Teqvim-2015. pdf


akademiki Eyyubov Yaqub Abdulla oğlunun (24.10.1945) anadan olmasının  70 illiyi Kitabxanaşünaslıq.Biblioqrafiya



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə119/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   115   116   117   118   119   120   121   122   ...   173

264
akademiki Eyyubov Yaqub Abdulla oğlunun (24.10.1945) anadan olmasının 
70 illiyi
Kitabxanaşünaslıq.Biblioqrafiya
M.Ə.Sabir adına şəhər kitabxana-klubun (05.10.1985) yaranmasının 30 
illiyi
Tarixdə bu gün
Prоkurоrluq İşçiləri Günü (01.10.1998)
Bеynəlxalq Ahıllar Günü (01.10.1992)
Beynəlxalq Musiqi Günü (01.10.1975)  
Xocavənd rayonunun işğalı günü (02.10.1992)
Beynəlxalq Müəllim Günü (05.10.1966)
Ümumdünya Poçt Günü (09.10.1970)
Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda 
dəmiryol nəqliyyatının əsası qoyulmuşdur (13.10.1880) 
Azərbaycanda ilk dəfə Bakıda konka fəhlə və qulluqçularının Həmkarlar 
İttifaqı yaradılmasının (17.10.1905) 110 illiyi
Ümumdünya yoxsulluqla mübarizə Günü (17.10.1992)
Dövlət Müstəqilliyi Günü  (18.10.1994)
Beynəlxalq Kulinariya Günü (20.10.2007)
Birləşmiş Millətlər Təşkilatı Günü (24.10.1945)
Bakı metrosunun “N.Nərimanov”və “Ulduz”stansiyaları arasında sərnişin 
qatarında dəhşətli yanğın olmuşdur (28.10.1995) 
Ümumdünya siyasi repressiya qurbanlarının xatirə Günü (30.10.1974)
Zəngilan rayonunun işğalı günü (29.10. 1993)
286
287
288
285
289
290
2


265
2
Milli ədəbiyyat 
80 
illiyi
Şəkər Aslan 
1935-1995
OKTY
ABR
Şəkər Mirzə  oğlu Aslanov (Şəkər 
Aslan) 1935-ci il oktyabr ayının 10-da 
Lənkəran rayonunun Boladi kəndində 
anadan olmuşdur. 1969-cu ildə Moskva-
da Maksim Qorki adına Ədəbiyyat İnsti-
tutunun poeziya fakültəsini bitirmişdir. 
Əmək  fəaliyyətinə  Lənkəran 
mədəniyyət evində başlamışdır. 
1964-1968-ci illərdə “Leninçi” rayon 
qəzetində ədəbi işçi, 1968-1970-ci illərdə 
Azərbaycan KP Lənkəran komitəsində 
təlimatçı, 1970-1992-ci illərdə “Le-
ninçi” (sonralar “Lənkəran”) qəzetinin 
baş redaktoru vəzifələrində çalışmışdır. 
1992-ci ildə “Söz” ədəbi-bədii jurnalını 
təsis etmişdir. 1968-ci ildə Azərbaycan 
Yazıçılar Birliyinin üzvü, 1994-1995-ci 
illərdə Azərbaycan Yazıçılar Birliyinin 
Lənkəran  şöbəsinin sədri və  “Şəfəq” 
jurnalının baş redaktoru olmuşdur.
Ədəbi fəaliyyətə “Sosialist subtropi-
kası” Lənkəran rayon qəzetinin 23 iyul 
1953-cü il tarixli sayında çıxan “Kore-
yalı bacıma” adlı  şeiri ilə başlamışdır. 
Şeirləri bir sıra xarici dillərə  tərcümə 
olunmuşdur. Çoxsaylı publisistik məqa-
lələrin, Lənkəran çayının tarixinə, 
xüsusiyyətlərinə  həsr olunmuş “Samo-
vara od salmışam” bədii-publisistik ki-
tabın müəllifidir. “Sən kimsən, Ata?” 
(1982), “Birtərəfli hərəkət” (1987) 
pyesləri Lənkəran Dövlət Dram Teatrın-
da tamaşaya qoyulmuşdur.
Şəkər Aslanın poeziyamıza gətirdiyi 
yeniliklərdən biri də sonet janrına 
müraciət etməsidir. Onun XX əsrin 70-
80-ci illərində yazdığı sonetlər möv-
zu konkretliyi, fikrin yığcam, mənalı 
detallarla təqdim edilməsi ilə ma-
raq doğurmuşdu.  Şairin bu janrdakı 
şeirləri içərisində 1987-ci ildə yazdığı 
“Lənkəran sonetləri” adı altında toplan-
mış nümunələr xüsusi qeyd olunmalıdır. 
Silsilə italyan soneti formasında yazılmış 
13 sonetdən ibarətdir. Həmin sonetləri 
oxuduqca Lənkəranın əsrarəngiz təbiəti, 
könül oxşayan gözəllikləri, füsunkar 
mənzərələri göz önündə canlanır.
“Bahar yağışı”(1964), “Ürəyimi açı-
ram” (1967), “Sənə  nəğmə deyirəm” 
(1969), “Məhəbbət fəsli” (1973), “Живу 
у  моря” (1976), “Sevgi günü” (1977), 
“Səni sevdiyim gündən” (1980), “Bu 
günlərdən iz qalacaq” (1982), “Döy 
mənim qapımı” (1986), “Цветы  из 
Ленкорани” (1986, rus dilində), “Dün-
yanın sevincləri”(1987), “Samovara od 
salmışam” (1989), Evə məktub (1991), 
“Payıma düşən ömür” (2012) və s. ki-
tabları çap olunmuşdur.
Şeirlərinə görkəmli bəstəkarlarımız 
T.Quliyev, T.Əhmədov, R.Mustafayev, 
R.Hacıyev, N.Məmmədov, V.Adıgö-
zəlov, R.Mirişli, Ə.Əzimov, H.Adıgözəl-
zadə, O.Kazımov, E.Sabitoğlu və b. 
tərəfindən musiqi bəstələnmışdir.
1978-ci ildə Azərbaycan Jurnalistlər 
Birliyinin “Qızıl Qələm” mükafatı lau-
reatı olmuşdur. 1981-ci ildə Azərbaycan 
Ali Soveti Rəyasət Heyətinin Fəxri 
fərmanına və “Şərəf nişanı” ordeninə la-
yiq görülmüşdür.
Şəkər Mirzə  oğlu Aslanov 1995-
ci il iyun ayının 12-də  vəfat etmişdir. 
Lənkəran rayonunda adını daşıyan küçə 
var.
Ə d ə b i y y a t
Evə məktub: şeirlər və 
poemalar /Şəkər Aslan.- 
Bakı: Yazıçı, 1991.- 205 s.
Payıma düşən ömür          
/Şəkər Aslan; tərt. ed., 
ön söz müəl. S.Əlibəyli; 
red. U.Rəhimoğlu; Azərb. 
Resp. Mədəniyyət və 
Turizm Nazirliyi.- Bakı: 
Avrasiya Press, 2012.- 
230 s.
Füzuli ömrüdür əsr də, 
an da...: şeirlər /Şəkər 
Aslan //Ədəbiyyat qəzeti.- 
2013.- 11 yanvar.- S.3.
İ n t e r n e t d ə
www.anl.az
elibrary.azlib.net 
www.science.gov.az
10
Şair


266
Milli ədəbiyyat 
120 
illiyi
Əliağa Vahid
1895-1965
OKTY
ABR
Əliağa Məmmədqulu oğlu  İsgəndərov 
(Əliağa Vahid) 1895-ci il oktyabr ayının 
15-də Bakıda doğulmuşdur. İbtidai təhsilini 
mədrəsədə almış, mollaxanada iki il oxu-
duqdan sonra, yoxsulluq üzündən təhsilini 
yarımçıq qoyub işləməyə başlamışdır. Ata-
sı çox erkən vəfat etdiyi üçün əmisinin 
himayəsində böyümüşdür. 
Ədəbi fəaliyyətə 1914-1915-ci illərdən 
başlamışdır. Məktəbdə  təhsil almaq im-
kanı olmasa da, öz üzərində müstəqil ça-
lışmışdır. Erkən yaşlarından dahi qəzəl 
ustadı M.Füzulinin bir çox qəzəllərini 
əzbər bilmiş, M.Ə.Sabirin satiralarını, Se-
yid  Əzimin mənzum hekayələrini, qəzəl-
lərini dönə-dönə oxumuşdur. Qəzet və 
jurnalları müntəzəm mütaliə etmiş, bədii 
yaradıcılıqla dərindən maraqlanmış, döv-
rün problemlərinə, tələblərinə diqqət ye-
tirmişdir. Bir müddətdən sonra mətbuatda 
Sabiranə  şeirlər çap etdirməyə başlamış-
dır.
1915-1916-cı illərdən “Məzəli”, “Baba-
yi-Əmir”, “Tuti”, “Molla Nəsrəddin” kimi 
jurnallarla əməkdaşlıq etmiş və həmin jur-
nallarda çoxlu satirik şeirlər dərc etdirmiş-
dir. Bu şeirlərin həm ideya-məzmununda, 
həm poetikasında ustadı M.Ə.Sabirin 
təsiri aydın duyulsa da, getdikcə ahəngdə
məcazlı deyimlərdə  və  bədii ifadə 
vasitələrində gənc şairin dəsti-xətti özünü 
hiss etdirmişdi.
Ə.Vahidin 1916-cı ildə ayrıca nəşr olun-
muş “Tamahın nəticəsi” adlı ilk kitabçasın-
da uşaqlar üçün nəzmə çəkdiyi üç mənzum 
hekayəsi verilmişdir. Bu kitabça istedadlı 
gəncin necə bir ciddiyyət və qətiyyətlə ya-
radıcılıq aləminə gəldiyini sübut etmişdir.
1919-1920-ci illərdə Azərbaycan 
Cümhuriyyəti ordusunda xidmət etmiş, 
yazdığı  şeirlərini “Əsgər”, “Əsgər  Əliağa 
Vahid”, “Əxz  əsgər  şöbəsi  əsgərlərindən 
Əliağa Vahid” imzaları ilə  nəşr etdirmiş-
dir.
Ədəbiyyata “Olmadım bir ləhzə, ya 
rəbb, mən cahan mülkündə  şad” misra-
sı ilə başlanan müxəmməslə  gələn  şair I 
Dünya müharibəsinin, 1918-1920-ci illər-
də xalqımızın başına gələn faciələrin, 
1937-ci ilin repressiyasının, II Dünya 
müharibəsinin törətdiyi fəlakətlərin  şahidi 
olmuş, əzablarını çəkmişdir. O, 1935-ci ildə 
“Kommunist” qəzeti redaksiyasında ədəbi 
işçi, Azərbaycan Dövlət Nəşriyyatında 
korrektor olmuşdur.
Bakı ədəbi mühitinin tanınmış qəzəl şairi 
M.Ə.Yusifi Əliağaya “Vahid” təxəl-lüsünü 
götürməyi məsləhət görmüşdür. O, klassik 
qəzəl məktəbinin istedadlı yetirməsi kimi, 
öz dəsti-xətti ilə seçilməyə başlamışdı. 
XX əsrin 30-cu illərində və sonralar, onun 
qəzəlləri  ədəbi tənqiddəki yanlış meyllər 
nəticəsində dövri mətbuata buraxılmasa 
da, xalq arasında böyük sürətlə yayılmış, 
tanınmış müğənnilərin oxuduqları muğa-
mat və mahnı  mətnləri kimi ürəklərə yol 
tapmış, sevilmiş, dillər  əzbəri olmuşdur. 
Klassik Azərbaycan ədəbiyyatında - Niza-
mi, Xaqani, Fələki və Nəvai poeziyasından 
tərcümələr etmişdir. 
II Dünya müharibəsində  “Əmək igid-
liyinə görə” medalı ilə  təltif edilmişdir.  
1959-cu ilin oktyabr ayından respublika 
əhəmiyyətli fəxri təqaüd almışdır. 
Əliağa Vahid 1965-ci il sentyabr ayının 
30-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda 
dəfn olunmuşdur.
Paytaxtımızda heykəli ucaldılmış, 1991-
ci ildə haqqında “Qəzəlxan” adlı tammet-
rajlı bədii film çəkilmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri 
/Ə.Vahid; tərt. ed. 
Q.Məmmədli, R.Quliyev, 
A.Paşayev; ön sözün 
müəl. S.Quliyeva.- Bakı: 
Lider, 2005.- 472 s.
Qəzəllər /Ə.Vahid; 
tərt. ed. və ön söz. 
müəl. B.Nəbiyev; red. 
V.Məmmədəliyev.- Bakı: 
Çaşıoğlu, 2004.- 368 s.
Əliağa Vahid (Əliağa 
Məmmədqulu oğlu 
İsgəndərov): bib-
lioqrafiya /tərt.-
müəl. İ.İsrafilov; 
red. M.Mehdiyeva; 
AEA N.Gəncəvi ad. 
Azərbaycan Ədəbiyyatı 
Muzeyi.- Bаkı: 
Azərbaycan Ensiklope-
diyası, 1997.- 60 s.
Əliağa Vahid haqqın-
da bildiklərimiz /tərt. 
M.Nuruoğlu; elmi red. 
M.Aslanov.- Bakı: Şərq-
Qərb, 1995.- 240 s. 
Zeynalova, A. Əlağa 
Vahidin poetik irsi 
/A.Zeynalova; elmi red. 
M.Qasımlı; Azərb. Resp. 
Təhsil Nazirliyi, Azərb. 
Dillər Un-ti.- Bakı: Elm 
və təhsil, 2011.- 268 s.
www.anl.az
elibrary.azlib.net 
www.az.wikipedia.org
15
Qəzəlxan


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə