15 iyun 1992-ci
ildə teatrdan
uzaqlaşmış və özəl milli kamera truppa-
sı toplayaraq fərdi fəaliyyətə başlamış-
dır. B.Vahabzadənin poetik nümunələri
əsasında “Könüldən qalan səslər” kom-
pozisiyasını, O.Qurbanovun “Yorğan-
döşək”, “Qan” musiqili estrada tama-
şalarını hazırlamışdır. Paralel olaraq
fılmlərə çəkilmiş, televiziya tamaşala-
rında rollar oynamışdır.
Z.Ağakişiyeva 1999-cu ildən yenə
Akademik Milli Dram Teatrının yaradı-
cı heyətində fəaliyyət göstərir. Məşhur
aktrisa müəyyən fasilələrlə bu teatrın
səhnəsində xeyli rol oynamışdır.
Azərbaycan Dövlət Televiziyası-
nın hazırladığı çoxlu teletamaşalarda,
ədəbi-bədii kompozisiyalarda çıxış et-
mişdir. Teatrda və televiziyada
məşhur
olan sənətkar “Azərbaycanfilm” kinos-
tudiyasında “Yol hadisəsi”, “Dantenin
yubileyi” (Kəbirlinin arvadı), “Özgə
həyat”, “Fransız” (Zərnigar), “Yara-
maz” (Qaynana), “Təhminə və Zaur”
(Zivər) və s. filmlərdə rol almışdır.
Zərnigar Fəti qızı Ağakişiyeva səhnə
sənətindəki xidmətlərinə, çoxşaxəli
fəaliyyətinə görə 1982-ci il dekabr
ayının 1-də “Azərbaycan Respublika-
sının Əməkdar artistı”, 2000-ci il okt-
yabr ayının 28-də “Xalq artisti” fəxri
adlarına layiq görülmüşdür. Prezident
təqaüdçüsüdür.
20
30
7
Ə d ə b i y y a t
“Daha özgə faciələrini
oynamaq istəmirəm…”.
Zərnigar Ağakişiyeva:
“Təkliyin nə olduğunu indi
anlayıram” /Z.Ağakişiyeva
//Xalq cəbhəsi.- 2012.- 3
noyabr.- S.15.
“Müğənni də ola bilərdim”:
Zərnigar Ağakişiyeva:
“Taleyimi özüm yazmışam”
/Z.Ağakişiyeva; müsahibəni
apardı Ayxan //Ekspress.-
2013.- 2-4 noyabr.- S.19.
Zərnigar Ağakişiyeva: “Gur-
hagur həyatdan gəlib təkliyə
düşdüm...” /Z.Ağakişiyeva
//Ədalət.- 2013.- 5 iyun.- S.
8.
Rəhimli, İ. Zahiri sakitliyin
daxili çılğınlığı: Xalq artisti
Zərnigar Ağakişiyevanın
həyat və yaradıcılığına fo-
toların tərtibat naxışları ilə
səmimi bir nəzər /İ.Rəhimli.-
Bakı: Çaşıoğlu, 2011.- 206 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.musakademiya.musigi-
dunya.az
70
illiyi
Aktrisa