Teqvim-2015. pdf


Mədəniyyət.Maarif.Elm Elməddin Əlibəyzadə



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə137/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   133   134   135   136   137   138   139   140   ...   173

303
Mədəniyyət.Maarif.Elm
Elməddin Əlibəyzadə
1925 
NOY
ABR
Elməddin Məhəmməd oğlu  Əlibəy-
zadə 1925-ci il noyabr ayının 5-də Oğuz 
rayonunun Muxas kəndində anadan 
olmuşdur. Yeddiillik Oğuz natamam 
orta məktəbini bitirmiş,  Şəki Pedaqo-
ji texnikumuna daxil olmuşdur. 1941-
1943-cü illərdə Balakəndə müəllimlik 
fəaliyyətinə başlamış, gənc yaşlarından 
II Dünya müharibəsinin ağrı-acılarını 
yaşamışdır. 1949-cu ildə ADU-nu (indi-
ki BDU) bitirmiş, elmi fəaliyyətini da-
vam etdirmək üçün aspiranturaya qəbul 
olunmuşdur. EA-nın Dilçilik İnstitutun-
da geniş elmi fəaliyyətə başlamışdır.
1953-cü ildə namizədlik, 1988-ci 
ildə doktorluq dissertasiyasını müda-
fiə etmişdir. 1956-cı ildə Yerevan 
Dövlət Pedaqoji institutuna işləməyə 
göndərilmişdir. Xalqımızın tarixən 
ata-baba torpaqları olan, indi isə zor-
la erməni qəsbkarları  tərəfindən zəbt 
olunmuş  İrəvan, Göyçə  və digər Qərbi 
Azərbaycan torpaqlarında yaşayan öv-
ladlarımızın bilik və bacarığını artırmaq 
yolunda  əzmlə çalışmışdır. Bakıya qa-
yıtdıqdan sonra yenidən Elmlər Aka-
demiyasında elmi fəaliyyətini davam 
etdirən E.Əlibəyzadə Azərbaycan Milli 
Elmlər Akademiyasının Nizami adına 
Ədəbiyyat  İnstitutunun Azərbaycan-
Türk-Araşdırmaları  Mərkəzi  şöbəsinə 
rəhbərlik etmişdir. Türk dillərinin 
qədim türk xalqları  ədəbiyyatlarının 
qədim dövrünün tədqiqi və klassik 
yazılı abidələrimizin araşdırılması 
məsələləri onun əsas işidir. Ulu Şu-
mer Babil mədəniyyəti və Azərbaycan 
probleminin araşdırılması sahəsində 
aparılan elmi işlər, Azərbaycan elmi, 
mədəniyyəti tarixində qazanılmış bö-
yük müvəffəqiyyətlər məhz Elməddin 
Əlibəyzadənin uğurlu fəaliyyətinin 
məhsuludur.
Alim 300-dən çox elmi əsər, çox-
lu sayda qiymətli elmi, tarixi, nəzəri 
kitablar yazmışdır. “Ədəbi  şəxsiyyət 
və dil” (1982), “Qədim dünyamızın 
ulu kitabı” (1996), “Ana kitabələr” 
(1996), “Azərbaycan xalqının mənəvi 
mədəniyyət tarixi (İslamaqədərki 
dövr)” (1998), “Nizami və tarixi-
miz” (2004), “Türk-Azərbaycan bədii 
düşüncəsinin ilkin qaynaqları” (2007), 
“Azərbaycanşünaslığa giriş” (2010) və s. 
elmi əsərlərin müəllifidir. E.Əlibəyzadə 
“Bilqamıs” və “Dədə Qorqud” üzərində 
bəzi üslubi paralellərin müqayisəli 
təhlilini aparmışdır. Alp Ər Tonqa ağı-
larının zəngin, mükəmməl elmi-bədii 
təhlilini aparmışdır. 
Alim Türkiyədə,  İranda Azərbaycan 
elminin təbliğində xüsusilə  fəaliyyət 
göstərmiş, elmi konfranslarda “Novruz”, 
“Qurban” bayramlarının tarixi, “Şumer-
Babil mədəniyyəti və Azərbaycan” möv-
zularında məruzələrlə çıxışlar etmişdir.
Elməddin  Əlibəyzadə kadr hazırlığı 
ilə  də  məşğul olmuş, onun rəhbərliyi 
altında bir neçə elmlər namizədi disser-
tasiya müdafiə etmiş, onlarla dissertasi-
yaya opponentlik etmişdir.
20
20
10
5
Ə d ə b i y y a t
“Avesta” Azərbaycan xal-
qının mənəvi mədəniyyət 
tarixidir /E.Əlibəyzadə; 
AMEA Nizami ad. 
Ədəbiyyat İnstitutu.- Bakı: 
Yurd NPB, 2005.- 238 s.
Azərbaycan dilinin tarixi: 
2 cilddə /E.Əlibəyzadə b.- 
Bakı: Azərbaycan tərcümə 
mərkəzi, 2007.
Azərbaycan ədəbiyyatı 
tarixi: ən qədim dövrlər 
/E.Əlibəyzadə.- Bakı: 
Qarabağ, 2009.- 831 s.
Alim-vətəndaş Elməddin 
Əlibəyzadə - 80 /tərt., ön 
sözün müəl. G.Şükürova. 
- Bakı: Adiloğlu, 2006.- 
476 s.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
90 
illiyi
Ədəbiyyatşünas


304
Mədəniyyət.Maarif.Elm
85 
illiyi
Qulu Xəlilov   
1930-1995  
NOY
ABR
Qulu Qasım oğlu Xəlilov (Xəlilli) 
1930-cu il noyabr ayının 20-də  Qərbi 
Azərbaycanın Sisyan bölgəsində  Qı-
zılcuq kəndində anadan olmuşdur. 
İlk təhsilini Ağdamda, Fəhlə-gənclər 
məktəbində alan Qulu Xəlilli 1949-
1954-cü illərdə Azərbaycan Dövlət 
Universitetinin jurnalistika şöbəsində 
(indiki BDU Jurnalistika fakültəsi) oxu-
muşdur. Ali təhsilini tamamladıqdan 
sonra 1954-1955-ci illərdə “Ədəbiyyat 
və incəsənət” qəzeti redaksiyasında 
tənqid şöbəsinin müdiri vəzifəsində ça-
lışmışdır. Hələ tələbə ikən universitetdə 
tələbə elmi cəmiyyətinin sədri, fakültə 
divar qəzetinin redaktoru olmuşdur. 
1956-1959-cu illərdə Azərbaycan Pe-
daqoji  İnstitutunda (indiki ADPU) 
aspirant olmuş, 1959-1967-ci illərdə 
Elmlər Akademiyasının Nizami adına 
Ədəbiyyat  İnstitutunda baş elmi işçi, 
1967-1970-ci illərdə ADU-nun Jurna-
listika fakültəsində Azərbaycan mətbuat 
tarixi kafedrasında müəllim, sonra pro-
fessor, 1977-1978-ci illərdə  filologiya 
fakültəsində dekan vəzifəsində çalış-
mışdır.
Milli ədəbiyyatşünaslıq tarixinə san-
ballı möhürünü vurmaqla özünəməxsus 
elmi məktəb formalaşdırmış nəcib ziya-
lılardan olan Qulu Xəlillinin “Qılınc da-
ğında” adlı ilk mətbu əsəri “Ədəbiyyat 
və incəsənət” qəzetinin 08 yanvar 
1953-cü il tarixli nömrəsində  dərc 
edilmişdir. Hekayələri, publisistik və 
tənqidi məqalələri ilə dövri mətbuatda 
müntəzəm çıxış etmişdir. 1953-cü ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvü 
olmuşdur.
Azərbaycan 
ədəbiyyatşünaslığı 
sahəsində araşdırmaları ona geniş oxu-
cu auditoriyası qazandırmışdır. Elmi 
məclis və yaradıcılıq plenumlarında 
cəsarətli, məzmunlu və obyektiv çıxış-
ları ilə  məşhurlaşan Q.Xəlilli “Vaqif” 
pyesi və tarixi dram janrı” mövzu-
sunda namizədlik, sonra 1967-ci ildə 
Azərbaycan romanının inkişaf tarixini 
əks etdirən doktorluq dissertasiyalarını 
müdafiə etmişdir.
Görkəmli alim milli ədəbiyyatşü-
naslıq elminin müxtəlif aspektləri 
üzrə apardığı  tədqiqatlarla müasir elm 
tariximizə sanballı möhürünü vurmuş, 
ədəbi-poetik düşüncənin tədqiqində 
yeni səhifə, uğurlu cığır açmışdır. O, 
iyirmidən çox sanballı, prinsipial, dərin 
mənalı elmi-nəzəri monoqrafik, tənqidi 
əsərlərin, yüzlərlə publisistik yazıların 
müəllifidir. Təkcə Azərbaycan roma-
nının inkişaf tarixinə dair fundamen-
tal  əsəri  ədəbiyyatşünaslığımız üçün 
qiymətli tədqiqat nümunəsidir.
“Ömrün baharı”, “Atam və  mən”, 
“Yaşamaq istəyirəm”, “Həyat və idrak” 
kimi roman və povestləri, “Yaylaq-
da”, “Qocaların söhbəti”, “Umusuq”, 
“Mələk xala”, “Həyatdan gələn səslər” 
və s. hekayələri geniş oxucu kütləsi 
tərəfindən böyük rəğbət qazanmışdır.
Əsərləri keçmiş SSRİ xalq-
larının dillərinə 
tərcümə olun-
muşdur. Azərbaycan elminin və 
ədəbiyyatşünaslığının inkişafındakı 
xidmətlərinə görə Azərbaycan Ali So-
vetinin Fəxri Fərmanı  və beş medalla 
təltif edilmiş, 1993-cü ildə  “Əməkdar 
elm xadimi” fəxri adına layiq görül-
müşdür.
Tənqidçi,  ədəbiyyatşünas, müəllim-
pedaqoq, görkəmli alim Qulu Xəlilli 
1995-ci il noyabr ayının 18-də Bakıda 
vəfat etmişdir.
Ə d ə b i y y a t
Hər şeydən keçilər, 
vətən keçilməz: 
polemik-publisistik 
məqalələr /Q.Xəlilli; 
red. R.Muradlı.- Bakı: 
Gənclik, 1995.- 156 s.
Sadıqova, A. Vətəndaş 
fəryadı: Qulu 
Xəlillinin publisis-
tikası /A.Sadıqova; 
red. A.Nəbiyev.- Bakı: 
Azərbaycan Milli Ensik-
lopediyası, 2000.- 140 s.
Torpaq dərdli in-
san: Qulu Xəlilli 
xatirələrdə    /tərt.: 
N.Xəlilov, A.Xəlilov; red. 
V.Quliyev.- Bakı: Şuşa, 
2000.- 352 s.
Məmmədov, Ş. “Qulu 
Xəlilli jurnalisti-
ka fakültəsinə milli 
ruh, vətənpərvərlik 
gətirdi” /Ş.Məmmədov                 
//Azərbaycan müəllimi.-
2011.- 29 aprel.-S.14-15.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org 
www.e-qanun.az
www.mechmath.bsu.
edu.az
20
Ədəbiyyatşünas
NOY
ABR
1


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə