Terapiya Bölmə Pulmonologiya kliniki hal



Yüklə 9,54 Mb.
Pdf görüntüsü
səhifə1/358
tarix31.07.2023
ölçüsü9,54 Mb.
#120183
  1   2   3   4   5   6   7   8   9   ...   358
2020-01-23 13-02-29



Terapiya 
 
 
 
 
Bölmə 1. Pulmonologiya kliniki hal
1) Ağciyərlərin diffuz xəstəlikləri zamanı hansı rentgenoloji müayinə üsulu daha 
informativdir? 
A) Rəqəmsal rentgenoqrafiya 
B) Yüksək keyfiyətli kompüter tomoqrafiyası (KT) 
C) Maqnit - rezonas tomoqrafiya 
D) Radioizotop müayinəsi 
E) İcmal Rentgenoqrafiya ( ön və yan proyeksiyada) 
Ədəbiyyat:: Под ред. А.Г. Чучалина. «Пульмонология: национальное 
руководство» 2009г.Y.Efendiyev 
2) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən 
kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman 
preparatlarının təyin edilməsi məsləhət görülmür? 
A) Ağrıkəsicilərin 
B) İltihab əleyhinə preparatların 
C) Öskürək əleyhinə preparatların 
D) Mukolitiklərin, surfaktant sistemin stimulyatorlarının 
E) Hərarətsalıcı preparatların 
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. 
«Лечение болезней легких» 2005 г. 
3) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən 
kəskin bronxitin II mərhələsində (bəlğəm ifrazı başlandıqdan sonra) hansı qrup 
dərman preparatları təyin olunmur? 
A) İltihab əleyhinə preparatların 
B) Öskürək əleyhinə preparatların 
C) Bəlğəmi durulaşdıran preparatların (mukolitiklər) 
D) Hayxırmanı stimullaşdıran vasitələrin 
E) Antibakterial preparatların və antiseptiklərin 


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. 
«Лечение болезней легких» 2005 г. 
4) Kəskin bronxit zamanı hansı halın mövcudluğu dərhal antibakterial 
terapiyanın keçirilməsinə göstəriş deyil? 
A) İrinli bəlğəmin əmələ gəlməsi 
B) Ağır intoksikasiya 
C) Hərarətin yüksəlməsi 
D) Təngnəfəsliyin əmələ gəlməsi 
E) Xəstəliyin ağır kliniki gedişatı 
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. 
«Лечение болезней легких» 2005 г. 

Yüklə 9,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   358




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə