277
5
Milli Qəhrəmanlar
55
illiyi
Elşad Hüseynov
1960-1992
OKTY
ABR
Elşad Eynulla oğlu Hüseynov 1960-
ci il oktyabr ayının 8-də Masallı rayo-
nunun Xıl kəndində anadan olmuşdur.
1978-ci ildə burada məktəbi bitirib
sovxozda işləmiş, 1979-1981-ci illərdə
Batumidə hərbi xidmətdə olmuşdur.
1981-ci ildə ordudan tərxis olunduq-
dan sonra Vətənə dönmüş və Bakının
Səbail rayonunda DİŞ-nin nəzdindəki
mühafizə şöbəsində milis nəfəri kimi
işə qəbul olunmuşdur.
1986-cı ildə N.Rzayev adına Bakı
Xüsusi Orta Milis məktəbinin qiyabi
şöbəsinə daxil olmuş və 1989-cu ildə
təhsilini başa vurmuşdur.
Ermənilərin doğma torpaqlarımıza
basqınlarını görən Elşad müharibəyə
getmək istəyi ilə bir neçə dəfə müraciət
etdikdən sonra cəbhəyə yola düşmüş-
dür.
Elşad Cuvarlı, Ağbulaq və bir çox
başqa kəndlərin azad edilməsində
rəşadətlə vuruşmuşdu. Onun şücaəti
erməni qəsbkarlarını lərzəyə salmışdı.
15 iyun 1992-ci il, döyüşçülərimiz
Fərrux kəndini düşməndən azad
edərkən, Elşad döyüşün qızğın yerində
olmuş, mövqeyini dəyişmək istəyərkən
düşmən gülləsinə tuş gəlmişdi.
Cəsur polis işçisi 1992-ci il iyun ayı-
nın 15-də Ağdam-Fərrux istiqamətində
gedən döyüşdə qəhrəmancasına şəhid
olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 8 oktyabr 1992-ci il tarixli
264 saylı Fərmanı ilə Hüseynov El-
şad Eynulla oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Masallı rayonunda adını daşıyan
küçə var və Xıl kəndində büstü qoyul-
muşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Hüseynov Elşad Eynulla oğlu – polis baş serjantı – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc
əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8
oktyabr 1992-ci il //Azərbaycan.-1992.- 9 oktyabr.-S.1.- (Ölümündən sonra).
Əsgərov, V. Hüseynov Elşad Eynulla oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.- S.121.
Hüseynov Elşad Eynulla oğlu (1960-1992) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed.
H.Həmidova.-Bakı, 2008.- S.87.
Seyidzadə, M. Hüseynov Elşad Eynulla oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.93.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
8
Milli Qəhrəman
278
Siyasət.Hüquq.Hərbi iş
160
illiyi
Səməd bəy Mehmandarov
1855-1931
OKTY
ABR
Səməd bəy Sadıq bəy oglu Mehman-
darov 1855-ci il oktyabr ayının 16-da
Lənkəranda anadan olmuşdur. Əslən
Şuşalıdır. Bakıda ibtidai təhsil almış, 16
yaşında Peterburqdakı II Konstantin ar-
tilleriya məktəbinə daxil olmuşdur. 1875-
ci ilin dekabrında podporuçik rütbəsi
almış və üçüncü dərəcəli “Muqəddəs
Stanislav” ordeni ilə təltif olunmuş-
dur. 1890-cı ildə kapitan, 1898-ci ildə
podpolkovnik, 1901-ci ildə polkovnik,
1904-cü ildə general-mayor rütbəsi al-
mışdır. Rus-Yapon müharibəsində bö-
yük rəşadət göstərdiyinə görə 1908-ci
ildə ona general-leytenant rütbəsi veril-
mişdir.
I Dünya müharibəsi başlanarkən
Varşava ətrafında xidmət edən general
S.Mehmandarovun komandir oldugu
21-ci piyada diviziyasının tərkibində
dörd alay var idi: 81-ci Abşeron ala-
yı, 82-ci Dağıstan alayı, 83-cü Samur
alayı və 84-cü Şirvan alayı. Visla çayı
yaxınlığındakı İvanoqorod şəhərində
21-ci diviziya 52-ci piyada diviziya-
sı tərkibində 205-ci Şamaxı və 206-cı
Salyan alayları da var idi.
Diviziya komandiri S.Mehmandarov
Lodz istiqamətində aparılmış döyüşdə
alman generalı Makenzenin ordusu
üzərində qələbə əldə etmişdi.
1915-ci ildə korpus komandiri təyin
edilmişdi. 1917-ci ilin əvvəlində Rusi-
yanın bütün hərbi ordenləri ilə, eləcə
də İngiltərənin, Fransanın, Rumıniya-
nın bir neçə hərbi ordeni ilə təltif edil-
mişdi.
1917-ci il fevral burjua inqilabı baş
verərkən S.Mehmandarov Qafqazda
idi. Həmin ilin aprel ayında o, vəzifəsini
həmişəlik tərk edib istefaya çıxmış, bir
müddət Vladiqafqaz şəhərində yaşamış,
sonra Azərbaycana gəlmişdir.
S.Mehmandarov AXC hökumətində
1918-ci ildən hərbi nazir vəzifəsini
tutmuş və qısa müddətdə 30 min-
lik ordu yaratmağa nail olmuşdu.
1919-cu ilin yazında ingilis hərbi
hissələri Azərbaycanda oldugu dövrdə
S.Mehmandarov AXC hökuməti baş-
çısı N.Yusifbəyliyə göndərdiyi rəsmi
məktubda, ingilis hərbi dəstələrinin
Azərbaycanda talanlar etməsi, kəşfiyyat
işi aparmalarına etiraz olaraq İngiltərə
hökumətinin I Dünya müharibəsi
illərində ona verdiyi ordenləri geri qay-
tarmağı xahiş etmişdi.
Sovet hakimiyyəti qurulduqdan
sonra N.Nərimanovun şəxsi zəmanəti
əsasında hərbi fəaliyyətini davam etdir-
miş və Azərbaycanda yaradılmış hərbi
komandirlər məktəbində 1921-1928-ci
illərdə müəllimlik etmişdir.
S.Mehmandarov 1924-1927-ci
illərdə Azərbaycanda hərbi sahədə aparı-
lan geniş islahatlarda və tədbirlərdə fəal
iştirak etmişdir. 1928-ci ildə səhhətinə
görə ordudan tərxis olunmuş və ona
fərdi dovlət təqaüdü verilməsi müəyyən
edilmişdir.
General-polkovnik türk və fars
dillərini yüksək səviyyədə bilirdi. Öm-
rünün son üç ilində islam tarixi və
fəlsəfə ilə məşğul olmuşdur.
General Səməd bəy Mehmandarov
1931-ci il fevral ayının 12-də Bakı
şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Nəzirli, Ş. Tam artilleriya
generalı Səməd bəy Meh-
mandarov /Ş.Nəzirli.- Bakı:
Hərbi, 1997.- 120 s.
Süleymanov, M. Mehman-
darov: Həyatı, xidmət
yolu və silahdaşları
/M.Süleymanov; ön söz.
müəl. S.Əbiyev; elmi red.:
P.Darabadi, N.Maksvel;
rəyçi: T.Qaffarov.-Bakı,
2000.- 376 s.
Azərbaycanın ilk hərbi
naziri: O, rus ordusunda
önəmli yer tutan hərbçi idi
//Azadlıq.- 2011.- 3 iyun.-
S.14.
Qədim soylu Mehmanda-
rovlar: Nəslin ulu babası
mehmandar Mirzə Əli bəy
//Azadlıq .-2013.- 12 sent-
yabr.- S.14.
Tahirqızı, Ü.Azərbaycanın
dəmir intizamlı ordusunun
müəllifi /Ü.Tahirqızı //Xalq
cəbhəsi.- 2013.- 11 sent-
yabr.- S.13.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
16
Hərbi xadim
Dostları ilə paylaş: |