164
Amaliya Pənahova
1945
İYUN
Amaliya Əliş qızı Pənahova 1945-ci il
iyun ayının 15-də Gəncə şəhərində ana-
dan olmuşdur.
Orta məktəbi bitirdikdən
sonra, 1962-1966-cı illərdə M.A.Əliyev
adına Azərbaycan Dövlət Teatr İnstitu-
tunu dram və kino aktyorluğu ixtisası
üzrə bitirmişdir.
Kurs rəhbəri Adil İsgəndərovdan
sənətin sirlərini öyrənmiş, institutun
ikinci kursundan Akadenik Dram Teat-
rın səhnəsində çıxış etməyə başlamış-
dır. Aktrisanın səhnə fəaliyyəti Xalq
yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı
ilə sıx bağlıdır. Aktrisa yazıçının “Unu-
da bilmirəm” pyesində Nərmin, “Sən
həmişə mənimləsən”ndə Nargilə, “Xur-
şidbanu Natəvan” pyesində Natəvan,
“Mahnı dağlarda qaldı”da Şahnaz və
başqa obrazları yüksək professionallıqla
canlandırmışdır.
Amaliya Pənahova kinoda bir sıra
epizodik
rollara çəkilmiş, ilk böyük
rolu Əlisəttar Atakişiyevin 1977-ci ildə
çəkdiyi “Qərib cinlər diyarında” film na-
ğılındakı Zərri obrazı olmuşdur.
1982-ci ildə ilin aktrisası elan edil-
miş, 1998-ci ildə isə Türk dünyasının bi-
rinci kino festivalında adı altı populyar
aktyor sırasında qeyd olunmuşdur.
Böyük istedada, hərtərəfli biliyə ma-
lik olan aktrisa həmçinin bacarıqlı rejis-
sor kimi də özünü sınamışdır. O, 43 illik
sənət fəaliyyəti dövründə 12 tele və teatr
tamaşasına quruluş vermişdir ki, bunla-
rın çoxu lentə alınıb, hal-hazırda televi-
ziyanın Qızıl fondunda saxlanılır.
Aktrisanın istedadının
başqa bir cəhəti
onun böyük təşkilatçılıq qabiliyyətidir
ki, 1992-ci ildə Bakı Bələdiyyə Teat-
rını yaratmış və bu teatra orta və yaşlı
nəsillə yanaşı, gənc istedadlı aktyorla-
rı da cəlb etmiş və onların yaradıcılıq
qabiliyyətinin inkişafı üçün hər cür lazı-
mi şərait yaratmışdır. Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinə
dərs demək üçün dəvət olunmuşdur.
Həmin universitetin professorudur.
2003-cü ildə elmlər namizədi, 2013-
cü ildə sənətşünaslıq doktoru elmi
dərəcəsini almışdır.
2000-2005-ci illərdə Milli Məclisin
deputatı,
sosial-siyasət daimi komissi-
yasının üzvü, MDB Parlamentlərarası
Mədəniyyət, İnformasiya, Turizm, İd-
man daimi Komissiyasının, İtaliya-
Azərbaycan Parlamentlərin işçi qrupu-
nun sədri olmuşdur.
1968, 1972-ci illərdə Lenin Kom-
somolu və Azərbaycan SSR Dövlət
mükafatı laureatı olmuşdur. Teatr və
kino sənətinin inkişafındakı böyük
xidmətlərinə görə ona 1974-cü ildə
“Əməkdar artist”, 1985-ci ildə isə
“Azərbaycan SSR-in Xalq artisti” fəxri
adlarına layiq görülmüşdür.
Azərbaycan milli teatr sənətinin in-
kişafında
xidmətlərinə görə Azərbaycan
Respublikasının Prezidentinin 1995-
ci il 8 iyul tarixli Fərmanı ilə “Şöhrət”
ordeni, 25 iyun 2013-cü ildə “Şərəf”
ordeni ilə təltif edilmişdir. Prezident
təqaüdçüsüdür.
15
Ə d ə b i y y a t
Aktyor yaradıcılığın-
da obrazın yaranma
prosesində ifaçının ikin-
ci plan duyumu və onun
təcəssüm vasitələri: dərs
vəsaiti /A.Pənahova.-
Bakı: Şirvannəşr, 2007.-
375 s.
Yaratdığım obraz-
ların ikinci planı
/A.Pənahova.- Bakı: Tu-
ral NPM, 2001.- 236 s.
Sönməyən işıq
Heydər Əliyev mənim
həyatımda /A.Pənahova
//Azərbaycan.- 2013.- 14
iyul.- S.6.
Rəhimli, R. Teatr
kraliçası. 40 il səhnədə
/R.Rəhimli.- Bakı: Adi-
loğlu, 2004.- 351 s.
Bürcəliyeva, Ş.
Sənətə böyük sev-
gi /Ş.Bürcəliyeva
//Mədəniyyət.- 2013.- 14
iyun.- S.13.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
70
illiyi
Aktrisa
Teatr.Kino
165
115
illiyi
Möhsün Sənani
1900-1981
İYUN
Möhsün Sadıq oğlu Cəfərov (Möhsün
Sənani) 1900-cu il iyun ayının 19-da Tif-
lis şəhərinin Şeytanbazar məhəlləsində
doğulmuşdur.
Möhsün valideynlərini çox erkən
itirmişdir. O, 1909-cu ildən gündəlik
çörəkpulu
qazanmaq üçün işləməyə
başlamışdır. Şirin və məlahətli səsi
olan Möhsün Sənani 1911-ci ildə
məhərrəmlik ayında göstərilən şəbih ta-
maşalarında “Qasım otağı” epizodunda
çıxış etmişdir.
“Hicaz” muğamı üstündə oxu-
duğu mərsiyə-qəsidənin xoş sədası
məhəlləyə yayılmış, Tiflis şəhərində
azərbaycanlıların həvəskar teatr trup-
pasının məşhur aktyoru Mirzəxan Qu-
liyev onu şagird və yeniyetmələrin
dram dərnəyinə dəvət etmişdir. 1914-cü
ilin axırlarında
aktyorluğa ciddi maraq
göstərən, səylə çalışan Möhsün Sənani
taleyini ömürlük səhnə sənətinə bağla-
mışdır.
1915-1919-cu illər arasında Tiflisdə
azərbaycanlı teatr həvəskarlarının oy-
nadıqları tamaşalarda iştirak edən Möh-
sün Sənani 1919-cu ilin iyununda Bakı-
ya gəlmişdir. Bir qədər həvəskar aktyor
kimi çıxış etmiş və sonra dövlət teatrının
truppasına qəbul olunmuşdur. Möhsün
Sənani Milli Dram Teatrında işləməklə
yanaşı, 1927-1930-cu illərdə Bakı Türk
İşçi Teatrında hazırlanan bir sıra tama-
şalarda da oynamışdır. Buna aşağıdakı
rolları misal göstərmək olar: İsgəndər,
Mirbağır ağa və Məşədi Oruc (“Ölülər”,
C.Məmmədquluzadə), Yuri (“İki qardaş”,
M.Lermontov), Nəbi (“Qaçaq Nəbi”),
Mehdi-Mixaylo (“Uzaq sahillərdə”,
İ.Qasımov və H.Seyidbəyli), Qatır
Məmməd (“Qatır Məmməd”, Z.Xəlil),
Gərşivəz (“Səyavuş”, H.Cavid), Zavya-
lov (“Çiçəklər yolu”, V.Katayev), Sur-
xay (“Aydın”, C.Cabbarlı),
Ferdinand
(“Ögey ana”, O.deBalzak), S.Tulenin
(“Gənc qvardiya”, A.Fadeyev), Xanmu-
rad (“Bahar suları”, İ.Əfəndiyev), Şərif,
Dövlət bəy, Xosməmməd (“Almaz”,
“Aydın” və “Dönüş”, C.Cabbarlı) və s.
Möhsün Sənaninin yaradıcılığında
“Azərbaycanfilm”də istehsal olunmuş
kinolarda oynadığı rollar xüsusi yer tu-
tur. Aktyorun çəkildiyi səssiz və səsli,
ağ-qara və rəngli filmlərdəki rollarının
ən məşhuru Eldar (“Kəndlilər”, 1939)
və Qoçu Əsgər (“O olmasın, bu olsun”,
1956) obrazlarıdır.
Onun zəngin səhnə təcrübəsini, yara-
dıcılıq xüsusiyyətlərini öyrənmək bizim
gənc aktyor və kino sənətkarlarımız üçün
maraqlı olduğu qədər də səmərəlidir.
Sənətkarın xidmətləri yüksək
qiymətləndirilmiş, üç “Qırmızı Əmək
Bayrağı”, “Xalqlar dostluğu”, “Şərəf ni-
şanı”
ordenləri ilə təltif edilmiş, 17 iyun
1943-cü ildə “Azərbaycan Respublika-
sının Əməkdar artisti”, 1949-cu il iyul
ayının 21-də isə “Xalq artisti” fəxri ad-
larına layiq görülmüşdür.
Möhsün Sənani 1981-ci il fevral ayı-
nın 11-də Bakıda vəfat etmiş və II Fəxri
Xiyabanda dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Dadaşov, A. Möhsün
Sənani : (həyat və yaradı-
cılığı) /A.Dadaşov.- Bakı:
Yazıçı, 1981.- 126 s.
Abbaslı, T. Bir aktyorun
üç möhtəşəm rolu: Biri
həyatda, ikisi sənətdə
/T.Abbaslı //Mədəniyyət.-
2011.- 17 iyun.- S.11.
Abbaslı, T. Lütfən
oxuyasız... /T.Abbaslı
//Mədəniyyət.- 2014.- 12
fevral.- S.11.
Fərəcov, S. Unudulmaz
sənətkarlar...: Möh-
sün Sənani /S.Fərəcov
//Mədəniyyət.- 2011.- 11
fevral.- S.11.
Zümrüd. Aktyoru xalqa
sevdirən onun sənətə
olan böyük məhəbbətidir
/Zümrüd //Səs.- 2014.- 11
fevral.- S.13.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
19
Aktyor
Teatr.Kino