Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə127/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   123   124   125   126   127   128   129   130   ...   173

281
Tarix
105 
illiyi
İsmayıl Hüseynov 
19
10-1969
OKTY
ABR
İsmayıl Abbas oğlu Hüseynov 1910-
cu il oktyabr ayının 15-də Tiflisdə ana-
dan olmuşdur. 1928-ci ildə Azərbaycan 
Dövlət Universitetinin (indiki Bakı 
Dövlət Universiteti) Şərq fakültəsinin 
hüquq  şöbəsinə daxil olmuş  və 1933-
cü ildə təhsilini başa vurmuşdur. Həmin 
ildə Moskva şəhərində SSRİ MİK-si ya-
nında Millətlər İnstitutunun tarix ixtisa-
sı üzrə aspiranturasına daxil olmuşdur. 
M.Lomonosov adına Moskva Dövlət 
Universitetində 1941-ci ildə namizədlik, 
1947-ci ildə isə doktorluq dissertasiya-
larını müdafiə etmişdir. O, tarix elmləri 
doktoru adını alan ilk azərbaycanlı ol-
muşdur.
İsmayıl Hüseynov iki dəfə (1941-
1944; 1958-1960) Azərbaycan Elmlər 
Akademiyası (indiki AMEA) Tarix İns-
titutunun direktoru olmuş, 1960-1966-cı 
illərdə isə akademiyanın İctimai Elmlər 
Bölməsinin akademik-katibi vəzifəsində 
çalışmışdır. O, 1949-cu ildə Elmlər Aka-
demiyasının müxbir üzvü, 1958-ci ildə 
isə həqiqi üzvü seçilmişdir.
XX  əsrin 30-cu illərində  ədəbi ya-
radıcılıqla da məşğul olmuş, bir neçə 
şeir kitabı nəşr edilmişdir. 1942-1944-
cü illərdə Böyük Vətən Müharibəsində 
iştirak etmiş, hərbi qəzet redaktorunun 
müavini olmuşdur.
İsmayıl Hüseynov yüzə yaxın elmi 
əsərin müəllifidir. Zaqafqaziyada so-
sialist inqilabının qələbəsi və sosia-
lizm quruculuğu tarixi problemləri, 
Azərbaycan sosialist millətinin 
təşəkkülü və inkişafı  məsələləri elmi 
fəaliyyətində mühüm yer tutmuşdur. 
Onun 1941-1945-ci illər müharibəsi 
dövründə çap etdirdiyi “Görkəmli 
dövlət xadimi Şirvanşah  İbrahim” və 
“Şah  İsmayıl Səfəvi”  əsərləri həmin 
dövlət xadimlərinə Azərbaycan tarix-
şünaslığında obyektiv qiymət verilməsi 
baxımından mühüm hadisə idi. Aka-
demik  Ə.S.Sumbatzadənin qeyd etdiyi 
kimi, Səfəvi dövlətinin erkən dövründə 
Azərbaycan dövləti olması haqqında ta-
rixşünaslıqda ilk dəfə İ.A.Hüseynov fi-
kir söyləmişdir. İ.A.Hüseynov 3 cildlik 
“Azərbaycan tarixi”nin nəşrə hazırlan-
ması  işinə  rəhbərlik edənlərdən, onun 
müəlliflərindən və redaktorlarından biri 
olmuşdur. O, 40-dan artıq namizədlik 
və doktorluq dissertasiyalarının elmi 
rəhbəri və məsləhətçisi olmuşdur.
Akademik  İsmayıl Hüseynov 1944-
1948-ci illərdə pedaqoji fəaliyyətlə 
məşğul olmuş  və Azərbaycan Dövlət 
Universitetinin SSRİ tarixi kafedrasına 
rəhbərlik etmişdir.
O, 1960-cı ildə İsveçdə, 1964-cü ildə 
Hindistanda, 1965-ci ildə isə Avstriyada 
tarixçilərin və şərqşünasların beynəlxalq 
konqreslərində məruzələrlə çıxış etmiş, 
Azərbaycan tarix elmini layiqincə təmsil 
etmişdir.
Akademik İ.A.Hüseynov Azərbaycan 
SSR Ali Sovetinin “Fəxri fərmanı” ilə 
təltif olunmuş və 1969-cu ildə “Əməkdar 
elm xadimi” fəxri adına layiq görülmüş-
dür.
Görkəmli tarixçi alim İsmayıl Hüsey-
nov 1969-cu il noyabr ayının 8-də vəfat 
etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Hüseynov İsmayıl Abbas 
oğlu //Fəxri Xiyaban            
/Heydər Əliyev Fondu.-
Bakı, 2007.- S.90.
Hüseynov İsmayıl Abbas 
oğlu //Azərbaycan Sovet 
Ensiklopediyası. 10 cilddə.-  
Bakı, 1987.- C.10.- S.286.
İ n t e r n e t d ə
wwwanl.az
www.adam.az
www.istoriya.az
15
Akademik


282
Mədəniyyət.Maarif.Elm
80 
illiyi
Fəridə Vəlixanova
19
35 
OKTY
ABR
Fəridə  Ağaəli qızı  Vəlixanova 
1935-ci il oktyabr ayının 21-də Bakı 
şəhərində anadan olmuşdur. 
Orta məktəbi qızıl medalla başa 
vurduqdan sonra M.V.Lomonosov 
adına Moskva Dövlət Universitetinə 
qəbul olmuş, SSRİ (hazırda Rusiya) 
Elmlər Akademiyası M.Qorki adına 
Dünya  Ədəbiyyatı  İnstitutunun aspi-
ranturasında təhsilini davam etdirmiş-
dir. Filologiya elmləri doktoru, profes-
sordur. 
Çapdan çıxmış elmi əsərlərinin 
ümumi sayı: 130-dan çoxdur. Onlar-
dan bir neçəsi xaricdə nəşr edilmişdir.
Əsas elmi nailiyyətləri Azərbay-
canda tərcüməşünaslıq elminin 
ilk tədqiqatçısı olması,  ədəbiyyat 
nəzəriyyəsi və tarixinin dünya 
ədəbiyyatı kontekstində  Qərb-Şərq 
probleminin tədqiqidir. “Səməd Vur-
ğun poeziyasının rus tərcümələri” 
(1968), “Dostluq carçıları” (1974), 
“Azərbaycan sovet poeziyası rus 
dilində” (1977), “Azərbaycan ədəbiy-
yatının beynəlxalq üfüqləri” (1986), 
“Səməd Vurğun tərcüməçi dostları 
arasında” (1986), “Tərcümə  sənəti 
(ikidilli)” (1990), “Azərbaycanın 
tərcümə tarixi” (1994), “Azərbaycanın 
rusdilli nəsri” (1999), “Təkrarolunmaz 
milli  ədəbiyyatların dialoqu” (2003), 
“XX  əsr rusdilli milli ədəbiyyatlar” 
(2005),  “Veymarlı dahi Şərqdə 
(İ.V.Höte “Qərb-Şərq Divanında” 
(2009) tərcümə və tədqiqat əsərlərinin 
müəllifidir.
Fəridə Vəlixanova həmçinin  kadr 
hazırlığı ilə  də  məşğul olmuş, onun 
rəhbərliyi ilə 16 elmlər namizədi, 5 
elmlər doktoru müdafiə etmişdir.
Filoloq alim pedaqoji fəaliyyətini 
davam etdirmiş, Bakı Dövlət Univer-
siteti və Slavyan Universitetində dərs 
demişdir. AMEA-nın Nizami adına 
Ədəbiyyat  İnstitutunda baş elmi işçi 
kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezi-
dentinin sərəncamı ilə 2005-ci ildə 
“Əməkdar elm xadimi” fəxri adını 
almış, Azərbaycan Milli Elmlər Aka-
demiyasının Fəxri fərmanı ilə  təltif 
edilmişdir.
Ə d ə b i y y a t
Веймарский гений 
на Востоке: Иоганн 
Вольфганг Гете в 
“Западно-Восточном 
Диване” /Ф.Велиханова;  
НАН Азерб., Ин-т 
Литературы им. 
Низами.- Баку: Элм, 
2009.-194 с.
Диалог неповторимых 
национальных 
литератур 
/Ф.Велиханова; 
НАН Азерб., Ин-т 
Литературы им. 
Низами.- Баку: Элм, 
2003.- 118 с.
Русскоязычная проза 
Азербайджана 
/Ф.Велиханова.- Баку, 
1999.- 172 с.
ХХ век и русскоязычие 
национальных 
литератур 
/Ф.Велиханова.- Баку, 
2005.- 122 с.
İ n t e r n e t d ə
wwwanl.az
www.adam.az
www.bsu.az
21
Alim


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə