Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə129/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   125   126   127   128   129   130   131   132   ...   173

285
9
Kimya.Biologiya.Tibb
80 
illiyi
Telman Ağayev 
 1935
OKTY
ABR
Telman Məmmədəli oğlu Ağayev 
1935-ci il oktyabr ayının 10-da Qərbi 
Azərbaycanın Sisyan rayonunun Vaqudi 
kəndində anadan olmuşdur. 1953-cü ildə 
Azərbaycan Kənd Təsərrüfatı  İnstitutu-
nun zootexnika fakültəsinə daxil olmuş, 
1959-cu ildə oranı fərqlənmə diplomu ilə 
bitirmişdir.  Əmək fəaliyyətinə 1960-cı 
ildə Naxçıvan MSSR Nazirlər Sovetində 
başlamışdır. 
1963-cü ildə Naxçıvan MSSR Kənd 
Təsərrüfatı Nazirliyinin Heyvandarlıq 
şöbəsinin müdiri vəzifəsinə təyin olun-
muşdur.
1964-cü ildə Azərbaycan EA-nın 
Fiziologiya bölməsində biokimya ixti-
sası üzrə aspiranturaya daxil olmuşdur. 
1969-cu ildə insan və heyvan fiziologi-
yası ixtisası üzrə elmlər namizədi alimlik 
dərəcəsi almışdır. 1967-ci ildən fiziolo-
giya bölməsində kiçik elmi işçi, 1973-cü 
ildən isə A.İ.Qarayev adına Fiziologiya 
İnstitutunda baş elmi işçi, 1976-cı ildə 
isə laboratoriya rəhbəri vəzifəsinə seçil-
mişdir. 1983-cü ildə Leninqrad Dövlət 
Universitetində doktorluq dissertasiyası 
müdafiə edərək biologiya elmləri dokto-
ru alimlik dərəcəsi almış, 1989-cu ildən 
professor rütbəsinə layiq görülmüşdür.
O, 1993-1995-ci illərdə Azərbaycan 
EA-nın A.İ.Qarayev adına Fiziologiya 
İnstitutunda elmi işlər üzrə direktor mü-
avini vəzifəsində  fəaliyyət göstərmiş, 
2001-ci ildə direktoru təyin edilmişdir. 
2001-ci ildə AMEA-nın müxbir üzvü 
seçilmişdir.
Onun rəhbərliyi altında 9 elmlər dok-
toru, 34 elmlər namizədi hazırlanmışdır. 
O, 7 magistr dissertasiyası və 22 diplom 
işinə rəhbərlik etmişdir. 
Telman Ağayevin elmi əsərlərinin 
130-u xarici ölkələrin nəşriyyatlarında 
çap olunmuşdur. O, bir çox beynəlxalq 
konqreslərdə məruzələrlə çıxış etmişdir.
XIV Ümumittifaq İ.P.Pavlov adına 
fizioloqların qurultayının məsul katibi, 
1985-1990-cı illərdə Ümumittifaq Bio-
kimyaçılar Cəmiyyətinin Mərkəzi  Şu-
rasının üzvü, 1985-1999-cu illərdə isə 
Azərbaycan Biokimya Cəmiyyətinin 
rəhbəri seçilmişdir. T.Ağayev 1999-cu 
ildən Federativ Avropa Biokimyaçılar 
Cəmiyyətinin üzvüdür. 
Tanınmış alim 1999-cu ildən Res-
publika Biokimyaçılar və Molekulyar 
Bioloqlar Cəmiyyətinin İdarə Heyətinin 
üzvü, 1995-2004-cü illərdə A.İ.Qarayev 
adına Fizioloqlar Cəmiyyətinin vitse-
prezidenti, 2005-ci ildən isə preziden-
ti kimi fəaliyyət göstərir. O, AMEA-
nın biologiya elmləri seriyasının 
“Xəbərlər”, “Ekoenergetika” və Gürcüs-
tan EA-nın “Xəbərlər” jurnallarının re-
daksiya heyətinin üzvüdür. AMEA-nın 
A.İ.Qarayev adına Fiziologiya İnstitu-
tunda doktorluq və namizədlik disserta-
siyaları üzrə Dissertasiya Şurasının sədr 
müavini və sədri vəzifələrində çalışmış, 
hazırda həm də institutun Elmi Şurası-
nın sədridir. O, həmçinin YUNESKO-
nun Azərbaycan Respublikasında 
elmi biliklərin və texnologiyanın (bi-
oetika) Milli Komitəsinin və Beyin 
Tədqiqatçıları üzrə Beynəlxalq Büronun  
üzvüdür.
Ə d ə b i y y a t
Elm yolunda həyat necə 
davam edir /T.Ağayev; 
tərt. və red.: A.Qazıyev, 
G.Qurbanova; baş 
red. Ə.Fərəcov; 
AMEA A.İ.Qarayev 
ad.Fiziologiya İn-tu.- 
Bakı: Elm, 2011.-    604 s. 
XX-XXI əsrin Azərbaycan 
fizioloqları və biokim-
yaçıları /T.Ağayev; 
red.: R.Qasımov, 
Ə.Allahverdiyev, 
Ə.Abbasov.-Bakı: Elm, 
2005.- 204 s.
Əmiraslanov, Ə. Funda-
mental problemləri araşdı-
ran alim /Ə.Əmiraslanov             
//Azərbaycan.- 2012.- 25 
noyabr.- S.7.
Telman Məmmədəli oğlu 
Ağayev: biblioqrafiya /
tərt.: Ə.Allahverdiyev; 
A.Qazıyev; red.: 
Ş.Tağıyev, Ş.Alişanlı; 
AMEA. A.Qarayev adına 
Fiziologiya İnstitutu, 
Mərkəzi Elmi Kitabxana.-
Bakı: Elm, 2005.- 273 s.
www.anl.az
www.science.gov.az
www.mir-azerbaydjana.az
10
Alim


286
Tarixdə bu gün
Prokurorluq işçiləri günü
1998
OKTY
ABR
Ümummilli lider Heydər  Əliyev 
oktyabr ayının 1-ci gününün 
Azərbaycan Respublikası Prokuror-
luğu işçilərinin peşə bayramı günü 
kimi qeyd edilməsi barədə 17 iyul 
1998-ci il tarixində  Sərəncam imza-
lamışdır. Bu tarix Azərbaycan Xalq 
Cümhuriyyətinin Nazirlər  Şurasının 
1 oktyabr 1918-ci il tarixli qərarı ilə 
Bakı Dairə  Məhkəməsinin tərkibində 
prokurorluq orqanlarının fəaliyyətə 
başlaması ilə  əlaqədardır. Məhkəmə 
orqanlarından fərqli olaraq, bir çox 
dövlətlərdə prokurorluq müstəqil ins-
titut kimi xeyli sonralar yaranmışdır. 
Dövlət idarəetmə mexanizminin tərkib 
hissəsi kimi prokurorluğun  əsası ilk 
dəfə XIV əsrin  əvvəllərində Fransada 
kral IV Filip tərəfindən qoyulmuşdur. 
Onun vaxtında kral mənafelərinin pro-
kurorluq tərəfindən təmsil edilməsi 
Qanunla (25 mart 1302) təsbit edilmiş-
di. Həm Qərb ölkələri, həm də Rusiya 
prokurorluqlarına bir örnək kimi təsiri 
olan Fransa prokurorluğunun təşkili və 
fəaliyyəti haqqında qanun isə 1586-
cı ildə  qəbul olunmuşdur. Müstəqil 
Azərbaycan dövlətində prokurorluq or-
qanlarının yaranma tarixi Azərbaycan 
Xalq Cümhuriyyəti dövrünə (1918-
1920) təsadüf edir. 1918-ci il noyabr 
ayının 18-də Nazirlər Şurası tərəfindən 
“Azərbaycan Məhkəmə Palatası haq-
qında  Əsasnamə” təsdiq edilmiş-
dir. F.Xoyski, X.Xasməmmədov, 
A.Səfikürdski, T.Makinski AXC-nin 
ədliyyə nazirləri, eyni zamanda baş 
prokurorları olmuşlar. AXC-nin süqu-
tundan sonra dövlət orqanları ilə ya-
naşı, prokurorluq və istintaq orqanları 
da ləğv olunmuşdu. Sovetləşmənin ilk 
illərində bütün hakimiyyət orqanları-
nın fəaliyyətinə  nəzarət funksiyasını 
həyata keçirməli olan xüsusi orqanın 
yaradılması  zəruriliyini nəzərə ala-
raq Azərbaycan SSR MİK-in 11 iyul 
1922-ci il tarixli “Azərbaycan SSR-
nin dövlət prokurorluğu haqqında” 
Dekreti ilə Azərbaycan SSR-də sovet 
prokurorluğunun  əsası qoyulmuşdu. 
Xalq  ədliyyə komissarları  Ə.Qarayev, 
S.Çivanov, B.Vəlibəyov, B.Talıblı, 
H.Hacıyev, A.Sultanova və başqaları 
həm də Azərbaycan SSR-in baş proku-
rorları olmuşlar. 1936-cı ilin iyul ayın-
da Azərbaycan SSR Prokurorluğu Xalq 
Ədliyyə Komissarlığının tərkibindən 
çıxarılaraq birbaşa SSRİ Prokurorlu-
ğuna tabe edilməklə ayrıca qurum kimi 
fəaliyyətə başlamışdır. Kommunist 
partiyasının mütləq hakim olduğu So-
vet hakimiyyəti dövründə prokurorluq 
bu rejimə və partiya liderlərinə xidmət 
edən bir orqan olmuşdur. 
Ölkəmiz müstəqilliyini bərpa 
etdikdən sonra Azərbaycan Respubli-
kasının Prokurorluğu sinfi  mənafelərə 
xidmət edən orqandan qanunun alili-
yinin, insan hüquq və azadlıqlarının 
təmin olunmasına, cinayətkarlıqla 
mübarizəyə, qanunçuluğun qorunması-
na xidmət edən orqana çevrilməklə si-
vil və demokratik inkişaf yoluna qədəm 
qoymuşdur. 2002-ci il sentyabr ayının 
19-da qüvvəyə minmiş “Azərbaycan 
Respublikasının Konstitusiyasında 
dəyişikliklər edilməsi haqqında” re-
ferendum aktına  əsasən prokurorluğa 
həm də qanunvericilik təşəbbüsü hü-
ququ verilmişdir.
Ə d ə b i y y a t
Qocayev, Ə. 1 oktyabr-
Prokurorluq işçiləri günü    
//Qocayev Ə. Bayramlar və 
tarixi günlər.-Bakı, 2006.- 
S.25.
Prokurorluq işçiləri peşə 
bayramlarını qeyd etmişlər 
//Azərbaycan.-2013.- 2 
oktyabr.- S.7.
Prokurorluq orqan-
ları qanunçuluğun 
möhkəmlənləndirilməsi 
istiqamətində səylərini da-
vam etdirir //Azərbaycan.-
2011.-5 fevral. - S. 3.
Seyidov, R. Prokurorluq 
orqanları insan hüquq 
və azadlıqlarının etibarlı 
təminatçısıdır. Azərbaycan 
prokurorluğu - 95 
/R.Seyidov //Respublika.-
2013.- 15 sentyabr.- S.3.
İ n t e r n e t d ə
www.anl.az
www.sia.az
www.ebooks.preslib.az
1


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə