Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə77/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   73   74   75   76   77   78   79   80   ...   173

170
Milli Qəhrəmanlar
40 
illiyi
Novruz Qurbanov
1975-1995 
İYUN
Novruz  Əliyullah oğlu Qurbanov 
1975-ci il iyun ayının 2-də  Ağstafa 
rayonunun Yuxarı Göycəli kəndində  
anadan olmuşdur. 
1992-ci ildə  kənd orta məktəbini 
bitirmişdir. 
1993-cü ildə  Ağstafa rayon 
Hərbi Komissarlığı  tərəfindən hərbi 
xidmətə çağırılmışdır. “N” saylı hərbi 
hissədə xidmət edən Novruz atəşkəs 
imzalananadək döyüşlərdə  iştirak et-
mişdir. 
1995-ci il 13-17 mart hadisələri 
zamanı dövlət çevrilişinin qarşısının 
alınmasında iştirak etmiş, mart ayının 
17-də həlak olmuşdur. 
Azərbaycan Respublikası Prezi-
dentinin 4 aprel 1995-ci il tarixli 307 
saylı  Fərmanı ilə Qurbanov Novruz 
Əliyullah oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir. 
Yuxarı Göyçəli kəndində dəfn edil-
mişdir.
Doğulduğu kənddə büstü qoyul-
muşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı 
verilməsi haqqında: [Qurbanov Novruz Əliyullah oğlu-Müdafiə Nazirliyi, sıravi-Azərbaycan Respublikasının Konstitusiya, 
dövlət quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması 
zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin  Fərmanı, 4 aprel 1995-ci il                    
//Azərbaycan.- 1995.- 5 aprel.- S. 1.- (Ölümündən sonra).
Əsgərov, V. Qurbanov Novruz Əliyullah oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 
2010.- S.178.
Qurbanov Novruz Əliyullah oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. 
H.Həmidova.- Bakı, 2008.- S.127-128.
Seyidzadə, M. Qurbanov Novruz Əliyullah oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.133.
İ n t e r n e t d ə
www.anl.az 
www.az.wikipedia.org
www.milliqahraman.az 
www.zengilan.com
2
Milli Qəhrəman


171
Milli Qəhrəmanlar
50 
illiyi
Rövşən Əkbərov
1965
İYUN
Rövşən Telman oğlu Əkbərov 1965-
ci il iyun ayının 4-də Bakı  şəhərində 
dünyaya gəlmişdir. 
1972-ci ildə 42 saylı orta məktəbin 
birinci sinfinə getmiş, səkkizinci sinfə 
qədər burada təhsil almışdır. 
1979-cu ildə C.Naxçıvanski adına 
Hərbi Məktəbə daxil olmuş, 1982-
ci ildə  təhsilini başa vurmuşdur. 
Sonra isə Kiyev Ali Ümumqoşun 
Komandirlər Məktəbinə daxil olmuş 
və oranı  fərqlənmə diplomu ilə bitir-
mişdir. 1986-cı ildə təyinatla Zaqafqa-
ziya Hərbi Dairəsi Komandanlığının 
sərəncamına göndərilmişdir. 1987-ci 
ildə xidmət etdiyi ordunun tərkibində 
Əfqanıstana göndərilmiş, 1988-ci ildə 
yenidən öz iş yerinə qayıtmışdır. 1989-
cu ildə xidmət etdiyi alayda bölük ko-
mandiri vəzifəsinə  təyin edilmişdir. 
1990-92-ci illərdə Beyləqan rayonun-
da hərbi komissarın köməkçisi, sob-
ra Azərbaycan Silahlı Qüvvələrinin 
tərkibində müxtəlif vəzifələrdə çalış-
mışdır.
1993-1995-ci illərdə motoatıcı bri-
qadanın komandiri vəzifəsində çalış-
mışdır. Müxtəlif vəzifələrdə  işləyən 
R.Əkbərov 1998-ci ildə Ordu korpusu 
komandiri vəzifəsinə  təyin edilərək 
general-leytenant rütbəsinə  qədər 
yüksəlmişdir. Rövşən  Əkbərov 1999-
cu ildə Bakı Ali Dənizçilik Məktəbinin, 
2002-ci ildə isə Ukrayna Hərbi Akade-
miyasının müdavimi olmuşdur.
Azərbaycanın  ərazi bütovlüyünün 
qorunub saxlanmasında göstərdiyi 
igidliyə görə iki dəfə “Azərbaycan 
Bayrağı” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezi-
dentinin 5 oktyabr 1994-cü il tarixli 
215 saylı Fərmanı ilə Əkbərov Rövşən 
Telman oğlu “Azərbaycanın Milli 
Qəhrəmanı” adına layiq görülmüşdür.
2002-ci ildən general-leytenantdır. 
2011-ci ilin fevralında Şəmkir korpu-
sunun komandiri təyin olunmuşdur.
Ailəlidir, dörd övladı var.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 
[Əkbərov Rövşən Telman oğlu-polkovnik leytenant-Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi zamanı şəxsi 
qəhrəmanlıq və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin  Fərmanı, 5 oktyabr 1994-cü il //Azərbaycan Respublikası Ali 
Sovetinin Məlumatı.-1994.- №19.- S.10.
Əsgərov, V. Əkbərov Rövşən Telman oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.74-
75.
Əkbərov Rövşən Telman oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. H.Həmidova .- 
Bakı, 2008.- S.54.
Seyidzadə, M. Əkbərov Rövşən Telman oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.51.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
4
Milli Qəhrəman


172
Milli Qəhrəmanlar
40 
illiyi
Zabit Quliyev
1975 
İYUN
Zabit Adil oğlu Quliyev 1975-ci 
il iyun ayının 6-da Kürdəmir rayo-
nunun  Ərəbxan kəndində anadan 
olmuşdur.
1992-ci ildə döğma kəndlərində 
orta məktəbi bitirmiş, bir müddət 
kənddə təsərrüfatla məşğul olmuş-
dur. 
1993-cü ildə Milli Ordu sı-
ralarına çağırılmış  və oradan da 
döyüş bölgəsinə göndərilmişdir. 
Zabit Quliyev Ağdam, Füzuli, 
Ağdərə, Tərtər bölgələrində gedən 
döyüşlərdə  rəşadətlə vuruşmuş-
dur. Seysulan kəndi uğrunda gedən 
döyüşdə düşmənin 4 tankını vur-
muşdur.
Azərbaycan Respublikası Pre-
zidentinin 4 aprel 1995-ci il tarixli 
307 saylı Fərmanı ilə Quliyev Za-
hid Adil oğlu “Azərbaycanın Milli 
Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür. 
Ailəlidir, bir övladı var.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haq-
qında: [Quliyev Zabit Adil oğlu-Müdafiə Nazirliyi, çavuş-Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi, onun 
müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə 
görə]: Azərbaycan Respublikası Prezidentinin  Fərmanı, 4 aprel 1995-ci il           //Azərbaycan.- 1995.- 5 aprel.- S.1.
Əsgərov, V. Quliyev Zabit Adil oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.176.
Quliyev Zabit Adil oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. H.Həmidova.- Bakı, 
2008.- S. 127.
Seyidzadə, M. Quliyev Zabit Adil oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.127.
İ n t e r n e t d ə
www..anl.az
www.az.wikipedia.org
www.infocenter.gov.az
www.milliqahraman.az
6
Milli Qəhrəman


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə