76
Milli Qəhrəmanlar
Bəhruz Mənsurov
1975-1995
Milli Qəhrəman
Ə d ə b i y y a t
“Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haq-
qında”: [Mənsurov Bəhruz Qəhrəman oğlu – Müdafiə Nazirliyi, kursant – Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- (Ölümündən
sonra).
Mustafayev, F. Bəhruz - vətənə sipər oğul /Mustafayev F., Aslanov S.- Bakı: Azərbaycan, 1997.- 79 s.
Əsgərov, V. Mənsurov Bəhruz Qəhrəman oğlu //Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı:
Dərələyəz-M, 2010.- S.182.
Mənsurov Bəhruz Qəhrəman oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed.
H.Həmidova.- Bakı, 2008.- S.147.
Seyidzadə, M. Mənsurov Bəhruz Qəhrəman oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.152.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.milliqahraman.az
www.muallim.edu.az
www.zengilan.com
Bəhruz Qəhrəman oğlu Mənsurov
1975-ci il mart ayının 13-də Yardımlı
rayonunun Telavar kəndində anadan
olmuşdur.
1993-cü ildə Bakı Ali Hərbi
Komandirlər
Məktəbinin sərhəd
fakültəsinə daxil olmuşdur.
Bəhruz 1995-ci il Mart hadisələri
baş verərkən ordu sıralarında xidmət
edirdi. Ölkə vətəndaş müharibəsinin
təhlükəsini yaşadığı bir vaxtda, 20
yaşlı Bəhruz da vətənpərvərlik bor-
cunu yerinə yetirirdi. Bəhruza silahlı
dəstəni zərərsizləşdirmək tapşırıl-
mışdır. Bu vəzifəni yerinə yetirərkən
namərd gülləsi onu ağır yaraladı. Aldı-
ğı yaradan çoxlu qan itirdiyindən onun
həyatını xilas etmək mümkün olmadı.
Subay idi.
Azərbaycan Respublikası Prezi-
dentinin 04 aprel 1995-ci il tarixli 307
saylı Fərmanı ilə Mənsurov Bəhruz
Qəhrəman oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Yardımlı rayonunun Telavar
kəndində dəfn edilmişdir.
Dövlət
Sərhəd Xidmətinin Göytəpə
Sərhəd Dəstəsinin 16-cı zastavası, oxu-
duğu orta məktəb, Sumqayıtın 16-cı
mikrorayonunda yerləşən bulaq-abidə
kompleksi qəhrəmanın adını daşıyır.
40
illiyi
MART
13
77
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Qasımov İxtiyar Qasım oğlu – dəstə komandiri – Azərbaycan Respublikasının suverenliyi və bütövlüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 dekabr
1992- ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- №24.- S.50.- (Ölümündən sonra).
Abbasov, B. Qeyrətli oğul //Abbasov B. Ölərkən dünyaya gələn oğullar.- Bakı, 2004.- S.235-245.
Əsgərov V. Qasımov İxtiyar Qasım oğlu //Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı:
Dərələyəz-M, 2010.- S.155.
Şamiloğlu, S. İxtiyar Qasım oğlu Qasımov //Şamiloğlu S. Şəhid şəhərin şəhid oğulları.- Bakı, 1994.- S.25-26.
İxtiyar Qasım oğlu Qasımov //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.-
Bakı, 2008.- S.117-118.
Seyidzadə, M. İxtiyar Qasım oğlu Qasımov /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.118.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.milliqahraman.az
www.muallim.edu.az
MART
22
İxtiyar Qasımov
1970-1992
İxtiyar Qasım oğlu Qasımov 1970-
ci il mart ayının 22-də Ağdam rayonu-
nun Salahlı kəndində anadan olmuş-
dur.
Orta təhsilini səkkizinci sinfədək
kəndlərində almış və daha son-
ra təhsilini Bakıda kimya-biologiya
təmayüllü məktəbdə davam etdirmiş-
dir. Sonra Kənd Təsərrüfatı Akademi-
yasının aqronomluq fakültəsinə daxil
olmuşdur.
İxtiyar 1992-ci
ildə hərbi qulluq
üçün komissarlığa müraciət etmiş və
Ağdamın müxtəlif istiqamətlərində
döyüşlərdə iştirak etmişdir. Gülablı
kəndinə olunan silahlı basqının qarşı-
sının alınmasında xüsusi qəhrəmanlıq
göstərmişdir.
1992-ci il iyul ayının 14-də Canya-
taq kəndi uğrunda gedən döyüşlərdə
qəhrəmanlıq göstərərək həlak olmuş-
dur.
Azərbaycan Respublikası Prezi-
dentinin 7 dekabr 1992-ci il tarixli
350 saylı Fərmanı ilə Qasımov İxti-
yar Qasım oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Salahlı kənd qəbiristanlığında dəfn
edilmişdir. Vaxtilə təhsil aldığı Salah-
lı kənd orta məktəbi qəhrəmanın adını
daşıyır.
Milli Qəhrəmanlar
45
illiyi
Milli Qəhrəman
78
Ə d ə b i y y a t
Azərbaycan diplomatiya-
sının tarixindən /tərt. ed.
F.S.Şükürov.- Bakı: Cümə,
2004.-34 s.
Dadaşov, A. Məhəmməd
Həsən Hacınski
/A.Dadaşov; elmi red.
T.Vəliyev.- Bakı: BDU,
2004.- 183 s.
Faciəvi taleli
insan: Məmməd Həsən
Hacınski //Mədəniyyət.-
2011.- 2 mart.- S.13.
Qasımlı, M. Məhəmməd
Həsən Hacınski
//Azərbaycanın Xarici
İşlər Nazirliyi /M.Qasımlı;
E.Hüseynova; elmi red.
N.Əlibəyli.- Bаkı, 2003.-
S.6-13.
Şüküroğlu, L. Ona bəraəti
zaman verdi //Şüküroğlu
L. Cümhuriyyət hökuməti
repressiya məngənəsində:
[2 cilddə].- Bakı, 2000.-
C.I.-S.248-274.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
www.azerbaijan.az
www.news.lent.az
MART
3
Məhəmməd Həsən Hacınski
1875-1931
Məhəmməd Həsən Cəfərqulu oğlu
Hacınski 1875-ci il mart ayının 3-də
Bakıda anadan olmuşdur. O, Bakı real-
nı məktəbini, 1902-ci ildə isə Peterburq
Texnoloji İnstitutunu bitirmişdir. Mosk-
vada maarifpərvər Azərbaycan varlıla-
rından Şəmsi Əsədullayevin neftayırma
zavodlarının tikintisində çalışmış, həmin
ilin axırlarında isə doğma Bakıya qayı-
daraq, şəhər upravasının (bələdiyyə) ti-
kinti şöbəsinin rəisi təyin olunmuşdur.
M.H.Hacınski Bakının abadlaşmasına
böyük diqqət yetirirdi. Onun rəhbərliyi
altında 1911-ci ildə Dənizkənarı bulva-
rın tikintisi başa çatdırılmışdı. 1911-ci
ildə yaradılmış gizli
Müsəlman demok-
ratik Müsavat partiyasına daxil olmuş-
dur. 1917-ci il Rusiya fevral burjua in-
qilabından sonra Müsavat partiyası açıq
fəaliyyətə keçdi. M.H.Hacınski 1917-ci
il noyabrın 15-də yaranmış Zaqafqaziya
komissarlığında ticarət və sənaye ko-
missarının müavini, seymin üzvü, 1918-
ci il aprelin 22-də yaranmış Zaqafqazi-
ya Federativ Respublikası hökumətində
ticarət və sənaye naziri vəzifələrini icra
etmişdir.
1918-ci il mayın 28-də Azərbaycan
Demokratik Respublikası elan olunmuş,
Hacınski bitərəf Fətəli xan Xoyskinin
təşkil etdiyi birinci hökumət kabinetində
xarici işlər naziri vəzifəsini tutmuşdur.
23 dekabr 1919-cu ildə ikinci kabi-
netdə daxili
işlər naziri təyin olun-
muş, 1920-ci ilin fevralına qədər bu
vəzifədə işləmişdir. 1920-ci il apre-
lin 1-də Azərbaycan Respublikası-
nın yeni hökumət kabinəsini təşkil
etmək M.H.Hacınskiyə tapşırıldı. Bu
məqsədlə o, Azərbaycan parlamentinə
daxil olan bütün partiya və fraksiyala-
rın rəhbərləri ilə, həmçinin bolşeviklərlə
də danışıqlar aparmışdır. O, bolşevikləri
yeni hökumət
kabinəsinin tərkibinə da-
xil etməklə, Samur körpüsünün şimal
tərəfində dayanmış XI Qızıl Ordunun
Bakı üzərinə yürüşünü ləngitmək və ni-
zami Azərbaycan ordusunu təcili Bakıya
çağırmaq istəyirdi. Həmin ilin martında
Azərbaycan ordusu Dağlıq Qaraba-
ğı daşnaq işğalından azad etmək üçün
göndərilmiş, hələ Bakıya qayıtmamışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin
taleyi üçün son dərəcə məsuliyyətli
bir zamanda M.H.Hacınskinin lənglik
göstərərək
hökuməti təşkil edə bilmə-
məsi, hakimiyyət böhranını daha da
dərinləşdirmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti dev-
rildikdən sonra o, Azərbaycan SSR Ali
Xalq Təsərrüfatı Şurasında, Zaqafqazi-
ya Dövlət Plan Komitəsində müxtəlif
rəhbər vəzifələrdə çalışmış, Azərbaycan
şəhərlərinin abadlaşdırılmasında işti-
rak etmişdir. Repressiyaya məruz qal-
mış, L.Beriyanın göstərişi ilə 1930-
cu ildə Tiflisdə həbs edilmişdir. Ağır
işgəncələrə məruz qalan M.H.Hacınski
9 fevral 1931-ci ildə ağır həbsxana
həyatına dözməyərək ürək xəstəliyinə
və vərəmə tutulmuş,
istintaq sənədlərinə
görə, “özünü asmaqla” intihar etmişdir.
Siyasət.Hüquq
140
illiyi
Dövlət xadimi