79
Ə d ə b i y y a t
Atropaten və Alban
dövlətləri. Azərbaycan
tatixi: ali məktəblər üçün
dərslik /İ.Babayev.- Bakı,
1996.
Qəbələ: tarixi-arxeoloji
oçerk /İ.Babayev,
Q.Əhmədov; red. İ.Əliyev;
AzSSR EA Arxeologiya və
Etnoqrafiya sektoru.-Bakı:
Elm, 1981.-67 s.
Azərbaycan xalqının milli
kimlik kitabı /İ.Babayev
//Xalq qəzeti.- 2010.- 15
may.- S.6.
“Beynəlxalq ekspedisiya-
nın bizim üçün üstünlüyü
ondadır ki, onlar bizim
həqiqətlərimizi xaricdə
təbliğ edirlər” /İ.Babayev
//Palitra.- 2010.- 28 may.-
S.6.
Bədəlov, Ə. Vətənpərvər
alim: İlyas Babayev-75
/Ə.Bədəlov //Elm.- 2010.-
12 noyabr.- S.8.
İ n t e r n e t d ə
www.science.gov.az
www.archaeology.org.az
www.anl.az
Alim
İlyas Babayev
1935
İlyas Atababa oğlu Babayev 1935-
ci il mart ayının 23-də Quba rayonu-
nun Xanagah kəndində anadan olmuş-
dur.
1952-ci ildə orta məktəbi bitirmiş-
dir. 1953-cü ildə Azərbaycan Dövlət
Universitetinin tarix fakültəsinə daxil
olmuş, 1958-ci ildə ali təhsilini başa
vuraraq Azərbaycan Elmlər Akademi-
yasının Tarix İnstitutunda arxeologiya
ixtisası üzrə elmi işçi vəzifəsinə işə
götürülmüşdür.
1962-1964-cü illərdə SSRİ EA Ar-
xeologiya İnstitutunun Leninqrad (in-
diki Sankt-Peterburq) Bölməsində pro-
fessor M.İ.Maksimovanın rəhbərliyi
altında aspiranturada oxumuşdur.
1965-ci ildə tarix elmləri namizədi,
1983-cü ildə Moskva şəhərində SSRİ
EA Arxeologiya İnstitutunda doktor-
luq dissertasiyasını müdafiə edərək
arxeologiya ixtisası üzrə tarix elmləri
doktoru elmi dərəcəsi almışdır.
İ.A.Babayev 1958-ci ildən müxtəlif
arxeoloji ekspedisiyaların qazıntı-
larında iştirak edir. Hazırda o, iki
beynəlxalq ekspedisiyaya - Koreya
arxeoloqları ilə birlikdə Qəbələ, Al-
maniya və Gürcüstan arxeoloqları ilə
birlikdə Şəmkir-Qaracəmirli ekspedi-
siyalarına başçılıq edir.
30 ildən artıq arxeoloji qazıntı-
lar aparmış, çoxsaylı arxeoloji ta-
pıntılar və yazılı qaynaqlar əsasında
Azərbaycanın qədim möhürlərini,
sikkələrini, şəhər mədəniyyətini, sinifli
cəmiyyət və dövlətin yaranması prob-
lemini, beynəlxalq əlaqələrini, siyasi
tarixini tədqiq etmişdir. O, çoxsaylı
beynəlxalq simpoziumlarda məruzələr
oxumuş, arxeologiya və qədim tarix
sahəsində elmi kadrlar hazırlamış-
dır. İ.A.Babayev çoxlu elmi kitabla-
rın redaktoru, ali və orta məktəb tarix
dərsliklərinin müəllifi və rus dilinə
tərcüməçisidir.
Onun rəhbərliyi altında namizədlik
və doktorluq dissertasiyaları müdafiə
edilmiş, çoxsaylı tədqiqat işlərinin
müdafiələrinə opponentlik etmişdir.
O, bir sıra elmi jurnal və topluların,
Azərbaycan ensiklopediyasının redak-
siya heyətinin üzvüdür.
İ.Babayev elmi fəaliyyətlə yanaşı
pedaqoji fəaliyyətlə də məşğul olmuş,
universitetlərin tarix fakültələrində
mühazirələr oxumuşdur.
İ.Babayev hazırda AMEA Arxeolo-
giya və Etnoqrafiya İnstitutunda Antik
dövr arxeologiyası şöbəsinin müdiri,
Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyasın-
da tarix və siyasi elmlər üzrə Ekspert
Şurasının sədridir.
Azərbaycan Milli Elmlər Akademi-
yasının müxbir üzvü, professordur.
80
illiyi
Tarix
23
MART
80
Ə d ə b i y y a t
Siyasi tarix - XX
əsr /İ.Məmmədov,
Ç.Məmmədov; red.
İ.Əliyev.- Bakı: Adiloğlu,
2004.- 358 s.
Siyasi tarix - ХХ əsr:
Ümumdünya ictimai-siyasi
proseslər /İ.Məmmədov,
Ç.Məmmədov; red.
H.Aslanov.- Bakı: Çıraq,
2003.- 330 s.
Siyasi tarix XX əsr:
[dərslik] /İ.Məmmədov,
Ç.Məmmədov; red.
B.Abdullayev; rəyçi.:
H.Aslanov, H.Hacıyev.-
Bakı: Çıraq, 2006.- 346 s.
Azərbaycan tarixi: XX
əsr - XXI əsrin əvvəlləri:
mühazirələr kursu: dərs
vəsaiti /İ.Məmmədov,
Ç.Məmmədov.- Bakı:
UniPrint, 2010.- 336 s.
İ n t e r n e t d ə
www.elibrary.azlib.net
www.az.wikipedia.org
www.anl.az
www.muallim.edu.az
Alim
İsaq Məmmədov
1925-2011
İsaq Mustafa oğlu Məmmədov
1925-ci il mart ayının 24-də Qubadlı
rayonunun Qaracalı kəndində anadan
olmuşdur.
Onun atası, bölgədə adlı-sanlı şəx-
siyyət kimi tanınan Mustafa kişi rep-
ressiyanın qurbanı olmuş, balaca İsaq
atasız yaşamış, anasının və yaxın qo-
humlarının himayəsində böyümüşdü.
1942-ci ildə kənd orta məktəbini
və Şuşa pedaqoji kurslarını bitirərək
doğma kəndindəki natamam orta
məktəbdə müəllimlik etmiş, dərs hissə
müdiri vəzifəsində çalışmış, kənd so-
vetinin katibi işləmişdi. 1944-cü ildə
Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) tarix fakültəsinə daxil
olaraq, fərqlənmə diplomu ilə təhsilini
başa vurmuş, 1949-cu ildə aspirantura-
ya qəbul olunmuşdu.
1952-ci ildə ADU-ya müəllim
vəzifəsinə təyin edilmiş və beləliklə,
istedadlı gəncin həyatında yeni dövr
başlamışdı. Ömrünün 30 ilini bu
təhsil müəssisəsinə həsr etmiş, burada
assistentdən professora qədər ucal-
mışdı.
İsaq Məmmədov 1955-ci ildə
namizədlik, 1974-cü ildə doktorluq
dissertasiyasını müdafiə etmiş, 1976-
cı ildə professor adını almışdı.
1977-1978-ci illərdə Azərbaycan
Dövlət Tibb Universitetində kafedra
müdiri, 1978-1984-cü illərdə Naxçı-
van Dövlət Pedaqoji Universitetinin
rektoru, daha sonra 10 il ADNA-da
Tarix kafedrasının müdiri, 2005-ci
ildən ömrünün sonuna qədər kafedra-
nın professoru vəzifəsində çalışmışdır.
O, 200-ə qədər elmi məqalənin,
“Qəhrəmanlıq tarixindən səhifələr”,
“Unudulmaz rəşadət”, “İnqilabi
ənənələr və gənclik”, “Ənənələr tərbiyə
edir” kitablarının, “XX əsrdə ümum-
dünya tarixi proseslər”, “Azərbaycan
tarixi”, “Yeni tarix”, “Ümumdünya
ictimai prosesləri”, “Təlatümlü illər”
və “Siyasi tarix” dərslikləri və dərs
vəsaitlərinin müəllifidir.
Elm sahəsində böyük xidmətlərinə
görə professor İsaq Məmmədov 1981-
ci ildə Azərbaycan Respublikası Ali
Soveti Rəyasət Heyətinin fərmanı ilə
“Əməkdar elm xadimi” fəxri adına,
Azərbaycan Respublikası Prezidenti-
nin fərdi təqaüdünə layiq görülmüş-
dür.
O, çoxsaylı İttifaq və respublika
miqyaslı elmi konfransların iştirakçısı
olmuş və məruzələrlə çıxış etmişdir.
Professor İsaq Məmmədov respub-
likamızın ictimai həyatında fəal iştirak
etmiş, 1980-1985-ci illərdə Naxçıvan
Muxtar Respublikası Ali Sovetinin de-
putatı seçilmiş, Naxçıvan şəhər rəhbər
orqanlarının, müxtəlif müdafiə şurala-
rının üzvü kimi fəaliyyət göstərmişdir.
İsaq Mustafa oğlu Məmmədov
2011-ci il sentyabr ayının 8-də vəfat
etmişdir.
90
illiyi
Tarix
24
MART
Dostları ilə paylaş: |