Teqvim-2015. pdf


Riyaziyyat.Fizika.Astronomiya 70



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə128/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   124   125   126   127   128   129   130   131   ...   173

283
Riyaziyyat.Fizika.Astronomiya
70 
illiyi
Vaqif Nəsirov 
1945 
OKTY
ABR
Vaqif  İbad oğlu Nəsirov 1945-ci il 
oktyabr ayının 4-də Masallı rayonunun 
Mollaoba kəndində anadan olmuşdur. 
1963-cü ildə Boradigah qəsəbə onbirillik 
məktəbini qızıl medalla bitirmişdir. 1967-
ci ildə V.İ.Lenin adına APİ-nin (indiki 
ADPU-nun)  fizika fakültəsini fərqlənmə 
diplomu ilə bitirmişdir.
1967-1968-ci illər ADPU-nun Ümu-
mi  fizika və astronomiya kafedrasının 
baş laborantı, 1971-1973-cü illər Ümu-
mi  fizika və astronomiya kafedrasının 
assistenti, 1973-1978-cü illər “Elektrik 
və optika” kafedrasının baş müəllimi, 
1978-1994-cü illər “Elektrik və optika” 
kafedrasının dosenti olmuşdur. 1978-ci 
ildə Fransa Kimyəvi-fizika Cəmiyyətinə 
üzv seçilmişdir.
1972-ci ildə “KNO3, AgNO3, və 
TINO3 mono
kristallarında polimorf 
çevrilmələrin tədqiqi” mövzusunda 
namizədlik dissertasiyasını Bakı Dövlət 
Universitetində müdafiə edərək  fizika-
riyaziyyat elmləri namizədi adını almış-
dır.
1983-1987-ci illərdə  Əlcəzair De-
mokratik Respublikası Bumerdes Yün-
gül Sənaye  İnstitutuna ezam olunmuş 
və  həmin institutun Fizika kafedrasına 
rəhbərlik etmiş,  əlcəzairli tələbələrə  fi-
zikanı fransız dilində tədris etməklə ya-
naşı, Ümumi fizika kursunun müxtəlif 
bölmələrindən 4 dərs vəsaiti (fransız 
dilində) yazmışdir. 
1993-cü ildə AMEA-nın doktorluq 
dissertasiyasını müdafiə edərək  fizika-
riyaziyyat elmləri doktoru alimlik dərə-
cəsi almışdır.
1994-cü ildən ADPU-nun Elektrik və 
optika kafedrasının professorudur.
Üzvi və qeyri-üzvi birləşmələrin 
kristallarda polimorf çevrilmələrin me-
xanizminin araşdırılması, polimorf 
çevrilmələrin morfologiya və kinetika-
sının tədqiqi, polimorf modifikasiyala-
rın kristal quruluşunun rentgenoqrafik 
tədqiqi alimin əsas tədqiqat sahəsidir. İlk 
dəfə olaraq polimorf çevrilmə zamanı 
kristal daxilində kristalın ritmik, pilləli, 
elastiki böyümələrini, qarşılıqlı çevrilən 
modifikasiyalar arasında kristalloqrafik 
istiqamət  əlaqələrinin saxlanılması, qar-
şılıqlı çevrilən modifikasiya kristalla-
rının böyümə sürətlərinin ossilyasiyası 
effektlərini müəyyən etmiş, optik şəffaf 
kristalların daxilində monokristallar 
yetişdirilməsi metodikasını  işləyib ha-
zırlamış, polimorfizmə malik kristallarda 
polimorf çevrilmə yolu ilə monokristallar 
yetişdirilməsinin metodikasını işləmişdir. 
Alim yüzdən artıq elmi-metodiki əsərin 
o cümlədən 24 adda kitabın müəllifidir. 
Dəfələrlə beynəlxalq seminar, simpozium 
və konfranslarda iştirak etmişdir.
O, həmçinin  ədəbi fəaliyyətlə  də 
məşğul olmuş, bir sıra bədii-publisistik 
əsərlərin müəllifidir. Onun “Sonradan 
bilmişəm”, “Qardaş harayı”, “Dünya çətin 
düzələ”, “Dərd budur”, “Anamın duaları”, 
“Etiraf”, “Şairlər vaxtsız qocalır” şeirlər, 
“Öz odunda yanan ürək”, “Ömrün qürbət 
payı”, “Əsrin loğmanı” bədii-publisistik 
kitabları geniş oxucu kütləsinin rəğbətini 
qazanmışdır. Azərbaycan Yazıçıları Birli-
yinin üzvüdür.
2004-cü ildə Yusif Məmmədəliyev 
mükafatına layiq görülmüş, 2012-ci ildə 
“Azərbaycan Respublikası Qabaq
cıl 
təhsil işçisi” döş nişanı ilə təltif olunmuş-
dur.
Ə d ə b i y y a t
Elektrik və maqnetizm: 
dərs vəsaiti /V.Nəsirov, 
G.Aslanlı.- Bakı: Adiloğlu, 
2008.-390 s. 
Kristallar aləmi /V.Nəsirov, 
G.Aslanlı.- Bakı: Adiloğlu, 
2008.- 131 s.
Optika nəzəri materi-
allar: test tapşırıqları: 
[dərs vəsaiti] /V.Nəsirov; 
red. M.Murquzov; rəyçi 
İ.Cəfərov, C.Hüseynov, 
A.Ələkbərov.- Bakı: [ADPU-
nun nəşriyyatı], 2012.- 347s.
Ümumi fizika kursundan 
laboratoriya praktikumu: 
(dərs vəsaiti) /M.Murquzov, 
V.Nəsirov, C.Hüseynov.- 
Bakı, 2010.- 121 s.
Allahmanlı, M. Haqdan 
yanan ocaq /M.Allahmanlı; 
elmi red. A.Əliyev; rəssam 
A.Musayev.-Bakı: Adiloğlu, 
2005.- 272 s.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
4
Fizik


284
Riyaziyyat.Fizika.Astronomiya
85 
illiyi
Yəhya Məmmədov 
 1930-2000
OKTY
ABR
Yəhya Cəfər oğlu Məmmədov 1930-cu il 
oktyabr ayının 10-da Naxçıvanda anadan ol-
muşdur.
1954-cü ildə ADU-nu fərqlənmə diplo-
mu ilə bitirərək aspiranturada saxlanılmış, 
1957-ci ildə vaxtından  əvvəl namizədlik 
dissertasiyası müdafiə etmiş, universitetdə 
müəllim, baş müəllim, dosent kimi fəaliyyət 
göstərmişdir. 1966-cı ildə doktorluq disserta-
siyasını müdafiə edərək həmin il universitetin 
hesablama riyaziyyatı kafedrasının müdiri se-
çilmiş, 35 il bu vəzifəni uğurla icra etmişdir. 
O, 1971-ci ildən 1987-ci ilədək BDU-nun elmi 
işlər üzrə prorektoru, 1987-1989-cu illərdə 
isə rektor vəzifələrində çalışmışdır. 1967-ci 
ildə professor, 1983-cü ildə Azərbaycan EA-
nın (indiki AMEA) müxbir üzvü seçilmişdir.
Alim prorektor kimi 17 illik gərgin fəa-
liyyəti ərzində universitetdə elmin inkişafına, 
onun beynəlxalq nüfuzunun yüksəlməsinə, 
bir çox elmi-tədqiqat laboratoriyalarının ya-
radılmasına, elmi tədqiqatların inkişafına, 
onların səmərəliliyinin artırılmasına, elmin 
      
istehsalat və  tədris prosesi ilə  əlaqələrinin 
yaxınlaşdırılmasına xüsusi diqqət və qayğı 
göstərmişdir.
Alimin rəhbərliyi altında Azərbaycan, Ru-
siya, Özbəkistan, Türkmənistan, Əlcəzair, Mi-
sir, Polşa, Almaniya, Türkiyə kimi ölkələrin 32 
nəfər nümayəndəsi namizədlik dissertasiyası 
və onlardan 7 nəfəri doktorluq dissertasiyası 
müdafiə etmiş, 60-dan çox namizədlik və dok-
torluq dissertasiyalarına opponentlik etmiş-
dir. Y.C.Məmmədov Moskvada (1966), Var-
şavada, Krakovda (1974) və digər ölkələrdə 
keçirilən beynəlxalq konfranslarda məruzələr 
etmiş, Polşa, Çexiya, Almaniya, Bolqariya, 
Türkiyə  və  İranda mühazirələr oxumuşdur. 
O, 109 elmi məqalənin, 5 dərsliyin və 7 mo-
noqrafiyanın müəllifidir.
Tədqiqatları əsasən diferensial və inteqral 
tənliklər, qeyri-xətti funksional analiz, he-
sablama riyaziyyatı  və başqa sahələri  əhatə 
edir. Y.C.Məmmədov sağ  tərəfi birtərəfli 
qiymətləndirməyə tabe olan qeyri-xətti 
operator-diferensial tənliklərin təqribi həlli 
üçün yeni üsullar vermiş, eləcə  də abs-
trakt qeyri-xətti Volter operator-tənliklər 
nəzəriyyəsinin yaradıcılarından biri olmuş-
dur. Y.C.Məmmədov həllin tez yığılan iterasi-
yalar şəklində axtarılan ekvivalent tənliklərə 
gətirilməsi üçün maraqlı üsul təklif etmişdir. 
Bu üsul riyazi ədəbiyyatda “Məmmədov üsu-
lu” adlandırılır. Onun elmi işləri, araşdırma-
ları  və  əsərləri Azərbaycan elminə misilsiz 
töhfələr vermiş, alimin elmi nailiyyətləri yal-
nız respublikada deyil, ölkədən kənarda da 
uğurla tətbiq olunmuşdur.
1976-cı ildə Azərbaycan Dövlət müka-
fatı laureatı olmuş, 1980-1981-ci illərdə (2 
dəfə) Azərbaycan Respublikası Ali Soveti-
nin Fəxri fərmanları, 1981-ci ildə “Xalqlar 
dostluğu” ordeni ilə təltif olunmuş, həmçinin 
“Azərbaycanın  Əməkdar elm xadimi” fəxri 
adını almış, 1988-ci ildə akademik Vavi-
lov adına medalla, iki dəfə (1971, 1986-cı 
illərdə) SSRİ Ali Təhsil Nazirliyinin medalla-
rı ilə təltif edilmişdir. O, 1981-ci ildə ABŞ-in 
Minneopolis şəhərinin Fəxri vətəndaşı adına 
layiq görülmüşdür.
Professor Yəhya Məmmədov 2000-ci il 
yanvar ayının 26-da vəfat etmişdir.
2010-cu ildə BDU-da Y.Məmmədovun 
anadan olmasının 80 illiyi münasibəti ilə 
“Yəhya Məmmədov auditoriyası”nın açılış 
mərasimi, həmçinin ona həsr olunmuş “Ri-
yaziyyat və Mexanikanın aktual problemləri” 
adlı beynəlxalq konfransın plenar iclası keçi-
rilmişdir. 
Ə d ə b i y y a t
Təqribi hesabla-
ma üsulları ali 
məktəblər üçün dərslik 
/Y.Məmmədov; elmi 
red. C.İsmayılov; 
rəy.: V.Kələntərov, 
R.Şəfiyev.-Bakı: Bakı 
Universiteti, 2008.-   
286 s.
Məhərrəmov, A. 
Görkəmli elm və 
təhsil təşkilatçısı 
/A.Məhərrəmov             
//Azərbaycan.-2010.-   
26 dekabr.- S.6.
Riyaziyyatda 
“Məmmədov 
üsulu”nun müəllifi: 
Böyük insan, nüfuzlu 
alim //Azadlıq.-2013.- 
6 fevral.- S.14.
Yəhya Cəfər oğlu 
Məmmədov: biblioq-
rafiya /BDU.- Bakı, 
2000.- 137 s.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
10
Fizik
9


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə